Read More9
Read More9

PMS II mərhələ üzrə imtahanın vaxtı dəyişdirildi

posted in: Xəbər | 0

Dövlət İmtahan Mərkəzinin (DİM) son məlumatına əsasən, Peşəkar Mühasib Sertifikatı (PMS) imtahanının II mərhələsi üçün planlaşdırılan tarix dəyişdirilib. İmtahanın 22 dekabr 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulsa da, yeni qərara əsasən imtahan bir həftə əvvəl, yəni 15 dekabr 2024-cü il tarixində baş tutacaq.

Namizədlərdən imtahana hazırlıq prosesində bu yeni tarixə uyğunlaşmaları və imtahan cədvəllərinə diqqət yetirmələri tövsiyə olunur.

Mənbə: mks.az

PMS II mərhələ üzrə imtahana hazırlıq kursu

PMS I mərhələ üzrə imtahana hazırlıq kursu (MHBS | KOS)

Bir neçə fəaliyyətlə məşğul olan fiziki şəxslərin icarədən gəlirləri hansı qaydada vergiyə cəlb olunur?

posted in: Xəbər | 0

Vergi ödəyicilərinin fəaliyyətləri çoxşaxəli ola bilər. Məsələn, fiziki şəxs sahibkar həm icarə fəaliyyəti, həm də digər fəaliyyətlərlə məşğul ola bilər. Son zamanlar bu kimi kombinə edilmiş əməliyyatlar çoxalıb. Bəs, fiziki şəxslərin icarə fəaliyyətindən əldə etdiyi gəlirlər 200.000 manatı ötərsə, ƏDV ödəyicisi olurmu? Digər fəaliyyətlərdən əldə edilmiş gəlirlər 200.000 manatın hesablanması üçün necə nəzərə alınır? Bu və digər suallarına sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir. 

Məsələlərə tam aydınlıq gətirmək üçün müxtəlif hallara misallar üzərindən nəzər yetirək.

Misal 1

Fiziki şəxs sahibkarın daşınmaz əmlakı vardır və hər ay icarə haqqı kimi icarəyə götürənlərdən 18.000 manat vəsait əldə edir.

Misal 2

Fiziki şəxs sahibkarın daşınmaz əmlakı vardır və hər ay icarə haqqı kimi icarəyə götürənlərdən 18.000 manat vəsait əldə edir. Həmçinin, əhaliyə göstərdiyi xidmətlərdən də aylıq 5.000 manat xidmət haqqı əldə edir.

Misal 3

Fiziki şəxs sahibkarın daşınmaz əmlakı vardır və hər ay icarə haqqı kimi icarəyə götürənlərdən 18.000 manat vəsait əldə edir. Əhaliyə göstərdiyi xidmətlərdən isə aylıq standart olaraq 30.000 manat vəsait əldə edir.

Misal 4

Fiziki şəxs sahibkarın daşınmaz əmlakı vardır və hər ay icarə haqqı kimi icarəyə götürənlərdən 18.000 manat vəsait əldə edir. Sahibkar topdansatış fəaliyyəti ilə məşğuldur və bu fəaliyyətdən ortalama aylıq gəliri 10.000 manatdır.

Hansı hallarda fiziki şəxs sahibkar ƏDV ödəyicisi kimi qeydiyyata alınır?

Birinci misalda fiziki şəxs sahibkar hər ay 18.000 icarə haqqı aldığına görə 12-ci ayda artıq onun son 12 aylıq dövriyyəsi 200.000 manatı ötmüş olur. Bildiyiniz kimi, ƏDV məqsədləri üçün qeydiyyata alınmanın əsas tələblərindən biri son 12 aylıq dövriyyənin 200.000 manatı ötməsidir.

