Vergilər nazirinin yeni müşaviri təyin olunub

posted in: Vergi, Xəbər | 0

 

Vüqar İsmayılov Azərbaycan vergilər nazirinin vergi cinayətlərinin ilkin araşdırması məsələləri üzrə müşaviri təyin olunub.

Bundan əvvəl Vüqar İsmayılov nazirliyin Daxili Təhlükəsizlik Departamentinin baş direktoru vəzifəsində işləyib.

Qeyd edək ki, hazırda vergilər nazirinin 14 müşaviri fəaliyyət göstərir.

Mənbə: fins.az

 

 

 

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

MMC-lər üçün audit məcburidir?

posted in: Audit, Xəbər | 0

Sual: Vergi Məcəlləsinin 16.1.4-cü maddəsində (16.1.4. vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə, auditor rəyi əlavə edilməklə vergi hesabatını, habelə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqvim ili ərzində bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən hər bir şəxs üzrə ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayışı təqdim etmək) qeyd olunan tələb “Məhdud Məsuliyyətli Cəmiyyət” lərə münasibətdə məcburi xarakter daşıyırmı? Əvvəlcədən təşəkkür edirik.

Cavab: Bildiririk ki, məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit).

Cəmiyyətin illik maliyyə hesabatının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır.

Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir.

Qeyd olunan məsələ barədə əlavə məlumat əldə etmək üçün aidiyyəti üzrə Auditorlar Palatasına müraciət etməyiniz tövsiyə olunur.

Bax: Mülki Məcəllənin 91.4-cü maddəsi.

Bax: Vergi Məcəlləsinin 218.1.2-ci və 220.1-1.1-ci maddələri.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Ağıllı amerikalıların uzaqgörən təqaüd siyasəti

posted in: Məqalə | 0

Bizim çoxumuz təqaüdə erkən çıxmağı arzulasaq da, bu heç də həmişə mümkün olmur. Təqaüd üçün lazım olan qədər vəsait toplaya bilmirsinizsə, istəyinizdən asılı olmayaraq sizə daha uzun müddət işləmək lazım gəlir. Ona görə bir çox adamlar 62 yaşında sosial təminatla təmin olunmaq imkanını nəzərdən keçirirlər.

Sosial təminatla adminstrasiya hər bir şəxs üçün “tam” təqaüd yaşı müəyyən edir, hansı ki, amerikalılar buradan öz təqaüdlərini ala bilərlər. Tam təqaüd yaşı gəlib çatmasa da həmin vəsaitləri 62 yaşında və ya 70 yaşında təqaüdə çıxmaqla əldə etmək mümkündür.

Hesablamalara görə, təqaüdü erkən, yəni 62 yaşından almağa başlasanız, ayda siz 2,5 min dollar deyil, 2 min dollar alacaqsınız. Yəni, siz 70 yaşında təqaüdə çıxdıqda 2,5 min dollar alacaqsınız. Amma, burada bir amil mühüm rol oynayır, həmin yaş həddinə çatmaq və ya çatdıqdan sonra neçə il ərzində onu almaq riski çox böyükdür. Məhz, bu səbəbdən bir çox ağıllı amerikalılar elə 62 yaşından təqaüdə çıxmağa üstünlük verirlər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Müxtəlif ölkələr haqqında maraqlı məlumatlar (1-ci hissə)

posted in: Məqalə | 0
Rəsmi dövlət dilini bilməyən ölkə

Papua – Yeni Qvineyada rəsmi dövlət dillərindən biri – ingilis dilidir. Amma, bu dildə ölkə əhalisinin yalnız  bir faizi danışa bilir.  Ümumilikdə, bu dövlət linqvistika müxtəlifliyi ilə öyünə bilər: yerli sakinlər nə az-nə çox, düz 820 dildə danışırlar. Yeri gəlmişkən, burada digər rəsmi dillər də mövcuddur: top-piksin və hiri-motu.  Bu dilləri yeni qvineyalıların böyük əksəriyyəti bilir.

Kənd təsərrüfatının ümumiyyətlə, inkişaf etmədiyi ölkə.

Planetimizdə sözün həqiqi mənasında iqtisadiyyatı kənd təsərrüfatından asılı olmayan ölkər çoxdur. Onlardan ən böyüyü isə – Sinqapurdur. Burada kənd təsərrüfatı ümumiyyətlə yoxdur.

Cəngəlliklər ölkəsi

Cənubi Amerikada yerləşən kiçik bir dövlət olan Surinam tamamilə cəngəlliklərlə örtülüb – belə ki, ölkə ərazisinin 91 faizini meşə örtüyü təşkil edir. Əhalinin böyük hissəsi paytaxtdan elə də uzaq olmayan sahil boyunda yaşayırlar. Və yerli sakinlərin yalnız beş faizi (əsasən aborigenlər) ölkə dərinliyində həyat sürürlər.

Dünyanın ən çoxmillətli dövləti

Bəzi alimlərin hesablamalarına görə Hindistanda iki mindən çox xalq yaşayır. Konstitusiyaya əsasən ölkədə 21 rəsmi dövlət dili mövcuddur ki, əhalinin böyük əksəriyyəti bu dillərdə danışır. Onlardan bəziləri isə (məsələn, sanskrit) klassik statusa malikdir. Lakin, bu əsas rekord deyil… Ümumilikdə söyləsək, burada 447 dildən və 2 min dialektdən istifadə olunur.

Çayları olmayan ölkə

Səudiyyə Ərəbistanında bir dənə də olsun çay yoxdu, bu ölkədə içməli suyu yeraltı anbarlardan və sutəmizləyici qurğular vasitəsilə təmizlənmiş və şirinləşdirilmiş dəniz suyundan əldə edirlər.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.