
Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən kardo və daraqla daranmaya məruz qalmamış zərif heyvan tükünə tətbiq edilən gömrük rüsumu ləğv olunacaq.
Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.
Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən hazırda kəşmir keçiləri, anqara kroliki, alpaqa, lama, vikunya, dəvə, anqora, tibet və ya oxşar cinsli keçilər, dovşan, qunduz, nutriya və ondatranın tükünün idxalına 0,50 faiz idxal gömrük rüsumu tətbiq edilib. Gələn il yanvarın 1-dən bu zərif heyvan tükləri idxal gömrük rüsumundan azad ediləcək. Kardo və ya daraqla daranmaya məruz qalmış zərif heyvan tüklərinə gəlincə, kəşmir keçilərinin tükü üçün tətbiq edilən 15 faiz idxal gömrük rüsumu 15 faizdən 5 faizə endirilib. Digər zərif heyvan tüklərinə tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu isə ləğv olunub. Tərkibində 85% kütlə və ya daha çox yun və zərif heyvan tükü olan pərakəndə satış üçün qablaşdırılmamış aparatla əyrilmiş yun ipliyə tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu da gələn ildən ləğv olunur.
Gələn il yanvarın 1-dən kardo və daraqla daranmaya məruz qalmamış, o cümlədən daranmaya məruz qalmış qaba heyvan tükünə tətbiq edilən 15 faiz idxal gömrük rüsumu 5 faizə endiriləcək. Yundan və ya zərif və ya qaba heyvan tükündən didilmiş xammala tətbiq edilən idxal gömrük rüsumu 3 faizdən 5 faizə, qaldırılacaq.
Kardo və daraqla daranmaya məruz qalmamış qoyun yunu, o cümlədən pərakəndə satış üçün qablaşdırılmış yun ipliyi və ya zərif heyvan tükü ipliyinə (tərkibində 85 kütlə % və ya daha çox yun və ya zərif heyvan tükü olan) tətbiq edilən 15 faiz idxal gömrük rüsumu qüvvədə saxlanılıb. Tərkibində 85 kütlə % və ya daha çox yun olan pərakəndə satış üçün qablaşdırılmamış aparatla əyrilmiş yun ipliyə tətbiq edilən 15 faiz idxal gömrük rüsumu da qüvvədə qalıb. Aparatla əyrilmiş yun ipliyindən və ya aparatda əyrilmiş zərif heyvan tükü ipliyindən parçalara tətbiq edilən 15 faiz idxal gömrük rüsumu isə gələn ildən hər 1 kvadratmetr üçün hesablanacaq.
Mənbə: www.oxu.az
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 542
Bakı şəhəri, 6 dekabr 2017-ci il
“Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması,
zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası”nın təsdiq edilməsi barədə
“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1334-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 noyabr tarixli 1520 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
- “Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
- “İstifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi və ya məhv edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 12 fevral tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 2, maddə 128; 2009, № 1, maddə 32; 2014, № 2, maddə 201, № 7, maddə 930; 2015, № 10, maddə 1230; 2016, № 5, maddə 955) ləğv
Azərbaycan Respublikasının
Baş naziri Artur Rasizadə
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 6 dekabr
tarixli 542 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
Yoxlama və digər nəzarət tədbirləri çərçivəsində yoxlayıcı orqanlar tərəfindən fiziki və hüquqi şəxslərdən malların (məhsulların) götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi
Q A Y D A S I
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1334-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 12 noyabr tarixli 1520 nömrəli Sərəncamının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.
1.2. Bu Qayda yoxlama səlahiyyətləri verilmiş mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən yoxlamalar zamanı keyfiyyətsiz və təhlükəli, saxta, buraxılması və satılması qadağan olunmuş malların götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və ya məhv edilməsi prosedurlarını müəyyən
1.3. Bu Qayda mülkiyyət formasından asılı olmayaraq, bütün hüquqi və fiziki şəxslərə şamil olunur və gömrük nəzarəti altında olan mallar istisna olmaqla, aşağıdakı malları əhatə edir:
1.3.1. yeyinti məhsullarını;
1.3.2. parfümeriya və kosmetika məhsullarını;
1.3.3. dərman vasitələrini;
1.3.4. şəxsi gigiyena vasitələrini;
1.3.5. bioloji fəallığa malik qida əlavələrini;
1.3.6. tütün məmulatlarını;
1.3.7. məişət kimyası məhsullarını;
1.3.8. aqrokimyəvi maddələri;
1.3.9. baytarlıq preparatlarını;
1.3.10. bitki və bitkiçilik məhsullarını;
1.3.11. saxlanma (yararlılıq) müddəti müəyyən edilmiş digər qeyri-ərzaq məhsulları və tikinti materiallarını;
1.3.12. bu Qaydanın 1.3.1-1.3.11-ci yarımbəndlərində göstərilən malların (məhsulların) xammal və inqrediyentlərini.
2. Əsas anlayışlar
2.1. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. keyfiyyətsiz və təhlükəli mallar – məqsədli istehlak təyinatına uyğun olmayan və ya texniki normativ hüquqi aktlarla müəyyən edilmiş tələblərə cavab verməyən, mənşəyi məlum olmayan, üzərində saxlanma (yararlılıq) müddəti göstərilməyən və ya saxlanma (yararlılıq) müddəti bitmiş, məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmadan istehsal edilən və ya satılan, qablaşdırılmasına və ya etiketlənməsinə dair məcburi tələblərə cavab verməyən mallar;
texniki normativ hüquqi aktlar – malların keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri, onların istehsal, daşınma, saxlanma, qablaşdırılma, etiketlənmə və satış şərtlərini müəyyən edən texniki, ekoloji, sanitariya, baytarlıq və fitosanitar standartlar, norma, qayda və tələblər;
2.1.3. malların dövriyyəsi – malların istehsalı, emalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, alqı-satqısı və idxal-ixracı əməliyyatları üzrə fəaliyyət;
2.1.4. saxta mallar – hüquq sahibinin qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozaraq, əmtəə nişanından, coğrafi göstəricisindən və firma adından qanunsuz istifadə etməklə yaradılmış (istehsal edilmiş) mallar;
2.1.5. malların utilizasiyası – keyfiyyətsiz və təhlükəli malların birbaşa təyinatı üzrə istifadəyə yararsız hala gətirilərək, digər məqsədlər üçün istifadə edilməsi;
2.1.6. yararlılıq müddəti – texniki normativ hüquqi aktların məcburi tələbləri ilə əşyanın təyinatı üzrə istifadəyə yararlılığına təminat verən müddət;
2.1.7. saxlanma müddəti – texniki normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə saxlandıqda, yeyinti məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin (istehlak xassələrinin, qida dəyərliliyinin) olduğu kimi saxlanılmasına təminat verən müddət;
2.1.8. mal partiyası – istehsalçısı, etiketlənməsi, istehsal tarixi, istehsal növbəsi, istifadə olunan xammalı eyni olan eynixassəli mallar;
2.1.9. malın mənşəyi – malın istehsal edildiyi ölkəni, istehsalçısının adını və ünvanını və ya onun tədarükçüsünü və ya satıcısını eyniləşdirməyə imkan verən məlumatlar;
2.1.10. malın tədqiqi (sınağı) – “Uyğunluğun qiymətlən- dirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respub- likasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiyadan keçmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən malların texniki normativ hüquqi aktlarla müəyyən edilmiş keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğunun qiymətləndirilməsi;
2.1.11. buraxılması və satılması qadağan olunmuş mallar – “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyalar kimi müəyyən edilmiş mallar;
2.1.12. mal sahibi – mallar barəsində öz adından sərəncam vermək səlahiyyəti olan şəxs.
