Auditin tarixi ( II Hissə )

posted in: Xəbər | 0

Auditin inkişafı və təsdiqi auditin birinci mərhələsi

I hissəyə nəzər yetirmək üçün daxil olun
auditin inkişafı

Auditin inkişafının erkən mərhələsində daxili nəzarət sistemi yox idi. O zaman auditin metodları, əsasən, hər bir əməliyyatın ətraflı yoxlanılmasından ibarət idi və audit prosedurları kimi test və ya seçmə yoxlama məlum deyildi. Belə audit təsdiqləyici audit adını almışdır.

XX əsrin 60-cı illər: dövründə auditin məqsəd və metodlarında yalnız əhəmiyyətsiz dəyişikliklərlə müşayiət olunurdu. Əsas diqqət, əvvəllər olduğu kimi, maliyyə hesabatlarının dəqiqliyinin müəyyən edilməsinə yönəlmişdi və bu, yoxlanılmalı idi, özü də bu dövrün kifayət qədər çox texniki audit üsulları təhriflərin aşkar edilməsi məqsədi ilə bilavasitə yaradılmışdı. Xüsusi ədəbiyyatda auditor tərəfindən auditor yoxlamasının gedişində təhrif faktlarının aşkar edilməsinə görə məsuliyyət məsələləri ilə bağlı müəyyən dissonans qalmaqda davam edib.

Bazar iqtisadiyyatı ölkələrinin müasir xarici auditinin məqsədləri barədə. Onların bəzilərində auditor tərəfindən yoxlanılan müəssisənin maliyyə hesabatlarının ölkənin qanunvericiliyinə (Almaniya, Fransa, İtaliya), digərlərində isə – hesabatların etibarlılığı və mühasibat uçotunun peşəkar standartlarına (Kanada, ABŞ, Yaponiya) uyğunluğunun, üçüncüsündə isə hər iki meyar (Böyük Britaniya) haqqında nəticə çıxarılmalıdır.

XX əsrin 70-ci illərinin əvvəlləri, əslində, audit tarixində yeni mərhələnin – onun beynəlxalq səviyyədə regional və beynəlmiləlləşdirilməsinin başlanğıc nöqtəsi oldu.auditin tarixi

Auditin beynəlmiləlləşdirilməsinə 1977-ci ildə başlanılmışdır. Nyu-Yorkda baş qərargahı olan Beynəlxalq Mühasiblər Federasiyasının üzərinə xüsusilə, peşəkar Mühasiblərin Etik Kodeksinin, Beynəlxalq Audit Standartlarının, audit bülletenlərinin, dövlət və idarəetmə uçotu haqqında əsasnamələrin, dövlət müəssisələrinin peşə təhsili və auditi barədə dərsliklərin hazırlanması funksiyaları qoyulmuşdu.

20-ci əsrin Audit Məqsədləri və Metodları:

1987 – ci ilə qədər:

SSRİ-də metodologiya və auditin təşkili problemi nəinki həll olunmurdu, hətta bu məsələ ümumiyyətlə gündəmə gətirilmirdi. Auditin ilk rüşeymlərini 1987-1989-cu illərdə müttəfiq respublikaların Maliyyə nazirlikləri səviyyəsində təsərrüfat hesablı nəzarət-təftiş qrupları və audit qrupları yaradıldıqda, ümumi müəssisələrə nəzarət etmək zərurətinin ortalığa çıxması (xarici kapitalın iştirakı ilə) dövrünə aid etmək olar.

Buna baxmayaraq, Ukraynada auditin inkişafında əhəmiyyətli irəliləyişlər Sovet İttifaqının dağılmasından sonra əldə edilmişdir.

1989-cu ildə:

Ukraynada (o zaman hələ SSRİ-nin müttəfiq respublikasında) ümumi müəssisələrin yaranması ilə xarici tərəf birgə müəssisənin (BM) maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin auditor tərəfindən təsdiq edilməsi məsələsini qaldırdı, hansı ki, o, Kiyevdə “İnaudit-Ukrayna” adlı ittifaq auditor firmasının törəmə bölməsinin yaradılması ilə bağlı olub. İlk auditor firmasının tərkibinə Ukrayna Maliyyə Nazirliyinin nəzarət-təftiş idarəsinin keçmiş dövlət qulluqçuları daxil idi.

