501 saylı “Qısamüddətli bank kreditləri” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Müəssisənin iqtisadi fəaliyyəti ilə bağlı cəlb etdiyi kreditlərin uçotu 401 saylı “Uzunmüddətli bank kreditləri” və 501 saylı “Qısamüddətli bank kreditləri” adlı hesablarda aparılır. Əvvəlki məqalələrimizin birində bunlardan birincisi ilə tanış olmuşuq. İndi növbə digərinindir.

Faiz xərcləri yaradan öhdəliklər

Öhdəliklər iqtisadi əməkdaşlığın iştirakçıları olan hüquqi yaxud fiziki şəxslərin birinin digərinə mal, pul və xidmət şəklində olan borclarıdır. Faiz xərci yaradan öhdəliklər, məsələn bank kreditləri, öhdəliklərin xüsusi növüdür. Onları uzunmüddətli və qısamüddətli kimi iki qrupa bölmək olar. Hesablar Planının  üzrə açılmış hesablar uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər, 50-cı maddəsi isə qısamüddətli faiz xərcləri yaradan öhdəliklər üzrə uçot üçün nəzərdə tutulub.

Öhdəlik (passiv) hesabı olan 501 saylı “Qısamüddətli bank kreditləri” hesabı 50-ci maddə üzrə açılan hesablardan biridir. Bu maddə üzrə hesabların açılması  AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir. Bu maddə üzrə açılan hesabların tərkibi aşağıda verilib (Qaydaların 40.1-ci maddəsi):

501 saylı “Qısamüddətli bank kreditləri” hesabı 50-ci maddə üzrə açılan hesablardan biridir.

501 saylı “Qısamüddətli bank kreditləri” hesabı

Qeyd etdiyimiz kimi, bank kreditləri faiz xərcləri yaradan öhdəliklərin bir növüdür. Kreditlər biznesin inkişafı üçün kənardan cəlb edilmiş vasitələrdən biridir, o, satışları, gəlirləri artırmağa yaxud yeni istiqamətlərdə fəaliyyətə başlamağa kömək edə bilər. Bir öhdəlik kimi onları:

  • uzunmüddətli bank kreditləri və;
  • qısa müddətli bank kreditləri kimi fərqləndirə bilərik.

Azərbaycanda Respublikasında bankların təşkili, daxili idarəetmə, fəaliyyətinin tənzimlənməsi, ləğv edilməsi prinsipləri, qaydaları, normaları “Banklar haqqında” AR qanunu  ilə tənzimlənir.

501 №-li “Qısamüddətli bank kreditləri” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra on iki ay ərzində ödənilməli olan bank kreditləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Qaydaların 40.3 maddəsinə görə bu hesab üzrə müəssisələr 501-1 saylı “Bank overdraftı” subhesabı aça bilər.

Mühasibat uçotu subyektlərində qısamüddətli bank kreditləri üzrə borc yarandıqda, həmçinin onlar uzunmüddətli kimi təsnifləşdirildikdə həmin qaydaların 40.4.-cü bəndi tətbiq edilir.

Belə kreditlər üzrə müsbət məzənnə fərqi yarandıqda mühasibat yazılışları həmin qaydaların 40.5.-ci bəndilə nizamlanır.

Qısamüddətli bank kreditləri ödənildikdə müxabirləşmələr qaydaların 40.6.-cı, üçüncü şəxs tərəfindən ödənildikdə həmin qaydaların 40.7.-ci bəndi əsasında tənzimlənir.

Bankdan qısamüddətli kredit alınması və qaytarılması: müxabirləşmə nümunələri

“A” MMC istehsal prosesini fasiləsizliyin təmin etmək üçün pul vəsaitlərinin yetərsiz olduğu qənaətinə gəlir. May ayında bankdan 20000 manatlıq kredit götürməklə pul problemi həll edir. Bankla müəssisə arasında bağlanan müqavilənin şərtlərinə əsasən kreditin müddəti 1 il, illik faiz dərəcəsi 17% -dir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Bankdan qısamüddətli kredit götürüldükdə 223 – Bank hesablaşma hesabları 501 – Qısamüddətli bank kreditləri 20000.00
2 İllik faiz borcları qeydə alındıqda 242 – Gələcək hesabat dövrünün xərcləri 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 3400.00
3 Bank krediti üzrə əsas məbləğ ödənildikdə 501 – Qısamüddətli bank kreditləri 223 – Bank hesablaşma hesabları 20000.00
4 Bank krediti üzrə faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 3400.00
5 Bank krediti üzrə illik faiz xərcə aid edildikdə 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 3400.00

Qısamüddətli bank kreditlərinin uzunmüddətli kimi təsnifləşdirilməsi: müxabirləşmə nümunələri

“A” MMC istehsal prosesini fasiləsiz davam etdirmək üçün pul vəsaitlərinin yetərsiz olduğu qənaətinə gəlir. Fevral ayında bankdan 80000 manatlıq kredit götürməklə pul problemi həll edir. Bankla müəssisə arasında bağlanan müqavilənin şərtlərinə əsasən kreditin müddəti 1 il, illik faiz dərəcəsi 15%-dir.