3. Malların tədqiqinin (sınağının) aparılması
3.1. Yoxlama zamanı malların müəyyən edilmiş tələblərə uyğun olması barədə əsaslandırılmış şübhələr yaranarsa, həmin malların tədqiqi (sınağı) və bu məqsədlə malların nümunələrinin götürülməsi həyata keçirilir.
3.2. Malların tədqiqi (sınağı) yoxlayıcı orqanın qərarına əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada aparılır.
3.3. Malın tədqiqi (sınağı) barədə qərar əsaslandırılmalı, yazılı formada tərtib edilməli və aşağıdakıları əks etdirməlidir:
3.3.1. nömrəsi, qəbul edilmə tarixi və vaxtı;
3.3.2. malın tədqiqi (sınağı) üçün mal nümunələrini götürmək səlahiyyəti olan yoxlayıcının vəzifəsi, soyadı, adı və atasının adı;
3.3.3. malın tədqiqi (sınağı) aparılacaq hüquqi və ya fiziki şəxsin (onun təsərrüfat obyektinin) adı və yerləşdiyi ünvan;
3.3.4. tədqiqi (sınağı) aparılacaq malın adı;
3.3.5. tədqiqi (sınağı) aparılacaq malı dəqiq müəyyən etmək imkanı verən məlumatlar (istehsalçı, model, istehsal tarixi, partiya və s.);
3.3.6. malın götürülməli olan nümunələrinin sayı;
3.3.7. götürülmüş mal nümunələrinin uyğunluğunun yoxla- nacağı parametrlər;
3.3.8. malın tədqiqini (sınağını) aparacaq laboratoriyanın və ya digər təşkilatın adı;
3.3.9. yoxlayıcı orqanın möhürü, rəhbərinin və ya onu əvəz edən şəxsin imzası, soyadı, adı və atasının adı.
3.4. Tədqiqi (sınağı) aparılacaq malların həcmi texniki normativ hüquqi aktların tələblərinə uyğun miqdarda nümunənin götürülməsinə kifayət etmədikdə, malın tədqiqi (sınağı) aparılmır və həmin malların məhv olunması barədə qərar qəbul
3.5. Mallar “Uyğunluğun qiymətləndirilməsi sahəsində ak- kreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiyadan keçmiş uyğunluğu qiymətləndirən qurum tərəfindən tədqiq (sınaq) edilir və tədqiqin (sınağın) nəticələri əsasında yoxlayıcı orqan tərəfindən mallar barədə qərar qəbul
3.6. Malların tədqiqinin (sınağının) nəticələri protokolla rəsmiləşdirilir.
3.7. Malların tədqiqinin (sınağının) nəticələri əsasında onların aşağıdakı vəziyyətləri təyin edilir:
3.7.1. birbaşa təyinatı üçün istifadəyə yararlılığı;
3.7.2. birbaşa təyinatı və digər məqsədlə istifadə üçün yararsızlığı;
3.7.3. təkrar emaldan sonra və ya emal edilmədən digər məqsədlər üçün yararlılığı.
3.8. Malların tədqiqi (sınağı) nəticəsində onların təkrar istifadə təyinatını müəyyən etmək mümkün olmadıqda, yoxlayıcı orqan təkrar istifadə təyinatının müəyyən edilməsi məqsədi ilə sorğu ilə aidiyyəti dövlət orqanlarına müraciət
3.9. Yoxlayıcı orqan malların tədqiqinin (sınağının) nəticələrinə əsasən, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edir.
4. Malların dövriyyədən götürülməsi,
daşınması və saxlanması
4.1. Məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərara uyğun olaraq dövriyyədən çıxarılması və satışının qadağan edilməsi nəzərdə tutulan mallar 2 (iki) nüsxədə tərtib edilən edilməsi nəzərdə tutulan mallar 2 (iki) nüsxədə tərtib edilən “Malların götürülməsi haqqında Protokol” əsasında dövriyyədən götürülür.
4.2. Məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilmiş tədbirlər yerinə yetirilənədək götürülmüş mallar dəqiq çəkisi göstərilməklə uçota alınaraq (rəsmiləşdirilərək) mal sahibinə, onun səlahiyyətli nümayəndəsinə və ya onun razılığı ilə yoxlayıcı orqanın səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya verilir.
4.3. Götürülmüş mallar məsul saxlamaya qoyulmaq üçün mal sahibinə və ya onun səlahiyyətli nümayəndəsinə təhvil verildikdə, malların lazımi şəraitdə və tam miqdarda saxlanmasına mal sahibi cavabdehdir.
4.4. Mal sahibi dövriyyədən çıxarılan malları məsul saxlamaya götürməkdən imtina etdikdə, həmin mallar iki hal şahidinin iştirakı ilə rəsmiləşdirilir və yoxlayıcı orqanın səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerdə saxlanmaya götürülür. Bu barədə tərtib edilmiş akt və protokol yoxlayıcı orqanın səlahiyyətli vəzifəli şəxsləri və hal şahidləri tərəfindən imzalanaraq mal sahibinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir. Mal sahibi və ya onun səlahiyyətli nümayəndəsi aktı və protokolu götürməkdən imtina etdikdə, həmin sənədlər sifarişli poçt vasitəsilə mal sahibinin ünvanına göndərilir.
4.5. Götürülmüş malların daşınması və saxlanması həmin malların daşınması və saxlanmasına dair tələbləri müəyyən edən texniki normativ hüquqi aktların tələblərinə uyğun həyata keçirilməlidir.
5. Götürülmüş malların zərərsizləşdirilməsi və
məhv edilməsi
5.1. Birbaşa təyinatı və digər məqsədlə istifadə üçün yararsız olduğu müəyyən edilmiş malların məhv edilməsi yoxlayıcı orqanın həmin malların satışının qadağan edilməsi və ya dövriyyədən çıxarılması barədə qərarı əsasında həyata keçirilir.
5.2. Malların məhv edilməsi onların yoxlayıcı orqan və ya onun qərarı ilə mal sahibi və yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən bu məqsədlər üçün ayrılmış xüsusi yerlərə (yerlərdə) atılması, basdırılması, yandırılması və ya ixtisaslaşmış müəssisələrə
təhvil verilməsi vasitəsilə həyata keçirilir.
5.3. Mal sahibi və ya onun səlahiyyətli nümayəndəsi malın məhv edilməsi prosesində iştirakdan imtina etdikdə, mallar məhvetmə barədə qərar qəbul etmiş yoxlayıcı orqanın mütəxəssisləri tərəfindən ixtisaslaşmış müəssisələrə təhvil verilir və ya iki hal şahidinin iştirakı ilə məhv edilir və müvafiq qaydada rəsmiləşdirilir.
5.4. Yoxlayıcı orqan tərəfindən nəzarət tədbirləri həyata keçirilən hüquqi və ya fiziki şəxsdən götürülmüş və istifadəyə yararsızlığı sübuta yetirilmiş mallar barədə qəbul olunmuş qərar dövriyyədə olan həmin mal partiyası üçün şamil edilir.
5.5. Yoxlayıcı orqanın dövriyyədən götürülmüş mallar barədə qərarının icrası üçün məsul şəxs müvafiq qərarı qəbul etmiş yoxlayıcı orqan tərəfindən müəyyən edilir.
5.6. Malların zərərsizləşdirilməsi və məhv edilməsi Azərbaycan Respublikasının “İstehsalat və məişət tullantıları haqqında” və “Atmosfer havasının mühafizəsi haqqında” qanunlarına uyğun həyata keçirilir.
