Mühasib məşhur türk aktyorunu necə aldatdı?

posted in: muhasibat, Xəbər | 0

 

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ mühasibi tərəfindən ziyana düşüb.

Aktyora 3.5 milyon türk lirəsi (1.6 milyon manat) ziyan dəyib.

Bildirilir ki, mühasib Tatlıtuğun vergi borclarını ödəməyərək cibinə qoyub. Vergilərini vaxtı-vaxtında ödəsə də, borcla üz-üzə qalan Kıvanç prokurorluğa şikayət edib. İstintaq başalayıb və mühasib Erdal ifadə verib. Erdal ittihamları qəbul etmir. Bundan sonra Tatlıtuğ ifadə vermək üçün prokurorluğa çağırılıb.

Mənbə: olke.az

 

 

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqənin elan edilməsi haqqında” əmrə dəyişiklik edildi

posted in: Vergi, Xəbər | 0

“Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqənin elan edilməsi haqqında” vergilər nazirinin 1 dekabr 2017-ci il tarixli 1717040101715500 nömrəli
əmrinə dəyişiklik edilməsi barədə

 

Dövlət vergi orqanlarında mövcud vakant vəzifələrin tutulması üçün işə qəbulun həyata keçirilməsi məqsədilə vergilər nazirinin 1 dekabr 2017-ci il tarixli 1717040101715500 nömrəli əmri ilə dövlət vergi orqanlarına işə qəbul üzrə müsabiqə elan edilmişdir.

Yaranmış zərurətlə əlaqədar olaraq “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 15.1-ci və 15.15-ci bəndlərini rəhbər tutaraq

Ə M R   E D İ R Ə M

1. “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqənin elan edilməsi haqqında” vergilər nazirinin 1 dekabr 2017-ci il tarixli 1717040101715500 nömrəli əmrinin 1 saylı Əlavəsi yeni redaksiyada təsdiq edilsin (əlavə olunur).

2. “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqənin elan edilməsi haqqında” vergilər nazirinin 1 dekabr 2017-ci il tarixli 1717040101715500 nömrəli əmrinin 2 saylı Əlavəsindəki müsabiqə elanının mətnində aşağıdakı dəyişikliklər edilsin:

–  “Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 05.12.2017-ci il saat 10:00-dan 20.12.2017-ci il saat 24:00-dək həyata keçirilir” cümləsi “Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 05.12.2017-ci il saat 10:00-dan 30.12.2017-ci il saat 24:00-dək həyata keçirilir” cümləsi ilə əvəz edilsin;

–  “Elektron ərizə vermiş namizədlər 24-26.01.2018-ci il tarixdə (saat 10:00-dan 18:00-a dək) imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər. Müsabiqənin test imtahanı mərhələsi 28.01.2018-ci il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcəkdir” abzası “Müsabiqənin test imtahanı Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmış tarixdə, yerdə və vaxtda keçiriləcəkdir. Test imtahanının keçiriləcəyi tarix və müsabiqədə namizəd kimi qeydə alınmış vətəndaşların imtahana buraxılış vərəqələrinin götürülməsi tarixi barədə Nazirliyin rəsmi internet saytında əlavə məlumat veriləcəkdir” abzası ilə əvəz edilsin.

3. Media və kommunikasiya mərkəzinə tapşırılsın ki, bu əmrlə edilmiş dəyişikliklər barədə məlumatın Vergilər Nazirliyinin rəsmi internet saytında və digər kütləvi informasiya vasitələrində yerləşdirilməsini təmin etsin.

4. Vergilər Nazirliyinin aparatının bütün struktur bölmələrinin rəhbərlərinə tapşırılsın ki, aidiyyəti üzrə bu əmrin tələblərindən irəli gələn bütün məsələləri həll etsinlər.

5. Bu əmrin icrasına nəzarət vergilər nazirinin birinci müavini – Müsabiqə komissiyanın sədri, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanova tapşırılsın.

 

Vergilər naziri

Mikayıl Cabbarov

Azərbaycan Respublikası Vergilər Nazirliyinin
“26 dekabr  2017-cı il tarixli
1717040101838700 nömrəli əmrinə Əlavə

 

 

Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin
müsabiqəsinin keçirilməsi üçün
İŞ   PLANI

№–

İşin məzmunu

İcraçı

İcra müddəti

1

 

Müsabiqənin sənəd qəbulunun müddətinin artırılması, test imtahanının və imtahana buraxılış vərəqələrinin verilməsi tarixlərinin dəyişdirilməsi barədə məlumatın Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilməsi

 

Media və kommunikasiya mərkəzi, İnsan resursları departamenti

 

Bu əmr imzalandığı tarixdən

2

Ədəbiyyat siyahısına uyğun olaraq müsabiqə üçün sual bankının ekspertiza edilməsi üçün otağın ayrılması. Mühafizə ilə təmin olunması. Məxfilik təmin olunmaqla hazırlanıb Xüsusi işlər üzrə şöbəyə təhvil verilməsi. Maliyyə və təminat departamenti VN yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti, Xüsusi işlər üzrə şöbə və Bu əmrin 4-cü əlavəsi ilə təsdiq edilmiş işçi qrup  

08.01.2018-ci il tarixdən 19.01.2018-ci il tarixədək

 

 

3

Müsabiqədə iştirak etmək istəyən vətəndaşlardan ərizələrinin işçi qrup tərəfindən  ilkin yoxlamadan keçirilərək qəbul edilməsi İnsan resursları departamenti,

