Vergilər Nazirliyinin departament rəhbəri vəzifədən azad edildi

posted in: Vergi, Xəbər | 0

 

Vergilər Nazirliyinin İnsan resursları departamentinin baş direktoru Faiq Şahbazov tutduğu vəzifədən azad edilib.

F.Şahbazovun vəzifəsini hazırda müvəqqəti olaraq Elməddin Süleymanov icra edir.

F.Şahbazovun başqa vəzifəyə təyin olması barədə hələ məlumat yoxdur.

Mənbə: marja.az

 

 

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilər Nazirliyində büdcə gəlirləri ilə bağlı kollegiya iclası keçirilib

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyində dövlət büdcəsinin proqnoz gəlirlərinin icrası və Vergilər Nazirliyinin qarşısında duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

İclasda çıxış edən kollegiyanın sədri, Azərbaycan Respublikasının vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov ölkə Prezidenti tərəfindən aparılan uğurlu və düşünülmüş iqtisadi siyasət nəticəsində, ölkə iqtisadiyyatının diversifikasiyasına və qeyri-neft sektorunun inkişafında əhəmiyyətli irəliləyişlərə nail olunduğunu bildirib, xarici investisiyaların cəlb edilməsi, işgüzar mühitin və biznesin fəaliyyəti üçün yaradılan şərait nəticəsində Azərbaycanda qlobal maliyyə böhranlarının uzunmüddətli təsirlərinə qarşı dayanıqlı iqtisadi baza formalaşdırıldığını qeyd edib.

F.Məmmədov dövlət büdcəsinin gəlirlərinin təmin edilməsi istiqamətində son aylar vergi orqanları tərəfindən görülən işlər barədə danışaraq bildirilib ki, vergi ödəyicilərinin iqtisadi fəaliyyət göstəricilərinin yaxşılaşması vergi daxilolmalarının təmin edilməsinə müsbət təsir göstərir. Bununla yanaşı, vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı aparılan islahatlar da öz nəticələrini göstərməkdədir. Vergi risklərinin müəyyən edilməsi və yayındırılan vergilərin aşkarlanması məqsədilə “risklərin idarə edilməsi” sistemi kimi innovativ alətlərin uğurlu tətbiqi, iri vergi ödəyicilərində elektron auditin tətbiq dairəsinin genişləndirilməsi, vergi yoxlamalarının həyata keçirilməsinin təkmilləşdirilməsi dövlət büdcəsinin vergi gəlirlərinin artımasına müsbət təsir göstərib.

Vergilər naziri iqtisadi fəallığın artmasını xüsusi vurğulayaraq bildirib ki, 2017-ci ilin ilk 10 ayı ərzində 134 566 yeni vergi ödəyicisi (o cümlədən, 9 864hüquqi, 124 702 fiziki şəxs) qeydiyyatdan keçib. Müvafiq dövr ərzində yüksək dövriyyəyə malik 3 189 ƏDV ödəyicisi (2 359 hüquqi şəxs, 830 fiziki şəxs) qeydiyyata alınıb. Ümumilikdə cari ilin 10 ayı ərzində qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin sayı fəaliyyətini dayandırmış və ləğv edilmiş vergi ödəyicilərinin sayından 18 028 sayda çox olub ki, bu da ümumilikdə iqtisadi dövriyyənin artmasına dəlalət edir.

F.Məmmədov qeyd edib ki, əldə olunan müsbət nəticələrə baxmayaraq, vergi orqanları 2017-ci ilin büdcə proqnozlarının tam həcmdə yerinə yetirilməsi və büdcə gəlirlərinin artırılmasının davamlılığının və sabitliyinin təmin olunması üçün mövcud vergi potensialından maksimum yararlanmalı, vergi nəzarətinin təmin edilməsi sahəsində işləri daha intensiv və səmərəli aparılmalıdır. Görülən işlərin davamı olaraq real vergi potensialının düzgün müəyyən edilməsi istiqamətində vergi qanunvericiliyinin təkmilləşdirilməsi əsas prioritet kimi nəzərdə tutulur.

Vergilər naziri qeyd edib ki, ölkə başçısının tapşırıqlarını, qanunvericiliyə edilmiş son dəyişiklikləri nəzərə alaraq, büdcə daxilolmalarının mütərəqqi üsullardan istifadə etməklə vaxtında təmin edilməsi, real vergitutma bazasının müəyyən edilməsi sahəsində işlərin daha da sürətləndirilməsi, vergi orqanlarının fəaliyyətinin düzgün və effektiv, müasir tələblərə cavab verəcək səviyyədə qurulması və bununla da Vergilər Nazirliyinin bütün struktur vahid və bölmələrinin mövcud potensialının qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı səfərbər olunması üçün bu sahədə mobil inzibatçılığa zərurət yaranıb.

