Birbank Biznes yeni “Nağd təminatlı qarantiya” məhsulunu təqdim edir

posted in: Xəbər | 0

Onlayn xidmət növlərini artırmaqda davam edən Birbank Biznes  yeni “Nağd təminatlı qarantiya” məhsulunu təqdim edir. Məhsul, qarantiya təminatına ehiyacı olan bütün biznes sahələri və sahibkarlar  üçün nəzərdə tutulub.

“Nağd təminatlı qarantiya”dan istifadə Birbank Biznes mobil tətbiqi üzərindən tamamilə onlayn həyata keçirilir. Bunun üçün mobil tətbiqdən “Örtüklü Qarantiya” müraciəti edilməlidir. Daha sonra cəmi bir iş günü ərzində müraciətə baxılır və qarantiya rəsmiləşdirilir. Məhsul biznes sahiblərinə banka getmədən, vaxt itirmədən daha çevik xidmət almaq imkanı yaradır.

Müraciət üçün: https://my.birbank.business/login

Qeyd edək ki, Birbank Biznes-də biznes sahiblərinin mütəmadi istifadə etdiyi bir sıra xidmətlər var:

  • Biznes bank hesablarının açılması
  • Təcili köçürmələr, milli və xarici valyutada köçürmələr
  • Nağdsız ödənişlər
  • Əməkhaqqı və biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil
  • POS-terminal sifarişi, POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə olunması
  • Cari və kart hesabından QR-nağdlaşdırma
  • Sənəd dövriyyəsi və sənədlərin kütləvi imzalanması
  • Biznes krediti və bank qarantiyaları
  • Mobil POS, e-ticarət və “Kliklə ödə” xidmətləri
  • Açıq Bankçılıq Xidmətləri
  • Özəl tarif paketləri və s.

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.

Uşağa qulluğa görə müavinət almaq hüququ olan şəxslər

Uşağa qulluğa görə müavinət almaq hüququ olan şəxslər

posted in: Müavinət, Xəbər | 0

Sosial müavinətlərin növləri

Sosial sığorta haqqında” AR qanuna görə uşağa qulluğa görə müavinət sosial sığorta hadisəsi sayılır. Bu o deməkdir ki, sığortaolunanın uşağa qulluq zamanı itirdiyi gəlirlər və mümkün xərclər qanunla müəyyən edilmiş qaydada və məbləğdə sosial müavinət şəklində qarşılanır. Sosial müavinətlər qanunvericilkidə müəyyən edilmiş şəxslərə aylıq yaxud birdəfəlik ödənilən pul vəsaitidir. Uşağa qulluğa görə müavinət sosial müavinət almaq hüququ olan şəxslərə qanunla müəyyən edilmiş qismən ödənişli sosial məzuniyyət dövrü ərzində aylıq ödənir.

Aşağıdakı hallar da sosial sığorta hadisəsi hesab olunur:

  • əmək qabiliyyətinin itirilməsi;
  • ölüm;
  • uşaq doğuşu.

Uşağa qulluğa görə müavinət üzrə hesablamalar və onun ödənilməsi  AR NK-nın “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə” əsasında aparılır.

Sosial sığorta – Sosial sığorta haqqında nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır

Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət

İşləyən qadınlar ana olmağa hazırlaşdığı dövrdə Əmək Məcəlləsinin 125-ci maddəsinə uyğun məzuniyyət götürmək hüququna malikdirlər. Bu məzuniyyət iki hissədən ibarətdir:

  • doğuşa qədər – hamiləliyin son 70 təqvim günü üçün;
  • doğuşdan sonra – 56 təqvim günü.

Əmək məcəlləsində nəzərdə tutulmuş şərtlər daxilində müddət daha çox da ola bilər. Hamiləliyə və doğuşa görə sosial məzuniyyət, onun müddətləri haqqında bizim eyni adlı məqalədən məlumat almaq olar.

