Read More9
Read More9

“TələbəPlus” kartı ilk sahiblərinə təqdim edildi: tələbələri geniş imtiyazlar gözləyir

posted in: Uncategorized, Xəbər | 0

Kapital Bank, Təhsilin İnkişafı Fondu (TİF) və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında imzalanan memoranduma əsasən tələbələrə yeni həllər təqdim edən “TələbəPlus” kartının təqdimatına start verilib.

4 noyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetində (BDU) həyata keçirilən tədbirdə qəbul imtahanlarında ən yüksək bal toplayaraq BDU-ya daxil olan 14 nəfər I kurs tələbəsinə “TələbəPlus” kartı təqdim olunub.

Mərasimdə açılış nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev bu layihənin uğurlu olacağına inandığını, ali təhsil müəssisələrinin yaradılan imkandan kifayət qədər bəhrələnəcəyini, bu kartların tələbələrə ən müxtəlif istiqamətlərdə geniş imtiyazlar təqdim edəcəyini, tələbələrin təhsil, səhiyyə, mədəniyyət və digər xidmətlərlə bağlı endirimlərdən faydalana biləcəklərini vurğulayıb.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov da öz növbəsində “TələbəPlus” kartlarının ilk istifadəçiləri olan BDU tələbələrini təbrik edib. O, bu layihənin dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi olduğunu qeyd edib. Layihənin növbəti mərhələdə peşə və orta ixtisas təhsilinə də şamil ediləcəyini bildirən sədr növbəti tədris ilində təhsil sahəsində çalışan əməkdaşların da layihədən yararlana biləcəklərini vurğulayıb.

Kapital Bank-ın Korporativ Satışlar departamentinin direktoru Qara Əbdülrəhmanov bildirib ki, “TələbəPlus” tələbələrə xüsusi imtiyazlar təqdim etməklə yanaşı, onların gündəlik həyatlarını daha rahat və rəqəmsal bir müstəviyə keçirəcək.  Belə ki, kart tələbələrə gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti yaradacaq.

“Visa”nın Azərbaycan üzrə ölkə meneceri Nurlan Hacıyevsə “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycan təhsilinə dəstək göstərməyə hər zaman hazır olduğunu qeyd edib və bu layihənin bir hissəsi olmaqdan məmnunluğunu bildirib.

Xatırladaq ki, “TələbəPlus” kartı təlim mərkəzləri, geyim, yemək, qida sahələri üzrə tələbələrin ən çox müraciət etdikləri 200-dən artıq partnyorda imtiyazlar, endirimlər almaq fürsəti yaradır. Həmçinin, Mədəniyyət Nazirliyi ilə imzalanan müqaviləyə əsasən mədəniyyət obyektləri, muzeylər, sərgi salonlarından istifadə zamanı da tələbələr üçün güzəştlər tətbiq olunacaq. Gələcəkdə idman, səhiyyə, nəqliyyat sahələrində də xidmətlərin “TələbəPlus”a qoşulması planlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Kənd təsərrüfatı müəssisələrində əmək münasibətləri və əməkhaqqı tənzimləmələri

Tam iş və natamam iş vaxtı

posted in: Xəbər | 0

“Tam iş vaxtı” və “natamam iş vaxtı” haqqında danışmazdan öncə “iş vaxtı” anlayışının nəyi ifadə etdiyinə nəzər salaq. Bu anlayış gündəlik (həftəlik) iş saatı müddətində əmək funksiyalarının icrası üçün işçiyə qanunvericiliklə müəyyən edilən zamandır. Həftəlik (aylıq, illik) bu müddətin müəyyən olunması gündəlik iş vaxtı üçün ayrılmış zamandan asılı olduğu üçün ona daha çox diqqət edək.

Gündəlik iş vaxtı

Müəssisə və təşkilatlar ilin sonunda AR NK-nın təsdiq etdiyi istehsal təqvimləri əsasında növbəti il üçün:

  • iş vaxtının planlaşdırılmasına başlayır;
  • müvafiq qrafikləri haırlayır;
  • hər bir işçinin kateqoriyasına müvafiq iş vaxtlarını müəyyənləşdirir (məsələn, tam iş vaxtı, qısaldılmış iş vaxtı yaxud natamam iş vaxtı).

Planlaşma zaman əsas ölçü vahid kimi “gündəlik iş vaxtı” anlayışından istifadə edilir.

Gündəlik iş vaxtı işçinin gün ərzində öz əmək vəzifələrini yerinə yetirməli olduğu vaxtdır və onun dəqiq müddəti daxili əmək qaydaları, əmək müqaviləsinin şərtləri əsasında müəyyən edilir.