Auditin beynəlmiləlləşdirilməsi

auditin inkişafı

Ölkədə auditor işinin inkişafına, təkmilləşdirilməsinə və unifikasiyasına kömək məqsədi ilə 1993 – cü ildə müstəqil orqan – Ukrayna Auditorlar Palatası (UAP) yaradılmışdır. UAP-nın əsas vəzifəsi ölkədə auditin inkişafına yardım etmək, Ukraynada auditor fəaliyyətinin prinsipial məsələlərinin vahid metodoloji əsasda həll edilməsidir. UAP-nın regional şöbələri də yaradılıb.

Formal olaraq Ukraynada tam audit sisteminin yaranmasından yalnız 1993-cü ildə Ukraynanın “Auditor fəaliyyəti haqqında”qanununun qəbul edilməsindən sonra danışmaq olar.

1995-1996-cı illərdə:

Audit üzrə müvəqqəti yerli normativlər qəbul edilmiş və 1999-cu il yanvarın 1-dən başlayaraq, Ukraynada audit üzrə daimi qüvvədə olan milli normativlər tətbiq edilmişdir.

2003-cü ilin:

Aprel ayından isə Beynəlxalq Mühasiblər Federasiyasının audit və etika standartları Ukraynada milli audit standartları kimi qəbul edilmişdir.

Birbank Biznes-dən bank sektorunda yenilik: “Maestro” tarifi

posted in: Xəbər | 0

Birbank BiznesBirbank Biznes  biznes sahibləri  üçün əsas bank əməliyyatları və məhsullarını özündə birləşdirən, tamamilə yeni və daha qənaətcil məhsul təqdim edir.

Ölkənin bank sektorunda ilk olan bu məhsul vasitəsilə müştərilər biznes ehtiyaclarına  uyğun əməliyyatları və xidmətləri istənilən həcmdə və sayda seçərək, tarif paketlərini özləri yarada bilərlər.

Biznes sahiblərinin səmərəli fəaliyyəti üçün düşünülən bu məhsul vasitəsilə onlar ehtiyaclarına uyğun tarifi müəyyən etmək rahatlığı qazanaraq, standart tariflər ilə müqayisədə bank xərclərinə orta hesabla 65%-dək endirim almaq imkanından yararlanacaqlar.

Qeyd edək ki, müştərilər aşağıda qeyd olunan əməliyyat və xidmətlər vasitəsilə bizneslərinə uyğun tarif paketlərini formalaşdıra biləcəklər:

  • Ölkədaxili milli valyutada köçürmələr
  • Ölkəxarici köçürmələr
  • Əməkhaqqı kartlarına mədaxil
  • Valyuta mübadiləsi
  • Biznes və Sahibkar kartları vasitəsilə ATM-dən məxaric
  • Əməkhaqqı , Biznes və Sahibkar kartlarının sifarişi və ünvana çatdırılması

“Maestro” tarifinin digər bir unikallığı da ondan ibarətdir ki, biznes sahibləri məhsulu banka gəlmədən, xidmətlər üzrə illik ödənişi Birbank Biznes vasitəsilə etməklə əldə edəcəklər. Bununla da müştərilər il ərzində müvafiq əməliyyatları ödənişsiz şəkildə həyata keçirə və digər güzəştlərdən yararlana bilərlər.

Bundan əlavə, “Maestro” tarifi biznes sahiblərinə seçdikləri bank xidmətlərindən asılı olaraq Biznes, Sahibkar və Əməkhaqqı kartlarını və bu kartların çatdırılması xidmətini, həmçinin müəyyən sayda valyuta mübadilələrini ödənişsiz əldə etmək imkanı verəcək.

Sahibkarlara vaxta və xərclərə qənaət etmək imkanı verən “Maestro” tarifi haqqında ətraflı məlumat və sifariş üçün https://bir.bank/bbbmt saytında hesabınıza daxil olmağınız və “Tariflər” bölməsində “Maestro” tarifi bölməsinə keçid etməyiniz və ya 896 məlumat mərkəzinə zəng etməyiniz kifayətdir.


Auditin tarixi (I Hissə)

posted in: Xəbər | 0

Audit tarixinin mənşəyi

auditin tarixi

“Audit” latınca “audio” (o, dinləyir, müvafiq olaraq “auditor” – dinləyən) sözündən təşəkkül tapıb.