Məzuniyyət müddətində dövlət sosial sığortasına cəlb olunmuş şəxs hamiləliyə və doğuşa görə müavinət alır.  Məzuniyyət bitdikdən sonra o, işə qayıtmalıdır. Amma o, digər sosial məzuniyyət hüququndan istifadə edib, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət götürə bilər. Məzuniyyətin müddəti hər uşağın 3 yaşa çatanadək olan dövrü əhatə edir və işəgötürənə ərizə ilə müraciət edilməklə tam şəkildə yaxud hissələrlə rəsmiləşdirilir. Bu dövrdə işçi qanunvericiliklə müəyyən edilmiş məbləğdə uşağa qulluğa görə müavinət almaq hüququna malikdir.

Qeyd etmək lazımdır ki, bu hüquq yalnız anaya şamil olunmur. Qanunvericiliyə görə uşağa bilavasitə qulluq edən ailənin başqa üzvünün, məsələn, atanın, nənənin, babanın qanunvericilikdə nəzərdə tutulan hallarda uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinət almaq hüququ var.

Müavinətin məbləği  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müəyyən edilir. Hazırda bir yaş yarımadək uşağa qulluq üçün müavinət 44 manat, bir yaşyarımdan üç yaşınadək uşağa qulluq üçün 28 manat müəyyən edilib.

Daha hansı halda uşağa qulluğa görə müavinət hüququ yarana bilər?

Xəstələnmiş 14 yaşadək uşağa qulluq da sosial sığorta hadisəsi sayılır. Bu zaman uşağın qulluğa ehtiyacı olduğu müddətədək (həm ambulator, həm də stasionar müalicə dövründə) xəstələnmiş uşağa qulluğa görə müavinət verilir. Müavinət anaya, ataya yaxud uşağa bilavasitə qulluq edən digər şəxsə verilir.

İİV (insanın immunçatışmazlığı virusu) ilə yoluxan yaxud QİÇS (Qazanılmış İmmun Çatışmazlıq Sindromu) xəstəliyinə tutulan, əlilliyi müəyyən edilmiş 18 yaşınadək uşağın müalicəsi zamanı  uşağın qulluğa ehtiyacı olduğu dövr üçün valideynlərdən birinin, yaxud digər qulluq edən şəxsin uşağa qulluğa görə müavinət almaq hüququ var.

Yuxarıda qeyd edilən hər iki halda xəstələnmiş uşağa qulluq edən şəxsə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət təyin olunur.

Kimlər uşağa bilavasitə qulluq edən şəxs sayılır?

Diqqət etdinizsə, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət və məzuniyyət dövründə veriləm sosial müavinət hüququ haqqında danışarkən, ailənin başqa üzvünün də bu hüquqdan istifadə edə biləciyi qeyd edilir. Həmin hüquqdan istifadə edə biləcək valideynlər aşağıdakılardır:

  • əmək müqaviləsinə malik uşağa qulluq edən doğma ata yaxud ana;
  • uşağın doğma anası (atası) ilə nikah münasibətlərində olan və uşaqla birgə yaşayan ögey ata (ana);
  • qanuna müvafiq formada uşağı övladlığa götürən, onunla birgə yaşayan, doğum haqqında şəhadətnamədə ata (ana) kimi qeydə alınmış şəxslər;

“Uşağa qulluğa görə müavinət almaq hüququ olan ailənin başqa üzvləri” dedikdə nənə, baba, xala, dayı, bibi və onların övladları başa düşülür, bir şərtlə ki, onlar:

  • uşaqla bir ailədə, eyni yaşayış sahəsində yaşayıb, ailə təsərrüfatını birgə idarə etsinlər;
  • əmək müqaviləsi ilə işləsinlər;
  • yetkinlik yaşına çatmış sağlam şəxslər olsunlar.

Belə bir situasiyaya baxaq

 Valideynlərin hər ikisi əmək müqaviləsi üzrə işləyir, ana 1500, ata 900 manat əməkhaqqı alır. Ananın uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət götürməsi ailə büdcəsi üçün itkidir. Odur ki, qarşılıqlı razılıq əsasında bu hüquqdan ata istifadə edə bilər (Əmək məcəlləsi, 127-ci maddə).