5.7. Sanitar-epidemioloji salamatlıq baxımından təhlükə törədən mallar məhv edilməzdən əvvəl zərərsizləşdirilir.
5.8. Qərarın icrası barədə sənəd (məhv edilmə, təhvil-təslim aktı və s.) mal sahibi tərəfindən qərarı çıxarmış yoxlayıcı orqana təqdim edilir.
6. Malların tədqiqi (sınağı), götürülməsi, daşınması,
saxlanması, zərərsizləşdirilməsi və məhv edilməsi ilə
bağlı xərclərin ödənilməsi
6.1. Malların tədqiqi (sınağı) barədə qərara əsasən götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanması, tədqiq (sınaq) edilən parametrlərin dəyişməz saxlanması, daşınması, tədqiq (sınaq) aparılması, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər, həmçinin məhsulun tədqiqi (sınağı) barədə qərarın nəticəsi olaraq yaranan bütün digər xərclər yoxlayıcı orqanın hesabına ödənilir.
6.2. Əgər məhsul nümunələrinin tədqiq (sınaq) nəticələri malların müəyyən edilmiş tələblərə uyğun olmadığını və bu uyğunsuzluğun insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratdığını və ya mühüm zərər vurduğunu müəyyən edərsə, yoxlayıcı orqanın bu Qaydanın 6.1-ci bəndinə uyğun olaraq çəkdiyi xərclərin əvəzi mal sahibi tərəfindən aşağıdakı hallar istisna olunmaqla ödənilməlidir:
6.2.1.xərclər yoxlayıcı orqan tərəfindən faktiki olaraq çəkilmədikdə;
6.2.2.xərclərin çəkilməsi barədə sənədli təsdiqləmə olmadıqda;
6.2.3.xərclər yoxlayıcı orqan tərəfindən məhsul nümunələrinin qanunsuz götürülməsi ilə əlaqədar çəkildikdə.
6.3. Yoxlayıcı orqanın məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarının nəticəsi olaraq malların götürülməsi, daşınması, saxlanması, zərərsizləşdirilməsi və məhv edilməsi ilə bağlı xərclər mal sahibinin hesabına ödənilir.
6.4. Yoxlayıcı orqanın bu Qaydanın 6.2-ci bəndinə uyğun olaraq çəkdiyi xərclərin əvəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin sahibkar tərəfindən əvəzinin ödənilməsi Qaydaları və müddətləri”nə uyğun ödənilməlidir.
6.5. Yoxlayıcı orqan bu Qaydanın 6.2-ci bəndinə əsasən məhsulun tədqiqi (sınağı) ilə bağlı çəkdiyi xərclərin, eləcə də məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarın icrası ilə əlaqədar olaraq, malların daşınması, saxlanması, zərərsizləşdirilməsi və məhv edilməsi ilə bağlı yoxlayıcı orqan tərəfindən çəkilmiş xərclər vardırsa, belə xərclərin mal sahibi tərəfindən əvəzinin ödənilməsi barədə qərar qəbul edir.
6.6. Mal sahibi xərclərin əvəzinin ödənilməsi barədə qərarı aldığı vaxtdan 30 (otuz) gün müddətində xərclərin əvəzini dövlət büdcəsinə köçürür.
6.7. Xərclərin əvəzi bu Qaydanın 6.6-cı bəndində göstərilən müddətdə ödənilmədikdə, yoxlayıcı orqan ödəmənin təmin edilməsi barədə mal sahibinə yazılı xəbərdarlıq təqdim edir və ya sifarişli poçt vasitəsilə göndərir.
6.8. Xəbərdarlığın verildiyi gündən sonrakı 10 (on) gün müddətində mal sahibi tərəfindən ödəmə həyata keçirilmədikdə, yoxlayıcı orqan tələbin məcburi icraya yönəldilməsi haqqında qərar qəbul edir.
6.9. Tələbin məcburi icraya yönəldilməsi haqqında yoxlayıcı orqanın qərarının icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
7. Yoxlayıcı orqanın (yoxlayıcının) qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi qaydası
7.1. Yoxlayıcı orqanın (yoxlayıcının) qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət inzibati və ya məhkəmə qaydasında verilə bilər.
7.2. İnzibati şikayətin verildiyi hallarda, şikayət olunan qərarın icrasının dayandırılması ilə bağlı məsələyə maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.
7.3. Yoxlayıcı orqanın qərarının icrasının dayandırılması ilə bağlı qərar şikayət instansiyası tərəfindən əsaslandırılmalıdır.
7.4. Bu Qaydanın 7.2-ci bəndinə əsasən yoxlayıcı orqanın qərarının icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, inzibati şikayətin verilməsi şikayət olunan qərarın icrasını dayandırmır.
Qeyd. Bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.
Mənbə: www.cabmin.gov.az
AZƏRBAYCAN RESPUBLİKASI MALİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASI
QƏRAR
№ Q-19
Bakı şəhəri “ 23 ” sentyabr 2014-cü il
“Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli 192 nömrəli Fərmanının 2.1-cibəndini və Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 7.7-ci,7.11-ci, 8.48-ci və 8.53-cü bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası
QƏRARA ALIR:
- “Təmir məsrəflərininmühasibat uçotunda əks etdirilməsinə dair Qaydalar” təsdiq edilsin (əlavə olunur).
- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 19 sentyabr 2002-ci il tarixli İ-153 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 30 sentyabr 2002-ci il tarixdə (şəhadətnamə №2919) dövlət qeydiyyatına alınmış “Gəlirdən çıxılmalı olan təmir xərclərinin mühasibat uçotunda əks olunmasınadair Təlimat” ləğv edilsin.
- Nazirliyin aparatının Uçot siyasəti şöbəsinə və Hüquq şöbəsinə tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər.
- Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
| Kollegiyanın sədri,
Azərbaycan Respublikasının
maliyyə naziri |
Samir Şərifov |
| |
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-19 nömrəli 23 sentyabr 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmişdir. |
Təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsinə dair
QAYDALAR
1.Ümumi müddəalar
1.1. Bu Qaydalar “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun hazırlanmışdır və bütün növ təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi məsələlərini tənzimləyir.
1.2. Bu Qaydalar mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Milli Mühasibat Uçotu Standartlarına uyğun tərtib edən hüquqi şəxslərə (bundan sonra təşkilatlara) şamil edilir. “Mühasibat uçotu haqqında” Qanuna əsasən illik maliyyə hesabatlarının tərtib edilməsi zamanı digər mühasibat uçotu subyektləri də bu Qaydalardan istifadə etmək hüququna malikdir.
2.Əsas anlayışlar və açıqlamalar
2.1. Təmir məsrəfləri əsaslı təmir məsrəflərindən və cari təmir məsrəflərindən ibarətdir.
2.2. Əsaslı təmir məsrəfləri – əsas fondların istismar müddətinin uzadılması məqsədi ilə smeta sənədləri əsasında hesabat ili ərzində bir dəfədən çox olmamaq şərti ilə yerinə yetirilən işlər üzrə onların tam və ya əhəmiyyətli dərəcədə bərpasına, o cümlədən tam aşınmış (köhnəlmiş), sıradan çıxmış əsas fondların struktur komponentlərinin bütün hissələrinin sökülməsinə və dəyişdirilməsinə çəkilmiş məsrəflərdir.
2.3. Əsaslı təmir məsrəfləri əsas fondlar üzrə kapitallaşdırılmış məsrəflərə aid edilir.
