Read More9
Read More9

Əsas vəsaitlər nədir?

posted in: Xəbər | 1

Müəssisənin fəaliyyəti bu və ya digər şəkildə mühasibat və vergi uçotunda əks olunur. Bu, təkcə gəlir və ya xərclərə deyil, həm də şirkətin əmlakına aiddir. Əsas vəsaitlər bu əmlakın mühüm tərkib hissəsi olmaqla yanaşı, həm də vergi mühasibat uçotu obyektidir. Onların uçotu hər bir mühasibin bilməli olduğu özünəməxsus xüsusiyyətlərə malikdir.

Torpaq, tikili və avadanlıqlar

2018-ci ildən etibarən respublikamızda mühasibat uçotu beynəlxalq standartlar əsasında aparılır. Mühasibat Uçotunun Beynəlxalq Standartlarında əsas vəsaitlər “Torpaq, tikili və avadanlıqlar” kimi adlanır və onların uçotunun əsas məsələləri MUBS (IAS) 16 əsasında tənzimlənir. Bu standart:

  • qeyd edilən aktivlərin tanınması;
  • onların balans dəyərlərinin müəyyən edilməsi;
  • amortizasiya ayırmalarının təyini;
  • habelə onlara aid dəyərdən düşmə zərərlərinin tanınması kimi məsələləri əhatə edir.

Torpaq, tikili və avadanlıqlar malların istehsalında, tədarükündə, xidmətlərin təşkilində istifadə edilməsi, habelə inzibati məqsədlər, digər tərəflərə icarəyə verilməsi məqsədləri üçün saxlanılır.

Nəzəri ədəbiyyatda aşağıdakı tərifdən də istifadə edilir:

Müəssisənin istehsal (xidmət) sferasında bir ildən çox iştirak edən, dəyəri normativ sənədlərlə tənzimlənən, köhnəldikcə öz dəyərini qanunvericiliklə müəyyən edilmiş normalarla hissə-hissə məhsulun (xidmətin) dəyərinə keçirən, istehsal (xidmət) prosesində öz natural formasını saxlayan əmək vasitələri əsas vəsaitlər adlanır.

Əsas vəsaitlər Vergi Məcəlləsində

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.17 maddəsində aşağıdakı tərifdən istifadə olunur:

Əsas vəsaitlər – istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlərdir.

Məcəllənin 114.3-cü maddəsi illik amortizasiya normalarına görə əsas vəsaitləri aşağıdakı kateqoriyalara ayırır:

  • binalar, tikintilər və qurğular;
  • maşınlar, avadanlıqlar;
  • yüksək texnologiyalar məhsulu olan hesablama texnikası;
  • nəqliyyat vasitələri;
  • digər əsas vəsaitlər.

Torpaq, tikili və avadanlıqların təsərrüfat fəaliyyətində rolu

Müəssisənin əsas vəsaitləri istehsal proseslərini həyata keçirmək və şirkətin əsas ehtiyaclarını ödəmək üçün zəruridir. Onlardan istifadə səmərəliliyi bu aktivlərin alınmasına yatırılan hər bir manata düşən qazancla ölçülür.

Spesifik xüsusiyyətləri

Əsas vəsaitlər aşağıdakı spesifik xüsusiyyətlərə malikdir:

  • maddidir, fiziki cəhətdən mövcuddur;
  • istismar zamanı formasını dəyişmir yaxud əhəmiyyətsiz dərəcədə dəyişir;
  • əsasən bir ildən çox istifadə olunur;
  • qısa müddətdə satış və ya istehlak məqsədi ilə alınmır;
  • müəssisənin nəzarətindədir (müəssisə aktivə mülkiyyət hüququna malikdir);
  • müəssisə aktivin istifadəsindən fayda əldə edir;
  • aktiv etibarlı şəkildə ölçülə bilər.