Əmək müqaviləsi sınaq müddəti olmadan bağlanırmı?

posted in: Xəbər | 0

Sınaq müddəti nədir?

Bildiyimiz kimi, əmək müqaviləsi işəgötürənlə işçinin münasibətlərini rəsmiləşdirən yeganə sənəddir. Qanunvericiliyə müvafiq olaraq, müqavilədə ilkin sınaq şərtlərinin göstərilməsi işəgötürənin əsas hüquqlarındandır. Sınaq müddəti işçinin peşəkarlığının, onun öz vəzifələrini yerinə yetirmək bacarıqlarının yoxlanması üçün verilən vaxt intervalıdır. Əmək müqaviləsi belə müddət müəyyən edilməklə yaxud edilmədən bağlana bilər. Bu,  Əmək Məcəlləsinin 51,52,53-cü maddələri ilə tənzimlənir.

Sınaq müddəti üzrə əmək müqaviləsində qeydlər  

Əmək müqaviləsi altı ayadək bağlanarsa sınaq müddəti ən çoxu 2 həftə, daha çox müddətə bağlanardsa 3 aydan çox olmayaraq müəyyən edilir.

Bu müddətə həm iş, həm də qeyri iş günləri daxildir, tərəflərin razılığına əsasən sınağı daha az müddətə də müəyyənləşdirmək  olar. Müddətə faktiki olaraq işdə olunan dövr daxildir. Əmək qabiliyyəti müvəqqəti itirildikdə, bu səbəbdən işdə olunmayan dövr, sınaq müddətinə müddətinə daxil deyil. İşdə olmadığınız dövr dedikdə, ƏM-nin 179-cü maddəsində qeyd olunduğu şəkildə orta aylıq əməkhaqqı məbləğinin, həmçinin iş yerinin saxlanıldığı hallarda işdə olmadığınız dövr nəzərdə tutulur. Sınaq müddəti:

  • həm fəaliyyətə təzə başlayanlar;
  • həm də iş stajı çox olan istənilən şəxs təyin oluna bilər.

Yəni, bir müəssisədə uzun müddət çalışmış işçi, başqa bir müəssisəyə işə qəbul olunarsa, ona da sınaq müddətinin tətbiq edilə bilər.

Əmək müqaviləsində sınaq müddəti haqqında heç bir qeyd yoxdursa, belə işçi sınaq müddəti müəyyən edilmədən bağlanmış əmək üzrə işə qəbul edilmiş sayılır. Sınaq müddətinin davam etdiyi müddətdə, işəgötürəni işçinin peşəkarlıq səviyyəsi yaxud əmək funkiusiyasını icrası qane etməzsə, o, üç gün əvvəldən xəbərdarlıq etməklə əmək müqaviləsini ləğv edə bilər. Qeyd edilən 3 təqvim günü qeyri-iş günlərinə düşərsə, qanunvericilikdə olduğu kimi ən azı üç gün qabaqcadan  yazılı şəkildə xəbərdarlıq edilməlidir. Müqavilənin ləğvi işəgötürən tərəfindən əsaslandırılmış əmrə əsasən həyata keçirilə bilər. Bu qayda işçiyə də aid edilir. Əgər o, sınağın tamamlanmasını istəyərsə, eynilə üç gün öncədən yazılı xəbərdarlıq verməlidir.

Əmək Məcəlləsinə edilən sonuncu dəyişikliyə görə, sınaq müddətinin təyin olunduğu müqavilədə işçinin özünü doğrultmadığı təqdirdə işəgötürənin müqaviləyə xitam vermək hüququ haqqında qeydə ehtiyac yoxdur.

Burada bir məqamı da qeyd etmək lazımdır.

Müqavilə vasitəsilə sınağa cəlb olunmuş şəxsin hüquqları digər işçilərin hüquqlarına eyni olmalıdır.

