Avtomobillər üçün aksiz vergisi artırılacaq

posted in: Vergi, Xəbər | 0

Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu gələn il yanvarın 1-dən dəyişəcək.

bu, Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərara əsasən mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox olmayan təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri  üçün 0,40 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 0,70 dollardır. Mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1800 kubsantimetrdən çox, lakin 3000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrlərinin işçi həcmi 3000 kubsantimetrdən çox olan avtomobillər üçün də idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri  üçün 0,40 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 0,70 dollardır.

Yeni qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500 kubsantimetrdən çox, lakin 1800 kubsantimetrdən çox olmayan, mühərrikinin silindrlərinin işçi həcmi 1800 kubsantimetrdən çox, lakin 3000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrlərinin işçi həcmi 3000 kubsantimetrdən çox olan təzə və istismar olunmuş minik avtomobilləri üçün idxal gömrük rüsumu artırılıb. Bu kateqoriyalardan olan təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcminin hər 1 kubsantimetri  üçün 0,70 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün 1,2 dollar olacaq.

Qeyd edək ki, mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1000 kubsantimetrdən çox olmayan və mühərrikinin silindrinin işlək hissəsinin həcmi 1000 kubsantimetrdən çox, lakin 1500 kubsantimetrdən çox olmayan minik avtomobilləri üçün gömrük idxal rüsumu dəyişməyib. Bu kateqoriyalarda təzə minik avtomobilləri üçün idxal gömrük rüsumu mühərrikin həcmin hər 1 kubsantimetri  üçün 0,40 dollar, istismar olunmuş belə avtomobillərin mühərrikinin həcminin hər 1 kubsantimetri üçün isə 0,70 dollardır.

Mənbə: Apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Cəmi 17 manata Azərbaycan dilində online ACCA F3 kursu!!!

Cəmi 17 manat ödəməklə Azərbaycan dilində online ACCA F3 kursu keçmək imkanı! Bu kurs bütün tələbələr üçün F3 Mühasibat Uçotunu tam öyrənməyə və ACCA F3 imtahanına hazırlaşmağa vasitədir. Yenicə yaradılmış bu kurs vasitəsilə siz:

  • ACCA F3 Financial Accounting imtahanına tam hazır ola bilər;
  • Financial Accounting imtahanını praktiki cəhətdən əhatə edə bilərsiniz.

Kursu keçmək üçün https://www.udemy.com/acca-f3-fiinancial-accounting-praktika-kursu/ linkinə daxil olaraq videoları izləməyiniz kifayətdir.

Bu kursda əsas olaraq iki sahə əhatə olunur:

  • ACCA F3 Financial Accounting mövzusunda məsələlərin həlləri – burada bir sıra kitablarda qarşınıza çıxan tapşırıqlar izahlı formada əhatə edilir. Bu bölmənin əsas məqsədi isə siz tələbələrin qarşısına çıxan müxtəlif tipli sualların izahlı həllərini təqdim etməkdir. Bunu üçün siz daimi olaraq kursun sual bölməsinə sizi narahat edən məslələrə aid sualları yazsanız getdikcə kursun əhatə dairəsi genişlənəcəkdir.
  • ACCA F3 Financial Accounting mövzusunda SINAQ İMTAHANI  – Bu kursda həm də sınaq imtahanı keçiriləcək. Bu sualları başqa heç yerdə görməmisiniz.

Əgər digər kurslardan yararlanmaq istəyirsinizsə, aşağıdakı linklərə daxil olaraq məlumat əldə edə bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Dünyanı yeni maliyyə böhranı gözləyir

posted in: Maliyyə, Xəbər | 0

Dünya iqtisadiyyatında sabitlik ilk baxışda təmin olunmuş kimi görünsə də, qlobal maliyyə böhranının baş verməsi üçün bütün zəruri şərtlər yaradılıb.

Rusiya mətbuatına istinadən xəbər verilir ki, qlobal maliyyə bazarlarında anormal əməliyyatların davam etməsi böhrana səbəb ola bilər.

