Vergi ödəyicilərinin dövlət qeydiyyatı və vergi uçotu

posted in: Vergi | 0

Vergi ödəyicilərinin uçotu

Vergi ödəyicisi – vergitutma obyektlərindən vergi və büdcəyə ödənişlərini ödəməli olan istənilən şəxsdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.1 maddəsinə görə “şəxs – istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi” hesab olunur. Vergi ödəyicilərinin uçotu vergi nəzarətinin təmin edilmə formalarından biridir və bu proses Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin müvafiq qurumlarında  aparılır.

Fiziki və hüquqi şəxsin, habelə hüquqi şəxsin struktur bölmələrinin vergi ödəyicisi kimi uçotunun aparılması aşağıdakıları əhatə edir:

  • uçota alıma- vergi ödəyiciləri haqqında qeydiyyat məlumatlarının vergi ödəyicilərinin dövlət məlumat bazasına daxil edilməsi;
  • yenidən uçota alınma – dövlət məlumat bazasında vergi ödəyicilərinin uçot məlumatlarının dəyişdirilməsi və (və ya) əlavə edilməsi;
  • uçotdan çıxarılma – vergi ödəyicisi haqqında məlumatların uçotdan çıxarılması.

Vergi uçotuna alınmış hər bir vergi ödəyicinə unikal kod – vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir. Vergi ödəyicisi:

  • bütün vergi, həmçinin gömrük məntəqələrində ödənişlərində;
  • maliyyə, statistika hesabatlarında, vergi haqq-hesablarında, bəyannamələrdə, təsərrüfat müqavilələrində, hesab-fakturalarda, qaimələrdə, nəzarət-kassa aparatlarının çeklərində, məktublarda;
  • bank, gömrük və bütün digər ödəniş sənədlərində VÖEN-i qeyd edir.

Hüquqi şəxs və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirmək istəyən fiziki şəxslər (fərdi sahibkar) qanunvericiliklə müəyyən edilmiş vergi ödəməsin şərtləndirən halların olub-olmamasından asılı olmayaraq vergi orqanında vergi ödəyicisi kimi uçota alınırlar. Bu əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə də aiddir. Bu zaman onlar müvafiq icra orqanı tərəfindən verilən uyğun vəsiqəni təqdim edirlər. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu maddəyə uyğun olaraq vergi uçotuna alına bilərlər (VM, maddə 33.3).

Fiziki şəxslərin dövlət qeydiyyatı

Qeydiyyat müvafiq sənədləri kağız daşıyıcıda təqdim etməklə yaxud elektron formada real vaxt rejimində həyata keçirilir. Kağız daşıyıcıda hazırlanmış sənədlər birbaşa müvafiq vergi orqanına gəlməklə yaxud poçt vasitəsi ilə təqdim edilir. Elektron qeydiyyat İnternet Vergi İdarəsi portalının “Onlayn Kargüzarlıq və e-VHF” bölümü üzərindən həyata keçirilir. Fiziki şəxsin onlayn qeydiyyatı haqqında video təlimatla burdan tanış olmaq olar.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi uçotuna alınması onların dövlət qeydiyyatı hesab olunur.

Fiziki şəxs olan vergi ödəyicilərinin uçotu “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” əsasında aparılır. Qeydiyyat üçün fiziki şəxs yaxud onun səlahiyyətli nümayəndəsi vergi orqanına “Fiziki şəxsin uçotu haqqında ərizə” təqdim edir. Səlahiyyətli şəxs vergi ödəyicisinin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması məsələlərində fiziki şəxsi etibarnamə əsasında təmsil edə bilər. Səlahiyyətli şəxs etibarnamə ilə yanaşı şəxsiyyət vəsiqəsinin surətini də təqdim edir.

Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

  • hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər – şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi, AR Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi) surəti;
  • ailə kəndli təsərrüfatlarının başçıları – uçota dayanmaq istəyən fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və ailə kəndli təsərrüfatının bələdiyyə orqanlarında uçotu haqqında vəsiqənin surəti;
  • torpaq mülkiyyətçiləri – uçota dayanmaq istəyən fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin, torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və “Torpaq sahəsinin planı və ölçüsü”-nün surəti.

