Taksi xidmətlərinə görə ƏDV necə hesablanacaq?

posted in: Vergi, Xəbər | 0

Azərbaycanda UBER, “Taxify” və s. taksi xidmətindən istifadəyə görə tətbiqi gözlənilən 18%-lik əlavə dəyər vergisi (ƏDV) bütün ödənişləri əhatə etməyəcək.

Bank dairələrindən alınan məlumata görə, ölkə ərazisində qeyri-rezidentlərin xidmət haqqı həm yerli, həm də xarici banklara aid plastik kartlarla ödənilə bilər.

ƏDV-ni yalnız yerli banklara məxsus kartlarla edilən ödənişlərdən tutmaq mümkündür. Xarici banklara məxsus kart hesabından vergi tutmaq isə texniki baxımdan mümkün deyil.

Xatırladaq ki, taksi xidmətinə ödənişlərin ƏDV-yə dekabrın 1-dən cəlb olunacağı gözlənilir. Artıq Azərbaycan bankları müştərilərini bu barədə məlumatlandırmağa başlayıb. Plastik kart sahiblərinə göndərilən SMS-lərdə dekabrın 1-dən xarici şirkətlərin taksi xidmətinin 18% bahalaşacağı, yəni hesabdan əlavə pul çıxılacağı bildirilir.

Mənbə: report.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Ən qeyri-adi vergilər (4-cü hissə)

posted in: Məqalə, Vergi | 0

Yağış vergisi

Bu vergi növü Litvada tətbiq olunub. Şəhər hakimiyyət orqanları yağış kanalizasiyalarının təmiri üçün vəsait əldə etmək məqsədilə vergi tətbiq etməyə məcbur olub. Qərarda belə deyilirdi ki, şəhər sakinləri yağış zamanı sututarların qurulması ilə məşğul olmalı, ya da dövlətə vergi ödəməlidilər. Belə ki, hər il baş verən yağışlar mövsümü bələdiyyə idarələri üçün əsl fəlakətə səbəb olurdu. Məmurların söylədiyinə görə mövcud kanalizasiya sistemləri və təmizləyici qurğular işin öhdəsindən gələ bilmir, buna müvafiq olaraq əlavə xərclər tələb olunur.

Həmrəylik vergisi

Belə bir vergi AFR ilə ADR-in birləşməsindən sonra Almaniyada tətbiq olunub. Səbəb isə çox sadə idi, belə ki, iki alman dövləti birləşərkən,  şərq torpaqları inkişaf səviyyəsinə qərb torpaqlarından xeyli geridə qalırdı. Və bu geriliyi aradan qaldırmaqdan ötrü 2 trilyon marka dəyərində sərmayə qoyuluşu tələb olunurdu. Buna görə 1991-ci ildə həmrəylik vergisi deyilən xüsusi bir vergi tətbiq edildi. Birləşməni maliyyələşdirməkdən ötrü gəlir vergisindən 5,5% həmrəylik vergisi tutulmağa başlandı.

 

Rus dilinə görə vergi

 

Rus dilindən istifadəyə görə vergi Estoniyada tətbiq edilib. Avropa Birliyinə daxil olduqdan sonra Estoniyanın Rusiyada səfiri işləmiş Mart Helme respublikada belə bir verginin tətbiqini təklif etmişdi. Siyasətçinin sözlərinə görə, “eston dilinin qorunması zəruridir” və bunun ən sadə və ağıllı yolu, cibə zərbə vurmağa yönələn tədbirlər ola bilər. Estoniyada rus dilindən istifadəyə görə xüsusi vergi tətbiq edilməlidir. Telekanalların rus dilində verilişlərinə baxmaq istəyən hər bir şəxs bunun üçün saniyə hesabilə pul ödəməlidir və bu da elə bir məbləğ təşkil etməlidir ki, insanlar həmin verilişlərə baxmaqdan imtina etməli olacaqlar. Yazılı mətbuat üçün isə vergi çap işarəsi və ya materialın hər kv sm nəzərə alınmaqla tutulmalıdır”.

 

Kazinoda oynama, vergidən azad ol

Yeni vergi növü tətbiq etməyən, hətta vergidən azad edən ölkələr də olurmuş. Belə ölkələrdən biri Monako knyazlığıdır. Məlum olduğu kimi, knyazlığın ərazisində yerləşən Monte-Karlo şəhəri həm də öz kazinoları ilə məşhurdur. Maraqlıdır ki, Monte-Karlodakı kazinoların oyun zallarında yalnız əcnəbi vətəndaşlar oynaya bilər. Hələ XIX əsrdə, oyun sənayesini inkişaf etdirməyi planlaşdırarkən, belə bir qərar qəbul olunub. Yerli sakinlər isə kompensasiya kimi gəlir vergisi ödəməkdən azad ediliblər. Baham adalarındakı kazinolarda da oxşar qadağa tətbiq olunub. Çox güman ki, bu qərarı qəbul etməklə, sözügedən ölkələr həm də öz vətəndaşlarının mənafelərini düşünüblər.

