Sınaq balansının hazırlanma mərhələləri

posted in: Xəbər | 0

Sınaq balansının hazırlanma məqsədi

Sınaq balansı (yaxud yoxlama balansı) maliyyə hesabatlarının hazırlanmasının əsas mərhələlərdən biridir. Düzgün tərtib olunmuş sınaq balansı maliyyə hesabatları üzrə düzgün nəticələrin əldə olunmasına imkan yaradır. Onun hazırlanma məqsədini qısaca qeyd edək:

  • maliyyə hesabatlarının hazırlanması üçün ilkin məlumat alətidir;
  • bu balans formasının hazırlanması qeydlərin digər mühasibat kitablarında aparılmasını zəruri edir (hər hesabın debet, kreditində əks etdirilən məlumatların uçotununun ayrıca aparılması);
  • hazırlanma prosesində yaranan uyğunsuzluqlar üzrə düzəlişlər uçot hesablarındakı səhvlərin aradan qaldırılmasın təmin edir.

Sınaq balansı aşağıdakı iki formadan biri seçilməklə təqdim edilir:

  • balansda yalnız son qalıqlar öz əskini tapır, yaxud;
  • hesabatda dövrün əvvəlinə, hesabat dövrü ərzində, dövrün sonuna məlumatlar əks etdirilir: bunu dövriyyə qalıq cədvəli də adlandıra bilərik.

Sınaq balansı baş kitab tərtib edildikdən sonra hazırlanır. Əsasən cədvəl şəklində olub, baş kitabda olan hesabların debet, kredit sütunlarının əks etdirən siyahıdır. Bu zaman əsas tələb debet və kredit qalıqlarının bərabərliyinin gözlənilməsidir.

Hər bir müəssisə maliyyə-təsərrüfat fəaliyyətində baş vermiş proseslərin, dəyişikliklərin doğru uçota alınmasını istəyirsə, hər hesabat dövrünün sonuna sınaq balansını hazırlamalıdır.

Nəzərə almaq lazımdır ki, sınaq balansında tərəflərinin bir-birinə bərabər olması, yəni maliyyə bərabərliyinin gözlənilməsi, hələ heç də əməliyyatların ilkin qeydiyyatının düzgün aparılması anlamına gəlmir. Belə ki, debet və kredit qalıqları bir-birinə bərabər olsa da, uçotda aşkarlanmayan səhvlər ola bilər. Belə səhvlərə səhv tərtib edilmiş, ümumiyyətlə uçota alınmamış əməliyyatları nümunə göstərmək olar, yəni, sınaq balansı riyazi səhvləri aradan qaldırsa belə, mühasibatlıqda ilkin qeydlər zamanı buraxılmış səhvləri aşkarlanmaya bilər.

Hesabat hazırlanarkən uçot hesablarını qeyd edərkən “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına Əsasən Mühasibat Uçotunun Aparılması Qaydalarına” uyğun ardıcıllığı nəzərə almağımız  maliyyə hesabatının hazırlanması daha asan edə bilər.

Sınaq balansının hazırlanma mərhələləri

Sınaq balansının (ixtisarla SB) hazırlanması aşağıdakı 3 mərhələni əhatə edir :

  • ilkin SB
  • düzəliş olunmuş SB
  • son SB

Adından göründüyü kimi ilkin sınaq balansı ilkin uçot qeydlərinə əsasən formalaşır. Bu mərhələdə hazırlanmış balans hesabatı son maliyyə hesabatlarının hazırlanmasında istifadə edildikdə düzgün nəticə alınmaya da bilər. Çünki müəssisənin fəaliyyət göstərdiyi müddətdə müəyyən əməliyyatlar baş verir ki, bunlar da öz növbəsində maliyyə-təsərrüfat əməliyyatlarına təsir edir, onların nəticələrini dəyişdirir. Dəyişikliklər düzəliş olunmuş sınaq balansında uçota alınmaqla tamamlanır. Düzəliş olunmuş sınaq balansı məlumatlarına əsasən “Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabat hazırlaya bilərik.

