534 saylı “Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0

“Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları” hesabı

Hüquqi şəxslərin əldə etdiyi mənfəət hesabına öz təsisçiləri (yaxud səhmdarları) arasında, onların xeyrinə bölüşdürdüyü məbləğlər dividend adlanır. Onların uçotu Hesablar Planının  5-ci “Qısamüddətli öhdəliklər” bölməsinə aid olan 534 saylı “Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları” hesabında aparılır. Eyni zamanda, hüquqi şəxsin ləğvi zamanı vaxtilə mənfəət hesabına formalaşmış əmlakın bölüşdürülməsi, səhmlərin eyni qaydada artırılmış nominal dəyəri hüdudlarında geri alınarkən edilən ödənişlər də dividend sayılır. Dividendlər təsisçi qərarı əsasında müəssisənin təsisçilərinə (yaxud payçılara) ödənilir, direktorlara dividendin ödənməsinə qanun icazə vermir.

534 saylı hesabda uçota alınan təsisçilərə  dividend borcları qısamüddətli kreditor borcları qrupuna (53-cü maddə) aiddir. Bu maddə üzrə açılan digər hesablar bunlardır:

“Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları” hesabı öhdəlik (passiv) hesabıdır.

Uyğun standartlar

Dividendlərə görə yaranan kreditor borclara subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  ilə tənzimlənir.

Mühasibat xidmətləri

Uçotun aparılması zamanı aşağıdakı beynəlxalq standartların tələbləri nəzərə alınmalıdır:

  • 2 saylı “Pay alətləri əsasında ödəmə” MHBS (IFRS 2) ;
  • 9 saylı “Maliyyə alətləri” MHBS (IFRS 9) ;
  • 12 №-li “Digər müəssisələrdə iştirak paylarının açıqlanması” MHBS (IFRS 12) ;
  • 1 №-li “Maliyyə hesabatlarının təqdimatı” MUBS (IAS 1) ;
  • 32 nömrəli “Maliyyə alətləri: Təqdimat” MUBS (IAS 32) ;
  • 33 nömrəli “Səhm üzrə mənfəət” MUBS (IAS 33) .

534 №-li saylı hesab üzrə tənzimləmələr

“Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları” hesabında mühasibat uçotu subyektinin elan olunmuş, ancaq hələ ödənməmiş dividendlərə görə təsisçilərə olan kreditor borcları haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Dividendlərin ödənilməsi zaman təsisçilər qarşısında yaranan kreditor borcları bu qaydaların 43.26-cı bəndilə nizamlanır.

Elan edilmiş dividendlərdən tutulan ÖMV həmin qaydaların 43.27.-ci bəndilə nizamlanır.

Dividendlər ödənilən zaman təsisçilər qarşısında olan öhdəliklərlə bağlı yanlış hesablanılmış məbləğlərə mühasibat yazılışları qaydaları 43.28.-ci bəndi əsasında tənzimlənir.

Dividendlərə görə təsisçilər qarşısında yaranan kreditor borcları ödənildikdə qeyd olunan qaydaların 43.29-cu, onların üçüncü şəxs tərəfindən ödənilməsi  43.30-cu bəndilə nizamlanır.

