Kredit borclarını ödəyə bilməyənlər vergilərdən azad edilə bilər

posted in: Vergi, Xəbər | 0

Azərbaycan bankları öz kredit borclarını ödəməyə gücü çatmayan müştərilərin vergilərdən azad edilməsini təklif edirlər.

Bunu bank dairələrindən mənbə bildirib. Mənbənin sözlərinə görə, bu məsələni bugünkü görüşdə Maliyyə Bazarlarına Nəzarət Palatasının, Azərbaycan Banklar Assosiasiyasiyasının nümayəndələri və yerli bankların rəhbərləri müzakirə ediblər.

Mənbə bildirib ki, söhbət vergi ödənişindən müvəqqəti və ya tamamilə azad edilmədən gedir. Lakin mənbə öz kredit borclarını ödəməyə gücü çatmayan müştərilərin məhz hansı vergilərdən azad edilməsinin təklif olunduğunu dəqiqləşdirməyib.

Görüşdə səsləndirilən digər təkliflər arasında problemli aktivlərin idarə olunması mexanizminin yaradılması və “Bakı yanaşmasının” hazırlanması da olub. Bu yanaşma “London yanaşması” və ya “İstanbul yanaşması” analogiyası üzrə yaradıla bilər.

Bunun mahiyyəti müştərilərin borclarını ödəməyinin asanlaşdırılması üçün problemli kreditləri restrukturizasiya etmək və kredit verilməsinin şərtlərini yenidən nəzərdən keçirməkdən ibarətdir.

Eyni zamanda, “Bakı yanaşması” çərçivəsində müştərinin müxtəlif banklarda ödənilməyən kreditləri varsa, banklar birgə müştərinin kreditini restrukturizasiya edə bilərlər.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2017-ci ilin yanvar-oktyabr aylarında ölkədə ödəniş vaxtı keçmiş borcların həcmi 1 889,6 milyon manat təşkil edib və bu ötən ilin analoji dövrü ilə müqayisədə 37,4 faiz daha çoxdur. Ödəniş vaxtı keçmiş borclar banklar və qeyri-bank kredit təşkilatlarının ümumi kredit portfelində 15,55 faiz pay təşkil edib.

Mənbə: www.news.day.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Külli miqdarda fırıldaqçılıq: Təcrübəli mühasib biznesmeni soydu

posted in: muhasibat, Xəbər | 0

Mühasib qadın pul vəsaitlərini saxta müəssisələrin və fiziki şəxslərin hesabına köçürüb, mühasibatlıq sənədlərinə isə yalan məlumatlar daxil edib.

Kiyevdə biznesmeni soymuş 46 yaşlı qadın saxlanılıb. Bundan əvvəl iyul ayında isə həmin iş adamı müəssisəsinə məxsus hesablardan pul məbləğlərinin yoxa çıxması ilə bağlı polis orqanlarına müraciət edibmiş.

Kiyev şəhərinin Qolosevskiy rayon polis idarəsinin cinayət axtarışı şöbəsinin əməkdaşları operativ axtarışlar nəticəsində bu cinayətdə təcrübəli mühasib qadının əli olduğunu müəyyən ediblər. Saxlanılan qadın pul vəsaitlərinin saxta müəssisələr və fiziki şəxslərə aid hesablara köçürdüyünü etiraf edib. Sonra isə hpulları həmin hesablardan çıxarıb, mühasibatlıq sənədlərinə isə yalan məlumatlar daxil edib.

İstintaq nəticəsində məlum olub ki, 46 yaşlı qadın oxşar cinayətə görə Ukrayna üzrə axtarışda olubmuş.

Saxlanılan mühasiblə bağlı Ukrayna CM-nin 190-cı maddəsinin 3-cü hissəsi ilə cinayət işi başlanılıb. Qadını 8 illik həbs cəzası gözləyr.

Hadisə bu il avqust ayının 12-də Kiyevdə baş verib.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Maliyyə hesabatlarının hazırlanması ilə bağlı təlim

posted in: Maliyyə, Xəbər | 0

“Maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi” mövzusunda Təlim keçiriləcəkdir.

Ölkəmizdə uğurla həyata keçirilən iqtisadi islahatlara dəstək verilməsi, sahibkarlıq subyektləri tərəfindən  maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi  və şəffaflığın artırılması sahəsində müəssisə və təşkilatlara metodiki yardım göstərilməsi məqsədilə, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikası Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2017-ci il 18 dekabr tarixindən saat 10:00-da  1 (bir) həftəlik “Maliyyə hesabatlarının hazırlanmasında beynəlxalq və milli standartların tətbiqinin təmin edilməsi” mövzusunda təlim keçiriləcəkdir. 

Təlimlər “Ernst & Yanq”, “Praysvoterhauskupers”, “Deloitte & Touche”, “KPMC” beynəlxalq auditor şirkətlərinin, “Barattson School of Business & Finance” tədris mərkəzinin beynəlxalq sertifikatlı peşəkar mütəxəssisləri və Auditorlar Palatasının üzvləri tərəfindən aparılacaqdır.
Kurslar Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK)  inzibati binasında keçiriləcəkdir (Ünvan: AZ1110, Azərbaycan Respublikası, Bakı ş., Akademik Həsən Əliyev küç, 57, 3-cü mərtəbə).

Təlimdə dövlət, özəl şirkət, müəssisə və təşkilatların maliyyə hesabatları hazırlanmasına məsul olan şəxslər iştirak edə bilərlər.

Təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar verilir.

Təlimlər ödənişlidir.

Təlimlərdə iştirak etmək istəyən şəxslər 2017-ci il 18 dekabr tarixinədək Auditorlar Palatasına müraciət edə bilərlər.

Əlavə məlumat almaq üçün Auditorlar Palatasının Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinə müraciət oluna bilər.

Ünvan: S.Y.Bakuvi, 35; əlaqə telefonu: 465-65-35; 465-65-48 (daxili 110); 0558664429.

Əlaqələndirici şəxs: Kadr hazırlığı şöbəsinin müdir müavini Aytən Seyidəliyevadır.

E-mail: ayten.mirzeyeva@gmail.com 

Mənbə: www.audit.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Kommersiya sirri haqqında qanuna dəyişiklik edildi

posted in: Vergi, Xəbər | 0

“Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Kommersiya sirri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 741; 2004, № 12, maddə 973; 2006, № 11, maddə 932; 2012, № 7, maddə 650; 2016, № 12, maddə 2004) 4.1.5-ci maddəsində “kommersiya” sözü “vergi” sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 noyabr 2017-ci il.

Mənbə: www.president.az

 

Qeyd edək ki, dəyişiklikdən əvvəlki 4.1.5 maddəsi aşağıdakı kimi olmuşdur.

4.1.5. Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi barədə kommersiya sirri hesab olunmayan məlumatlar.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.