İlkin sınaq balansına nümunə

 Aşağıda verilmiş ilkin sınaq balansı cədvəlinə baxaq:

“A” MMC-nin 3-cü rüb üçün olan sınaq balansı verilib. Həmin rüb ərzində baş verən bütün maliyyə-təsərrüfat əməliyyatları balansda əks etdirilib.

“A” Məhdud məsuliyyətli cəmiyyəti
30 Sentyabr 2022-ci il
İlkin Sınaq Balansı
  DT KT
Torpaq, tikili, avadanlıq 4600,00
Mallar 4900,00
Debitor borclar 4400,00
Pul vəsaitləri 15450,00
Nizamnamə (nominal) kapitalı 22100,00
Kreditor borcları 1475,00
Əmək haqqı öhdəliyi 1400,00
Satışdan gəlir 4400,00
Xidmətdən gəlir 3275,00
Əmək haqqı xərci (1900,00)
Amortizasiya xərci (1400,00)
Dividend
Yekun 29350,00 29350,00

Cədvəldən göründüyü kimi xərclər balansın kredit tərəfində mənfi şəkildə qeyd edilib. Əslində xərclərin debetdə uçota alındığını, ilin sonunda kredit tərəfdə əks olunaraq mənfəətə bağlandığını bilirik. Xərcləri bu şəkildə yazmaqda məqsəd balansın məlumatlarını xərclər qədər şişirtməməkdir. Əgər debet hissədə olduğu kimi yazsaq, nümunədəki cəmi 3300 manat qədər real olmayan artıq məbləğin yaranmasına gətirib çıxaracaqdır. Buna əsaslanaraq yanlış maliyyə qərarlarının verilməsi müəssisə üçün yaxşı nəticələr verməyə bilər.

Düzəliş olunmuş sınaq balansı

4-cü rüb tamamlandıqdan sonra ilkin balansda lazımi düzəlişlər edilmiş, həmin rüb ərzində olan bütün maliyyə-təsərrüfat əməliyyatları balansa əlavə edilib. Edilmiş düzəlişlər:

  • digər müəssisədən 12000 manat avans alınmışdır;
  • malların satılması nəticəsində 60000 manatlıq pul vəsaitləri daxil olmuşdur.
“A” Məhdud məsuliyyətli cəmiyyəti
31 Dekabr 2022-ci il
Düzəliş olunmuş Sınaq Balansı
  DT KT
Torpaq, tikili, avadanlıq 4600,00
Debitor borclar 4400,00
Pul vəsaitləri 87450,00
Nizamnamə (nominal) kapitalı 22100,00
Kreditor borcları 1475,00
Əmək haqqı öhdəliyi 1400,00
Alınmış avans öhdəliyi 12000,00
Satışdan gəlir 64400,00
Xidmətdən gəlir 3275,00
Maya dəyəri xərci (4900,00)
Əmək haqqı xərci (1900,00)
Amortizasiya xərci (1400,00)
Yekun 96450,00 96450,00

Son sınaq balansına nümunə

Sonda, müvəqqəti (köməkçi) hesablar olan gəlir, xərc, habelə mənfəət hesablarını bağlayırıq və onların nəticələrini son sınaq balansında nəzərə alırıq. Edilmiş düzəlişlər:

  • müvəqqəti(köməkçi) bağlanmışdır;
  • mənfəət vergisi hesablanmış, ödənilib.
“A” Məhdud məsuliyyətli cəmiyyəti
31 Dekabr 2022-ci il
Son Sınaq Balansı
  DT KT
Torpaq, tikili, avadanlıq 4600,00
Debitor borclar 4400,00
Pul vəsaitləri 75555,00
Nizamnamə (nominal) kapitalı 22100,00
Kreditor borcları 1475,00
Əmək haqqı öhdəliyi 1400,00
Alınmış avans öhdəliyi 12000,00
Bölüşdürülməmiş mənfəət 47580,00
Yekun 84555,00 84555,00

Uğurla tərtib edilən sınaq balansı əsasında MVHH və  MZHH-in hazırlanması mərhələsi başlanır.