Əgər tərəflərdən heç biri  sınaq müddəti qurtaranadək bağlanmış əmək müqavilənin xitamını tələb etməzsə, işçi sınaqdan keçmiş hesab olunur. Bu halda yeni müqavilənin bağlanmasına ehtiyac yoxdur.

 

Hansı hallarda sınaq müddəti təyin olunmur?

Müəyyən kateqoriya işçilərlə əmək müqaviləsi bağlanan zaman sınağın tətbiqi tələb olunmur. Məsələn, işçi ilə aşağıdakı şərtlərlə bağlanan əmək müqaviləsində sınaq müddəti təyin edilmir:

  • şəxs təhsil müəssisəsinin məzunu olduğu ildə ixtisasına (peşəsinə) uyğun ilk dəfə işə götürülürsə;
  • işə qəbul edilən qadının üç yaşına çatmamış uşağı varsa;
  • əmək müqaviləsi bağlanan kişi təkbaşına üç yaşınadək uşağını böyüdərsə.

Sınaq müddəti təyin edilməyən hallar Əmək Məcəlləsinin 52-ci maddəsində verilib. Həmin hallar haqqında burada ətraflı məlumat verilib.

Ümumiyyətlə, sınağın tətbiqinin mütləq şərti yoxdur. Onun təyini işəgötürənin işçi ilə qarşılıqlı razılaşmasına əsasən müəyyənləşir. Lakin bir istisna mövcuddur. Dövlət qulluqçuları müqavilə bağlayarkən işəgötürən müqavilədə sınaq müddətini mütləq qeyd etməlidir.

Təcrübədə yaşanan hallar

  • İşçi sınaq müddətində əməkhaqqı almalıdır?

Sınaq dövründə olan işçiyə o müddətə uyğun olaraq əməkhaqqı təyin olunmalıdır. Həmin müddət ərzində işçi qanunvericiliklə müəyyən olunan bütün hüquqlara malikdir.

  • Vəzifə dəyişikliyi olduqda işçiyə sınaq müddəti təyin edilməlidir?

İşçi təyin olunmuş peşə üzrə sınaq müddəti qeyd olunmaq şərtilə müqavilə bağlayıb. Bir müddətdən sonra işində yüksək peşəkarlıq göstərdiyinə görə iki tərəfin də razılığı nəticəsində daha yüksək vəzifəyə təyin edilir. Belə olan halda işçiyə yenidən sınağın tətbiqi mümkün deyildir.

  • Xitam üçün 3 günlük xəbərdarlıq vaxtı

Biz yuxarıda qeyd etdik ki, sınaq dövründə iki tərəfdən biri müqaviləni ləğv etmək istəsə, 3 gün öncədən bildirməlidir. Əgər işəgötürən buna təşəbbüs göstərsə, onda ƏM-də 70-ci maddədə d) bəndini əsas götürərək sınaq müddətini sonlandıra bilər. Təşəbbüs işçi tərəfdən olarsa, 68-ci maddənin 2-ci hissəsinin a) bəndinə müvafiq şəkildə xitam verilə bilər.Ï

Əmək müqaviləsi bağlanarkən yaşanan problemlərin həllində çətinliyiniz olduqda, kadr uçotu üzrə ixtisaslaşmış konsaltinq şirkətlərinə müraciət edin. Kadr uçotunun qurulması və aparılmasında olan nöqsanlar, sonda maliyyə itkiləri ilə nəticələnə bilər.