Ancaq birinci misalda fiziki şəxs sahibkar ƏDV ödəyicisi kimi uçota alınmayacaq. Belə ki, Vergi Məcəlləsinin 218.1.-ci maddəsinə əsasən, aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir:

  • bu Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər;

Məcəllənin 218.5-ci maddəsində göstərilib ki, aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur:

  • əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər.

Yuxarıdakı maddələrdən aydın olur ki, əmlakını icarəyə verən fiziki şəxslər sadələşdirilmiş vergi ödəyicisi ola bilməzlər. Odur ki, əmlakını icarəyə verən fiziki şəxs gəlir vergisi ödəyicisi olacaq və ondan Vergi Məcəlləsinin 124.2.-ci maddəsinə əsasən, ödəmə mənbəyində 14% vergi tutulacaq.

Bəs dövriyyəsi 200.000 manatı ötdüyünə görə ƏDV ödəyicisi olmayacaqmı?

Bunun üçün Məcəllənin 155-ci maddəsinə nəzər yetirməliyik:

Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Məcəllənin 155.1-ci maddəsinə görə ancaq sahibkarlıq fəaliyyəti göstərən ardıcıl 12 ayın dövriyyəsi 200.000 manatdan çox olduqda ƏDV ödəyicisi kimi uçota alınmaq öhdəliyi yaranır. Bəs fiziki şəxlər üçün əmlakın icarəyə verilməsi sahibkarlıq fəaliyyəti sayılırmı?

Vergi Məcəlləsinin 99.1-ci maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir.

Məcəllənin 99.3.3-cü maddəsinə əsasən, əmlakın icarəyə verilməsindən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlər sayılır. Buna görə Məcəllənin 155.1.-ci maddəsinin tələblərinə uyğun gəlmir. Odur ki, fiziki şəxslərin əmlakın icarəsindən əldə etdiyi dövriyyələri ancaq 14% gəlir vergisinə cəlb edilir və ƏDV məqsədləri üçün nəzərə alınmır.

İkinci misalda göstərilən halda da fiziki şəxs ƏDV ödəyicisi olmayacaq. Qeyd etdiyim kimi, ƏDV məqsədləri üçün əmlakın icarəsidən əldə edilən gəlir nəzərə alınmır. Digər sahibkarlıq fəaliyyətindən aylıq gəliri 5.000 manat olduğundan ardıcıl 12 aylıq gəliri 60.000 manat təşkil edəcək:

5000 x 12 = 60000 manat.

Bu məbləğ də 200.000 manatdan aşağıdır.

Üçüncü misalda isə artıq fiziki şəxs ƏDV məqsədləri üçün qeydiyyata alınacaq. Çünki aylıq gəliri 30.000 manat olduqda 7 aydan sonra gəlir 200.000 manatdan çox olacaq. Bu halda ƏDV məqsədləri üçün qeydiyyata alınacaq. Belə olduqda fiziki şəxs olan sahibkar əmlak icarəsinə görə ödəmə mənbəyində 14% vergi, digər fəaliyyətinə görə isə 20% gəlir vergisi ödəyəcək. Əlbəttə ki, gəlir vergisinə görə müvafiq güzəştləri olsa istifadə edəcək.

Dördüncü misalda da fiziki şəxs ardıcıl 12 aylıq dövriyyəni gözləyəcəkdir ki, 200.000 manatlıq dövriyyəni ötdükdə ƏDV məqsədləri üçün qeydiyyata alınsın. Belə ki, Vergi Məcəlləsinin 218.5.9-cu maddəsinə görə, topdansatış fəaliyyəti ilə məşğul olan istənilən şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilməz. Ona görə də dördüncü misaldakı kimi dövriyyəsi olan fiziki şəxs sahibkar sadələşdirilmiş yox, gəlir vergisi ödəyicisi olur. Aylıq dövriyyəsi 10.000 olduğuna görə 12 aylıq gəliri 120.000 olacaq:

10000 x 12 = 120000 manat.

Bu halda ƏDV məqsədləri üçün uçota alınmaq öhdəliyi olmayacaq.

