Kreditor borcları (liabilities)
Qısamüddətli kreditor borcların uçotu Hesablar Planının 53-cü maddəsi üzrə açılmış hesablarda aparılır. 531 saylı “Malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları” hesabı bu qrupa aid olan hesablardan biridir.
Malsatanlar, podratçılar dedikdə müqavilə (sifariş) əsasında mal-material sərvətləri göndərən, müxtəlif növ işləri yerinə yetirən, xidmətlər göstərən müəssisələr başa düşülür. İnşaat üzrə podratçılar da belə təşkilatlardandır.
Kreditor borcların maliyyə hesabatlarında əks olunması aşağıdakı standartlara uyğun tənzimlənir:
MUBS (IAS) 32 – “Maliyyə Alətləri: Tanınma və ölçülmə”;
MHBS (IFRS) 9 – “Maliyyə Alətləri”;
MHBS (IFRS) 7 – “Maliyyə Alətləri: Məlumatların açıqlanması”.
Bu standartlara əsasən malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları maliyyə öhdəlikləri sayılır.
“Malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları” hesabı tənzimləmələr
531-ci hesab üzrə müxabirləşmə AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Qaydaların 43.1-ci maddəsinə görə qısamüddətli kreditor borcların uçotu üçün aşağıdakı hesablar açılır:
Öhdəlik (passiv) hesabı olan 531 №li “Malsatan və podratçılar üzrə qısamüddətli kreditor borcları” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan əsas fondlar, qeyri-maddi aktivlər, ehtiyatların əldə edilməsilə bağlı yaranan kreditor borcları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.
Malsatan, podratçılar üzrə qısamüddətli kreditor borcları yarandıqda yuxarıda qeyd edilən qaydaların 43.2.-ci, onlar uzunmüddətli kimi təsnifləşdirildikdə həmin qaydaların 43.5, ödənildikdə isə 43.7.-ci bəndi tətbiq edilir.
Belə borclar üzrə müsbət yaxud mənfi məzənnə fərqi yarandıqda mühasibat yazılışları həmin qaydaların 43.6.-cı bəndilə nizamlanır.
Mallar (iş, xidmət) alındıqda mühasibat yazılışlarına nümunələr
“A” MMC iyun ayında “B” MMC-dən 10500 manatlıq mal almışdır. Borcun 40%-i ödənildi. Qalan hissəsi növbəti aylarda ödəniləcək. Eyni zamanda 2500 manatlıq xidmət alınmışdır.
Malların uçota alınması:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Malların alışı həyata keçirildikdə | 205 – Mallar | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 10500.00 |
| 2 | ƏDV hesablandıqda | 241 – Əvəzləşdirilən ƏDV | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 1890.00 |
| 3 | Borcun 40%-i ödənildildə | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 223 – Bank hesablaşma hesabları | 4200.00 |
| 4 | Əsas məbləğə mütənasib ƏDV məbləği ödənildikdə | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 226 – ƏDV-nin Depozit hesabı | 756.00 |
Xidmətin uçota alınması:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Xidmət alışı həyata keçirildikdə | 721 – İnzibati xərclər | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 2500.00 |
| 2 | ƏDV hesablandıqda | 241 – Əvəzləşdirilən ƏDV | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 450.00 |
Əsas vəsait alındıqda 531 saylı hesab üzrə mühasibat yazılışlarına nümunə
“A” MMC “B” MMC-dən dəyəri 2500 manat olan avadanlıq almışdır. 450 manat ƏDV hesablanıb. Avadanlıq quraşdırılan zaman 200 manat xərc çəkilib (ƏDV-siz).
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Əsas vəsait alındıqda | 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 2500.00 |
| 2 | ƏDV hesablandıqda | 241 – Əvəzləşdirilən ƏDV | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 450.00 |
| 3 | Quraşdırma xərcləri kapitallaşdırıldıqda | 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 200.00 |
| 4 | Kapitallaşdırılmış Avadanlıq istismara verildikdə | 111 – Torpaq, tikili və avadanlıqlar – Dəyər | 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması | 2700.00 |
Qeyri-maddi aktiv alındıqda mühasibat yazılışları
“A” MMC “B” MMC-dən dəyəri 8000 manat olan proqram təminatı (qeyri-maddi aktiv) almışdır. Proqram təminatı quraşdırılan zaman 600 manat xərc çəkilmişdir (ƏDV-siz).
