Read More9
Read More9

VÖEN-i müvəqqəti dayandırmaq qaydası və əsas addımlar

posted in: Xəbər | 0

Mən VÖEN-mi müvəqqəti dayandırmaq istəyirəm, bunun üçün nə etməliyəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Sorğuya cavab olaraq bildiririk ki, vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verilməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Fiziki (hüquqi) şəxslərin fəaliyyətinin onlayn dayandırılması ilə əlaqədar yerinə yetirilməli olan prosedurlarla bağlı ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
https://www.taxes.gov.az/az/page/elektron-xidmetler

Fiziki şəxslərin fəaliyyətinin onlayn dayandırılması videotəlimatı: https://youtu.be/fo9rBr6-4V8

Elektron xidmətlərdən istifadə zamanı yaranan hər hansı sual və ya çətinliklə bağlı Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

Mənbə: vergiler.az

Azərbaycanda kart ödənişləri üzrə komissiya limitləri müəyyənləşib

Ölkədə muzdla çalışan işçilərin sayı və əməkhaqqı açıqlanıb

posted in: Xəbər | 0

2026-cı il martın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1784,0 min nəfər olub, onlardan 870,6 min nəfəri dövlət sektorunda, 913,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla çalışan işçilərin 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi təhsil, 13,8 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4 faizi peşə, elmi və texniki fəaliyyət, 2,4 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2026-cı ilin yanvar-fevral aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 faiz artaraq 1099,1 manat təşkil edib.

Mənbə: vergiler.az

Azərbaycanda kart ödənişləri üzrə komissiya limitləri müəyyənləşib

Azərbaycanda kart ödənişləri üzrə komissiya limitləri müəyyənləşib

posted in: Xəbər | 0

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin (xidmət haqqı tariflərinin) yuxarı həddi”ni təsdiqləyib.

Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

Qərara əsasən, ölkə daxilində ödəniş kartları ilə aşağıdakı MCC kodlar (təsərrüfat subyektinin fəaliyyət sahəsinin təsnifləşdirilməsi üçün ekvayer tərəfindən təsərrüfat subyektinə təyin edilən kod) üzrə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi aşağıdakı kimidir:

  • “Drug Stores and Pharmacies” və “Grocery Stores and Supermarket” kateqoriyalarına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1,25 %-i;
  • “Petrol” kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 0,75 %-i;
  • “General” kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1,5 %-i.
  • digər MCC kodlar üzrə ölkə daxilində ödəniş kartları ilə aparılan ödənişlərdə ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən interçeyncin yuxarı həddi müəyyən edilmir.

Qərar bu il iyunun 1-dən qüvvəyə minir.

Mənbə: report.az

İkiqat vergitutma ilə bağlı mühüm məqamlar

İkiqat vergitutma ilə bağlı mühüm məqamlar

posted in: Xəbər | 0

Bəzi hallarda ikiqat vergitutmanın qarşısını almaq məqsədilə qeyri-rezident vergi ödəyicilərindən təsdiqedici sənədlər tələb olunur. Bu məsələlər beynəlxalq sazişlərin tələbləri ilə tənzimlənir. Bəs DTA-05 təqdim edən qeyri-rezidentdən qeydiyyatda olduğu ölkədə ödədiyi vergilər barədə sənədin tələb edilməsi nə ilə bağlıdır? Suala vergi mütəxəssisi Xəyal Feyzullayev aydınlıq gətirib.

X.Feyzullayevin sözlərinə görə, ikiqat vergitutmanın qarşısının alınmasında məqsəd vergidən yayınma hallarının aradan qaldırılması, vergi yükünün azaldılması və vergi öhdəliklərinin müəyyənləşdirilməsidir: “İkiqat vergitutmaların aradan qaldırılması haqqında beynəlxalq sazişlərin inzibatçılıq qaydaları mövcuddur. Həmin məsələlər bu qaydalarla tənzimlənir. Qaydalarda qeyd olunur ki, əgər qeyri-rezident vergi ödəyicisi əvvəllər DTA-04 forması ilə müraciət edib Azərbaycanda ödənilmiş vergilərin təsdiq edilməsi ilə əlaqədar arayış alıbsa və sonradan həmin vergilərin geri qaytarılması ilə əlaqədar DTA-05 forması ilə Azərbaycanda ödənilmiş vergilərin geri qaytarılmasını tələb edirsə, bu zaman bizim vergi orqanları haqlı olaraq həmin qeyri-rezidentdən əvvəl alınmış arayışla əlaqədar məlumatlar tələb edir”.

X.Feyzullayev bunun səbəbini də izah edib. Bildirib ki, ikiqat vergitutmaların məqsədi, əsasən, vergi öhdəliklərinin müəyyənləşdirilməsidir: “Əgər bir şəxs qeyri-rezident kimi Azərbaycanda ödədiyi vergiləri təsdiq etdirirsə, bu o deməkdir ki, potensial olaraq öz ölkəsində həmin vergiləri azaltdırmaq hüququ əldə edir. Ona görə də qeyri-rezident Azəbaycanda ödədiyi vergilərin geri qaytarılması üçün müraciət etdikdə artıq vergi orqanlarında həmin vergi ödəyicisinın vergidən yayınmaya yol verməsi ilə bağlı şübhələr yarana bilər. Həm təsdiq arayışı alıb öz ölkəsində vergiləri azaltdırır, eyni zamanda həmin vergiləri Azərbaycanda geri qaytarmaqla bağlı müraciət edir. Bu, potensial olaraq vergidən yayınmadır. Ona görə də vergi orqanları haqlı olaraq burada əlavə arayış tələb edə bilər ki, qeyri-rezident öz ölkəsindən belə bir sənəd gətirsin”.

Mənbə: vergiler.az

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 % artıb

1 30 31 32 33 34 35 36 2. 700
error: Content is protected !!