Lakin müəssisənin ödəmə qabiliyyəti nəzərə alınaraq kreditin müddəti uzadılaraq 2 il təyin müəyyən edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Bankdan qısamüddətli kredit götürüldükdə 223 – Bank hesablaşma hesabları 501 – Qısamüddətli bank kreditləri 80000.00
2 İllik faiz borcları qeydə alındıqda 242 – Gələcək hesabat dövrünün xərcləri 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 12000.00

May ayında müqavilədə edilən dəyişikliyə əsasən bank krediti ik il ərzində ödənilə bilər.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Bank krediti üzrə əsas məbləğ ödənildikdə 501 – Qısamüddətli bank kreditləri 223 – Bank hesablaşma hesabları 35000.00
2 Bank krediti üzrə faiz məbləği ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 5250.00
3 Qısaüddətli bank krediti uzunmüddətli bank krediti kimi təsnifləşdirildikdə 501 – Qısamüddətli bank kreditləri 401 – Uzunmüddətli bank kreditləri 45000.00
4 Faiz xərclərində düzəliş edildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 6750.00
5 Faiz xərclərində düzəliş edildikdə 191 – Gələcək hesabat dövrlərinin xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 6750.00
6 Bank krediti üzrə ilk ilin faizi xərcə aid edildikdə 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 5250.00

VÖEN-i aktivləşən vergi ödəyicisinin hansı öhdəliyi yaranır?

Kartdan karta köçürmə əməliyyatları ilə bağlı yoxlamalar başlayıb

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ­dəfələrlə edilən xəbərdarlıqlara və aparılan məlumatlandırma işlərinə baxmayaraq, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının davam etdiyi müşahidə olunur.

Qeyd edilən halların qarşısının alınması üçün Dövlət Vergi Xidməti bu istiqamətdə nəzarəti tədbirlərini gücləndirib. Belə ki, Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə məxsus obyektlərdə keçirilən nəzarət tədbirləri zamanı nağdsız ödəmələrin POS-terminal vasitəsilə deyil, kartdan-karta köçürülməsinin təşkili ilə bağlı bir sıra faktlar qeydə alınıb. Tədbirlər nəticəsində 43 obyektdə açıq şəkildə kart nömrələrinin gözlə görünən yerlərdə nümayiş olunduğu, bir sıra obyektlərdə müştərilərə sistematik şəkildə kartdan-karta köçürmələr etmək təklif olunduğu müəyyənləşdirilib.

Vergi orqanlarının ilkin xəbərdarlıqlarına baxmayaraq, həmin obyektlərdə bu halların davam etdiyi nəzərə alınaraq, sahibkarlıq subyektlərinə protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

Eyni zamanda, POS-terminallardan istifadədən imtina halları müşahidə olunduğundan Bakı şəhəri ərazisində monitorinq və vergi nəzarəti tədbirləri davam etdirilir.

Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir.

Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər.

Mənbə: vergiler.az

Fiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması

İşğaldan azad edilmiş ərazilərdə işləyənlərə hansı yeni imtiyazlar verilib?

posted in: Xəbər | 0

Qanunvericilikdə işğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin stimullaşdırılması üçün əlavə şərtlər müəyyən edilib. Yenilikləri  iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Əmək Məcəlləsinin 118-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə bu Məcəllənin 21-1-ci maddəsi nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

“Sosial müavinətlər haqqında” Qanunun tələblərinə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət müəyyən edilib. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 avqust 2013-cü il tarixli, 973 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət məbləği 600 manat müəyyən edilib. Bundan əlavə, “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli, 137 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin tarif (vəzifǝ) maaşlarına tətbiq edilən artımın (əmsalın) minimum miqdarı 1,2 məbləğində müəyyən edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarında nəzərdə tutulan artım əmsalları özəl sektorda fəaliyyət göstərən işəgötürənlər tərəfindən könüllü şəkildə kollektiv müqavilədə, kollektiv müqavilənin bağlanmadığı hallarda isə əmək müqaviləsində nəzərdə tutulmaqla tətbiq edilir.