Bu əmrin 3-cü əlavəsi ilə təsdiq edilmiş işçi qrup

05.12.2017-ci il tarixdən saat 10:00-dan 30.12.2017-ci il saat 24:00 tarixədək

4

Müvafiq qaydalara uyğun olaraq qəbul edilmiş ərizələrdəki məlumatların işə qəbul edilmə şərtlərinə uyğunluqlarının müəyyən edilməsi Müsabiqə komissiyası və

bu əmrin 3-cü əlavəsi ilə təsdiq edilmiş işçi qrup

09.01.2018-ci il tarixədək

5

Müsabiqəyə buraxılacaq namizədlərin ərizələrinin reyestrinin tərtib olunaraq DİM-ə təqdim olunması

 

Bu əmrin 3-cü əlavəsi ilə təsdiq edilmiş işçi qrup DİM-lə razılaşdırılmış tarixdə

6

 

İmtahana buraxılış vəsiqələrinin DİM-dən alınıb vətəndaşlara təqdim edilməsi

Bu əmrin 3-cü əlavəsi ilə təsdiq edilmiş işçi qrup Test imtahanına 3 gün qalmış

7

Test imtahanının keçirilməsi DİM,

Müsabiqə komissiyası tərəfindən seçilmiş nümayəndələr (müşahidəçilər)

DİM-lə razılaşdırılmış tarixdə

8

Test imtahanının nəticələrinin DİM-dən alınaraq Müsabiqə Komissiyasının üzvlərinin iştirakı ilə aşkarlanması İnsan resursları departamenti, Müsabiqə Komissiyası Test imtahanı keçirildiyi gündən sonrakı 2 gün ərzində

9

Müsabiqə Komissiyası ilə razılaşdırılmaqla test imtahanını müvəffəqiyyətlə keçmiş namizədlərin müsahibəyə buraxılması üçün qruplaşdırılması, müsahibə gününün müəyyən edilməsi və vətəndaşlara bu barədə məlumat verilməsi Bu əmrin 3-cü əlavəsi ilə təsdiq edilmiş işçi qrup Müsahibənin keçiriləcəyi tarixdən ən azı 2 gün əvvəl

10

Müsahibənin keçirilməsi Müsabiqə komissiyası Test imtahanının tarixindən və namizədlərin sayından asılı olaraq müəyyən edilmiş tarixlərdə

11

Müsabiqənin nəticələrinin protokolla rəsmiləşdirilməsi və elan edilməsi və Kadr ehtiyatlarına daxil edilməsi tövsiyə olunmuş namizədlərin siyahısının vergilər nazirinə təqdim edilməsi Müsabiqə komissiyası Müsahibə sona çatdıqdan sonra 5 gündən gec olmayaraq

12

Namizədlərin müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətlərinin araşdırılması Müsabiqə komissiyası Müsahibə nəticələri elan olunduqdan sonra 10 iş günü ərzində

13

Müsabiqənin nəticələrinin kütləvi informasiya vasitələrinə ötürülməsi və nazirliyin rəsmi internet saytında dərc edilməsi Media və kommunikasiya mərkəzi

 

 

Namizədlərin siyahısının vergilər nazirinə təqdim edildiyi gündən

 

 

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilər Nazirliyi işə qəbulla bağlı müsabiqə ELAN EDİR

posted in: İş elanı, Xəbər | 0

Azərbaycan Respublikası Vergilər Nazirliyinin
26 dekabr  2017-cı il tarixli

1717040101838700 nömrəli əmrinə
2 nömrəli əlavə

Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın  tələblərinə müvafiq olaraq aparılır.

Müsabiqədə iştiraka bir qayda olaraq iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır), yaşı 35-i keçməmiş (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir) vətəndaşlar buraxılırlar.

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 9-cu maddəsinə əsasən vətəndaş aşağıdakı hallarda vergi orqanlarında xidmətə qəbul oluna bilməz:

–  məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

–  üzərindən məhkumluğu götürülmədikdə və ya ödənilmədikdə.

Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 05.12.2017-ci il saat 10:00-dan 30.12.2017-ci il saat 24:00-dək həyata keçirilir. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar göstərilən müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasına sağlamlıq haqqında tibbi arayışın, ali təhsil haqqında diplomun, məhkumluğun olması (olmaması) barədə arayışın və narkoloji dispanserdə qeydiyyatda olması (olmaması) barədə arayışın surətləri mütləq qaydada fayl şəklində əlavə olunmalıdır. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə ərizənin sistemə daxil olunduğu barədə elektron poçt ünvanına məlumat verilir. Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə namizədin iş nömrəsi və sınaq imtahanının vaxtı və yeri barədə, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.  Ərizə göndərilən müddətdən 5 gün ərzində elektron poçt ünvanına heç bir məlumat göndərilməyən vətəndaşlar elanda qeyd olunmuş telefon nömrəsi ilə əlaqə saxlamalıdırlar.

Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Müsabiqənin test imtahanı Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmış tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcəkdir. Test imtahanının keçiriləcəyi tarix və namizəd kimi qeydə alınmış namizədlərin imtahana buraxılış vərəqələrinin götürülməsi tarixi barədə Nazirliyin rəsmi internet saytında əlavə məlumat veriləcəkdir.

Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdiriləcəkdir.

Son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olan namizədlərə üstünlük verilir. Namizəd ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.

Müsabiqədə müvəffəqiyyət qazanmış, lakin vakant vəzifələr üzrə iş təklifindən imtina edən namizədlər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaqdır.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

2018-ci il üçün dövlət büdcəsi təsdiqləndi

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin gəlirləri 20 127 000,0 min manat, xərcləri 21 047 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 19 473 650,0 min manat, yerli gəlirləri 653 350,0 min manat, mərkəzləşdirilmiş xərcləri 20 323 075,0 min manat, yerli xərcləri 723 925,0 min manat) məbləğində təsdiq edilsin.

Maddə 2. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:

Ətraflı oxuyun:  2018-ci il üçün dövlət büdcəsi

Mənbə: president.az