Mənbə: vergiler.az

Əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın hesablanması qaydası

İnternet üzərindən gəlir əldə edən fiziki şəxslərin öhdəlikləri

posted in: Xəbər | 0

Mən internet üzərindən fəaliyyət göstərib, gəlir əldə etmək istəyirəm. VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) alanda sosial sığorta haqqı ödəməliyəm? Gəlirim aşağı olduğu halda sosial sığorta haqqı ödənişi tələb olunurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, sorğuda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

Həmçinin, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir.

Bununla yanaşı, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.
Bildirilib ki, sığorta haqları gəlirin miqdarından asılı olmayaraq qanunda nəzərdə tutulan dərəcələrlə hesablanır.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, “Sosial sığorta haqqında”, “Tibbi sığorta” Azərbaycan Respublikasının Qanunları

Mənbə: vergiler.az

Əmək müqaviləsinə xitam verilərkən son haqq-hesabın hesablanması qaydası

412 saylı “Uzunmüddətli zəmanət öhdəlikləri” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Uzunmüddətli öhdəliklər

Uzunmüddətli öhdəliklər hesabat tarixindən sonra bir ildən çox ödəmə müddəti olan öhdəliklərdir. Onlar IV (“Uzunmüddətli öhdəliklər”) maliyyə hesabatları bölməsində əks etdirilir. 412 №li “Uzunmüddətli zəmanət öhdəlikləri” bu bölməyə aid olan hesablardan biridir. Mühasibat uçotunun hesablar planına əsasən uzunmüddətli öhdəliklərə aşağıdakı maddələr üzrə açılmış hesablar da daxildir:

  • alınan uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər (alınmış kreditlər, borclar);
  • uzunmüddətli qiymətləndirilmiş öhdəliklər;
  • təxirə salınmış vergi öhdəlikləri;
  • uzunmüddətli kreditor borcları;
  • sair uzunmüddətli öhdəliklər prnsiya öhdəlikləri, alınmış avanslar və s.).

“Yaradılmış ehtiyat fondları, Şərti öhdəliklər və Şərti aktivlər” adlı 37 №-li Mühasibat Uçotunun Beynəlxalq Standartına (IAS 37) görə “Öhdəlik keçmiş hadisələrdən yaranan, ödənməsi iqtisadi səmərələri təcəssüm etdirən resursların müəssisədən xaric olması ilə nəticələnəcəyi gözlənilən müəssisənin cari borcudur.”

“Uzunmüddətli zəmanət öhdəlikləri” hesabı

Mal, iş və ya xidmətlər təqdim olunarkən satış şərtlərindən asılı olaraq müəssisələrdə uzunmüddətli zəmanətlərin yaranması baş verə bilər. Əgər şirkət satış zamanı öz məhsullarına zəmanət verirsə, yaranan öhdəlik bütün zəmanət müddəti ərzində mövcuddur. 412 №li “Uzunmüddətli zəmanət öhdəlikləri” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində yerinə yetirilməsi tələb olunmayan zəmanət öhdəlikləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Uzunmüddətli öhdəliklərə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” vasitəsilə tənzimlənir. Qaydaların 35.1-ci maddəsi üzrə aşağıdakı hesabları əhatə edir:

Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər maddəsi 412 “Uzunmüddətli zəmanət öhdəlikləri” hesabı üzrə uçot

“Uzunmüddətli zəmanət öhdəlikləri” hesabı öhdəlik hesabıdır.

