İşlə bağlı maraqlı faktlar (3-cü hissə)

posted in: Məqalə | 0
  • Yeni Zelandiya sahibkarlıq üçün ən uğurlu ölkə hesab edilir.
  • Faktlar belə deyir ki, Avstraliyada “dünyada ən yaxşı iş yeri ilə bağlı” vakansiya açılıb.
  • Ən mürəkkəb və ən təhlükəli iş açıq kosmosda fəaliyyət göstərmək hesab olunur.
  • George Washington – un mağaraları tədqiq etməkdən çox xoşu gəlib.

  • Ən varlı təqaüdçülər Danimarkada yaşayır.

  • Hakimiyyətinin ilk illərində Vladimir Putinin çox cüzi əməkhaqqı alıb, lakin 2002-ci ilin ortalarında onun məvacibi dəfələrlə yüksəlib.

  • Sirr deyil ki, ən ağır iş günü bazar ertəsi hesab olunur.

 

Məqalənin 2-ci hissəsini bu linkə daxil olmaqla oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

ABŞ-da doğum səviyyəsi ölüm səviyyəsindən geri qalmağa başlayıb

posted in: Məqalə, Xəbər | 0

ABŞ-da doğum faizinin azalması iqtisadiyyata pozitiv təsir göstərər bilər.

Son dəyərləndirmələrə görə, ABŞ-da doğum səviyyəsi ölüm səviyyəsindən geri qalmağa başlayıb. Lakin, yeni təqdiqatlar bunun ölkə iqtisadiyyatına müsbət təsir göstərəcəyini qeyd edirlər.

Negative Population Growth, İnc (NPG) təşkilatı bildirir ki, 1980 və 2000-ci illər arasında doğulanlar hazırda bir çox problemlərlə üzləşirlər, o cümlədən  əmək haqqında durğunluq, mənzillərin qiymətində yüksəliş və əməyin avtomatlaşdırılmasında yüksək templər müşahidə olunur. Bu səbəbdən, NPG hesab edir ki, doğum səviyyəsinin azalması ölkə iqtisadiyyatına müsbət təsir göstərə bilər.

İqtisadi çətinliklər ABŞ-da doğum səviyyəsinin aşağı düşməsinin heç də yeganə səbəbi deyil. Xüsusi tərbiyə üsulunun yaxşılaşması da başlıca amillərdən biridir. 2007-ci ildən ölkədə yeniyetmələr arasında doğum səviyyəsi 50 faizə qədər aşağı düşüb.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Azərbaycanda vergi yükü 40%-dən azdır

posted in: Vergi, Xəbər | 0

Dünya Bank (DB) və “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkəti tərəfindən hazırlanan “Paying Taxes 2018” adlı icmalda Azərbaycan 35-ci yeri tutub. Azərbaycanın indeksi 83,79-a bərabərdir.

İcmala əsasən, qiymətləndirmə 190 ölkənin iqtisadiyyatını əhatə edib.

Azərbaycanda vergi yükü 39,8% təşkil edərək ötən illə müqayisədə dəyişməyib. “Bu göstərici Mərkəzi Asiya və Şərqi Avropa üzrə orta göstərici olan 33,4%-dən yüksəkdir, lakin dünya üzrə orta göstərici olan 40,5%-dən azdır. Vergi yükünün böyük bir hissəsini (67%) əlavə dəyə vergisi və sosial ödənişlər təşkil edir”, – deyə icmalda qeyd edilib.

Mənbə: www.apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Ümumi Hesabatlılıq Standartları” mövzusunda seminar keçirilib

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi KPMG Azərbaycan ilə birlikdə “Ümumi Hesabatlılıq Standartları” mövzusunda seminar keçirib.

Vergilər Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası və “KPMG Azərbaycan” şirkətinin iştirakı ilə banklar və maliyyə sektoru təşkilatları üçün “Ümumi Hesabatlılıq Standartları (CRS)” mövzusunda seminar keçirilib.

Seminarda bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin 18-ci hissəsinə əsasən, Azərbaycan Respublikası “Maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşma”ya qoşulub. Həmin Razılaşmaya əsasən onu imzalayan dövlətlər vergitutma məqsədləri üçün xarici dövlətlərin rezidentləri olan fiziki və hüquqi şəxslərin maliyyə institutlarındakı hesabat verilməli hesabları barədə məlumatları toplamalı və həmin şəxslərin rezidenti olduqları dövlətlərlə avtomatik mübadiləni aparmalıdırlar. Bu məqsədlə həmin dövlətlərdə mübadilənin vahid prinsiplərini tənzimləyən Ümumi Hesabatlılıq Standartı (Common Reporting Standard – CRS) tətbiq edilməlidir.

Azərbaycan Respublikası maliyyə hesabları barədə məlumatların avtomatik mübadiləsi haqqında səlahiyyətli orqanlar arasında Çoxtərəfli Razılaşmaya qoşulmaq barədə Bəyanatı 2017-ci ilin iyunun 1-də imzalayıb. Həmin bəyanata əsasən Azərbaycan Respublikası tərəfindən ilk mübadilənin 2018-ci ilin sentyabr ayında həyata keçirilməsi nəzərdə tutulur.

Seminarda Ümumi Hesabatlılıq Standartları və onun əsas elementləri, CRS və FATCA arasındakı əsas fərqlər, CRS-nin Azərbaycandakı təbliği ilə bağlı Vergilər Nazirliyinin gördüyü işlər və bu istiqamətdə qarşıda duran vəzifələr müzakirə olunub.

Mənbə: www.taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.