Əmək Məcəlləsinin 21-1-ci maddəsi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin işinin xüsusiyyətlərini müəyyən edir. Həmin maddəyə əsasən, işin xüsusiyyətlərində aşağıdakılar nəzərə alınmalıdır:

  • Mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən, hüquqi şəxs olduqda onun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq vergi uçotuna alınmış filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olduqda (Maddə 21-1.1.1);
  • Mütəxəssislərin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yerləşdikdə (Maddə 21-1.1.2);
  • Mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda (yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alındıqda) (Maddə 21-1.1.3).

Əmək Məcəlləsində edilən sonuncu dəyişikliklə mütəxəssislərin məskunlaşma məsələsinə aydınlıq gətirilib. Belə ki, 21-1.1.3-cü maddǝyǝ “məskunlaşdıqda” sözündən sonra “(yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alındıqda)” sözləri əlavə edilib. Dəyişiklikdən göründüyü kimi, mütəxəssinin əmək qanunvericiliyində qeyd edilən üstünlüklərdən yararlanması üçün işğaldan azad edilmiş ərazilərdə yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alınması lazımdır.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir.

Maraqlı məqam olduğu yer üzrə qeydiyyata alınma prosesidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən, vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Yaşayış yeri üzrə Qazax rayonunda qeydiyyatda olan şəxsin Kəlbəcər rayonunda çalışması halında onun olduğu yeri üzrə qeydiyyata alınması mümkündür. Bu zaman mehmanxanaya, sanatoriyaya, istirahət evinə, kempinqə, turist bazasına, yataqxanaya, xəstəxanaya və digər belə ictimai yerlərə gələn vətəndaş üçün ərizə-anket doldurulur və həmin yerin müdiriyyətinə verilir. Müdiriyyət ərizə-anketi 24 saat ərzində müvafiq dövlət orqanına təqdim edir. Bu zaman dövlət orqanı vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır.

İndi isə dəyişikliyi misalla izah edək.

Misal

Tikinti sahəsində mühəndis vəzifəsində çalışan işçi Kəlbəcər rayonunda vergi uçotuna alınan hüquqi şəxslə əmək müqaviləsi imzalayıb. Bakı şəhərində qeydiyyatda olan işçi Kəlbəcər rayonunda tikinti işləri üçün quraşdırılan düşərgədə məşkunlaşıb. İşçi Kəlbəcər rayonunda yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alınmadığı halda, Əmək Məcəlləsinin 21-1-ci maddəsinin tələblərinə uyğun hesab edilməyəcək.

Mənbə: vergiler.az

Fiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması

Əvəzçilik üzrə işləyənlərin məzuniyyət üçün ərizə forması

posted in: Xəbər | 0

Əvəzçilik üzrə işləyənlərin məzuniyyət növləri

İstənilən işçinin əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra  digər sahələrdə də əmək fəaliyyəti ilə məşğul olmaq  hüququ vardır. Bu zaman işçi həm əsas, həm də əlavə iş yerlərində  işəgötürənlə əvəzçilik qaydasında əmək müqaviləsi bağlamalıdır. Qanunvericiliyə əsasən  əvəzçiliklə işləyən işçilər  tam iş vaxtı şəraitində işləyən işçilərlə eyni məzuniyyət hüququna malikdirlər. AR Əmək Məcəlləsinin 131-cü maddəsinə əsasən həmin  işçilərin əmək məzuniyyəti əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan onların istədiyi vaxtda təyin edilməlidir. Əvəzçilik üzrə işləyən işçi təhsil məzuniyyəti istisna olmaqla, illik ödənişli, əlavə və analıq məzuniyyəti hüququna malikdir. İllik ödənişli məzuniyyət onlara əsas iş yerindəki məzuniyyətlə eyni vaxtda verilməlidir. Təhsil məzuniyyəti işçiyə yalnız əsas iş yerində verilir və bu halda işçi əlavə iş yerində ödənişsiz məzuniyyətlə təmin edilə bilər.

Məzuniyyətin verilməsi qaydası

Əvəzçilik üzrə işləyən işçilərə məzuniyyətin verilməsi qaydası aşağıdakı ardıcıllıqla aparılır:

  • işəgötürən işçidən illik ödənişli əmək məzuniyyətin verilməsi barədə ərizəni qəbul edir və qeydiyyata alır;
  • işçidən daxil olmuş ərizə əsasında məzuniyyətin başlama və bitmə tarixini göstərməklə məzuniyyətin verilməsi haqqında əmr verilir və işçi bu əmrlə tanış edilir;
  • lazım gələrsə, məzuniyyət cədvəlinə müvafiq dəyişikliklər edilir.