2.4. Əsas fondlar – təşkilatların təsərrüfat fəaliyyətində əmək vasitəsi kimi istifadə müddəti bir ildən artıq olan, istismar zamanı öz formasını dəyişməyən, lakin köhnəlməyə məruz qalan, təşkilat tərəfindən malların istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi və ya onun idarə olunması məqsədləri üçün əldə edilmiş, habelə təsərrüfat üsulu ilə yaradılmış aktivlərdir.
2.5. Balans dəyəri – aktivin ilkin dəyərindən yığılmış amortizasiya məbləği və qiymətdəndüşmə zərərləri çıxıldıqdan sonra maliyyə vəziyyəti haqqında hesabatda (mühasibat balansında) onun tanınan dəyəridir.
2.6. Cari təmir məsrəfləri – əsas fondların hər bir kateqoriyasının saxlanılması, istismarı və vaxtından əvvəl köhnəlməsinin qarşısının alınması üçün (o cümlədən ayrı-ayrı hissələrinin dəyişdirilməsi, bərpası, rənglənməsi, yağlanması, sazlanması) hesabat ili ərzində onlara texniki baxışın keçirilməsi və texniki xidmətin göstərilməsi ilə bağlı olan məsrəflərdir.
2.7. Norma daxilində cari təmir məsrəfləri – qanunvericiliklə müəyyən edilmiş normalar həddində əsas fondlara hesablanmış məsrəflərdir.
2.8. Qanunvericiliklə müəyyən edilmiş normalar həddindən artıq cari təmir məsrəfləri əsas fondlar üzrə kapitallaşdırılmış məsrəflərə aid edilir. Həmin məsrəflər “Əmlakın (qiymətlilərin) uçot kartı”nda (Forma № 1Q) hər bir obyekt üzrə ayrı-ayrılıqda aparılır.
2.9. Amortizasiya olunmayan əsas fondların cari təmirinə çəkilmiş məsrəflər əsas fondlar üzrə kapitallaşdırılmış məsrəflərə aid edilir.
2.10. Hesabat ili ərzində qəbul aktlarına əsasən təmir işləri aparılan əsas fondların təmir işləri başa çatdıqdan və mühasibat uçotu subyekti rəhbərinin icazəsi ilə istismara verildikdən sonra “Əmlakın (qiymətlilərin) uçot kartı”nda (Forma № 1Q) yığılmış kapitallaşdırılmış məsrəflər əsas fondların balans dəyərinə əlavə edilir.
2.11. Mühasibat uçotu subyektlərində təmir işləri podrat və ya təsərrüfat üsulları ilə aparılır.
2.12. Podrat üsulu ilə aparılan təmir işləri — sifarişçi (mühasibat uçotu subyekti) ilə razılaşdırılmış qiymətlər əsasında podratçılar (hüquqi və ya fiziki şəxslər) tərəfindən müvafiq sənədlərlə (müqavilə, smeta, görülmüş işlər üzrə qəbul-təhvil aktı və digər uçot sənədləri) rəsmiləşdirilən yerinə yetirilmiş təmir işləridir.
2.13. Təsərrüfat üsulu ilə yerinə yetirilən təmir işləri — mühasibat uçotu subyektinin öz vəsaiti hesabına mövcud ştat cədvəlinə uyğun fəaliyyət göstərən tikinti şöbəsi (bölməsi), xüsusiləşdirilmiş briqada (dəstə), habelə mövsümi xarakterli təmir işlərinin aparılması (görülməsi) üçün müvafiq briqada (dəstə) vasitəsi ilə həyata keçirilən təmir işləridir.
2.14. Podrat üsulu ilə təmir işləri podratçılarla razılaşdırılmış qiymətlə, təsərrüfat üsulu ilə təmir işləri isə faktiki maya dəyəri ilə uçota alınır.
3.Əsas fondların hər bir kateqoriyasına dair caritəmir məsrəfləriüzrə məbləğlərin müəyyən edilməsi
3.1. Yerinə yetirilmiş təmir işlərinə dair təmir məsrəflərinin məbləğləri əsas fondların ayrı-ayrı kateqoriyaları üzrə hesablanmaqla uçota alınır və biri digərinə aid edilmir.
3.2. Cari təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyasının əvvəlki ilin sonuna balans dəyərinin aşağıdakı həddi ilə məhdudlaşdırılır:
3.2.1. tikililər (binalar, qurğular, ötürücü qurğular və onların struktur komponentləri) – 2%;
3.2.2. maşın və avadanlıqlar – 5%;
3.2.3. nəqliyyat vasitələri – 5%;
3.2.4. dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə nəqliyyat vasitələri – aylıq yürüş həddinə uyğun olaraq yanacaq sərfinin baza xətt normalarına əsasən hesablanmış yanacaq xərcinin 30 faizi məbləğində;
3.2.5. sair torpaq, tikili və avadanlıqlar – 3%;
3.2.6. daşınmaz əmlaka investisiyalar – 2 %;
3.2.7. amortizasiya hesablanmayan əsas fondlar – 0%.
3.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən orqanlarda cari təmir məsrəfləri üzrə müəyyən olunmuş müvafiq hallarla bağlı bu Qaydaların 3.2-ci bəndində göstərilmiş məhdudiyyətlər nəzərə alınmır və həmin məsrəflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərarları ilə tənzimlənir.
- İllik maliyyə hesabatlarını Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən tərtib edən təşkilatlarda əsas fondların hər bir kateqoriyasına dairtəmir məsrəfləri üzrə məbləğlərin mühasibat uçotunda əks etdirilməsi
4.1. İllik maliyyə hesabatlarını Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən tərtib edən təşkilatlarda podrat üsulu ilə yerinə yetirilmiş əsaslı təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:
4.1.1. yerinə yetirilmiş təmir işləri üzrə əsaslı təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün “Torpaq, tikili və avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər” hesabının müvafiq subhesablarının debeti və “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri ilə bağlı qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları” hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
4.1.2. əsaslı təmir məsrəflərinin ödənilməsi zamanı “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri ilə bağlı qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları” hesablarının müvafiq subhesablarının debeti və “Kassa”, “Bankda olan hesablaşma hesabların”, “Tələblərə əsasən verilən digər bank hesabları”nın müvafiq subhesablarının kreditində əks etdirilir;
4.1.3. əsaslı təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə “Torpaq, tikili və avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər” hesabının müvafiq subhesablarının kreditindən “Torpaq, tikili və avadanlıq” hesabının müvafiq subhesablarının debetinə silinir.
4.2. İllik maliyyə hesabatlarını Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən tərtib edən təşkilatlarda təsərrüfat üsulu ilə yerinə yetirilmiş əsaslı təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:
4.2.1. yerinə yetirilmiş təmir işləri üzrə əsaslı təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün “Torpaq, tikili və avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər” hesabının müvafiq subhesablarının debeti və “Material ehtiyatları”, “Digər ehtiyatlar”, “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri ilə bağlı qısamüddətli kreditor borcları”, “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”, “Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər”, “Digər qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli öhdəliklər” hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
4.2.2. əsaslı təmir məsrəflərinin ödənilməsi zamanı “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri ilə bağlı qısamüddətli kreditor borcları”, “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”, “Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər”, “Digər qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli öhdəliklər” hesablarının müvafiq subhesablarının debeti və “Kassa”, “Bankda olan hesablaşma hesabları”, “Tələblərə əsasən verilən digər bank hesabları”nın müvafiq subhesablarının kreditində əks etdirilir;
4.2.3. əsaslı təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə “Torpaq, tikili və avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər” hesabının müvafiq subhesablarının kreditindən “Torpaq, tikili və avadanlıq” hesabının müvafiq subhesablarının debetinə silinir.