Xüsusi hallarda vergi ödəyicisini uçota alan qurum digər sənədləri də tələb edə bilər:

  • 18 yaşına (16 yaşına çatmayanlara VÖEN verilmir) çatmamış şəxslər üçün ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi, valideynlərin, övladlığa götürənlərin və ya himayəçinin razılığına əsasən qəyyumluq və himayəçilik orqanının qərarı, belə razılıq olmadıqda isə məhkəmənin qərarı;
  • “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə);
  • Daxili İşlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin informasiya sistemindən fotoşəkilin proqram təminatına ötürülməsi texniki səbəblərdən mümkün olmadıqda 25X30 mm ölçüdə 2 ədəd rəngli fotoşəkil.

Kağız daşıyıcıda təqdim edilmiş sənədlərdə kənarlaşma aşkar edilmədikdə fiziki şəxsin uçot məlumatları vergi ödəyicilərinin reyestrinə daxil edilir, ona VÖEN və Nəzarət kitabçası verilir.

Real vaxt rejimində elektron qeydiyyat zamanı məlumatlar sistemə daxil edilib gücləndirilmiş elektron imza ilə imzalandığı andan fiziki şəxs vergi uçotuna götürülür. VÖEN və müvafiq şəhadətnamə vergi ödəyicisi üçün yaradılmış elektron kabinetə göndərilir.

Vergi uçotuna alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi VM-in 33.5 maddəsinin tələblərini nəzərə almaqla vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır. Bu barədə ona 5 gün ərzində vergi uçotuna alınması barədə bildiriş göndərir.

Hüquqi şəxslərin vergi uçotu və dövlət qeydiyyatı

Kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə uyğun formada VÖEN verilməklə vergi uçotuna alınması onların dövlət qeydiyyatına alınması hesab olunur. DVX tərəfindən onlara verilmiş vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə dövlət qeydiyyatı haqqında şəhadətnamə sayılır.

Digər hüquqi şəxslərin dövlət qeydiyyatı qanunvericiliklə müəyyən edilmiş qaydada uyğun dövlət qurumlarında aparılır (məsələn, Ədliyyə Nazirliyində, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində və sair). Onlar dövlət qeydiyyatına alındıqdan sonra vergi ödəyicisi kimi uçota durmalıdırlar. Aşağıdakı məqalələrdə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və vergi uçotu haqqında daha ətraflı məlumat verilib:

“Yerli investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı”

“Xarici investisiyalı kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı”

“Xarici investisiyalı hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət qeydiyyatına alınması”

Qeyri-kommersiya hüquqi şəxslərin, xarici qeyri-kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin, fiziki şəxslərin vergi orqanında vergi uçotuna alınması sənədlər daxil olduğu gündən sonrakı 1 gündən, vergi orqanları tərəfindən dövlət qeydiyyatına alınan hüquqi şəxslərin, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının vergi orqanında dövlət qeydiyyatına və müvafiq olaraq vergi uçotuna alınması sənədlər daxil olduğu gündən sonrakı 2 iş günündən gec olmayaraq həyata keçirilir.

“İnternet Vergi İdarəsi” vasitəsilə fiziki şəxslərin e-qeydiyyatı və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin sürətli elektron dövlət qeydiyyatı dərhal, adi elektron dövlət qeydiyyatı isə 1 gündən gec olmayaraq həyata keçirilir.

Vergi ödəyicisinə onun vergi uçotuna alınmasını təsdiq edən sənəd kimi şəhadətnamə verilir. Bu sənəd vergi ödəyicisinə bir dəfə verilir, həmin şəxsin vergi ödəyicisi olduğu dövr ərzində onda saxlanılır. Yalnız şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə, vergi ödəyicisi vergi orqanına müraciət edərək üzərində müvafiq qeyd aparılan yeni nüsxə ala bilər.

 Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verilməlidir.