Onun iki formasını fərqləndirirlər:

  • tam iş vaxtı;
  • natamam iş vaxtı.

İşəgötürən planlaşdırma zamanı bunları dəqiqləşdirir:

  • iş vaxtının rejimini (məsələn, 5 günlük iş, şənbə və bazar istirahət );
  • həftəlik saatların miqdarı (məsələn, 40 saat);
  • gündəlik standart iş saatları (məsələn, 40 saatlıq həftədə 8 saat);
  • işin başlama və bitmə vaxtları.

Bu dəqiqləşmələr AR Əmək Məcəlləsinin maddələri əsasında aparılır.

Tam iş vaxtının əsas xüsusiyyətləri

Tam iş günü işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün qanunvericiliyə əsəsən müəyyən olunan zamandır. O, özündə işə hazırlıq, gün ərzində iş və işdən sonrakı istirahət kimi məqamları əks etdirir.

İşə hazırlıq prosesinə işçinin məhsul istehsal etmək, xidmət göstərmək və onun fəaliyyət sahəsi ilə bağlı digər fəaliyyətləri üçün lazım olan tapşırıqlara hazırlıq və digər vərdiş, bacarıqlar daxildir. Adətən hazırlıq prosesi 30-dən 60 dəqiqəyədək çəkə bilər.

Qanunvericilidə standart gündəlik iş vaxtı üçün maksimum 8 saatdır (AR Konstitusiyası, maddə 37 və  AR ƏM maddə 89). Bu əmək müqaviləsi əsasında işləyən bütün işçilərə şamil edilir, yalnız  qanunvericiliyə uyğun qısaldılmış rejimdə işləyən işçilər istisnadır.

Qanunvericilikdə iki istirahət günü olmaqla beşgünlük iş həftəsi müəyyən edilib, əgər istehsal xarakterinə görə bu mümkün olmadıqda müəssisələr bir istirahət günü olmaqla altıgünlük iş həftəsi tətbiq edə bilər. Bu zaman gündəlik iş vaxtı:

  • 7 saatdan (həftəlik norma 40 saat), yaxud;
  • 6 saatdan (həftəlik norma 36 saat), yaxud;
  • 4 saatdan (həftəlik norma 24 saat) çox ola bilməz.

Natamam iş vaxtı

Natamam iş vaxtı tam iş vaxtına nisbətən azaldılmış  iş müddətidir, müqavilə ilə, habelə işçi və işəgötürənin razılığı ilə tətbiq edilə bilər. Bu zaman təyin olunan iş vaxtı müxtəlif ola bilər.

Tam olmayan iş vaxtı əmək müqaviləsi bağlanan zaman, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığına əsasən müəyyən olunur. Natamam iş tam iş vaxtı ilə müqayisədə  azaldılmış  iş müddəti hesab olunur.

Əmək müqaviləsi bağlanan zaman tərəflərin razılığı ilə müxtəlif natamam iş vaxtı təyin oluna bilər:

  • natamam iş günü, yəni gündəlik iş saatlarının azaldılması (məsələn, 8 deyil 6 saatlıq iş).
  • natamam iş həftəsi, yəni hər iş həftəsində iş günlərinin sayının azaldılması (məsələn, beş günlük iş həftəsində işçiyə əlavə istirahət günü verilir).
  • qarışıq rejim, bu zaman həftəlik iş günləri və gündəlik iş saatı azaldılır.

Bu rejim əmək müqaviləsinin qüvvədə olduğu yaxud tərəflərin razılaşdığı müddətə müəyyən edilə bilər. Natamam iş vaxtı ərzində işçinin əməyi onun işlədiyi vaxta nisbətdə, ya da tərəflər arasındakı razılaşmaya əsasən ödənilir.

Aşağıdakı işçilərə işəgötürən tərəfindən tam iş vaxtı (iş günü, yaxud iş həftəsi) təyin olunmur (ƏM maddə 94):

  • hamilə qadınlar, əlillər;
  • 14 yaşı tamam olmayan və yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar;
  • ailənin xəstə üzvünə qulluq edənlər (tibbi arayış mütləqdir).

Bu zaman istirahət və iş vaxtı işçinin istəyi nəzərə alınmaqla işəgötürənin istehsal şəraitinə uyğun təyin edilir. Natamam  iş qrafikinin tətbiqi üçün əsas işçinin yazılı ərizəsi (natamam iş vaxtı təyin etməli olduğu şəxslər üçün) yaxud əmək müqaviləsi tərəflərin razılaşması hesab olunur.