4.3. İllik maliyyə hesabatlarını Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən tərtib edən təşkilatlarda podrat üsulu ilə yerinə yetirilmiş cari təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:
4.3.1. yerinə yetirilmiş təmir işləri üzrə cari təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün “İstifadə olunmuş məsrəflər” hesabının müvafiq subhesablarının debeti və “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri ilə bağlı qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları” hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
4.3.2. cari təmir məsrəflərinin ödənilməsi zamanı “Malsatan podratçılara qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri ilə bağlı qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları” hesablarının müvafiq subhesablarının debeti və “Kassa”, “Bankda olan hesablaşma hesabları”, “Tələblərə əsasən verilən digər bank hesabları”nın müvafiq subhesablarınınkreditində əks etdirilir;
4.3.3. cari təmir məsrəflərinin hesabat dövrünün sonunda xərc kimi tanınması zamanı “İstifadə olunmuş məsrəflər” hesabının müvafiq subhesablarının kreditindən “Birja gəlirləri üzrə xərclər”, “Qeyri-birja gəlirləri üzrə xərclər”, “Sair mənbələr hesabına xərclər” maddələri üzrə müəyyən edilmiş hesabların müvafiq subhesablarının debetinə silinir;
4.3.4. cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən artıq olduqda, bu fərqin hər bir kateqoriyaya aid əsas fondlar üzrə kapital qoyuluşuna yönəldilməsi zamanı “Torpaq, tikili və avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər” hesabının müvafiq subhesablarının debeti və “İstifadə olunmuş məsrəflər” hesabının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
4.3.5. müəyyən edilən həddən artıq cari təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə “Torpaq, tikili və avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər” hesabının müvafiq subhesablarının kreditindən “Torpaq, tikili və avadanlıq” hesabının müvafiq subhesablarının debetinə silinir;
4.3.6. cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən az olduqda, bu fərq əsas fondların hər bir kateqoriyası üzrə növbəti hesabat dövründə cari təmir məsrəflərinə aid olunan məbləğə əlavə edilir.
4.4. İllik maliyyə hesabatlarını Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən tərtib edən təşkilatlarda təsərrüfat üsulu ilə yerinə yetirilmiş cari təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:
4.4.1. yerinə yetirilmiş təmir işləri üzrə cari təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün “İstifadə olunmuş məsrəflər” hesabının müvafiq subhesablarının debeti və “Material ehtiyatları”, “Digər ehtiyatlar”, “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri ilə bağlı qısamüddətli kreditor borcları”, “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”, “Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər”, “Digər qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli öhdəliklər” hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
4.4.2. cari təmir məsrəflərinin ödənilməsi zamanı “Malsatan podratçılara qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri ilə bağlı qısamüddətli kreditor borcları”, “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”, “Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər”, “Digər qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli öhdəliklər”, “Digər qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli öhdəliklər” hesablarının müvafiq subhesablarının debeti və “Kassa”, “Bankda olan hesablaşma hesabların”, “Tələblərə əsasən verilən digər bank hesabları”nın müvafiq subhesablarının kreditində əks etdirilir;
4.4.3. cari təmir məsrəflərinin hesabat dövrünün sonunda xərc kimi tanınması zamanı “İstifadə olunmuş məsrəflər” hesabının müvafiq subhesablarının kreditindən “Birja gəlirləri üzrə xərclər”, “Qeyri – birja gəlirləri üzrə xərclər”, “Sair mənbələr hesabına xərclər” maddələri üzrə müəyyən edilmiş hesabların müvafiq subhesablarının debetinə silinir;
4.4.4. cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən artıq olduqda, bu fərqin hər bir kateqoriyaya aid əsas fondlar üzrə kapital qoyuluşuna yönəldilməsi zamanı “Torpaq, tikili və avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər” hesabının müvafiq subhesablarının debeti və “İstifadə olunmuş məsrəflər” hesabının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
4.4.5. müəyyən edilən həddən artıq cari təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə “Torpaq, tikili və avadanlıq üzrə kapitallaşdırılmış məsrəflər” hesabının müvafiq subhesablarının kreditindən “Torpaq, tikili və avadanlıq” hesabının müvafiq subhesablarının debetinə silinir;
4.4.6. cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən az olduqda, bu fərq əsas fondların hər bir kateqoriyası üzrə növbəti hesabat dövründə cari təmir məsrəflərinə aid olunan məbləğə əlavə edilir.
4.5. İcarəyə götürülmüş əsas fondların hər bir kateqoriyası üzrə təmir məsrəflərinin məbləğlərinin mühasibat uçotunda əks olunması aşağıdakı qaydada aparılır:
4.5.1. əsas fondların icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə məsrəflər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır. Bağlanmış müqavilənin şərtlərindən asılı olaraq əsas fondlar uçota alınır.
4.5.2. bir ildən artıq müddətdə icarəyə götürülən, gələcəkdə alınma hüququ olan, yaxud alınma hüququ olmayan, müqavilədə nəzərdə tutulmuş qiymətlərlə icarəçinin mülkiyyətinə keçən obyektlər əsas fondlara aid edilməklə, icarəçi tərəfindən uçota alınır.
4.5.3. bir ildən az müddətə icarəyə götürülən, alınma hüququ olmayan, müqavilədə nəzərdə tutulmuş qiymətlərlə icarəçinin mülkiyyətinə keçməyən obyektlər, onun əsas fondlarına aid edilmədiyi üçün uçota alınmır;
4.5.4. icarəçi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə götürülmüş və uçota alınmış əsas fondlar üzrə əsaslı təmir məsrəflərinin məbləği bu Qaydaların 4.1-ci və 4.2-cü bəndlərinə uyğun olaraq əsas fondların balans dəyərinin artırılmasına yönəldilir;
4.5.5. icarəçi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə götürülmüş və uçota alınmış əsas fondlar üzrə cari təmir məsrəflərinin məbləği bu Qaydaların 3.2-ci, 4.3-cüvə 4.4-cü bəndlərinə uyğun olaraq xərcə aid edilir.
4.6. İcarəyə götürülmüş və uçota alınmamış əsas fondlar icarəçi tərəfindən təmir olunduqda, bununla əlaqədar məsrəfləri təsdiqləyən lazımi sənədlər icarəyə verənə təqdim edilir.
4.7. İcarəyə götürülmüş və uçota alınmamış əsas fondlar üzrə təmir işlərinin dəyəri icarəyə verən tərəfindən birbaşa ödənişlə və ya bu işlər icarəçinin öz vəsaitləri hesabına aparıldıqda, icarə haqqının azaldılması yolu ilə aşağıdakı kimi kompensasiya edilir:
4.7.1. təmir işlərinin dəyəri icarəyə verən tərəfindən təmir işlərinin məsrəfləri birbaşa ödənildikdə, “Bankda olan hesablaşma hesabları”nın müvafiq subhesablarının debeti və “Qısamüddətli debitor borcları”nın hesabının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir:
4.7.2. təmir işlərinin dəyəri icarə haqqının azaldılması yolu ilə kompensasiya edilən zaman “Qısamüddətli debitor borcları” hesabının krediti “İcarə ilə bağlı qısamüddətli kreditor borcları” hesabının müvafiq subhesablarının debeti ilə müxabirələşir.