Vergi orqanına uçota alınmaq üçün təqdim etdiyi ərizədəki məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi ödəyicisi vergi orqanına məlumat verməlidir. Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir. Xatırladaq ki, uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma ödənişsiz həyata keçirilir.

Maliyyə sanksiyaları və inzibati cərimələr

Vergi uçotu ilə bağlı pozuntularla bağlı qanunvericilikdə maliyyə sanksiyaları nəzərdə tutulub.

Vergi Məcəlləsinin 58.2-1 maddəsinə görə  vergi ödəyicisinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada uçot məlumatlarını təqdim etmədikdə:

  • mikro sahibkarlıq subyektlərinə, qeyri- kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə – 40 manat;
  • digər şəxslərə 400 manat maliyyə sanksiyası tətbiq edilir.

İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsinə əsasən vergi uçotu məlumatlarının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna uyğun təqdim edilməməsinə görə:

  • vəzifəli şəxslərə 1000 manatdan 2000 manatadək;
  • hüquqi şəxslərə 2500 manatdan 3000 manatadək miqdarda inzibati cərimə tətbiq edilir.

Aksizli malların geri qaytarılması və vergi düzəlişləri

İqtisadi inkişafa gedən yolda vergi islahatlarının təsiri

posted in: Xəbər | 0

İqtisadiyyatın inkişafı milli sosial rifah səviyyəsinin yüksəlməsinə birbaşa təsir edir. Bu məqsədlə ölkəmiz üçün ortamüddətli dövrdə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq, özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətləndirilməsi inkişaf prioritetlərinin əsas qayəsini təşkil edir. Bunun üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsinin möhkəmləndirilməsi sahəsində müxtəlif islahatlar həyata keçirilir.

“Biznesə daxilolma” sahəsində əhəmiyyətli yeniliklər

Sahibkarlıq mühitinin inkişafı istiqamətində aparılan vergi islahatları bu baxımdan diqqəti cəlb edir. Bu islahatlar həm sahibkarlıq fəaliyyətinə başlamaq baxımdan, həm də biznesin sonrakı mərhələlərdə effektiv idarə olunması üçün mühüm addımlar atılmasına şərait yaradıb. Dünya Bankının “Business Ready” hesabatı əsasında kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatında, mülki və əmək qanunvericiliyində bir sıra dəyişikliklər edilib. “Biznesə daxilolma” sahəsində həyata keçirilmiş 2022-2023-cü illər üzrə Yol Xəritəsi çərçivəsində kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı zamanı “SİMA” rəqəmsal imzanın tətbiqi ilə bağlı texniki imkanların yaradılması kimi innovativ alət tətbiq olunub, qeydiyyat prosesində sanksiya tətbiq edilməli olan şəxslərin nəzərə alınması və kommersiya hüquqi şəxsin rəhbərinin səlahiyyət müddəti bitdikdə elektron kabinetdən istifadəsinin məhdudlaşdırılması kimi tədbirlər görülüb. Rübdə bir dəfə məlumat dəyişikliyinin qeydiyyata alınması üçün müraciətlərin edilməsinin zəruriliyinə dair məlumat xarakterli bildirişin kommersiya qurumlarının elektron kabinetinə göndərilməsi xidməti aktivləşdirilib. Həmçinin, lisenziya və ya icazə tələb olunan fəaliyyət növləri seçildikdə, kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosesi başa çatdıqdan sonra “Lisenziyalar və icazələr” portalına keçid imkanının yaradılması təmin edilib. Bütün bunlar biznes qurmaq istəyənlər üçün lazım olan qaydaların mərhələlərinin, prosedurların və vaxt itkisinin azalmasını təmin edib.

