Read More9
Read More9

Kriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi

posted in: Xəbər | 0

Kriptovalyuta alğı-satqısı ilə məşğul oluram. Fəaliyyətimi rəsmiləşdirmək üçün VÖEN almaq istəyirəm. Bu halda mənim vergi öhdəliklərim nə qədər olacaq? Bu fəaliyyət qeyri-sahibkarlıq fəaliyyəti sayılırmı? Əgər dövriyyəm 200.000 manatı keçsə, ƏDV qeydiyyatına da alınmalıyam?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, kriptovalyuta üzrə əməliyyatlardan gəlir əldə edən fiziki şəxslər vergi orqanlarında uçota durmaqla VÖEN almalı və əldə edilən gəlirdən, Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq, 14 faiz dərəcəsi ilə gəlir vergisi hesablamalı, növbəti ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən, vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) – əməkhaqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəliri hesab olunur. Vergi Məcəlləsinin 155.1-ci maddəsinə görə, yalnız sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər ƏDV-yə cəlb oluna bilər. Bu səbəbdən də fiziki şəxslərin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) kriptovalyuta alğı-satqısı üzrə əməliyyatlarının həcmi 200.000 manatdan artıq olsa da, onlar ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borclu deyillər. Fiziki şəxsin bu fəaliyyətdən əldə edilən gəlirləri ƏDV-nin məqsədləri üçün vergitutma obyekti olmayacaq.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindəki “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Mənbə: vergiler.az

Sərbəst çalışanların sosial sığorta öhdəlikləri

Sərbəst çalışanların sosial sığorta öhdəlikləri

posted in: Xəbər | 0

Məcburi dövlət sosial sığortasında sığorta haqqı əməkhaqqı ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. “Sosial sığorta haqqında” Qanuna əsasən, gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı müxtəlif dərəcələrlə müəyyən olunub.

İqtisad elmləri üzrə fəlsəfə doktoru, vergi eksperti İsmayıl Bağırov vəkillərin, sərbəst mediatorların və müəlliflik qonorarı ödəyənlərin sosial sığorta öhdəliklərini açıqlayıb.

“Sosial sığorta haqqında” Qanunun 14.5.5-ci maddəsinə əsasən, Vəkillər Kollegiyasının üzvləri və sərbəst mediatorlar xərclər çıxıldıqdan sonra gəlirlərinin 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər. Hesabat dövrü ərzində xidmətlərin göstərilməsindən əldə olunan gəlirlərlə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan xərc məbləği arasında yaranan fərqdən ibarət olan məbləğ Vəkillər Kollegiyasının üzvlərinin, sərbəst mediatorların məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri hesab edilir.

Misal 1

Naxçıvan şəhərində fəaliyyət göstərən və Vəkillər Kollegiyasının üzvü olan Rəsul Həsənov (adlar şərtidir) 2026-cı ilin sentyabr ayında vəkillik xidmətinin göstərilməsi üçün 3 firma ilə müqavilə bağlayıb. Həmin ay vəkilin bağlanmış müqavilələr üzrə gəliri 800 manat, həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan xərc məbləği 100 manat, məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri 700 manat (800 – 100 = 700), ona hesablanmış məcburi dövlət sosial sığorta haqqı məbləği 105 manat (700 x 15% = 105) təşkil edir.

Beləliklə, həmin şəxs hər ay 105 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Misal 2