İşəgötürən öz təşəbbüsü ilə natamam iş gününü ( iş həftəsini) aşağıdakı hallar eyni vaxta yarandıqda tətbiq edir:

  • təşkilati, habelə texnoloji əmək şəraiti dəyişərsə (avadanlığın və istehsal texnologiyasının dəyişməsi, iş yerlərinin təkmilləşdirilməsi, istehsalın struktur yenidən təşkili);
  • işəgötürən tərəfindən həyata keçirilən dəyişikliklər nəticəsində mümkün nəticələr, məsələn, işçilərin kütləvi şəkildə işdən çıxarılması.

Natamam iş vaxtı ilə işləyən işçilər normal iş vaxtına uyğun güzəşt və təminatlardan istifadə edirlər. Onların əmək hüquqları heç bir halda məhdudlaşdırıla bilməz. Həmin işçilərin əmək məzuniyyəti  tam iş vaxtı ilə işləyən işçilərlə eyni müddətdə təyin edilir (AR ƏM, maddə 114).

Hüquqi şəxsin icarədən əldə etdiyi gəlirin vergiyə cəlb olunması

Kənd təsərrüfatı müəssisələrində əmək münasibətləri və əməkhaqqı tənzimləmələri

posted in: Xəbər | 0

Kənd təsərrüfatı və aqrar sənaye müəssisələrində istehsal və digər iqtisadi münasibətlərin xüsusiyyətləri nəzərə alınaraq iş vaxtı Əmək Məcəlləsində nəzərdə tutulmuş normalar və qaydalar çərçivəsində nizamnamələri (əsasnamələri) ilə müəyyən edilir. Bu müəssisələrdə iş vaxtının cəmlənmiş və ya mövsümi işlərin yerinə yetirilməsi üçün ayrı-ayrı dövrlərə bölünmüş uçotu aparıla bilər.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə, kənd təsərrüfatı təyinatlı məhsul istehsal edən və ya xidmətlər göstərən qurumların üzvlərinin əməkhaqqı məsələləri ilə bağlı münasibətlər, bir qayda olaraq, həmin müəssisənin mülkiyyətindəki pay iştirakı ilə müəyyən edilir. Bu müəssisələrdə əmək müqaviləsi ilə işləyən işçilərə əməkhaqqı Məcəllədə nəzərdə tutulmuş normalardan az olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.

Əgər kənd təsərrüfatı müəssisələrində işçilərin əməkhaqqının ödənilməsi formaları, qaydaları, əmək və əməyin qiymətləndirilməsi normaları onların nizamnamələrində, əsasnamələrində nəzərdə tutulmayıbsa, onda müəssisənin əməkhaqqı normalarının müəyyən edilməsi və ödənilməsi qaydaları tətbiq edilir. Bu qaydalar müəssisənin ümumi yığıncağı tərəfindən səs çoxluğu ilə qəbul edilir. Belə qaydalar da qəbul edilməyibsə, əməkhaqqı normaları müvafiq icra hakimiyyəti və ya bələdiyyə orqanları tərəfindən müəyyən edilmiş normativlər barədə müvafiq tövsiyələr əsasında müəyyən edilir.

Əmək Məcəlləsinin 258-ci maddəsinə əsasən, ailə kəndli təsərrüfatlarında və ailə müəssisələrində əmək münasibətləri Məcəllənin müəyyən etdiyi əmək münasibətlərinin tənzimlənməsi qaydaları və normaları tətbiq edilməklə və ya onların mülahizələri ilə müəyyən edilən qaydada tənzimlənir. Lakin bu təsərrüfatların üzvlərinin əmək münasibətləri mövcud qanunvericiliyə zidd qaydada müəyyən edilməməlidir.

Ailə kəndli təsərrüfatlarında və ailə müəssisələrində əmək münasibətləri, bir qayda olaraq, Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanılmaqla tənzimlənir. Bu təsərrüfatlarda və müəssisələrdə əmək müqaviləsi şifahi formada da bağlanıla bilər. Bu halda əmək münasibəti tərəflərdən birinin tələbi ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinin rəsmiləşdirilməsi ailə kəndli təsərrüfatı başçısının və ya ailə müəssisəsinin rəhbərinin (işəgötürənin) əmri, sərəncamı verilməklə və ya müvafiq qaydada tərtib edilmiş ailə kitabında (jurnalında) qeydiyyata salınmaqla həyata keçirilə bilər.