İslahatlar həm sahibkarlıq fəaliyyətinə başlamaq baxımdan,
həm də biznesin sonrakı mərhələlərdə effektiv idarə olunması üçün
mühüm addımlar atılmasına şərait yaradıb

Biznesə başlama stimullaşdırılır

Biznesə başlama sahəsində qaydalar sadələşdirildikcə, sahibkarlar üçün yeni stimullar yaranır. Bu isə bütövlükdə ölkəmizdə biznes üzrə məşğulluğun təşviqinə və iqtisadi aktivliyin daha da yüksəlməsinə müsbət təsir göstərir. Biznesə başlama prosesinin optimallaşdırılması səmərəliliyin artması və risklərin minimuma endirilməsini təmin edir. Bu, bazara daha sürətli çatmağa, resurslardan daha yaxşı istifadəyə və biznes təmsilçilərinin məmnuniyyətinin yüksəldilməsinə gətirib çıxarır. Bizneslə bağlı təməl prosedurların təkmilləşdirilməsi biznesin miqyasının genişlənməsinə, rəqabət qabiliyyətinin artmasına və uzunmüddətli fəaliyyətin təmin edilməsinə kömək edir. Optimallaşdırılmış biznes prosesi bütün zəruri hüquqi, maliyyə və tənzimləyici addımların (lisenziyalar, icazələr və s.) gecikmə olmadan tamamlanmasını təmin edir. Əlavə prosedurlardan azad olan biznes subyekti rəqiblərindən daha sürətli və daha səmərəli formada bazara daxil olmaqla, mövqeyini möhkəmləndirə və müştəriləri daha tez cəlb edə bilir. Yaxşı optimallaşdırılmış başlanğıc prosesi hər bir komanda üzvü üçün aydın rol və məsuliyyətləri müəyyən edir ki, bu da daha yüksək məhsuldarlığa səbəb olur.

Optimallaşdırılmış biznes prosesi bütün zəruri hüquqi, maliyyə və
tənzimləyici addımların gecikmə olmadan tamamlanmasını təmin edir

İdarəetmə nəzəriyyəsinin tanınmış nümayəndələrindən olan Peter Duker çıxışlarının birində qeyd edir ki, gələcəyi proqnozlaşdırmaq üçün onu formalaşdırmaq lazımdır. Bu fikri biznes mühitinin təkmilləşməsinə tətbiq etsək, belə nəticəyə gəlmək olar ki, dayanıqlı iqtisadi artımı təmin etməkdən ötrü ilk növbədə biznesə başlamaq üçün əlverişli mühit yaratmalıyıq. Bu mənada hazırda biznesə başlama sahəsində müşahidə edilən irəliləyişlər iqtisadiyyatın dayanıqlı inkişafı ilə bağlı nikbin proqnozlara əsas verir.

Kadr uçotu üçün cədvəllər

Kapital Bank tələbələrə karyera yolunda yeni imkanlar yaratmağa davam edir

posted in: Xəbər | 0

Ölkənin Birinci bankı Kapital Bank Korporativ Sosial Məsuliyyət startegiyasına uyğun olaraq cəmiyyətin dayanıqlı inkişafına xidmət edən layihələrlə tez-tez gündəmə gəlir. Bu layihələr sırasında “Təhsilə dəstək” istiqaməti xüsusi yer alır.

Bankın Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texnologiya Universiteti və Bakı Mühəndislik Universitetində müasir texnoloji standartlara cavab verən “Kapital Bank” otaqları fəaliyyət göstərir. Burada tələbələr müasir dövrün tələblərinə uyğun təhsil almaqla yanaşı, vaxtaşırı bankda çalışan peşəkar mütəxəssislər tərəfindən təlimlərə cəlb olunur, eyni zamanda iş dünyasında uğur qazanan peşəkar insanlarla ustad dəsrlərinə qoşulub fikir mübadiləsi aparırlar. Bu istiqamətdə növbəti təlim Bakı Mühəndislik Universitetində və Gəncə şəhərində yerləşən Azərbaycan Texnologiya Universitetində keçirilib.