Bakı şəhərində sərbəst mediator fəaliyyəti göstərən Məmmədov Əli 2026-cı ilin sentyabr ayında mediator xidmətinin göstərilməsi üçün 5 firma ilə müqavilə bağlayıb. Həmin ay sərbəst mediatorun bağlanmış müqavilələr üzrə gəliri 1.700 manat, həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan xərc məbləği 500 manat, məcburi dövlət sosial sığortasına cəlb olunan gəliri 1.200 manat, ona hesablanmış məcburi dövlət sosial sığorta haqqı məbləği 180 manat (1.200 x 15% = 180) təşkil edir. Beləliklə, həmin şəxs hər ay 180 manat məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Qeyd edək ki, Vəkillər Kollegiyasında və onun nəzdində olan hüquq məsləhətxanalarında işləyənlər və Vəkillər Kollegiyasının üzvü olmayanlar üçün sosial sığorta haqqı “Sosial sığorta haqqında” Qanunun 14.3-cü maddəsinə uyğun qaydada hesablanır. Yəni Vəkillər Kollegiyası və onun nəzdində olan hüquq məsləhətxanaları 22 faiz məcburi dövlət sosial sığorta haqqını öz vəsaitləri hesabına, 3 faiz məcburi dövlət sosial sığorta haqqını isə işçinin əməkhaqqından tutulmaqla ödəyirlər.

“Sosial sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsinə əsasən, mülki hüquqi xarakterli müqavilələrlə işləyənlərdən (fərdi sahibkarlar istisna olmaqla) ödəmə mənbəyindən tutulmaqla gəlirlərinin 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir.

Misal 3

Fiziki şəxs tikinti şirkəti üçün mülki hüquqi müqavilə əsasında iş görür və həmin ay fiziki şəxsin bağlanmış müqavilə üzrə gəliri 1.600 manatdir. Fiziki şəxsdən tutulmalı məcburi dövlət sosial sığorta haqqının məbləği mülki hüquqi xarakterli müqavilə ilə işləyən fiziki şəxs kimi ödəmə mənbəyindən tutulmaqla gəlirlərinin 25 faizi, yəni 1.600 x 25% = 400 manat olacaq.

Misal 4

Fiziki şəxs dövlət universitetində əmək müqaviləsi ilə müəllim işləyir və əməkhaqqı 300 manatdır. Eyni zamanda, “Cahan Holdinq”in işçilərinə mülki hüquqi müqavilə əsasında vergi və maliyyə uçotundan təlim keçir və həmin fəaliyyətdən 500 manat gəlir əldə edir. Fiziki şəxsdən tutulmalı olan və universitetin həmin fiziki şəxsin əməkhaqqına görə ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqının məbləğini hesablayaq.

Fiziki şəxsin universitetdəki əmək fəaliyyəti ilə bağlı universitetin ödəməli olduğu məcburi dövlət sosial sığorta haqqı əməyin ödənişi fondunun 22 faizi, yəni 300 x 22% = 66 manat olacaq. Fiziki şəxsin universitetdə hesablanmış əməkhaqqından tutulmaqla isə 3 faizi, yəni 300 x 3% = 9 manat təşkil edəcək.

Beləliklə, fiziki şəxsin universitetdəki fəaliyyətindən cəmi 66 + 9 = 75 manat hesablanmalıdır. “Cahan Holdinq”dəki fəaliyyəti ilə bağlı mülki hüquqi xarakterli müqavilə ilə işləyən həmin fiziki şəxsin 500 manat gəlirindən ödəmə mənbəyində 25 faiz tutulmaqla 125 manat məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir:
500 x 25% = 125 manat.

“Sosial sığorta haqqında” Qanunun 14.5.4-cü maddəsinə əsasən, müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər (nəşriyyatlar, redaksiyalar, radio, televiziya, səsyazma studiyaları, kinostudiya və videostudiyalar, teatrlar, sirk, konsert-tamaşa təşkilatları, bədii fond, mədəniyyət fondu, xüsusi fondlar, fiziki şəxslər və s.) ödəmə mənbəyindən tutulmaqla hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər.

Məcburi dövlət sosial sığorta haqqı əsərin yaradılmasına görə ödənilən qonorara hesablanır. Həmin əsərdən sonradan istifadəyə və təkrar istifadəyə görə müəllifə verilən qonorara məcburi dövlət sosial sığorta haqqı hesablanmır. Müəlliflik qonorarının məbləği qanunvericiliklə təsdiq edilmiş müəllif qonorarının minimum miqdarından az olmamalıdır.