Orta əsrlər Avropasında savadlı və yazı yaza bilən insanların sayı az olduğu vaxtlarda, auditor vəzifəli şəxslərin hesabatlarını dinləməli olan qulluqçuya deyilirdi. Auditin inkişafının ilkin mərhələsində aldatma və dələduzluq faktlarının ifşa edilməsi məqsədi ilə vəzifəli şəxslərin fəaliyyətinə nəzarət auditorun üzərinə düşürdü.

Hələ qədim dünyada mülkiyyətə sahiblənmək və onun idarə edilməsi funksiyaları dövlət və quldarlıq mülkiyyəti kimi dövrün təsərrüfat fəaliyyətinin əsas subyektləri arasında bölünən kimi, ilk dəfə olaraq auditə şüurlu ehtiyac duyulurdu. Uçot prosesinin bu cür təşkili, ilk növbədə, dövlət xəzinəsinin və ya ayrı-ayrı quldarın əmlakının oğurlanmasının qarşısını almaq istəyi ilə şərtlənirdi. Bundan əlavə, hesabların düzgünlüyünü yoxlamaq üçün inventarlaşdırmadan da istifadə edilmişdir. Ancaq bu nəzarət üsullarına da tam şəkildə etibar edilmədi.

O zamanlar üçün mühasibləri “dinləmə” prosesi ənənəvi praktikası mövcud idi. Mümkün qədər böyük mənfəət əldə etməyə çalışan sahibkarlar, hesabat verilənləri dinləmək, yəni onlara nəzarət etmək üçün vəzifələr yaratmışdılar və ora nəzarətçilər təyin edirdilər.

Qədim dünyada auditə ehtiyac

auditAuditin peşəkar fəaliyyət növü kimi İngiltərədə ortaya çıxdığı güman edilir. Dövrümüzə qədər gəlib çatmış ən qədim ingilis dilli uçot sənədlərindən biri 1130-cu il üçün İngiltərə və Şotlandiyanın xəzinədarlıq arxivində audit barədə qeyddir. XVI əsrdə uçot kitablarının hüquqi nəzarəti rəsmi olaraq dünyanın bir çox ölkələrində tətbiq edilmişdir. Uçot qeydlərinin yoxlanılmasını həyata keçirən şəxsi göstərmək üçün İngiltərədə artıq “auditor” terminindən istifadə olunmuşdur.

Ona görə də auditorların fəaliyyətini tənzimləyən dünyanın ilk qanunvericilik aktının 1285-ci ildə İngiltərə kralı I Edvard tərəfindən verilməsi heç də təəccüblü deyil. Bu qanuna uyğun olaraq, dövlət adından auditorlara müəyyən imtiyazlar verilirdi, bu imtiyazlar təkcə senyorların vəkil edilmiş xidmətçilərindən deyil, həm də mülki qulluqçuların bəzi kateqoriyalarından idi. Qanuna uyğun olaraq, ilk məcburi yoxlamaların məqsədi mühasibat qeydlərinə və hesabatlarına müstəqil baxılması idi. Audit proseduru kimi seçmə yoxlama konsepsiyası hələ məlum deyildi. Bir qayda olaraq, audit sifarişçi (zadəgan, kral) üçün ayrı – ayrı şəxs, onun nəticələrinin ictimai elan olunduğu halda isə komissiya tərəfindən həyata keçirilib.

O dövrün auditorları hələ peşəkar statusa malik deyildilər, baxmayaraq ki, yoxlamaları vicdanla, işə bələd olmaqla, onları dəvət etmiş şəxsin maraqlarına lazımi diqqətlə və hörmətlə aparmağa borclu idilər. Auditorun müstəqilliyi onun təyin edilməsi ilə “sifarişçi” tərəfindən və yoxlanılmış şəxs arasında hər hansı bir şəxsi əlaqələrin qadağan edilməsi ilə razılıq əsasında əldə edilirdi.