Ötən günlərdə Kapital Bank-ın Gəncə filialının rəhbəri Vüqar Paşayev “Uğur layihəsi və müasir bankçılıq” mövzusunda Azərbaycan Texnologiya Universitetinin tələbələrinin qarşısında çıxış edib. Təlimdə “Vaxtın doğru idarə edilməsi”, “İş həyatında emosional intellektin və yumuşaq bacarıqların rolu”, “Bankçılığın müasir tendensiyaları”, “Rəqəmsallaşma” kimi mövzular müzakirə edilib. 50 nəfər tələbənin qoşulduğu təlim interaktivliyi və gənclərin aktiv iştirakı ilə yadda qalıb.

Bakı Mühəndislik Universitetinin tələbələri isə 3 günlük silsilə təlimlərdə iştirak ediblər. Ali məktəbdə fəaliyyət göstərən Kapital Bank otağında baş tutan təlim müasir dövrün qlobal istiqamətlərindən biri olan “Kibermüdafiə” mövzusuna həsr olunub. Təlimin ilk günündə bankın İnformasiya təhlükəsizliyi departamentinin Tətbiqi proqram təhlükəsizliyi üzrə rəhbəri İbrahim Əliyev və şöbənin əməkdaşı Fərhad Abdulkərimov “Kibertəhlükəsizlik sahəsində karyera” mövzusunda öz biliklərini tələbələrlə bölüşüblər. Kibertəhlükəsizlik fakültəsinin 1-ci kurs tələbələrinin iştirak etdiyi təlimdə bu istiqamətdə karyera imkanları, kibertəhlükəsizliyin gələcək perspektivləri müzakirə edilib.

Kapital Bank-ın Tətbiqi proqram təhlükəsizliyi üzrə mütəxəssisi Oqtay Nəbili “Kiber hücumların anatomiyası” mövzusunda təlimin ikinci günündə tələbələrlə görüşüb. Proqramın son günündə “Tətbiqi proqramların təhlükəsizliyi” mövzusunda tələbələrin suallarını bankın bu sahə üzrə mütəxəssisi Fərid Lalayev cavablandırıb.

Sonda layihədə iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk,  Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Aksizli malların geri qaytarılması və vergi düzəlişləri

504 saylı “Qısamüddətli borclar” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Qısamüddətli öhdəliklər

Müəssisənin öhdəlikləri (bunu borc alınmış kapital da adlandıra bilərik)  ödəmə müddətindən asılı olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”-ın (müəssisəsinin balansı) iki bölməsində təqdim edilir.

Qısamüddətli öhdəliklərə təşkilatın təchizatçılara (təchiz edilmiş mallara, görülən işlərə və təşkilat üçün göstərilən xidmətlərə görə), alıcılara (onlardan alınan avanslara görə), təsisçilərə və əməkdaşlara, büdcəyə və büdcədənkənar fondlara, borcverənlərə və digər kreditorlara olan borclar aiddir. Mühasibat uçotunun hesablar planında qısamüddətli öhdəliklər aşağıdakı kimi qruplaşdırılıb:

  • 50-ci maddə – “Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər“;
  • 51-ci maddə – “Qısamüddətli qiymətləndirilmiş öhdəliklər”;
  • 52-ci maddə – “Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər”;
  • 53-cü maddə – “Qısamüddətli kreditor borcları”;
  • 54-cü maddə – “Sair qısamüddətli öhdəliklər”.

 504 saylı “Qısamüddətli borclar” hesabı 50-ci maddə üzrə açılan mühasibat uçotu hesablarından biridir.

“Qısamüddətli borclar” hesabı

Mühasibat uçotu subyektlərində subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Qaydaların 40.1 maddəsinə görə “Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər“ maddəsi üzrə aşağıdakı hesablar açıla bilər:

“Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər“ maddəsi üzrə aşağıdakı açılan hesablar.

Hər hansı bir müəssisənin əldə etdiyi və hesabat tarixindən sonra 12 ay müddətində ödənilməli olan bank olmayan müəssisələrdən alınan borclar qısamüddətli borclar adlanır.

504 saylı “Qısamüddətli borclar” hesabı öhdəlik hesabı mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan borcları barədə ümumiləşdirilmiş məlumatların qeydiyyatı üçün nəzərdə tutulub.

