Peşə təhsili olanlara sahibkarlıq fəaliyyəti ilə bağlı imtiyaz veriləcək

posted in: Xəbər | 0

Peşə təhsili müəssisələrinə və onların müdavimlərinə sahibkarlıq fəaliyyəti ilə bağlı xüsusi imtiyaz veriləcək. Bu məqam Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılan “Peşə təhsili haqqında” qanun layihəsində əks olunub.

Qanun layihəsinin 4.1.41 maddəsinə əsasən Azərbaycanda peşə təhsili müəssisələrinə və onların müdavimlərinə sahibkarlqı fəaliyyəti ilə məşğul olmaları üçün dövlət tərəfindən xüsusi imtiyazlar veriləcək.
Mənbə: apa.az

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Gömrük ödənişləri üçün əhatəli təminat qəbul ediləcək

posted in: Xəbər | 0

Nazirlər Kabineti “Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları”nda dəyişiklik edib.

Bu qayda  təminat üsullarından (təminatdan) istifadə etməklə, gömrük borcunun ödənilməsinin təmin edilməsi məsələlərini tənzimləyir.

Qaydaya əsasən gömrük orqanları mövcud və ya gələcəkdə yarana biləcək gömrük borclarının ödənilməsini təmin etmək məqsədi ilə borclu və ya gələcəkdə borclu olacaq şəxslərdən girov, veksel zaminliyi (aval), bank qarantiyası, ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi, sığorta müqavilələri, üçüncü şəxsin zaminliyi və avans ödəmələri kimi təminatın verilməsini tələb etmək hüququna malikdirlər. Təminatın məbləğini gömrük orqanları müəyyən edirlər.

Indiyə qədər gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı gömrük və vergi qanunvericiliyinə əməl edən, gömrük prosedurlarından mütəmadi istifadə edən və bu prosedurlarla əlaqədar öhdəlikləri vaxtında və tam yerinə yetirmək imkanı olan rezidentlərin yazılı ərizə ilə müraciəti əsasında ödəniləcək gömrük ödənişlərini əhatə edən əhatəli təminat qəbul edib. Dəyişikliyə əsasən bundan sonra bu hallarda gömrük orqanı rezidentlərin həm də elektron formada müraciəti əsasında ödəniləcək gömrük ödənişlərini əhatə edən əhatəli təminat qəbul edəcək.

Qeyd edək ki, gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanı iki və daha çox bəyannamə, gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük borcu yarandıqda, yaxud yarana biləcəyi və gömrük borcunun məbləği müəyyən müddətdə dəyişə biləcəyi təqdirdə şəxs tərəfindən əhatəli təminatın təqdim edilməsinə icazə verir.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasib dahi ünsiyyətçidirmi? (7-ci hissə)

posted in: muhasibat, Məqalə | 0

“Бухгалтер” (Mühasib) jurnalında texnika elmləri namizədi, psixoloq, mühasiblər üçün tədris mərkəzinin treninqlər proqramının rəhbəri Tatyana Lobanovanın “Mühasib dahi ünsiyyətçidirmi?” adlı məqaləsi dərc edilib. Sözügedən məqalənin oxucularımız üçün də maraq kəsb edəcəyəni nəzərə alaraq, onu hissə-hissə saytımızda dərc etməyə qərar verdik.

7-ci hissə

Lakin, heç də hər şey göründüyü qədər ümidsiz deyil. Sən demə, elə insanlar da var ki, rədd cavabı veriləndə belə incimirlər və həmin adamlarla möhkəm işgüzar münasibətlər dəstəklənir. Bu insanlar hansı şəxsi keyfiyyətlərə malikdilər, hansı strategiyadan istifadə edirlər və bunu öyrənmək olarmı – bu sualların hamısına cavablar, yalnız ünsiyyət sənəti ilə bağlı praktiki təlimlərdə əldə edilə bilər. Və ilk addım olaraq müxtəlif, açıq və işgüzar partnyor ünsiyyəti ilə manipulyativ, gizli məqsədləri bir-birindən fərqləndirməyi bacarmaq lazımdır.

Çox vaxt bizə elə adamlar müraciət edir ki, onlara “sadəcə etiraz etmək mümkün olmur” və biz bunu etməli deyilik və ya etmək istəmirik fikri ilə asanlıqla razılaşmalı olursan. Amma, sonra asanlıqla razılaşdığımıza bir növ peşman olacağıq və hər dəfə özümüzü qınayacağıq ki, bir daha belə vəziyyətə düşməyək. Amma, sanki acığa həmin qərarı sakitcə adlayaraq istədiyini əldə edə bilən bir insan hökmən tapılacaq.

Ehtiyatlı olun – bu adam istifadəçidir (manipulyator)! Elə bir insan ki, onunla ünsiyyət həmişə xoşagəlməz çöküntü, narahatlıq hissi, xəyal qırıqlığı, qıcıqlıq yaradır və məcburən adamı öz lehinə olmayan qərar verməyə vadar edir.

İstifadəçinin “fərqli cinsləri” olur. Ən geniş yayılmışları ilə isə biz ofisdə və şəxsi həyatımızda rastlaşırıq. Axı, onlar öz məqsədləri üçün bizlərdən necə yararlana bilirlər? İstifadəçilər – onlar insan qəlbinin ən mahir biliciləridirlər. Onlar  “qurbanlarını”  heç də qarşılarına çıxan ilk insanlar sırasından deyil, hökmən təsir altına sala biləcəkləri adamlar arasından seçə bilirlər.

 

Məqalənin 6-cı hissəsini buradan oxuya bilərsiniz.

 

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Tikintidə yoxlama – 31% qanunsuz işçi aşkar olundu

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı” tikinti şirkətlərində səyyar monitorinqlərin keçirilməsi davam etdirilir. Bu günə kimi Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən ümumilikdə 15 səyyar monitorinq həyata keçirilib. Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 15-i sifarişçi, 9-u podratçı, 17-si subpodratçı olmaqla 43 hüquqi və fiziki şəxsi əhatə edən qeyri-rəsmi əmək münasibətlərininin tənzimlənməsi ilə bağlı səyyar monitorinq keçirilib.

Yoxlamaların həyata keçirildiyi dövr ərzində yoxlanılmış 557 işçidən 382-nin müqavilə ilə (106 işçi xidməti müqavilə), 175-nin isə müqaviləsiz işlədiyi aşkar olunub.

Monitorinq nəticəsində aşkar olunmuş faktlar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğuna yönləndirilib.

Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (on nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi xəbərdarlıq edir ki, səyyar monitorinqlərin mütəmadi davam etdirildiyini nəzərə alaraq əmək müqavilələri elektron formada rəsmiləşdirilməli, əmək bildiriş sistemində müqavilə qüvvəyə minmədən işçi tikinti sahəsinə cəlb olunmamalıdır.

Qeyd edək ki, monitorinqlərin keçirilməsində məqsəd tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsidir.

Monitorinqlər davam etdirilir və nəticələri mütəmadi olaraq açıqlanacaqdır.

Mənbə: fins.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.