Belə ki, dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Yaponiyada son istiqraz hərracında yerləşdirilən 4 mlrd. dollarlıq 2 illik istiqrazların faiz dərəcəsi -0,149% (mənfi) olsa da, tələbat təklifi 5 dəfə üstələyib. Mənfi faiz dərəcəsi onu göstərir ki, investorlar Mərkəzi Bankdan monetar stimullaşdırmanın bitməsini gözləmirlər. Nəticədə, aktivlərin qiyməti şişməyə davam edir.

Xatırladaq ki, hazırda dünyada mənfi faiz dərəcəsinə sahib olan istiqrazların həcmi 9 trln. dollar təşkil edir. Dövlət istiqrazlarının 85%-nin gəlirliliyi isə qlobal inflyasiya həddindən aşağıdır, yəni real olaraq mənfi gəlirliliyə sahibdir.

Ən çətin vəziyyətlə isə pensiya fondları üzləşib. Onlar, öz öhdəliklərini yerinə yetirmək üçün illik 7-8% mənfəət əldə etməlidir. Lakin 0% və ya mənfi faizli istiqrazlar onların maliyyə balansının kəsirini artırır. ABŞ-ın “Milliman” araşdırma şirkətinin məlumatına görə, 2012-2016-cı illərdə ABŞ-dakı pensiya fondlarının orta illik gəlirliliyi 1,31% təşkil edib. Kəsirin qarşısını almaq üçün fondlar daha riskli aktivlərə investisiya qoymağa məcbur olub. Məhz bu dövr ərzində pensiya fondlarının səhmlərə investisiyaları 19%-dən 24%-ə yüksəlib.

Digər problem isə mərkəzi bankların balanslarında olan yüksək həcmdə istiqrazlarla bağlıdır. İqtisadiyyatı stimullaşdırmaq məqsədi ilə alınan istiqrazların həcmi FED, ECB və BoJ-da hazırda 13,8 trln. dollar təşkil edir. Bu istiqrazların müddətinin bitmə dövrü yaxınlaşdıqca maliyyə riski daha da artır. FED-in istiqrazlarının əksər hissəsinin müddətinin 2020-2022-ci ildə bitməsi gözlənilir. Əgər FED yenidən maliyyələşdirmə əməliyyatı aparmasa, dünya üzrə aktivlərin qiymətinin ucuzlaşması qaçılmaz olacaq.

Mənbə: Report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

UBER şirkətinin vergiyə cəlb edilməsi barədə hökm çıxarılmışdır

posted in: Vergi, Xəbər | 0

London tribunalının hökmünə əsasən, UBER və onun kimi nəhəng şirkətlər fəaliyyət göstərdikləri ölkələrdə vergi ödəməlidirlər. İşçiləri sosial müdafiədən məhrum özüməşğul insanlardan ibarət olan UBER keçən il London tribunalının qərarından, eləcə də ona qarşı irəli sürülmüş öz sürücülərinə ənənəvi taksi xidməti operatorlarının təqdim etdikləri işə qəbul hüquqları vermək tələbindən şikayət edə bilməmişdi.

Bu ilin noyabr ayında Londonun məşğulluq üzrə apelyasiya tribunalı həmin qərarı qüvvədə saxlamışdı.

Keçən ilin noyabr ayında Londonun məşğulluq üzrə tribunalı peşəkar sürücülərin həmkarlar təşkilatı olan GMB-nin iki nəfər sürücünün adından verdiyi şikayəti əsasında UBER-in əleyhinə qərar çıxarmışdı. Tribunal müəyyən etmişdi ki, UBER zəhmətkeşlərin əsas hüquqlarını sürücülərin əlindən almaqla qanunsuz hərəkət etmişdi. Tribunalın qərarında qeyd edilmişdi ki, UBER üçün çalışan sürücülərin bayramlıq ödəniş, zəmanətli minimal əmək haqqı almaq, eləcə də məzuniyyətə çıxmaq hüquqları vardır.

Tribunalın qərarında vergi məsələlərinə toxunulmasa da, mütəxəssislər hesab edilər ki, bu qərar UBER-in Böyük Britaniyada öz işçiləri üçün Milli Sığorta fonduna ödəniş şəklində vergi ödəməsinə, eləcə də əlavə dəyər vergisi rejiminin işlənilməsində dəyişiklik edilməməsinə qapı aça bilər.

Mənbə: www.vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.