311 saylı “Emissiya gəliri” hesabı üzrə uçot

“Birbank Star-la müştərilərimizə sadəcə kart deyil, həyatlarını asanlaşdıracaq təcrübə təqdim edirik”.

posted in: Xəbər | 0

Bu sözləri 150 illik yubileyini qeyd edən, ölkənin birinci bankı Kapital Bank-ın Pərakəndə Biznes Ofisinin lideri Fərid İslamov müsahibəsində qeyd edib.

Fərid bəy, Kapital Bank-ın vaxtaşırı bazara yeni məhsullar təqdim etdiyini görürük. Bu məhsullar maliyyə bazarında fərqlilik yaradaraq rəqabətə səbəb olur. Bu dəfə isə Birbank Star-la gündəmə gəldiniz. Necə düşünürsünüz Birbank Star bazarın starı ola biləcəkmi?

Hədəfimiz də elə budur. Maliyyə bazarında hərəkətlilik yaradacaq, rəqabətədavamlı, ən əsası isə müştərilərin ürəyincə olacaq məhsul yaratmaq. Məncə, Birbank Star kartı ilə biz bunu bacarmışıq. Düşünün ki, sizin elə bir kredit kartınız var ki, siz onunla 30 000 manata qədər məbləği ürəyiniz istədiyi kimi istifadə edə bilirsiniz. Üstəlik heç bir faiz və komissiya olmadan. İstər kartdakı pulu Kapital Bank-ın və ya digər bankların bankomatlarında nağdlaşdırın, istər digər bank kartlarına köçürmələr edin, istər ödəniş edin heç bir fərqi yoxdur, bu əməliyyatların heç biri üçün nə faiz, nə də komissiya tətbiq edilmir.

Yəni bugünədək hamımızın öyrəşdiyi ənənəvi kredit kartlarından istifadə şərtləri Birbank Star-da yoxdur?

Xeyr, yoxdur. Bildiyiniz kimi Kapital Bank ölkənin ən böyük müştəri bazasına sahib bankıdır. Bizim uğurumuz həm də ondadır ki, məhsul və xidmətlərimiz üzərində işləyərkən mütləq qaydada müştərilərimizin rəylərini dinləyir, onların qarşılaşdığı çətinlikləri dərindən araşdırırıq. Müştərilərimizin kredit kartından istifadə təcrübəsini araşdırdığımız zamansa tez-tez rastlaşdığımız fikirlər olur. Məsələn, kredit kartları şərtlərinin çox mürəkkəbliyi, faiz və komissiyaların necə hesablandığının anlaşılmaması və bu kimi digər fikirlər. Bu tip suallarla Sorğu  mərkəzimizə də çox müraciətlər gəlir. Ən çox verilən suallar balansın izlənməsi, təsdiqlənməmiş borclar, xərclənən məbləğə tətbiq edilən faizlər haqqında olur. Bu isə çox təbiidir, çünki əksər müştərilər əməliyyatlarının detallarını bankla yanaşı özləri də hesablamaq və izləmək istəyirlər. Ənənəvi kredit kartlarında isə bu hər kəs üçün aydın və rahat deyil.