4.8. Əsas fondların hər bir kateqoriyasının ilin sonuna balans dəyəri sıfıra bərabər olduqda, təmir məsrəflərinin faktiki məbləği müvafiq kateqoriyaya aid əsas fondların balans dəyərinə aid edilir və bu Qaydanın 4.1-ci, 4.2-ci bəndlərinə uyğun olaraq mühasibat uçotunda əks etdirilir.
5.İllik maliyyə hesabatlarını Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına və ya Kommersiya Təşkilatları üçün Milli Mühasibat uçotu Standartlarına əsasən tərtib edən təşkilatlarda əsas fondların hər bir kateqoriyasına dairtəmir məsrəfləri üzrə məbləğlərin mühasibat uçotunda əks etdirilməsi
5.1. İllik maliyyə hesabatlarını Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına və ya Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən tərtib edən təşkilatlarda podrat üsulu ilə yerinə yetirilmiş əsaslı təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:
5.1.1. yerinə yetirilmiş təmir işləri üzrə əsaslı təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün “Torpaq, tikili və avadanlıqla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının debeti və “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları” hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
5.1.2. əsaslı təmir məsrəflərinin ödənilməsi zamanı “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları” hesablarının müvafiq subhesablarının debeti və “Kassa”, “Bank hesablaşma hesabları”, “Digər tələbli bank hesabları”nın müvafiq subhesablarının kreditində əks etdirilir;
5.1.3. əsaslı təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə “Torpaq, tikili və avadanlıqla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının kreditindən “Torpaq, tikili və avadanlıqlar” hesabının müvafiq subhesablarının debetinə silinir.
5.2. İllik maliyyə hesabatlarını Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına və ya Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən tərtib edən təşkilatlarda təsərrüfat üsulu ilə yerinə yetirilmiş əsaslı təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:
5.2.1. yerinə yetirilmiş təmir işləri üzrə əsaslı təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün “Torpaq, tikili və avadanlıqla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının debeti və “Material ehtiyatları”, “Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri”, “Hazır məhsul”, “Mallar”, “Digər ehtiyatlar”, “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları”, “İşçi heyətinə qısamüddətli kreditor borcları”, “Vergi öhdəlikləri”, “Sosial sığorta və təminat üzrə öhdəliklər”, “Digər məcburi ödənişlər üzrə öhdəliklər”, “Digər qısamüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları”, “Digər qısamüddətli öhdəliklər”, “Digər uzunmüddətli öhdəliklər” hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
5.2.2. əsaslı təmir məsrəflərinin ödənilməsi zamanı “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları”, “İşçi heyətinə qısamüddətli kreditor borcları”, “Vergi öhdəlikləri”, “Sosial sığorta və təminat üzrə öhdəliklər”, “Digər məcburi ödənişlər üzrə öhdəliklər”, “Digər qısamüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları”, “Digər qısamüddətli öhdəliklər”, “Digər uzunmüddətli öhdəliklər” hesablarının müvafiq subhesablarının debeti və “Kassa”, “Bank hesablaşma hesabları”, “ Digər tələbli bank hesabları”nın müvafiq subhesablarının kreditində əks etdirilir;
5.2.3. əsaslı təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə “Torpaq, tikili və avadanlıqla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının kreditindən “Torpaq, tikili və avadanlıqlar” hesabının müvafiq subhesablarının debetinə silinir.
5.3. İllik maliyyə hesabatlarını Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına və ya Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən tərtib edən təşkilatlarda podrat üsulu ilə yerinə yetirilmiş cari təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:
5.3.1. yerinə yetirilmiş təmir işləri üzrə cari təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün “İstehsalat məsrəfləri” hesabının müvafiq subhesablarının debeti və “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları” hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
5.3.2. cari təmir məsrəflərinin ödənilməsi zamanı “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları” hesablarının müvafiq subhesablarının debeti və “Kassa”, “Bank hesablaşma hesabları”, “Digər tələbli bank hesabları”nın müvafiq subhesablarının kreditində əks etdirilir;
5.3.3. cari təmir məsrəflərinin hesabat dövrünün sonunda xərc kimi tanınması zamanı “İstehsalat məsrəfləri” hesabının müvafiq subhesablarının kreditindən “Satışın maya dəyəri” maddəsi üzrə müəyyən edilmiş hesabın müvafiq subhesablarının debetinə silinir;
5.3.4. cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən artıq olduqda, bu fərqin hər bir kateqoriyaya aid əsas fondlar üzrə kapital qoyuluşuna yönəldilməsi zamanı “Torpaq, tikili və avadanlıqlarla bağllı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının debeti və “İstehsalat məsrəfləri” hesabının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
5.3.5. müəyyən edilən həddən artıq cari təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının kreditindən “Torpaq, tikili və avadanlıqlar” hesabının müvafiq subhesablarının debetinə silinir;
5.3.6. cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən az olduqda, bu fərq əsas fondların hər bir kateqoriyası üzrə növbəti hesabat dövründə cari təmir məsrəflərinə aid olunan məbləğə əlavə edilir.
5.4. İllik maliyyə hesabatlarını Maliyyə hesabatlarının Beynəlxalq Standartlarına və ya Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına əsasən tərtib edən təşkilatlarda təsərrüfat üsulu ilə yerinə yetirilmiş cari təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:
5.4.1. yerinə yetirilmiş təmir işləri üzrə cari təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün “İstehsalat məsrəfləri” hesabının müvafiq subhesablarının debeti və “Material ehtiyatları”, “Hazır məhsul”, “Mallar”, “Digər ehtiyatlar”, “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları”, “İşçi heyətinə qısamüddətli kreditor borcları”, “Vergi öhdəlikləri”, “Sosial sığorta və təminat üzrə öhdəliklər”, “Digər məcburi ödənişlər üzrə öhdəliklər”, “Digər qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli öhdəliklər” hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
5.4.2. cari təmir məsrəflərinin ödənilməsi zamanı “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”, “Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları”, “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları”, “İşçi heyətinə qısamüddətli kreditor borcları”, “Vergi öhdəlikləri”, “Sosial sığorta və təminat üzrə öhdəliklər”, “Digər məcburi ödənişlər üzrə öhdəliklər”, “Digər qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli öhdəliklər” hesablarının müvafiq subhesablarının debeti və “Kassa”, “Bank hesablaşma hesabları”, “Digər tələbli bank hesabları”nın müvafiq subhesablarının kreditində əks etdirilir;
5.4.3. cari təmir məsrəflərinin hesabat dövrünün sonunda xərc kimi tanınması zamanı “İstehsalat məsrəfləri” hesabının müvafiq subhesablarının kreditindən “Satışın maya dəyəri” maddəsi üzrə müəyyən edilmiş hesabın müvafiq subhesablarının debetinə silinir;
5.4.4. cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən artıq olduqda, bu fərqin hər bir kateqoriyaya aid əsas fondlar üzrə kapital qoyuluşuna yönəldilməsi zamanı “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının debeti və “İstehsalat məsrəfləri” hesabının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
5.4.5. müəyyən edilən həddən artıq cari təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının kreditindən “Torpaq, tikili və avadanlıqlar” hesabının müvafiq subhesablarının debetinə silinir;
5.4.6. cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən az olduqda, bu fərq əsas fondların hər bir kateqoriyası üzrə növbəti hesabat dövründə cari təmir məsrəflərinə aid olunan məbləğə əlavə edilir.
