Uşağa qulluğa görə məzuniyyət üçün ərizə nümunəsi

posted in: Müavinət, Xəbər | 0
birbank biznes

Qismən ödənişli sosial məzuniyyət üçün ərizə

Üç yaşı tamam olanadək uşağa qulluğa görə qismən ödənişli məzuniyyət üçün ərizə forması qanunla tənzimlənmir, buna görə də sərbəst şəkildə tərtib edilir. Uşağa qulluğa görə məzuniyyət ərizəsinin məzmununa aşağıdakı məlumatlar daxildir:

  • ərizə kimə ünvanlanıb – bu ərizəçinin işlədiyi müəssisənin rəhbəridir;
  • ərizəni kim yazır – uşağa faktiki qulluq edən əməkdaşın soyadı, adı, atasının adı;
  • məzuniyyətin rəsmiləşdiriləcəyi müddət və uşağa qulluğa görə müavinət verilməsi haqqında müraciət;
  • məzuniyyətin veriləcəyi dövr;
  • əlavə edilmiş sənədlərin siyahısı;
  • ərizənin tarixi və əməkdaşın imzası.

Qismən ödənişli sosial məzuniyyətin müddətini, gediləcəyi tarixi işçi özü müəyyənləşdirir. Bir qayda olaraq, belə məzuniyyət analıq məzuniyyətindən dərhal sonra alınır. Məzuniyyət dövründə uşağa qulluğa görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət ödənir.

Aşağıda uşağa qulluğa görə məzuniyyət ərizəsinin nümunəsi verilib.

 

“ABCD” MMC-nin direktoru

Xxxx Yyyyy Zzzz oğluna/qızına

mühasib vəzifəsində çalışan

Aaaaaa  Bbbbbb Ccccccc tərəfindən

Ə R İ Z Ə 

Xahiş edirəm  mənim ___ _________ 2023-cü il tarixdən övladımın 3 yaşı tamam olanadək, qismən ödənişli  sosial məzuniyyətə çıxmağıma və uşağa qulluğa görə məzuniyyət dövründə aylıq müavinətin alınması üçün uyğun tədbirlərin görülməsinə sərəncam verəsiniz.

Əlavə edilən sənədlər:

  1. Doğum haqqında şəhadətnamənin surəti;
  2. Uşağın atasının uşağa qulluğa görə məzuniyyətindən istifadə etməməsi və aylıq müavinət almaması barədə atanın iş yerindən arayış

 

“____”___________ 2023-cü il.

 

İmza: _______________________/ Aaaaaa  Bbbbbb Ccccccc

 

Uşağa qulluğa görə məzuniyyət hüququndan hissəvi istifadə

Üç yaşı tamam olanadək verilən qismən ödənişli məzuniyyət hissələrlə də istifadə edilə bilər. Uşağa qulluğa görə məzuniyyət ərizəsi yazılarkən bu qeyd edilir, yəni qismən ödənilən sosial məzuniyyətin başlanma və son tarixi ərizədə əks olunur.

“ABCD” MMC-nin direktoru

Xxxx Yyyyy Zzzz oğluna/qızına

mühasib vəzifəsində çalışan

Aaaaaa  Bbbbbb Ccccccc tərəfindən

Ə R İ Z Ə

Xahiş edirəm  ___ _________ 2023-cü il tarixdən ___ _________ 2024-cü il tarixədək uşağa qulluq etmək məqsədilə mənim qismən ödənişli  sosial məzuniyyətə çıxmağıma, aylıq müavinətin hesablanmasına və ödənişinə sərəncam verəsiniz.

Uşağın doğum haqqında şəhadətnaməsinin surətini və atanın bu hüquqdan istifadə etməməsi barədə arayışı əlavə edirəm.

 

“____”___________ 2023-cü il.

 

İmza: _______________________/ Aaaaaa  Bbbbbb Ccccccc

 

Digər qohumların qismən ödənişli məzuniyyətdən istifadəsi

Qismən ödənişli sosial məzuniyyət hüququndan yalnız uşağın anası deyil, həm də atası və ya başqa bir qohumu (məsələn, nənə və ya baba) istifadə edə bilər. Bu halda uşağa qulluğa görə məzuniyyət ərizəsi həmin şəxs tərəfindən yazılır.

“ABCD” MMC-nin direktoru

Xxxx Yyyyy Zzzz oğluna/qızına

mühasib vəzifəsində çalışan

Aaaaaa  Bbbbbb Ccccccc tərəfindən 

Ə R İ Z Ə

Xahiş edirəm  ___ _________ 2023-cü il tarixdən ___ _________ 2024-cü il tarixədək uşağa qulluq etmək məqsədilə mənim qismən ödənişli  sosial məzuniyyətə çıxmağıma və aylıq müavinətin ödənişi üçün uyğun tədbirlərin görülməsinə sərəncam verəsiniz.

Uşağın doğum haqqında şəhadətnaməsinin surətini , ananın uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə etməməsi və müavinət barədə arayışı əlavə edirəm.

“____”___________ 2023-cü il.

 

İmza: _______________________/ Aaaaaa  Bbbbbb Ccccccc

Uşağa qulluğa görə məzuniyyətin digər növləri

Qeyd edək ki, uşağa qulluqla bağlı anaya (ataya) yaxud uşağa qulluq edən digər şəxslərə aşağıdakı hallarda da verilir:

  • 14 yaşa çatanadək xəstələnmiş uşağa qulluq edilməsinə görə (uşağın qulluğa ehtiyacı olan müddətədək);
  • immun çatışmazlığı virusu ilə yoluxmuş (iiv) və ya qiçs xəstəliyinə tutulmuş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın müalicəsində.

18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlara qulluq edən şəxslərə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilir.

Uşağa qulluğa görə məzuniyyət ərizəsi təqdim edildikdən sonra şirkətin rəhbərliyi tərəfindən   məzuniyyət əmri hazırlamalı və paralel olaraq qismən ödənişli sosial məzuniyyət dövrü üçün müavinətin  rəsmiləşdirilməsinə sərəncam verməlidir.

Tərəfimizdən hazırlanmış uşağa qulluğa görə məzuniyyət ərizəsi formasını bizim saytdan yükləyərək müvafiq qaydada istifadə edə bilərsiniz.

Uşağa qulluğa görə məzuniyyət ərizəsi formasını buradan yüklə


Print Friendly, PDF & Email