Auditin inkişafı və peşəkarlaşdırılması

XVII-XIX əsrlərdə maliyyə böhranlarının aktual problemə çevrildiyi dövrdə audit daha çox inkişaf etmişdir. Böhranların nəticəsi olaraq müflisləşmiş müəssisələrin sayı çoxalırdı, bu da əhalinin maraqlarını müdafiə edən mühasib-ekspertlərə olan tələbatı artırırdı. Auditorun faktiki işi mühasibat uçotunun düzgün aparılmasına və hesabatların tərtib edilməsinə nəzarət etməkdən ibarət idi. Böhran başa çatdıqdan sonra səhmdar cəmiyyətlərinin sürətli inkişafı başladı. Maraqlı şəxslər qərar qəbul etmək üçün həm illik hesabatlarda olan məlumatların həcmini və bu hesabatların və auditorların nəticələrini mütləq xəbərdar etməyi kifayət qədər tələb etməyə başladılar.

Səhmdar cəmiyyətlərin spekulyativ fəaliyyətinin müstəqil auditinin keçirilməsi ilə bağlı ilk sənədləşdirilmiş hadisə 1720-ci ildə Böyük Britaniyada “Cənubi Qara Dəniz Şirkəti” nin iflası sayılır. Bu hadisə tarixdə “Cənubi Qara Dəniz qovuqcuğu” kimi tanınır. Şirkətin direktorluğunun dividendlərin ödənilməsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirməyə, yaxud birja dövriyyəsinə buraxılmış səhmləri almağa hazır olmadığı üzə çıxarkən, işə dövlət orqanları müdaxilə edib. Onlar tərəfindən bu şirkətin köməkçi hesablarının müstəqil əlavə yoxlanılması üçün mühasib təyin edildi.auditin inkişafı

Auditin inkişafında İngiltərənin təcrübəsi digər ölkələrə və ilk növbədə ABŞ-a böyük təsir göstərmişdir. Daha sonra Fransada (1867) və ABŞ-da (1887) məcburi müstəqil audit haqqında oxşar qanunlar qəbul edilmişdir.

Auditor təcrübəsində bu cür irəliləyişə baxmayaraq, auditor yalnız XIX əsrin ikinci yarısında peşəkar işgüzar dünyaya tam hüquqla daxil ola bilib. XIX əsrin sonlarında səyyar auditorlar hesabat məsuliyyətinin dərəcəsinin qiymətləndirilməsi məqsədilə bütün ölkə üzrə səpələnmiş nəqliyyat agentliklərinə baş çəkiblər.

Auditin modernləşdirilməsi və onun beynəlxalq təsiri

Müstəqil audit yalnız XIX əsrin onunda peşəkar praktiki fəaliyyətin müstəqil sahəsi kimi formalaşmışdı. XX əsrin əvvəllərində ABŞ-da auditor xidmətlərinə tələbdə dəyişikliklər auditin bir sıra məqsədlərində köklü dəyişikliklərə səbəb oldu. Fond birjasında səhmlərin diskontlaşdırılması, fərdi şəxslərdən və ya bank kreditlərindən borcların alınması və s. maraqlı şəxslərə öz şirkətinin dəqiqliyi və etibarlılığı barədə yoxlanmış maliyyə hesabatlarının təqdim edilməsi qaydası oldu.

1929-cu ilədək auditor yoxlamasının obyekti yalnız təsərrüfat fəaliyyətinin nəticələri (mənfəət və ya zərər) idi. “Böyük depressiya” dan sonra, qiymətli Kağızlar və birja Komissiyası (SEC) auditor nəticəsinin məzmunu və strukturu ilə bağlı xüsusi tələblər hazırlamışdı. Həmin sənəd tarixlə bağlı qeydi özündə saxlamalı, işin bütün detallarını təsvir etməli, auditorun təqdim edilmiş hesabatlılıq, uçot prinsipləri və prosedurları ilə bağlı fikrini dəqiq müəyyənləşdirməli idi. Bu tələblər nəticələrin iki paraqrafa bölünməsi ilə nəticələndi. Birincisi, görülən işin təsviri, ikincisi, auditorun düşüncəsinin ifadəsi.

II hissəyə nəzər yetirmək üçün daxil olun


Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə müddətlər

posted in: Xəbər | 0

Ödəmə mənbəyində tutulan vergi xərclər nəzərə almadan müəyyən gəlirlərin ödəmə mənbəyində vergiyə cəlb olunmasıdır. Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi üzrə təqdim edilmə müddətləri Azərbaycan Respublikası  Vergi Məcəlləsinin 150-ci maddəsi ilə tənzimlənir. Mövcud qanunvericiliyə əsasən ödəmə mənbəyində vergitutma zamanı vergilər bilavasitə gəlir əldə edən şəxs tərəfindən deyil, bu gəliri ödəyən, qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada üzərilərinə vergi agenti vəzifələri qoyulan,  vergi orqanlarında qeydiyyatda olan fərdi sahibkarlar, habelə hüquqi şəxslər tərəfindən tutulur, bəyan edilir, büdcəyə ödənilir.