Əsas vəsaitlərə nümunələr

Əsas vəsaitlərə sənaye maşınları, ofis kompüterləri və ofis avadanlıqları, hətta ofis elektrik çaydanı belə daxil ola bilər. Buraya istehsal binaları, onların tikildiyi torpaq sahəsi (müəssisəyə məxsusdursa), korporativ nəqliyyat, avadanlıq və hətta, müəssisə tərəfindən alınmış əl alətləri də nümunə göstərilə bilər.

Torpaq, tikili və avadanlıqlar üzrə uçot

Əsas vəsaitlərin uçotu  Mühasibat  Uçotunun Hesablar Planının “Uzunmüddətli aktivlər” bölməsinin 11-ci maddəsinə uyğun aparılır. AR Maliyyə Nazirliyinin Kollegiyasının  “30” yanvar 2017-ci il tarixli Q-01 saylı qərarı ilə təsdiq edilmiş “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na görə:

Hesablar planının 11-ci maddəsində “istifadə müddəti bir ildən artıq olan və istehsalda və ya mal-materialların çatdırılmasında, xidmətlərin göstərilməsində, habelə inzibati məqsədlər üçün istifadə edilməsi və digər tərəflərə icarəyə verilməsi üçün nəzərdə tutulan maddi aktivlərlə bağlı ümumiləşdirilmiş məlumatlar təqdim olunur. Torpaq, tikili və avadanlıqların tanınma meyarına cavab verən aktivlər ilkin olaraq ilkin dəyəri ilə uçota alınır”.

Hesablar planının 11-ci maddəsi aşağıdakı hesabları əhatə edir:

111 saylı “Torpaq, tikili və avadanlıqların dəyəri”;

112 saylı “Torpaq, tikili və avadanlıqlar yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri”;

113 saylı “Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması”.

Əsas vəsaitlərin dəyər uçotu aşağıdakı subhesablar üzrə aparılır:

  • “Torpağın dəyəri”;
  • “Tikililərin dəyəri”;
  • “Maşın və avadanlıqların dəyəri”;
  • “Nəqliyyat vasitələrinin dəyəri”;
  • “Digər torpaq, tikili və avadanlıqların dəyəri”.

Əsas vəsaitlər istehsal əməliyyatının mühüm amillərindən biri olduğuna görə torpaq, tikili və avadanlıqların dəyəri məhsul istehsalına çəkilən xərclərin tərkibində öz əksini tapır. Bu da onların dəyərini müəyyən dövr ərzində istehsal olunmuş məhsulların, görülmüş işlərin maya dəyərinə və ya tədavül xərclərinə silinməsi yolu ilə icra olunur. Bununla bağlı əsas vəsaitlərin amortizasiyası yəni başqa sözlə köhnəlməsi hesablanır.

131 saylı “Bioloji aktivlərin dəyəri” hesabı üzrə uçot

Birbank-dan Novruza özəl “Hədiyyəli çərşənbələr” kampaniyası

posted in: Xəbər | 0

21-27 fevral 2024-cü il tarixlərində Birbank Cashback Mastercard taksit kartını onlayn olaraq əldə edən müştərilər 1 aprel 2024-cü il tarixinədək “Hotel” və “Aviabilet” kateqoriyaları üzrə ilk birdəfəlik 100 AZN və üzəri nağdsız əməliyyatları həyata keçirərək 30 AZN qazanacaq.

Qazanılan məbləğ ödəniş edildikdən dərhal sonra müştərinin keşbek hesabına əlavə ediləcək. Onu da qeyd etmək lazımdır ki, fürsətlər taksit, POS terminal və onlayn ödənişlərə şamil olunur.

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

174 saylı “İcarə üzrə uzunmüddətli debitor borcları” hesabı üzrə uçot

Türkiyə və Azərbaycan arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Saziş imzalanıb

posted in: Xəbər | 0

Məlum olduğu kimi, ikiqat vergitutmanın aradan qaldırılması haqqında müqavilələr beynəlxalq iqtisadi əlaqələrin inkişafında xüsusilə mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu müqavilələr bir dövlətin sərmayəçilərinin digər dövlətdə fəaliyyətləri zamanı vergitutmanın prinsiplərini müəyyənləşdirməklə, həmin sərmayəçilərə əlverişli şəraitin yaradılması, bununla da xarici sərmayələrin cəlb edilməsi və xarici iqtisadi fəaliyyətin təşviqi baxımından böyük önəm daşıyır. Azərbaycan Respublikası müstəqillik dönəmindən bu günə kimi 56 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq saziş imzalayıb ki, bunlardan 54-nün tətbiqinə başlanılıb.