5.5. İcarəyə götürülmüş əsas fondların hər bir kateqoriyası üzrə təmir məsrəflərinin məbləğlərinin mühasibat uçotunda əks olunması aşağıdakı qaydada aparılır:
5.5.1. əsas fondların icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə məsrəflər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır. Bağlanmış müqavilənin şərtlərindən asılı olaraq əsas fondlar uçota alınır;
5.5.2. bir ildən artıq müddətdə icarəyə götürülən, gələcəkdə alınma hüququ olan, yaxud alınma hüququ olmayan, müqavilədə nəzərdə tutulmuş qiymətlərlə icarəçinin mülkiyyətinə keçən obyektlər əsas fondlara aid edilməklə, icarəçi tərəfindən uçota alınır;
5.5.3. bir ildən az müddətə icarəyə götürülən, alınma hüququ olmayan, müqavilədə nəzərdə tutulmuş qiymətlərlə icarəçinin mülkiyyətinə keçməyən obyektlər, onun əsas fondlarına aid edilmədiyi üçün uçota alınmır;
5.5.4. icarəçi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə götürülmüş və uçota alınmış əsas fondlar üzrə əsaslı təmir məsrəflərinin məbləği bu Qaydaların 5.1-ci və 5.2-ci bəndlərinə uyğun olaraq əsas fondların balans dəyərinin artırılmasına yönəldilir;
5.5.5. icarəçi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə götürülmüş və uçota alınmış əsas fondlar üzrə cari təmir məsrəflərinin məbləği bu Qaydaların 3.2-ci, 5.3-cüvə 5.4-cü bəndlərinə uyğun olaraq xərcə aid edilir.
5.6. İcarəyə götürülmüş və uçota alınmamış əsas fondlar icarəçi tərəfindən təmir olunduqda, bununla əlaqədar məsrəfləri təsdiqləyən lazımi sənədlər icarəyə verənə təqdim edilir.
5.7. İcarəyə götürülmüş və uçota alınmamış əsas fondlar üzrə təmir işlərinin dəyəri icarəyə verən tərəfindən birbaşa ödənişlə və ya bu işlər icarəçinin öz vəsaitləri hesabına aparıldıqda, icarə haqqının azaldılması yolu ilə aşağıdakı kimi kompensasiya edilir:
5.7.1. təmir işlərinin dəyəri icarəyə verən tərəfindən birbaşa ödənildikdə, icarəçinin “Bank hesablaşma hesabları”nın müvafiq subhesablarının debeti və “Qısamüddətli debitor borcları” maddəsi üzrə müəyyən edilmiş hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
5.7.2. təmir işlərinin dəyəri icarə haqqının azaldılması yolu ilə kompensasiya edilən zaman “Qısamüddətli debitor borcları” maddəsi üzrə müəyyən edilmiş hesabların müvafiq subhesablarının krediti “İcarə üzrə qısamüddətli kreditor borcları” hesabının müvafiq subhesablarının debeti ilə müxabirələşir.
5.8. Əsas fondların hər bir kateqoriyasının ilin sonuna balans dəyəri sıfıra bərabər olduqda, təmir məsrəflərinin faktiki məbləği müvafiq kateqoriyaya aid əsas fondların balans dəyərinə aid edilir və bu Qaydanın 5.1-ci, 5.2-ci bəndlərinə uyğun olaraq mühasibat uçotunda əks etdirilir.
6.İllik maliyyə hesabatlarını Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına əsasən tərtib edən təşkilatlarda əsas fondların hər bir kateqoriyasına dairtəmir məsrəfləri üzrə məbləğlərin mühasibat uçotunda əks etdirilməsi
6.1. İllik maliyyə hesabatlarını Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına əsasən tərtib edən təşkilatlarda podrat üsulu ilə yerinə yetirilmiş əsaslı təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:
6.1.1. yerinə yetirilmiş təmir işləri üzrə əsaslı təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün “Torpaq, tikili və avadanlıqla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının debeti və “Malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları”, “Malsatan və podratçılar üzrə uzunmüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları” hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
6.1.2. əsaslı təmir məsrəflərinin ödənilməsi zamanı “Malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları”, “Malsatan və podratçılar üzrə uzunmüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları” hesablarının müvafiq subhesablarının debeti və “Kassa”, “Bankda olan hesablaşma hesabları”, “Tələblərə əsasən açılan digər bank hesabları”nın müvafiq subhesablarının kreditində əks etdirilir;
6.1.3. əsaslı təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə “Torpaq, tikili və avadanlıqla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının kreditindən “Torpaq, tikili və avadanlıqlar” hesabının müvafiq subhesablarının debetinə silinir.
6.2. İllik maliyyə hesabatlarını Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına əsasən tərtib edən təşkilatlarda təsərrüfat üsulu ilə yerinə yetirilmiş əsaslı təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:
6.2.1. yerinə yetirilmiş təmir işləri üzrə əsaslı təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün “Torpaq, tikili və avadanlıqla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının debeti və “Material ehtiyatları”, “Hazır məhsul”, “Mallar”, “Digər ehtiyatlar”, “Malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları”, “Malsatan və podratçılara uzunmüddətli kreditor borcları”, “İşçi heyəti üzrə qısamüddətli kreditor borcları”, “Vergi öhdəlikləri”, “Sosial sığorta və təminat üzrə öhdəliklər”, “Digər məcburi ödənişlər üzrə öhdəliklər”, “Digər qısamüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları”, “Digər qısamüddətli öhdəliklər”, “Digər uzunmüddətli öhdəliklər” hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
6.2.2. əsaslı təmir məsrəflərinin ödənilməsi zamanı “Malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları”, “Malsatan və podratçılar üzrə uzunmüddətli kreditor borcları”, “İşçi heyətinə qısamüddətli kreditor borcları”, “Vergi öhdəlikləri”, “Sosial sığorta və təminat üzrə öhdəliklər”, “Digər məcburi ödənişlər üzrə öhdəliklər”, “Digər qısamüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları”, “Digər qısamüddətli öhdəliklər”, “Digər uzunmüddətli öhdəliklər” hesablarının müvafiq subhesablarının debeti və “Kassa”, “Bankda olan hesablaşma hesabları”, “Tələblərə əsasən açılan digər bank hesabları”nın müvafiq subhesablarının kreditində əks etdirilir;
6.2.3. əsaslı təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə “Torpaq, tikili və avadanlıqla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının kreditindən “Torpaq, tikili və avadanlıqlar” hesabının müvafiq subhesablarının debetinə silinir.
6.3. İllik maliyyə hesabatlarını Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına əsasən tərtib edən təşkilatlarda podrat üsulu ilə yerinə yetirilmiş cari təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:
6.3.1. yerinə yetirilmiş təmir işləri üzrə cari təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün “Bitməmiş istehsal” hesabının müvafiq subhesablarının debeti və “Malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları”, “Malsatan və podratçılar üzrə uzunmüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları” hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
6.3.2. cari təmir məsrəflərinin ödənilməsi zamanı “Malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları”, “Malsatan və podratçılar üzrə uzunmüddətli kreditor borcları”, “Digər qısamüddətli kreditor borcları”, “Digər uzunmüddətli kreditor borcları” hesablarının müvafiq subhesablarının debeti və “Kassa”, “Bankda olan hesablaşma hesabları”, “Tələblərə əsasən açılan digər bank hesabları”nın müvafiq subhesablarının kreditində əks etdirilir;
6.3.3. cari təmir məsrəflərinin hesabat dövrünün sonunda xərc kimi tanınması zamanı “Bitməmiş istehsal” hesabının müvafiq subhesablarının kreditindən “Qeyri-birja əməliyyatları ilə bağlı xərclər” və “Birja əməliyyatları ilə bağlı xərclər” maddələri üzrə müəyyən edilmiş hesabların müvafiq subhesablarının debetinə silinir;
6.3.4. cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən artıq olduqda, bu fərqin hər bir kateqoriyaya aid əsas fondlar üzrə kapital qoyuluşuna yönəldilməsi zamanı “Torpaq, tikili və avadanlıqlarla bağllı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının debeti və “Bitməmiş istehsal” hesabının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
6.3.5. müəyyən edilən həddən artıq cari təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə “Torpaq, tikili və avadanlıqlarla bağllı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının kreditindən “Torpaq, tikili və avadanlıqlar” hesabının müvafiq subhesablarının debetinə silinir;
6.3.6. cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən az olduqda, bu fərq əsas fondların hər bir kateqoriyası üzrə növbəti hesabat dövründə cari təmir məsrəflərinə aid olunan məbləğə əlavə edilir.