Bəyannaməni rüb bitdikdən sonra təqdim edən şəxslər

Vergi Məcəlləsinin 150.3.3-cü maddəsinə görə ödəmə mənbəyində tutulan vergi bəyannaməsi aşağıdakı hallarda rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmamaqla təqdim edilir:

  • muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər, sahibkarlar və xüsusi notariuslar;
  • dövlət təminatı əsasında verilən pensiyalar istisna olmaqla , digər şəxslərə pensiya ödəyən hüquqi şəxslər yaxud sahibkarlar;
  • hüquqi və fiziki şəxslərə dividend ödəyən rezident hüquqi şəxslər, faizlər ödəyən hüquqi şəxslər yaxud sahibkarlar;
  • vergi ödəyicisi kimi uçotda olmayan, VÖEN təqdim etməyən fiziki şəxslərə göstərdiyi xidmətlərə (işlərə) görə haqq ödəyən, habelə muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə maddi yardım, mükafat, təqaüd verən hüquqi şəxslər və ya fərdi sahibkarlar.
  • “Vəkillər və vəkillik fəaliyyəti haqqında” AR Qanununa uyğun olaraq vəkil qurumlarının tərkibində fəaliyyət göstərən vəkillər tərəfindən göstərilən vəkillik fəaliyyəti ilə bağlı vəkillərə ödənişi həyata keçirən vəkil qurumu.

Aşağıdakı hallarda da ödəmə mənbəyində tutulan vergi bəyannaməsini rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq müvafiq qaydada verilməlidir:

  • ödəmə mənbəyində icarə haqlarından və royaltidən tutulan məbləğlər üzrə;
  • qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində verginin tutulduğu halda;
  • qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində vergi tutulduqda;
  • sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta haqları ödəyən sığortaçılar (Məcəllənin 2 maddəsi nəzərə alınmaqla).

Vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxslərə “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən mallara görə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən edilən ödənişdən ödəmə mənbəyində tutulan vergi üzrə bəyannamə də yuxarıda qeyd edilən müddətdə təqdim edilir.

VM-in 150.3-6 maddəsi ilə müəyyən edilən şəxslər də rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq ödəmə mənbəyində tutulan vergi bəyannaməsi təqdim etməyə börcludurlar.

Bəyannamənin hesabat ayından sonrakı ayın 20-dən gec olmamaqla verilməsi

Aşağıdakı şəxslər tərəfindən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş formada və qaydada  təqdim edilir:

  • notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları (hesablanmış sadələşdirilmiş vergi məbləği haqqında);
  • idman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlardan, müsabiqələrdən pul şəklində uduşlar (mükafatlar) əldə edən şəxsə ödəmələr verən şəxslər;
  • idman mərc oyunlarından, lotereyalardan, digər yarışlardan, müsabiqələrdən gəlir (mükafat) rezident hüquqi şəxs və fərdi sahibkarlar tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər,
  • yuxarıda qeyd edilən gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə, bu gəliri əldə edən şəxsin bank hesabının olduğu yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı yaxud poçt rabitəsinin milli operatoru;
  • hüquqi şəxslərə və fərdi sahibkarlara bank hesablarındakı pul vəsaitlərinin nağd qaydada verilməsini həyata keçirən yerli banklar, xarici bankın Azərbaycan Respublikasındakı filialı yaxud poçt rabitəsinin milli operatoru;

Habelə, Məcəllənin 150.3-5 maddəsində qeyd edilən şəxslər də (ipoteka saxlayanın xeyrinə yüklü edilmiş əmlak ipoteka saxlayan tərəfindən əldə edildikdə) hesabladıqlari vergi məbləğinə görə ödəmə mənbəyində tutulan vergi bəyannaməsini hesabat ayından sonrakı ayın 20-dən gec olmamaqla təqdim edirlər.


1 493 494 495 496 497 498 499 2. 700