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Qeyri-maddi aktiv
alındıqda |
103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 8000.00 |
| 2 | Quraşdırma xərcləri kapitallaşdırıldıqda | 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 600.00 |
| 3 | Kapitallaşdırılmış Qeyri-maddi aktiv müəssisənin balansına daxil edildikdə və istismara verildikdə | 101 – Qeyri-maddi aktivlərin dəyəri | 103 – Qeyri-maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması | 8600.00 |
Qısamüddətli kreditor borclar uzunmüddətli kreditor borclara aid edildikdə
“A” MMC istehsal fəaliyyətini davam etdirmək üçün malların alışını həyata keçirmək məqsədilə “B” MMC ilə 1 illik müqavilə bağlamışdır. 45000 manat dəyərində mallar yanvar ayında təhvil alınmışdır. 2 aydan sonra müəssisənin ödəmə qabiliyyətini nəzərə alan “A” MMC ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirə bilməyəcəyini qarşı tərəfə bildirmişdir. Qarşı tərəf bu təklifi qəbul etmiş, məbləğin 18 aya bölüşdürülərək ödənilməsinə razılaşmışdır. Buna uyğun olaraq 12 ərzində ödənilməsi nəzərdə tutulan kreditor borcları qısamüddətli kimi, qalan 6 ərzində ödənilməsi nəzərdə tutulan kreditor borcları uzunmüddətli kimi uçota alınacaqdır.
Müqaviləyə əsasən kreditor borclarının qısamüddətli olaraq uçota alınması, 12 ay ərzində ödənilən kreditor borclarının silinməsi:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Malların alışı həyata keçirildikdə | 205 – Mallar | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 45000.00 |
| 2 | ƏDV hesablandıqda | 241 – Əvəzləşdirilən ƏDV | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 8100.00 |
| 3 | Malların bir hissəsinin əsas məbləği ödənildikdə | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 223 – Bank hesablaşma hesabları | 30000.00 |
| 4 | Malların bir hissəsinin ƏDV məbləği ödənildikdə | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 226 – ƏDV-nin Depozit hesabı | 5400.00 |
Razılaşmaya əsasən ödəmə müddətinin uzadılması nəticəsində qısamüddətli kreditor borclarının uzunmüddətli kreditor borcları kimi uçota alınması:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Qısamüddətli kreditor borcları uzunmüddətli kreditor borcları kimi nəzərə alındıqda (Əsas məbləğ) | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları | 15000.00 |
| 2 | Qısamüddətli kreditor borcları uzunmüddətli kreditor borcları kimi nəzərə alındıqda (ƏDV məbləğ) | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları | 2700.00 |
Debitor borclar kreditor borclarla əvəzləşdirilməsi üzrə nümunə
“A” MMC 5 ildir ki, “B” MMC ilə qarşılıqlı surətdə mal (iş, xidmət) alqı-satqısı ilə məşğuldur. Vəziyyət elə bir hal aldı ki, tərəflər malların və xidmətlərin mübadiləsini (barter) həyata keçirmək qərarına gəldilər. Malları təqdim edən tərəf “B” MMC, onun əvəzində xidmətləri təqdim edən tərəf “A” MMC olaraq qərarlaşdırılmışdır. Bazar qiyməti nəzərə alınaraq mübadilə (barter) olunan malların və xidmətlərin dəyəri 8000 manat təyin edilmişdir. “A” MMC-nin uçot məlumatları aşağıdakı kimi olacaqdır:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Mübadilə (barter) nəticəsində malların alışı həyata keçirildikdə | 205 – Mallar | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 8000.00 |
| 2 | ƏDV hesablandıqda | 241 – Əvəzləşdirilən ƏDV | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 1440.00 |
| 3 | Xidmət satışının həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 601 – Satış | 8000.00 |
| 4 | ƏDV nəzərə alındıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 545 – Digər qısamüddətli öhdəliklər | 1440.00 |
| 5 | Alınmış malların ƏDV ödənişi həyata keçirildikdə | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 226 – ƏDV-nin Depozit hesabı | 1440.00 |
| 6 | Göstərilmiş xidmətin ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda | 226 – ƏDV-nin Depozit hesabı | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 1440.00 |
| 7 | Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) | 545 – Digər qısamüddətli öhdəliklər | 521 – Vergi öhdəlikləri | 1440.00 |
| 8 | Mübadilə nəticəsində yaranan borclar qarşılıqlı olaraq əvəzləşdirildikdə | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 8000.00 |
| 9 | Ödənilən ƏDV daxil olan ƏDV məbləği ilə əvəzləşdirildikdə | 521 – Vergi öhdəlikləri | 241 – Əvəzləşdirilən ƏDV | 1440.00 |
Məzənnə fərqi yarandıqda kreditor borclar üzrə müxabirləşmələr
“A” MMC satdığı məhsulların çeşidlərini artırmaq, fərqli keyfiyyətdə mallar əldə etmək məqsədilə xaricdən malları idxal edir. Malları satan ölkə Rusiya olduğundan malların alış qiyməti dollarla təyin olunmuşdur. Tərəflər arasında bağlanan müqaviləyə əsasən malların qiyməti 26000 dollar təyin olunmuşdur.