Məhz elə bu əhəmiyyətli məqamları düşünərək biz yaşından, peşəsindən, sosial statusundan asılı olmayaraq hər kəsin istifadə edə biləcəyi, sadə, istifadəsi asan və böyük bir auditoriyaya xitab edəcək məhsul yaratdıq. Birbank Star sizin yaxın dostunuz kimidir. Kartda olan vəsaiti istədiyiniz kimi istifadə edə bilərsiniz. Heç bir əməliyyata – nə nağdlaşdırmaya, nə köçürməyə, nə də onlayn ödənişə komissiya tətbiq edilmir. Ödəniş şərtləri isə olduqca sadədir. İstifadə edilən məbləğ həmin ayın son gününədək karta geri qaytarılmalıdır. Məbləğ geri qaytarılmadığı və borc formalaşdığı halda isə yaranan hər 500 manatadək borc üçün 10 manat istifadə haqqı formalaşır və bu məbləğ ayın onuna qədər ödənilməlidir. Aylıq ödənişlər, həmin ödənişlərə hesablanan faizlərə nəzarət, əmaliyyətlara görə gələn komissiyalar, tətbiq edilən limitləri keçib-keçməmək həyəcanı, güzəşt müddətini izləmək kimi məqamlar bu kartda yoxdur. Kart üzrə balansı və əməliyyatları isə Birbank mobil tətbiqində məhz Birbank Star üçün yaradılan funksionallıq vasitəsilə rahatlıqla izləmək mümkündür. Hər şey bu qədər rahat və sadədir. Məqsədimiz odur ki, Birbank Star gündəlik istifadə üçün rahat, anlaşılan eyni zamanda da hər kəsin ən sərfəli kartı olsun. Bu kart həm də kredit kartları ilə bağlı müştərilərdə olan faizi çoxdur, komissiyası var kimi neqativ fikirləri tamamilə dəyişəcək.

Yəqin ki, müştəriləri düşündürən vacib bir məqam da keşbeklərdir. Birbank Star-ın keşbek kimi əlavə üstünlükləri də varmı?

Əlbəttə, bizim digər kredit kartlarında olduğu kimi, Birbank Star-da da həm keşbek, həm də ikiqat ƏDV var. Müştərilərimiz Birbank mobil tətbiqindəki keşbek kateqoriyalarına qoşulmaqla, geniş partnyor şəbəkəmizdə alış-veriş etməklə və bankımızın təqdim etdiyi digər imkanlardan faydalanmaqla daha çox keşbek qazana biləcəklər.

Qeyd edim ki, müştərilərimiz Birbank Star kartını Birbank mobil tətbiqindən və onlayn formada kapitalbank.az, birbank.az vebsaytlarından, həmçinin istənilən Kapital Bank filialından müraciət edərək əldə edə bilərlər. Eyni zamanda müştərinin seçiminə əsasən bu kartı həm fiziki, həm də rəqəmsal formada istifadə etmək mümkündür. Onlayn kanallardan sifarişlərdə Bakı şəhəri üzrə ünvana çatdırılma xidməti də mövcuddur. Xatırladım ki, biz bu mövzuda “Wolt” şirkəti ilə əməkdaşlıq edirik. Hətta maraqlı bir faktı deyim ki, “Wolt”la kart çatdırılmasını nəyinki Azərbaycanda, hətta dünyada ilk olaraq biz həyata keçiririk. Şəhər ətrafı ərazilərə çatdırılmanı isə partnyorumuz “Azəriexpress” həyata keçirir.

Bank olaraq lider mövqeyinizi qorumaq və müştəri məmnuniyyətini təmin etmək üçün hansı addımları atırsınız?   

Bu sualın bir cavabı var: müştəriyönümlülük strateji hədəfimizdir. Bizim fəaliyyətimiz müşətərilərimizin rahatlığına və məmnuniyyətinə fokuslanıb. Maliyyə əlçatanlığını təmin etmək üçün proseslərimizin, məhsul və xidmətlərimizin rəqəmsallaşmasına, paralelində  xidmət keyfiyyətinin artırılmasına, eyni zamanda bank xidmətlərinin təhlükəsizliyinə xüsusi diqqət ayırırıq. Yeni texnoloji həllərə, loyallıq proqramlarına aktiv investisiyalar edirik. Məmnuniyyətlə deyə bilərəm ki, öz növbəsində bütün bu təşəbbüslər də bəhrəsini verir. Bu gün nağd pul və kart satışlarımızın 52%-i rəqəmsal kanallar vasitəsilə həyata keçirilir. Keçən il buraxdığımız rəqəmsal depozit məhsulu üzrə portfelimiz 65 milyon manat təşkil edir. 2024-cü il üzrə sentyabr ayına qədər keşbek və ƏDV bonusları şəklində müştərilərimizə 52 milyon manat həcmində vəsait qaytarmışıq. Sorğu mərkəzinə daxil olan müraciətlərin 40%-dən çoxu canlı əlaqə qurmadan AI çat bot vasitəsilə cavablandırılmaqla xidmət sürəti bir neçə dəqiqədən 4-5 saniyəyədək endirilib.