Misal 5

Nəşriyyat məqaləsini çap etdiyi üçün yanvar ayında Mehdi Əliyevə 1.500 manat qonorar ödəyib. Bu halda, nəşriyyat fiziki şəxsə hesablanmış qonorar məbləğindən ödəmə mənbəyində 15 faiz məcburi dövlət sosial sığorta haqqı tutmalıdır. Yəni nəşriyyat fiziki şəxsdən tutduğu 225 manat məcburi dövlət sosial sığorta haqqını ödəyir:
1.500 x 15% = 225 manat.

“Sosial sığorta haqqında” Qanunun 14.6-cı maddəsinə əsasən, bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.

Mənbə: vergiler.az

Sınaq müddəti müəyyən edilməyən hallar hansılardır?

Vergi ombudsmanı tərəfindən vergi ödəyicilərinin müraciətləri diqqətdə saxlanılır

posted in: Xəbər | 0

Vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək, onların şikayət və müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan həllinə nail olmaq, qarşıqlılı münasibətlərin əməkdaşlıq formatında tənzimlənməsinə köməklik göstərmək üçün Vergi ombudsmanı xidməti baş idarəsi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Belə ki, vergi ödəyicilərinin vergi və sığorta qanunvericiliyi və inzibatçılığı sahəsində rastlaşdıqları çətinliklərin öyrənilməsi, onlardan bu istiqamətlərdə təkliflərin alınması, o cümlədən vergi xidmətlərinin təkmilləşdirilməsi baxımından aktual məsələlərin müəyyənləşdirilməsi məqsədilə ötən il ərzində 9, 13 və 14 saylı Ərazi Vergilər İdarələrində, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatda olan 370-dən artıq vergi ödəyicisi ilə görüşlər keçirilib.

2025-ci il ərzində aparılmış qiymətləndirmə və təhlillərin nəticələri əsasında 5 istiqamət üzrə şikayətləri yaradan səbəblər müəyyən edilib. Vergi ödəyicilərinin hüquqlarının qorunması baxımından Dövlət Vergi Xidmətində həyata keçirilən 8 iş prosesi üzrə təhlillər aparılıb, həmin proseslərin keyfiyyətinin monitorinqi əsasında təklif və tövsiyələr hazırlanıb.

Əvvəlki ildən araşdırması davam edən 4 müraciət də nəzərə alınmaqla 2025-ci il ərzində ümumilikdə 179 müraciət üzrə araşdırma aparılıb. Araşdırmalar nəticəsində 100 müraciət üzrə tövsiyə verilməsinə ehtiyac yaranmayıb, o cümlədən 72 halda hüquq pozuntusu müəyyən edilməyib, 16 halda məsələ araşdırma müddətində aradan qalxıb, 12 müraciət üzrə müvafiq izah verilib. Hüquq pozuntusu halı müəyyən edilən 76 müraciət üzrə aidiyyəti struktur bölmələrə tövsiyələr verilib və dövrün sonuna 3 müraciət üzrə araşdırma davam etdirilib. Aparılan araşdırma və aidiyyəti struktur bölmələrə verilən tövsiyələr nəticəsində 73 müraciət üzrə vergi ödəyicilərinin pozulmuş hüquqları bərpa edilib.

Vergi ombudsmanı xidməti baş idarəsi tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi, vergi ombudsmanının fəaliyyətinin təkmilləşdirilməsi və qabaqcıl təcrübənin tətbiqi istiqamətində işlər davam etdirilir.

Sınaq müddəti müəyyən edilməyən hallar hansılardır?

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin izahına görə, əmək müqaviləsi bağlanılarkən sınaq müddəti aşağıdakı hallarda müəyyən edilmir:

– Yaşı 18-dən az olan şəxslərə;

– Müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlara;

– Hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;

– Təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;

– Ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;

– İki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;

– Tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda.

Mənbə: vergiler.az

335 saylı “Digər ehtiyatlar” hesabı: uçot qaydaları, IFRS standartları və mühasibat yazılışı nümunələri

1 28 29 30 31 32 33 34 2. 680
error: Content is protected !!