Qeyd etmək istəyirik ki, malların ödənişinin həyata keçirildiyi gün valyuta məzənnəsinə əsasən ödənilən pulların miqdarında artma yaxud azalma halları müşahidə oluna bilər.
|
Alış tarixinə 1 $ = 1.70 ₼ |
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Malların idxalı həyata keçirildikdə | 205 – Mallar | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 44200.00 |
| 2 | Gömrük yığımı, rüsumu malların dəyərini artırdıqda | 205 – Mallar | 538 – Digər qısamüddətli kreditor borcları | 200.00 |
| 3 | ƏDV hesablandıqda: (44200+200) × 18% | 241 – Əvəzləşdirilən ƏDV | 538 – Digər qısamüddətli kreditor borcları | 7992.00 |
| 4 | Gömrükdə hesablanan ƏDV ödənildikdə | 538 – Digər qısamüddətli kreditor borcları | 226 – ƏDV-nin Depozit hesabı | 7992.00 |
1-ci hal üzrə görürük ki, dolların məzənnəsi aşağı düşüb. Bu o deməkdir ki, müəssisə malların alış anına olan məbləği ilə ödəniş anına olan məbləğ arasındakı fərq qədər satışdankənar gəlir əldə edib.
1 $ = 1.70 ₼ → 26000 × 1.70 = 44200
1 $ = 1.67 ₼ → 26000 × 1.67 = 43420
Müsbət məzənnə fərqi → 44200 – 43420 = 780
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Xaricə ödəniş üçün konvertasiya əməliyyatı aparıldıqda | 222 – Yolda olan pul köçürmələri | 223-1 – Bank hesablaşma hesabları | 43420.00 |
| 2 | Valyuta hesabına 26000k dollar mədaxil edildikdə | 223-2 – Bank hesablaşma hesabları | 222 – Yolda olan pul köçürmələri | 43420.00 |
| 3 | Malların əsas məbləği ödənildikdə | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 223-2 – Bank hesablaşma hesabları | 43420.00 |
| 4 | Məzənnə fərqindən gəlir nəzərə alındıqda | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 611 – Sair əməliyyat gəlirləri | 780.00 |
2-ci hal üzrə görürük ki, dolların məzənnəsi qalxıb. Bu o deməkdir ki, müəssisə malların alış anına olan məbləği ilə ödəniş anına olan məbləğ arasındakı fərq qədər zərər əldə edib.
1 $ = 1.70 ₼ → 26000 × 1.70 = 44200
1 $ = 1.72 ₼ → 26000 × 1.72 = 44720
Mənfi məzənnə fərqi → 44720 – 44200 = 520
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Xaricə ödəniş üçün konvertasiya əməliyyatı aparıldıqda | 222 – Yolda olan pul köçürmələri | 223-1 – Bank hesablaşma hesabları | 44720.00 |
| 2 | Valyuta hesabına 26000 dollar mədaxil edildikdə | 223-2 – Bank hesablaşma hesabları | 222 – Yolda olan pul köçürmələri | 44720.00 |
| 3 | Malların əsas məbləği ödənildikdə | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 223-2 – Bank hesablaşma hesabları | 44200.00 |
| 4 | Məzənnə fərqindən zərər nəzərə alındıqda | 731 – Sair əməliyyat xərcləri | 223-2 – Bank hesablaşma hesabları | 520.00 |
Malsatan və podratçılara üzunmüddətli kreditor borcları hesabı üzrə uçot haqqında buradan məlumat almaq olar.