Təşəkkür edirəm, Fərid bəy, son olaraq  Kapital Bank-ı seçən müştərilərə nə demək istəyərdiniz?

Öncə müştərilərimizə bizi seçdikləri, bazara təklif etdiyimiz məhsulları sevərək istifadə etdikləri və bununla da bizi yeni həllər yaratmağa sövq etdikləri üçün təşəkkür edirəm. Bu gün, haqqında danışdığımız Birbank Star da müştərilərimizin istəklərindən ilhamlanıb yaratdığımız məhsullarımızdandır. Odur ki, hamını bu kartı sifariş etməyə dəvət edirəm. Bildirmək istəyirəm ki, çətin hesablamalar, faizlər və komissiyalar dövrü Birbank Star-la bitdi.

311 saylı “Emissiya gəliri” hesabı üzrə uçot

Xaricdə icarə xidmətinin vergiyə cəlb olunması

posted in: Xəbər | 0

Rezident vergi ödəyicisinə xarici dövlətdə qeyri-rezident tərəfindən göstərilən icarə xidməti hər hansı vergiyə cəlb edilirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur.

Azərbaycan mənbəyindən əldə olunan gəlirlər dedikdə Vergi Məcəlləsinin 13.2.16-cı maddəsində qeyd olunan gəlirlər nəzərdə tutulur.

Bildirilib ki, Vergi Məcəlləsinin 13.2.16.12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasındakı daşınmaz əmlakdan əldə edilən gəlir, o cümlədən bu əmlakda iştirak payının təqdim edilməsindən gəlir Azərbaycan mənbəyindən əldə olunan gəlir sayılır.

Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

Əlavə olaraq bildirilib ki, müraciətdə qaldırılan məsələlərə konkret hal üzrə dəqiq münasibət bildirilməsi üçün aparılan əməliyyat üzrə işin faktiki halları və müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etmək tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci, 169-cu maddəsi.

Mənbə: vergiler.az

Əməliyyatların maliyyə bərabərliyində izlənilməsi

Qeyri-maddi aktivlərə çəkilən xərclərin gəlirdən çıxılması

posted in: Xəbər | 0

Mənfəət vergisinin hesablanması prosesində gəlirdən çıxılan və çıxılmayan xərclərinin tərkibinin müəyyən olunması mühüm əhəmiyyətə malikdir. Gəlirdən çıxılmayan xərclər, onların tərkibi Vergi Məcəlləsinin 109-cu maddəsi xarakterizə edir. Gəlirdən çıxılan xərclər tərkibinı görə genişdir. Qeyri-maddi aktivlərə çəkilən xərclərin gəlirdən çıxılması qaydası Məcəllənin 118-ci maddəsində şərh olunub.

Qeyri-maddi aktivləri vergi qanunvericiliyində

Bəzən mühasiblər qeyri-maddi aktivlərlə əməliyyatlar apararkən müəyyən çətinliklə üzləşirlər. Buna səbəb “qeyri-maddi aktivlər” anlayışının:

  • nəzəri izahının genişliyi;
  • praktik tətbiqində müxtəliflik;
  • royaltidən düzgün ayrılmaması;
  • nəzəri izahında və praktik tətbiqində bəzi ziddiyyətli görünən məqamlardır.

Gəlin ilk öncə baxaq, vergi qanunvericiliyi qeyri-maddi aktivi necə təyin edir.