Türkiyə və Azərbaycan arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş 1994-cü ildə imzalanıb. Ötən dövr ərzində ölkələr arasında artan iqtisadi əlaqələr, beynəlxalq vergitutma tendensiyasında baş verən əsaslı dəyişikliklər, hər iki ölkə tərəfindən ikiqat vergitutmanın aradan qaldırılması haqqında Model Konvensiya layihələrinin yenidən hazırlanması yeni Saziş layihəsi üzrə danışıqların aparılmasını zəruri edib.

Bununla bağlı, cari ilin 7-9 fevral tarixlərində Türkiyə Respublikasının Ankara şəhərində Azərbaycan və Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni saziş layihəsi üzrə danışıqlar baş tutub.

Danışıqların nəticəsi olaraq fevralın 19-da Ankarada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşek imzalayıblar.

İmzalanmış yeni saziş həm Azərbaycan iqtisadiyyatına Türkiyə investisiyalarının cəlb edilməsi, həm də bir dövlətin müəssisələrinin və fiziki şəxslərinin digər dövlətdə iqtisadi fəaliyyətlə məşğul olduqları zaman onlar üçün əlverişli vergi mühitinin yaradılması baxımından əhəmiyyətli hesab edilir.

Mənbə: vergiler.az

173 saylı “Əsas idarəetmə heyətinin uzunmüddətli debitor borcları” hesabı üzrə uçot

Hansı halda əyləncə və yemək xərcləri gəlirdən çıxıla bilər?

posted in: Xəbər | 0

2024-cü ildən Vergi Məcəlləsində edilən dəyişikliklərdən biri də bəzi xərclərin gəlirdən çıxılması ilə bağlıdır. Bəs hansı hallarda həmin xərclər vergi ödəyicilərinin gəlirlərindən çıxıla bilər? Bu suala vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev aydınlıq gətirir:

2023-cü ilin sonunadək qüvvədə olan Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-proflaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmirdi. Lakin 1 yanvar 2024-cü ildən qüvvəyə minən Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən, Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçilərin və onların ailə üzvlərinin sosial xarakterli xərclərinin və əyləncə xərclərinin gəlirdən çıxılmasına yol verilmir. Bu isə o deməkdir ki, hər bir sahibkar işçilərlə bağlı rəsmi şəkildə çəkdiyi mənzil və yemək xərclərini müəyyən hədlər daxilində öz gəlirlərindən çıxa biləcək. Qeyd olunan hədlər isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bundan başqa, Vergi Məcəlləsinin 109.4-cü maddəsində qeyd olunur ki, sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, müvafiq olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır. Yəni əgər vergi ödəyicisinin gəlirləri bu fəaliyyətdən formalaşırsa, bu halda əyləncə və yemək xərclərinin tam şəkildə gəlirdən çıxılmasına icazə verilir.

Misal olaraq turizm xidmətlərini göstərə bilərik. Tutaq ki, turizm şirkətinin xidmətləri sırasına turistlər üçün əyləncələrin təşkil olunması, onların yeməklə təmin olunması da daxildir. Belə hallarda şirkətin bu yöndə çəkilən xərcləri həmin fəaliyyət növünə uyğun olduğu üçün həmin vergi ödəyiciləri yemək və əyləncə xərclərini gəlirlərindən çıxa bilərlər.

Mənbə: vergiler.az

174 saylı “İcarə üzrə uzunmüddətli debitor borcları” hesabı üzrə uçot

1 416 417 418 419 420 421 422 2. 684
error: Content is protected !!