6.4. İllik maliyyə hesabatlarını Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartına əsasən tərtib edən təşkilatlarda təsərrüfat üsulu ilə yerinə yetirilmiş cari təmir məsrəflərinin mühasibat uçotunda əks etdirilməsi aşağıdakı qaydada aparılır:
6.4.1. yerinə yetirilmiş təmir işləri üzrə cari təmir məsrəflərinin uçotda əks etdirilməsi üçün “Bitməmiş istehsal” hesabının müvafiq subhesablarının debeti və “Material ehtiyatları”, “Hazır məhsul”, “Mallar”,“Digər ehtiyatlar”, “Malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları”, “İşçi heyətinə qısamüddətli kreditor borcları”, “Vergi öhdəlikləri”, “Sosial sığorta və təminat üzrə öhdəliklər”, “Digər məcburi ödənişlər üzrə öhdəliklər”, “Digər qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli öhdəliklər” hesablarının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
6.4.2. cari təmir məsrəflərinin ödənilməsi zamanı “Malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları”, “İşçi heyətinə qısamüddətli kreditor borcları”, “Vergi öhdəlikləri”, “Sosial sığorta və təminat üzrə öhdəliklər”, “Digər məcburi ödənişlər üzrə öhdəliklər”, “Digər qısamüddətli kreditor borcları”, “Digər qısamüddətli öhdəliklər” hesablarının müvafiq subhesablarınındebeti və “Kassa”, “Bankda olan hesablaşma hesabları”, “Tələblərə əsasən açılan digər bank hesabları”nın müvafiq subhesablarının kreditində əks etdirilir;
6.4.3. cari təmir məsrəflərinin hesabat dövrünün sonunda xərc kimi tanınması zamanı “Bitməmiş istehsal” hesabının müvafiq subhesablarının kreditindən “Qeyri-birja əməliyyatları ilə bağlı xərclər” və “Birja əməliyyatları ilə bağlı xərclər” maddələri üzrə müəyyən edilmiş hesabların müvafiq subhesablarının debetinə silinir;
6.4.4. cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən artıq olduqda, bu fərqin hər bir kateqoriyaya aid əsas fondlar üzrə kapital qoyuluşuna yönəldilməsi zamanı “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının debeti və “Bitməmiş istehsal” hesabının müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
6.4.5. müəyyən edilən həddən artıq cari təmir məsrəflərinin məbləği əsas fondların hər bir kateqoriyası üzrə onların balans dəyərinin artırılmasına yönəldikdə “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” hesabının müvafiq subhesablarının kreditindən “Torpaq, tikili və avadanlıqlar” hesabının müvafiq subhesablarının debetinə silinir;
6.4.6. cari təmir məsrəflərinin faktiki məbləği müəyyən edilmiş həddən az olduqda, bu fərq əsas fondların hər bir kateqoriyası üzrə növbəti hesabat dövründə cari təmir məsrəflərinə aid olunan məbləğə əlavə edilir.
6.5. İcarəyə götürülmüş əsas fondların hər bir kateqoriyası üzrə təmir məsrəflərinin məbləğlərinin mühasibat uçotunda əks olunması aşağıdakı qaydada aparılır:
6.5.1. əsas fondların icarəyə götürülməsi müddətləri, şərtləri, habelə onların təmiri üzrə məsrəflər qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə verənlə icarəçi arasında bağlanılan müqavilədə razılaşdırılır. Bağlanmış müqavilənin şərtlərindən asılı olaraq əsas fondlar uçota alınır;
6.5.2. bir ildən artıq müddətdə icarəyə götürülən, gələcəkdə alınma hüququ olan, yaxud alınma hüququ olmayan, müqavilədə nəzərdə tutulmuş qiymətlərlə icarəçinin mülkiyyətinə keçən obyektlər əsas fondlara aid edilməklə, icarəçi tərəfindən uçota alınır;
6.5.3. bir ildən az müddətə icarəyə götürülən, alınma hüququ olmayan, müqavilədə nəzərdə tutulmuş qiymətlərlə icarəçinin mülkiyyətinə keçməyən obyektlər, onun əsas fondlarına aid edilmədiyi üçün uçota alınmır;
6.5.4. icarəçi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə götürülmüş və uçota alınmış əsas fondlar üzrə əsaslı təmir məsrəflərinin məbləği bu Qaydaların 6.1-ci və 6.2-ci bəndlərinə uyğun olaraq əsas fondların balans dəyərinin artırılmasına yönəldilir;
6.5.5. icarəçi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarəyə götürülmüş və uçota alınmış əsas fondlar üzrə cari təmir məsrəflərinin məbləği bu Qaydaların 3.2-ci, 6.3-cüvə 6.4-cü bəndlərinə uyğun olaraq xərcə aid edilir.
6.6. İcarəyə götürülmüş və uçota alınmamış əsas fondlar icarəçi tərəfindən təmir olunduqda, bununla əlaqədar məsrəfləri təsdiqləyən lazımi sənədlər icarəyə verənə təqdim edilir.
6.7. İcarəyə götürülmüş və uçota alınmamış əsas fondlar üzrə təmir işlərinin dəyəri icarəyə verən tərəfindən birbaşa ödənişlə və ya bu işlər icarəçinin öz vəsaitləri hesabına aparıldıqda, icarə haqqının azaldılması yolu ilə aşağıdakı kimi kompensasiya edilir:
6.7.1. təmir işlərinin dəyəri icarəyə verən tərəfindən birbaşa ödənildikdə, icarəçinin “Bankda olan hesablaşma hesabları”nın müvafiq subhesablarının debeti və “Qısamüddətli debitor borcları” maddəsi üzrə müəyyən edilmiş hesabların müvafiq subhesablarının krediti üzrə mühasibat yazılışı verilir;
6.7.2. təmir işlərinin dəyəri icarə haqqının azaldılması yolu ilə kompensasiya edilən zaman “Qısamüddətli debitor borcları” maddəsi üzrə müəyyən edilmiş hesabların müvafiq subhesablarının krediti “İcarə üzrə qısamüddətli kreditor borcları” hesabının müvafiq subhesablarının debeti ilə müxabirələşir.
6.8. Əsas fondların hər bir kateqoriyasının ilin sonuna balans dəyəri sıfıra bərabər olduqda, təmir məsrəflərinin faktiki məbləği müvafiq kateqoriyaya aid əsas fondların balans dəyərinə aid edilir və bu Qaydanın 6.1-ci, 6.2-ci bəndlərinə uyğun olaraq mühasibat uçotunda əks etdirilir.
Mənbə: www.e-qanun.az