Qeyri-maddi aktivlər - intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlardır

Qeyri-maddi aktiv elə hüquqdur ki, qeyri-maddi formada mövcud ola bilər, varlığı maddiyatın olmasından asılı deyil yaxud müəyyən edilmiş maddi əşya üzərində (içərisində və s) də öz təsdiqini, təzahürünü tapa bilər.  Sahibkarlıq subyektləri arasında bu, adətən, ikinci formada, qismən maddiləşdirilmiş formada olur. Məsələn, hər hansı hüquq, qeyri-maddi aktivin verilməsi kağızda, icazə sənədi formasında yaxud elektron formada təsdiqlənib təqdim edə bilərlər.

Müəssisələr qeyri-maddi aktivlərin mühasibat və vergi uçotunu aparmalıdır. Uçotun necə aparılması, gəlirdən çıxılan xərclər kimi necə hesablanması  burada ətraflı şərh olunub.

Qeyri-maddi aktivlər üzrə xərclərin gəlirdən çıxılması

Hüquqi və fiziki şəxslər təsərrüfat fəaliyyətlərində qeyri-maddi aktivləri 1 ildən çox istifadə etdikdə, həmin obyektlərə çəkilmiş xərclər qeyri-maddi aktivlərə aid edilir. Əksi təqdirdə çəkilmiş xərclər birbaşa xərcə salmaqla qeydə alınır.

Bir ildən artıq istifadə edilən qeyri-maddi aktivlərə çəkilən xərclər amortizasiya ayırmaları formasında gəlirdən çıxılan xərclər kimi qiymətləndirilir.  Amortizasiya ayırmaları VM-in 114-cü maddəsində verilmiş dərəcəyə uyğun hesablanır. Xatırladaq ki, istifadə müddəti bəlli olan qeyri-maddi aktivlər illər üzrə mütənasib olaraq, bəlli olmayanlar isə illik 10 faiz dərəcəsi ilə amortizasiya edilir.

Nümunə 2: Mikro sahibkarlıq subyekti olan “ABC” müəssisəsi mənfəət vergisi ödəyicisidir.  2020-ci ilin 01 avqust tarixində dəyəri 25000 manat olan qeyri-maddi aktiv (QMA) almışdır. QMA-ın istifadə müddəti 4 il olub. 2020-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə şirkətinin hesablayacağı maksimal amortizasiya məbləği:

25000 / 4 = 6250 manat

Yuxarıdakı nümunədə, mikro sahibkarlıq subyekti gəlirdən 2 əmsalı tətbiq etməklə amortizasiya çıxa bilməz. Qeyd edək ki, illik 10 % dərəcədən aşağı norma tətbiq edildikdə aradakı fərq növbəti illərə keçirilmir.

Qeyri-maddi aktivlərin alınmasına və ya istehsalına çəkilən xərclər vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirinin hesablanması zamanı gəlirdən çıxılmışdırsa, həmin xərclər amortizasiya olunmalı qeyri-maddi aktivlərin dəyərinə aid edilmir

Beləliklə, VM-in yuxarıda qeyd edilən maddəsinə əsaslanıb deyə bilərik ki, qeyri-maddi aktivlərin:

  • alınma və istehsal xərcləri kapitallaşdırılmalı;
  • onların təsərrüfat fəaliyyətində istifadəsi zamanı çəkilən xərclər, həmin qeyri-maddi obyektin dəyərlərinə aid edilməli;
  • dəyərə aid edilən bu xərclər gəlirdən çıxılan xərclər kimi qiymətləndirilməli və amortizasiya kimi gəlirdən çxılımalıdır.

Əgər qeyri-maddi aktivlərin ilkin dəyəri formalasarkən, həm də sonrakı istifadə zamanı çəkilmiş xərclər kapitallaşdırılmadan gəlirdən çıxılıbsa, bur xərclər amortizasiya olunacaq qeyri-maddi xərclərin dəyərinə aid etmək olmaz.

Xaricdə icarə xidmətinin vergiyə cəlb olunması

1 291 292 293 294 295 296 297 2. 683