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Qeyri-rezidentə görə avans ödənilmiş ƏDV nə zaman əvəzləşdirilir?

posted in: Vergi, Xəbər | 0

 

Sual: Qeyri-rezident Azərbaycanda ƏDV ödəyicisi olan rezident şirkət üçün May 2017 dövründə xidmət göstərmişdir. Amma ƏDV məbləği Aprel 2017 dövründə ödənilmişdir. Sual olunur ki, əvəzləşmə dövrü nə zamandır? Hansı dövrün ƏDV bəyannaməsində əvəzləşməyə salınmalıdır. Xahiş olunur ətraflı izah verəsiniz.

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq sorğunuzda qeyd olunan halda əvəzləşdirmə may ayının ƏDV bəyannaməsində qeyd olunmalıdır.

Bax: Vergi Məcəlləsinin 169-cu və 175-ci maddələri.

Mənbə: taxes.gov.az

 

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi uçotundan yayınan obyektlər aşkar edilib

posted in: Vergi, Xəbər | 0

“Forte kids” və “Forte fashion” əmtəə nişanı altında fəaliyyət göstərən obyektlərin vergi uçotundan yayındırıldığı müəyyən edilib.

Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti tərəfindən Bakı şəhəri Yasamal və Xətai rayonlarının ərazisində Vergi Məcəlləsinin 50.1.1-ci maddəsinə əsasən müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan şəxslərin aşkar edilməsi məqsədilə operativ vergi nəzarəti tədbirləri keçirilib.

Bu tədbirlər zamanı Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal D.Bünyadzadə və Ə.Əhmədov küçələrinin kəsişməsində və Əhməd Cəmil ev 66, mənzil 1 ünvanında yerləşən “Forte Fashion”, habelə Xətai rayonu, Əhmədli ŞTQ, Sarayevo küçəsi 22A, məhəllə 2325 ünvanda yerləşən “Forte Fashion” və “Forte kids” adlı geyim mağazalarında vergi orqanında uçota alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti göstərilməsi faktları aşkar olunaraq Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada rəsmiləşdirilib.

Bununl yanaşı, D.Bünyadzadə və Ə.Əhmədov küçələrinin kəsişməsində yerləşən “Forte Fashion” geyim mağzasında 4 nəfər fiziki şəxsin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və 255389 manat məbləğində malların uçotdan yayındırılması, Əhməd Cəmil ev 66, mənzil 1 ünvanında yerləşən “Forte Fashion” geyim mağazasında 8 nəfər fiziki şəxsin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsini bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və 291919 min manat məbləğində malların uçotdan yayındırılması, Xətai rayonu, Əhmədli ŞTQ, Sarayevo küçəsi 22A, məhəllə 2325 ünvanda yerləşən “Forte Fashion” geyim mağazasında 72 564 manat, “Forte kids” uşaq geyimləri mağazasında 57394 manat məbləğində malların uçotdan yayındırılması halları müəyyən edilib.

Vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı vergi əməkdaşlarına öz xidməti vəzifələrini yerinə yetirməyə maneçilik törətməyə, mağazalarda çalışan işçiləri gizlətməyə cəhdlər olunub. Aparılmış araşdırmalar nəticəsində qeyd olunan təsərrüfat subyektlərində (obyektlərində) Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində vergi ödəyicisi kimi uçota alınmış İmanov İman İlqar oğlunun sahibkarlıq fəaliyyəti göstərdiyi müəyyən edilib.

Keçirilmiş vergi nəzarəti tədbirləri zamanı İmanov İman İlqar oğluna aid olan, Bakı şəhəri Nəsimi Rayonu, Hüseynbala Əliyev ev 34, m.36 ünvanda yerləşən “Forte kids” adlı geyim mağazasında da 3 fiziki şəxsin əmək müqaviləsi bağlanılmadan işlərin yerinə yetirilməsinə cəlb olunması və 82000 manat malların uçotdan yayındırıldığı aşkar edilib.

Aparılmış vergi nəzarəti tədbirləri zamanı “Forte kids” və “Forte fashion” əmtəə nişanı adı altında 5 obyektdən 4-də qanunsuz sahibkarlıq fəaliyyəti göstərildiyi, həmin obyektləırin ümumi sahəsinin 700 kv. metr, uçotdan gizlədilmiş malların dəyərinin 729266 manat, əmək müqaviləsi bağlanılmadan işə cəlb olunmuş fiziki şəxslərin sayının isə 15 nəfər olduğu müəyyən edilərək, aşkarlanmış faktlar üzrə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.

Mənbə: taxes.gov.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.