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edildi

posted in: Xəbər | 0

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

AR Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 4, maddə 213; 2001, № 3, maddə 143, № 6, maddə 362, № 11, maddələr 672, 679, № 12, maddə 731; 2002, № 1, maddə 2, № 5, maddə 241, № 6, maddə 328; 2003, № 1, maddələr 9, 23; 2004, № 1, maddə 10, № 2, maddə 57, № 3, maddə 133, № 6, maddə 413, № 7, maddə 505, № 9, maddə 672, № 12, maddə 981; 2005, № 3, maddə 151, № 4, maddə 278, № 7, maddə 560, № 10, maddə 874, № 11, maddə 1001, № 12, maddə 1094; 2006, № 3, maddələr 220, 222, № 5, maddə 385, № 11, maddə 923, № 12, maddələr 1004, 1025, 1030; 2007, № 5, maddələr 401, 437, № 6, maddə 560, № 8, maddə 756, № 11, maddələr 1049, 1053; 2008, № 3, maddə 156, № 7, maddələr 600, 602, № 10, maddə 887, № 11, maddə 960; 2009, № 2, maddə 48, № 5, maddə 294, № 6, maddə 399, № 12, maddələr 949, 969; 2010, № 2, maddələr 70, 75, № 4, maddə 275; 2011, № 1, maddə 11, № 2, maddələr 70, 71, № 6, maddə 464, № 7, maddə 598; 2012, № 11, maddə 1054; 2013, № 2, maddələr 89, 101, № 11, maddə 1268; 2014, № 2, maddə 92, № 10, maddə 1162, № 11, maddə 1339, № 12, maddə 1527; 2015, № 2, maddə 97, № 3, maddə 250, № 6, maddə 680; 2016, № 2 (I kitab), maddələr 190, 201, № 5, maddə 847, № 11, maddə 1767; 2017, № 6, maddələr 1031, 1048, № 12 (I kitab), maddələr 2187, 2189; 2018, № 1, maddə 13, № 6, maddə 1155, № 7 (I kitab), maddələr 1380, 1408, № 12 (I kitab), maddə 2532; 2019, № 1, maddə 35, № 4, maddə 570, № 5, maddələr 796, 804, № 7, maddə 1182, № 8, maddə 1380; 2020, № 1, maddə 1, № 5, maddə 522, № 7, maddə 832, № 11, maddələr 1322, 1332, 1335, № 12 (I kitab), maddə 1424; 2021, № 1, maddə 2, № 5, maddə 427, № 6 (I kitab), maddələr 539, 541, № 7, maddələr 698, 711, № 8, maddə 894, № 11, maddə 1203; 2022, № 6, maddə 582, № 11, maddələr 1239, 1240, № 12, maddə 1392; 2023, № 1, maddə 14, № 2, maddə 207, № 3, maddə 338, № 7, maddələr 896, 904; Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1017-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 97-ci maddənin adına “vaxtı” sözündən sonra “yerinə yetirilən” sözləri əlavə edilsin.

2. 98-ci maddə üzrə:

2.1. adında “işlərinə” sözü “yerinə yetirilən işlərə” sözləri ilə əvəz edilsin;

2.2. 1-ci hissədə “görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların,” sözləri “yerinə yetirilən işlərə” sözləri ilə əvəz edilsin;

2.3. 2-ci hissədə “görülən” sözü “yerinə yetirilən” sözləri ilə əvəz edilsin;

2.4. aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

“3. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlar (bu Məcəllənin 242-ci maddəsi nəzərə alınmaqla), üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə bilərlər.”.

3. 166-cı maddənin adına “vaxtı” sözündən sonra “yerinə yetirilən işə” sözləri əlavə edilsin.

4. 242-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 242. Qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə və istirahət günlərində işə cəlb olunmasının, habelə ezamiyyətlərinin məhdudlaşdırılması

1. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə (hamilə və 3 yaşınadək uşağı olan qadınlara münasibətdə onların, habelə uşağın həyat və ya sağlamlığına təhlükə yaranmaması barədə həkim rəyi olduqda) yol verilir.

2. Bu maddənin 1-ci hissəsi 14 yaşınadək uşağı, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən qadınlara da şamil edilir.”.

5. 254-cü maddə üzrə:

5.1. adında “işlərinə” sözü “vaxtı yerinə yetirilən işlərə” sözləri ilə əvəz edilsin;

5.2. 1-ci hissəyə “vaxtı” sözündən sonra “yerinə yetirilən” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2023-cü il

Mənbə: president.az

Maliyyə sanksiyaları, cərimə və faizlər müəssisənin gəlirindən çıxılırmı?

1 453 454 455 456 457 458 459 2. 700