Dividenddən vergi hesablandıqda müxabirləşmə nümunələri

Hesabat ilinin sonunda bir çox müəssisələr kimi “A” MMC də il ərzində qazandığı gəlirləri və xərclərini müəyyənləşdirməklə mənfəətini hesablamışdır. Büdcə ilə hesablaşmalar aparılmış, 260000 manat xalis mənfəəti formalaşmışdır. Onun 150000 manatlıq hissəsi iki nəfər təsisçi arasında bölüşdürülmüşdür. Müəssisə təsisçilərə dividend ödəyərkən illik dövriyyəsinə görə verginin ödənilib ödənilməməsi məsələsini nəzərə almalıdır. Vergi Məcəlləsi nin dividendlərin vergiyə cəlb edilməsilə bağlı maddəsinə nəzər yetirəndə aydın oldu ki, “A” MMC dividend ödəyərkən ÖMV-ə cəlb etməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Xalis mənfəət əldə edildikdə 801 – Ümumi mənfəət (zərər) 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 260000.00
2 Dividend elan olunduqda 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 344 – Elan edilmiş dividendlər 150000.00
3 Dividend üzrə təsisçilər qarşısında öhdəlik yarandıqda 344 – Elan edilmiş dividendlər 534 – Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları 150000.00
4 Ödəmə mənbəyində vergi tutulduqda 534 – Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları 521 – Vergi öhdəlikləri 15000.00
5 Təsisçilərə dividend ödənildikdə 534 – Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları 223 – Bank hesablaşma hesabları 135000.00
6 Büdcə qarşısında öhdəliklər yerinə yetirildikdə 521 – Vergi öhdəlikləri 223 – Bank hesablaşma hesabları 15000.00

Qeyd: Dividendlər keçmiş illərin bölüşdürülməmiş mənfəəti hesabına da ödənilə bilər bilər. Bu zaman 341 nömrəli hesab əvəzinə 343-cü “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” hesabında uçota alınır.

Dividenddən vergi hesablanmadıqda müxabirləşmə nümunələri

Hesabat ilinin sonunda bir çox müəssisələr kimi “A” müəssisəsi də il ərzində qazandığı gəlirləri və xərclərini müəyyənləşdirməklə mənfəətini hesablamışdır. Büdcə ilə hesablaşmalar aparılmış 58000 manat xalis mənfəəti formalaşmışdır. Onun 22000 manatlıq hissəsi iki nəfər təsisçi arasında bölüşdürülmüşdür. Müəssisə təsisçilərə dividend ödəyərkən illik dövriyyəsinə görə verginin ödənilib ödənilməməsi məsələsini nəzərə almalıdır. Vergi Məcəlləsinin dividendlərin vergiyə cəlb edilməsilə bağlı maddəsinə nəzər yetirəndə aydın oldu ki, “A” MMC dividend ödəyərkən ÖMV-ə cəlb etməməlidir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Xalis mənfəət əldə edildikdə 801 – Ümumi mənfəət (zərər) 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 58000.00
2 Dividend elan olunduqda 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 344 – Elan edilmiş dividendlər 22000.00
3 Dividend üzrə təsisçilər qarşısında öhdəlik yarandıqda 344 – Elan edilmiş dividendlər 534 – Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları 22000.00
5 Təsisçilərə dividend ödənildikdə 534 – Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları 223 – Bank hesablaşma hesabları 22000.00

Yanlış əməliyyat aparıldıqda mühasibat yazılışlarına nümunələr

Hesabat ilinin sonunda bir çox müəssisələr kimi “A” məhdud məsuliyyətli cəmiyyəti də il ərzində qazandığı gəlirləri və xərclərini müəyyənləşdirdikdən sonra mənfəətini hesablamışdır. Büdcə ilə hesablaşdıqdan sonra 260000 manat xalis mənfəəti formalaşmışdır. Həmin xalis mənfəətin 150000 manatlıq hissəsi iki nəfər təsisçi arasında bölüşdürülmüşdür. Təsisçi qərarı hazırlandıqdan sonra məlum oldu ki, təsisçilərdən biri payına düşən hissəsindən 40000 manatını dividend kimi götürməkdən imtina etmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Xalis mənfəət əldə edildikdə 801 – Ümumi mənfəət (zərər) 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 260000.00
2 Dividend elan olunduqda 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 344 – Elan edilmiş dividendlər 150000.00
3 Dividend üzrə təsisçilər qarşısında öhdəlik yarandıqda 344 – Elan edilmiş dividendlər 534 – Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları 150000.00
4 Dividend üzrə təsisçilər qarşısında öhdəlik azaldıqda 534 – Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları 344 – Elan edilmiş dividendlər 40000.00
5 Elan olunmuş dividenddən imtina edildikdə 344 – Elan edilmiş dividendlər 341 – Hesabat dövründə xalis mənfəət (zərər) 40000.00

221 saylı “Kassa” hesabı üzrə uçot: xaricolmalar