Həmçinin, “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 saylı Qərarına əsasən  bütün vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq Vergilər Nazirliyinin elektron informasiya sisteminin günün tələblərinə uyğun qurulmasına zərurət yaranıb.

Sonra gündəlikdə duran məsələlərlə bağlı, eləcə də hər bir struktur vahidi üzrə nəzərdə tutulan konkret vəzifələr barədə Kollegiyada ətraflı müzakirə aparılıb. Kollegiyanın sədri, vergilər naziri Fazil Məmmədov cari ilin sonunadək Vergilər Nazirliyinin bütün struktur vahidlərinin və bölmələrinin mövcud potensialının qarşıya qoyulmuş vəzifələrin icrasına səfərbər edilməsi ilə bağlı konkret tapşırıqlarını verib.

Sonda Vergilər Nazirliyi Kollegiyasının qərarı ilə büdcə proqnozlarının dəqiq və vaxtında icra edilməsinin təmin edilməsi məqsədilə xüsusi Qərargah yaradılıb. Qərargaha analitik təhlillər əsasında dəqiqləşdirilməklə vergi potensialının dəqiq və vaxtında müəyyənləşdirilmək, müəyyən edilmiş potensial üzrə vergi daxilolmalarının təmin edilməsi üçün zəruri və məqsədəmüvafiq vergi nəzarəti növlərinin seçmək, nazirliyin struktur vahid və bölmələri arasında koordinasiyanın qurulmasını təmin etmək, büdcə proqnozlarının icrası ilə məşğul olan funksional strukturların gündəlik iş bölgüsünü müəyyən etməklə zərurət yarandıqda vergi daxilolmalarının təmin olunması məqsədilə inzibatçılıq, struktur, kadr və intizam məsuliyyəti məsələlərinə dair təkliflər təqdim etmək tapşırılıb.

Bununla yanaşı, bütün vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixindən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsi ilə elektron qaimə-faktura təqdim ediləcəyini nəzərə alaraq, Vergilər Nazirliyinin İnformasiya Texnologiyaları Mərkəzinə İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) və Vergilər Nazirliyinin elektron informasiya sistemində proqram və maddi texniki təminatı ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etmək tapşırlıb.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Audit xidmətinə görə bitcoinlə də ödəmə qəbul edilir

posted in: Audit, Xəbər | 0

“PricewaterhouseCoopers” beynəlxalq audit şirkəti göstərdiyi xidmətə görə ilk dəfə olaraq bitcoində ödəmə qəbul edib. Bu barədə Şirkətin Honq-Konq ofisindən məlumat verilib.

Məlumatda həmçinin bildirilir ki, “PwC” bundan sonra kriptovalyutaların ilkin emissiyası, kriptovalyuta birjaları və kripto-fondlarla bağlı konsaltinq xidmətləri göstərəcək.

“Bu qərar Şirkətimizin yeni texnologiyalar və innovativ biznes-modellərini bütün xidmət spektri üzrə tətbiq etdiyimizi göstərəcək. Həmçinin aldığımız qərar, bitcoin və digər məşhur kriptovalyutaların geniş qəbul edilmiş hesablaşma vasitəsinə çevrildiyini əks etdirəcək”, – deyə şirkətin Asiya-Sakit Okean regionu üzrə rəhbəri Reymund Çao (Raymund Chao) bildirib.

Xatırladaq ki, dekabr ayının 18-dən etibarən ABŞ-ın CME və CBOE birjaları bitkoinlə fyuçers əməliyyatlarına başlayacaq. Hazırda bitcoinin qiyməti isə 11 300 dollara bərabərdir.

Mənbə: www.report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Beynəlxalq Mühasibat Uçotunun Əsasları” üzrə təqaüd proqramı

posted in: muhasibat, Xəbər | 0

Maliyyə Elm-Tədris Mərkəzi tələbələr üçün ödənişsiz təqaüd proqramı elan edir.

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin BAKALAVR və MAGİSTR pilləsində təhsil alan TƏLƏBƏLƏRİN nəzərinə!

Maliyyə Elm-Tədris Mərkəzi hər zaman ənənəsinə sadiq qalaraq respublikamızda mühasibat uçotunun inkişafına dəstək məqsədi ilə “Beynəlxalq Mühasibat Uçotunun Əsasları” fənni üzrə təqaüd proqramı elan edir.

Təlimdə iştirak etmək istəyən tələbələrin 2017-ci il 25 dekabr tarixinədək qeydiyyatdan keçmələri tələb olunur.

Seçim müsahibə əsasında aparılacaqdır və müvəffəqiyyət qazanan 20 nəfərə Mərkəzin hesabına ÖDƏNİŞSİZ təlim keçiriləcəkdir.

Qeydiyyata düşmək üçün:

Əlaqə telefonu: +(994) 12 404 81 59;

E-poçt: " target="_blank" rel="noopener">.

https://www.facebook.com/groups/maliyye.elm.tedris.merkezi/

Mənbə: www.marja.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.