504 saylı hesab üzrə müxabirləşmələrin tənzimlənməsi

Mühasibat yazılışları yuxarıda qeyd edilən qaydaların müvafiq bəndlərinə uyğun tənzimlənir.

Qısamüddətli borclar yarandığı zaman baş verə biləcək mümkün  hallar sözü gedən qaydaların 40.20-ci bəndi əsasında nizamlanır.

Belə borclar üzrə məzənnə fərqi yarandıqda mühasibat yazılışları qaydaların 40.21 bəndinin tələbləri nəzərə almaqla tənzimlənir.

Mühasibat uçotu subyektləri tərəfindən qısamüddətli borclar ödənildikdə qaydaların 40.22-ci bəndi, üçüncü şəxs tərəfindən ödənilməsi zamanı isə 40.23-cü bəndi tətbiq edilir.

Qısamüddətli borcların bağışlanılması və ya iddia müddətinin keçməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada silinməsi zamanı yaranan hallar sözügedən qaydalardakı 40.24-cü bəndə əsasən tənzimlənir.

Digər şəxslərdən borc götürüldükdə mühasibat yazılışlarına nümunə

“A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pulunun yetərsiz olduğu qənaətinə gəlmişdir. Məsələni həll etmək üçün əməkdaşı olan “B” MMC-dən 36000 manat məbləğində borc pul almışdır. Tərəflər arasındakı müqaviləyə əsasən alınan  borc 1 il ərzində ödənilməli və illik borcun 10 faizi məbləğində faiz ödənilməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Müəssisə tərəfindən istiqrazlar buraxıldıqda 223 – Bank hesablaşma hesabları 504 – Qısamüddətli borclar 36000.00
2 Əsas məbləğlə bağlı faiz xərcləri hesablandıqda 242 – Gələcək hesabat dövrünün xərcləri 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 3600.00
3 Hesablanmış  faiz borcu ödəndikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borclar 223 – Bank hesablaşma hesabları 3600.00
4 Faiz xərcləri maliyyə xərclərinə bağlandıqda 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri) 3600.00
5 Hesabat ilinin sonunda faiz xərci ümumi mənfəət(zərər) hesabına bağlandıqda 801 – Ümumi mənfəət (Zərər) 751 – Maliyyə xərcləri 3600.00

Alınmış borc və bank krediti ödənildikdə müxabirləşmə nümunəsi

“A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pul vəsaitlərinin yetərsiz olduğu qənaətinə gəlmişdir. May ayında bankdan 80000 manatlıq kredit götürməklə pul problem həll olunmuşdur. İllik faiz dərəcəsi 17%. Lakin meydana çıxan digər problemlə əlaqədar əməkdaşlıq etdiyi “B” MMC-dən 36000 manat məbləğində borc pul almışdır. İyun ayının sonuncu iş günü təhtəlhesab şəxsə cəmi 10793 manat verilib. Həmin məbləğ bank krediti, onun faizi, alınmış borc məbləğinin aylıq ödənişini əhatə edir.

Deməli, avans hesabatına əsasən aşağıdakı əməliyyatlar uçota alınır:

Bank krediti ödənilib – 6660 manat

Bank faizi ödənilib – 1133 manat

Alınmış qısamüddətli borclar qaytarılıb – 3000 manat

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Təhtəlhesab şəxsə ödəniş edildikdə 244 – Təhtəlhesab məbləğlər 221 – Kassa 10793.00
2 Təhtəlhesab şəxs tərəfindən bank krediti ödənildikdə 501 – Qısamüddətli bank kreditləri 244 – Təhtəlhesab məbləğlər 6660.00
3 Təhtəlhesab şəxs tərəfindən bank faizi ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 244 – Təhtəlhesab məbləğlər 1133.00
4 Təhtəlhesab şəxs tərəfindən alınmış borc qaytarıldıqda 504 – Qısamüddətli borclar 244 – Təhtəlhesab məbləğlər 3000.00

Proqram təminatlarına texniki dəstək əldə edən vergi ödəyicilərinin öhdəlikləri hansılardır?

1 264 265 266 267 268 269 270 2. 683