Məzuniyyətin hesablanması

Əvəzçiliklə  işləyən  işçinin məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması bütün mükafatlar, müavinətlər və əmsallar nəzərə alınmaqla əsas işçilər üçün müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. Əsas iş yeri üzrə məzuniyyət əlavə iş yerindəki məzuniyyətdən çox olarsa, aradakı fərq ona ərizə əsasında ödənişsiz məzuniyyət verilməklə ödənilməlidir. Həmçinin, əgər işçi işdən çıxan zaman  istifadə olunmamış əmək məzuniyyət günləri varsa, işəgötürən onlara görə kompensasiya verməyə borcludur (ƏM maddə 144). Kompensasiyanın məbləği hər iki iş yerində ayrı-ayrılıqda orta əmək haqqına əsasən hesablanır. Əvəzçilik üzrə işləyən işçi məzuniyyətin verildiyi iş ilinin sonuna qədər işdən çıxarılarsa, əvvəlcədən alınan məzuniyyət haqqının məbləği yekun hesablama zamanı onun əmək haqqından tutulur.

İşəgötürən işçinin əmək hüquqlarını pozaraq ona  ərizədə göstərilən məzuniyyət günlərini verməkdən imtina edərsə, işçinin məhkəməyə  və ya dövlət əmək müfəttişliyinə müraciət etmək hüququ vardır. Əmək qanunvericiliyinin pozulması halında işəgötürən inzibati məsuliyyətə cəlb edilə bilər.

Əvəzçilik üzrə işləyənlərin məzuniyyət üçün ərizə forması

Əvəzçilik üzrə işləyən işçi üçün məzuniyyət  ərizə forması qanuni olaraq təsdiqlənməmişdir, o əsas iş yeri üçün əmək məzuniyyəti ərizəsi ilə demək olar ki, eynidir. Ərizə ümumi qaydada tərtib edilərək  işçinin tam adı, vəzifəsi, məzuniyyət növü və s. qeyd edilir.  Ərizədə göstərilən məzuniyyət vaxtı əsas iş yeri üzrə əmək məzuniyyəti ilə üst-üstə düşməlidir.

Beləliklə, əizədə aşağıdakı məlumatlar:

  • ərizənin ünvanlandığı şəxs (müəssisə rəhbərinin tam adı və vəzifəsi);
  • ərizəni yazan şəxs (işçinin tam adı və vəzifəsi);
  • işlədiyi struktur bölmə, habelə tutduğu vəzifə;
  • məzuniyyətin növü, müddəti;
  • müvafiq iş ili, məzuniyyətin başlanğıc və bitmə tarixi;
  • əsas iş yerində məzuniyyətin başlama tarixi və müddəti;
  • işçinin tam adı və imzası;
  • ərizənin tarixi qeyd ediir.

Əvəzçilik üzrə işləyənlərin məzuniyyət üçün ərizə formasını yüklə 

Əvəzçilik üzrə işləyən işçinin məzuniyyət ərizəsinə müvafiq təsdiqedici sənədlər də əlavə edilir. Təsdiqedici sənəd kimi əsasən aşağıdakılardan istifadə olunur:

  • əsas iş yerindən məzuniyyət arayışı;
  • əsas iş yeri üzrə məzuniyyət cədvəlinin təsdiq edilmiş surəti;
  • əsas iş yeri üzrə məzuniyyət əmrinin təsdiq edilmiş surəti.

Əvəzçilik üzrə işləyənlərin əmək məzuniyyəti üçün əmr forması

İşçinin ərizəsinə əsasən məzuniyyət əmri hazırlanır. Əmr verilən məzuniyyətin qeydiyyatı və uçotu üçün əsas hesab olunur və məzuniyyətin başlamasına azı 5 gün qalmış rəsmiləşdirilir.

Əmrdə (sərəncamda, qərarda):

  • təşkilatın adı;
  • əmrin nömrəsi və onun hazırlanma tarixi;
  • işçinin adı, atasının adı və soyadı;
  • işlədiyi struktur bölmə, habelə tutduğu vəzifə;
  • əvəzçilik üzrə işləyən işçiyə verilən məzuniyyətin növü, müddəti;
  • müvafiq iş ili, məzuniyyətin başlanğıc və bitmə tarixi;
  • əmək məzuniyyətinin müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu tarix;
  • işəgötürənin səlahiyyətli nümayəndəsinin imzası;
  • işçinin imzası göstərilməlidir.

Əmr müəssisə rəhbərinin imzası ilə təsdiqlənir. İşçi əmrlə tanış olmalı və öz razılığını bildirməlidir. Əvəzçilik üzrə işləyənlərin məzuniyyəti əsas iş yerində əmək məzuniyyətinin rəsmiləşdirilməsi ilə analijidir.

Əmək məzuniyyət üçün əmr formasını yüklə

Fiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması

1 270 271 272 273 274 275 276 2. 683