412 saylı hesab üzrə mühasibat yazılışlarının tənzimlənməsi

  • Uzunmüddətli zəmanət öhdəlikləri yaradıldıqda, habelə onlar qısamüddətli kimi təsnifləşdirildikdə mühasibat yazılışları qeyd edilən qaydaların 35.7.-ci bəndi əsasında nizamlanır.
  • Uzunmüddətli zəmanət öhdəlikləri üzrə məzənnə fərqi yarandıqda qaydaların 35.8.-ci bəndi tətbiq olunur.
  • Uzunmüddətli zəmanət öhdəliklərinin yerinə yetirilməsi zamanı görülən işlər və ya göstərilən xidmətlər üzrə mühasibat yazılışları qaydaların 35.9.-cu bəndində əksini tapır.
  • Belə öhdəliklərlə əlaqədar görülən işlərə və göstərilən xidmətlərə görə hesablanmış əlavə dəyər vergisi ilə bağlı mühasibat yazılışı həmin qaydaların 35.10.-cu bəndə əsasında verilir.
  • Uzunmüddətli zəmanət öhdəlikləri ilə əlaqədar görülən işlər və göstərilən xidmətlərin üçüncü şəxs tərəfindən ödənilməsi halları yuxarıda bəhs olunan qaydaların 35.11.-ci bəndilə nizamlanır.

Zəmanətlə satılmış məişət texnikasının dəyişdirilməsi ilə bağlı müxabirləşmə nümunəsi

Məişət texnikalarının satışı sahəsində fəaliyyət göstərən  “A” MMC satılan mallara 2 illik zəmanət verir. Zəmanətin  şərtlərinə əsasən problem yaranarsa satılmış məişət texnikları 3% zəmanətlə dəyişdirilməlidir. Sözügedən şirkət noyabr ayında bir ədədinin qiyməti 650 manat olan 200 ədəd paltaryuyan maşın satışmışdır. Daha sonra aydın olmuşdur ki satılan paltaryuyanlardan 10 ədədi müştərilərin şikayətinə əsasən yenisi ilə dəyişdirilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Uzunmüddətli zəmaət öhdəliyi yaradıldıqda (200*3%*650=3900) 711 – Kommersiya xərcləri 412 – Uzunmüddətli zəmanət öhdəlikləri 3900.00
2 Zəmanət ilə paltaryuyan dəyişdirildikdə 412 – Uzunmüddətli zəmanət öhdəlikləri 205 – Mallar 6500.00

Zəmanətlə satılmış məişət texnikasının qaytarılması ilə bağlı müxabirləşmə

Məişət texnikalarının satışı sahəsində fəaliyyət göstərən  “A” MMC satılan mallara 2 illik zəmanət verir. Zəmanətin şərtlərinə əsasən problem yaranarsa satılmış məişət texnikları 3% zəmanətlə qaytarılmalıdır. Məlum olmuşdur ki, sözügedən şirkət noyabr ayında bir ədədinin qiyməti 650 manat olan 200 ədəd paltaryuyan maşın satışmışdır. Daha sonra aydın olduğu üzrə satılan paltaryuyanlardan 10 ədədi müştərilərin şikayətinə əsasən qaytarılmışdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Uzunmüddətli zəmaət öhdəliyi yaradıldıqda (200*3%*650=3900) 602 – Satılmış malların qaytarılması və ucuzlaşdırılması 412 – Uzunmüddətli zəmanət öhdəlikləri 3900.00

Zəmanətlə  satılmış məişət texnikasının pulu müştəriyə geri ödənildikdə mühasibat yazılı.ları

İstilik sistemlərinin təchizatı ilə məşğul olan “A” MMC bir ədədi 170 manat olan qızdırcıların satışını həyata keçirmişdir. Daha sonra problem yarandığı üçün satılan qızdırcılardan 3 ədədi müştəri tərəfindən geri qaytarılmışdır. Qaytarılan malların pulu kassa hesabından müştəriyə geri ödənilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan qızdırıcıların pulu geri ödənildikdə 412 – Uzunmüddətli zəmanət öhdəlikləri 221 – Kassa 510.00

Sabit sadələşdirilmiş vergi ödəyiciləri, verginin dərəcəsi və hesablanması qaydası

1 307 308 309 310 311 312 313 2. 700
error: Content is protected !!