Mənbə: vergiler.az

İcarədən ödəmə mənbəyində vergi tutulması

Hüquqi şəxsin icarədən əldə etdiyi gəlirin vergiyə cəlb olunması

posted in: Xəbər | 0

İcarədən vergi tutulması

İcarə münasibətlərinin əhatəsi genişdir, həmin münasibətlərdə verginin tənzimlənməsi daim aktualdır. İcarə haqqında ümumi müddəalar Mülki Məcəllədə, daha detallı şərh isə  “İcarə haqqında” və “Torpaq icarəsi haqqında” AR qanunlarında şərh edilib. Buraya AR Vergi Məcəlləsini də əlavə etsək icarə münasibətlərinin tənzimlənməsinin o qədər də bəsit olmadığı aydınlaşar.

İcarədən əldə edilən gəlir vergiyə müxtəlif formada cəlb edilə bilər, məsələn:

  • sahibkarlıq fəaliyyətindən gəlir kimi;
  • ödəmə mənbəyində vergi tutulması kimi;
  • qeyri sahibkarlıq fəaliyyətindən gəlir kimi və sair.

Hər bir halda verginin tutulması Vergi Məcəlləsinin uyğun maddələrinin düzgün tətbiqini tələb edir.

Hüquqi şəxsin icarə gəlirindən tutulan vergi

Hüquqi şəxsin icarə gəlirləri sahibkarlıq fəaliyyətindən gəlir sayıldığına görə bu fəaliyyətlə əlaqədar onun vergi öhdəliyi yaranır. Mövzunu iqtisadçı Emin Salmanov (mənbə: vergiler.az) şərh edir.

Vergi Məcəlləsinin 124.3-cü maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən gəlir əldə edən hüquqi şəxslərin gəlirindən ödəmə mənbəyindən vergi tutulmur. Məcəllənin 104.1, 105.1-ci maddələrinin müddəaları nəzərə alınmaqla obyekti icarəyə verən hüquqi şəxs icarə haqqından əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı çəkdiyi xərcləri çıxdıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına “Mənfəət vergisinin bəyannaməsi”ni təqdim etməli, hesablanmış mənfəət vergisini həmin müddətədək dövlət büdcəsinə ödəməlidir. Bununla yanaşı, hüquqi şəxsin icarə gəlirləri sahibkarlıq fəaliyyətindən gəlir sayıldığından, ardıcıl 12 ay ərzində 200.000 manatdan artıq olsa, müəssisə illik mənfəət vergisi ilə yanaşı, aylıq icarə gəlirlərinə həm də ƏDV hesablamalıdır.

Misal: Büdcə təşkilatı inzibati binası olmadığından ƏDV ödəyicisi olan hüquqi şəxslə icarə müqaviləsi bağlamış və bağlanılmış müqaviləyə əsasən icarəyə götürən icarəyə verənə aylıq 21.500 manat icarə haqqı ödəyir. Bu halda hansı vergi öhdəlikləri yaranır və bu öhdəliklər kim tərəfindən icra olunur?

Qeyd edək ki, gəlirin əldə olunması ilə əlaqədar illik xərclər 32.000 manatdır.

21.500 x 12 = 258.000 manat

Bu məbləğdən gəlirin əldə olunması ilə əlaqədar xərc çıxılır:

258.000-32.000 = 226.000 manat
226.000 x 20% = 45.200 manat.

Deməli, həmin hüquqi şəxsin mənfəət vergisi 45.200 manat olacaq.

İcarə müqaviləsi fiziki şəxslə bağlanıbsa?

Bundan əlavə, yuxarıda qeyd edilən misalda əgər müqavilə hüquqi şəxslə deyil, VÖEN-i olan fiziki şəxslə bağlanılarsa, bu halda icarəyə götürən icarə məbləğindən 14 faiz dərəcə ilə ödəmə mənbəyindən vergini tutur, ödəyir və rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına təqdim edir. Bu halda icarəyə verən VÖEN-i olan fiziki şəxs isə illik gəlir vergisi bəyannaməsini təqdim edərkən bəyannamənin 1203-cü sətrində icarə gəlirini qeyd edir. Lakin həmin məbləğdən bir dəfə ödəmə mənbəyində vergi tutulduğu üçün Vergi Məcəlləsinin 100-cü maddəsinə əsasən, həmin məbləğ ümumi gəlirdən çıxılır və bəyannamənin 1224.6-cı sətri olan daşınar və daşınmaz əmlakın icarəyə verilməsindən ödəmə mənbəyində vergi tutulmuş gəlir sətrində icarə məbləği qeyd olunur ki, eyni məbləğ iki dəfə vergiyə cəlb edilməsin.

İcarə münasibətləri, bu münasibətlər zamanı vergitutma məsələləri burada ətraflı şərh olunub.

503 saylı “Qısamüddətli konvertasiya olunan istiqrazlar” hesabı üzrə uçot

1 266 267 268 269 270 271 272 2. 683
error: Content is protected !!