Məhsuldarlığınızı yüksəltmək üçün 6 məsləhət

posted in: Xəbər | 0

Məhsuldarlığınızı yüksəltmək üçün 6 məsləhət

Sizin kim olmağınız mühüm deyil: muzdlu işçisiniz və ya şəxsi biznes sahibisiniz, sizin uğurunuzun səviyyəsi bir çox hallarda öz məhsuldarlığınızdan asılı olacaq. Alınan nəticələrin sərf olunan resurslara nisbəti hər hansı bir fəaliyyət növü üçün çox vacibdir.

Siz öz vaxtınızdan ağıllı şəkildə istifadə etməlisiniz. Kiçik dəyişikliklər və həyatınıza yeni vərdişlərin əlavə edilməsi məhsuldarlığınızı artıracaq. Siz daha az vaxt ərzində daha çox iş görə biləcəksiniz, bu halda həmin işlər daha keyfiyyətli yerinə yetiriləcək. Məhsuldarlığın yüksək səviyyəsi nəinki israrlı, həm də ağıllı işə əsaslanır. Siz öz resurslarınızdan maksimum səviyyədə bəhrələnməyi öyrənməlisiniz.

Sizin məhsuldarlığınızı yüksəldən altı məsləhət:

2 dəqiqəlik qayda

Bir çoxları çətin yerinə yetirilən vəzifələrə üstünlük verməyə, daha az vaxt tələb edən işləri isə sona saxlamağa üstünlük verirlər. Lakin, həmişə 2 dəqiqəlik qaydanı nəzərə almaq lazımdır: əgər siz hansısa tapşırığı və ya məsələni iki dəqiqə ərzində yerinə yetirə bilərsinizsə, onda dərhal onları həll edin. Bu sizə artıq tapşırıqdan qurtulmağa və daha sonra bir daha bu məsələyə geri qayıtmamağa kömək edəcək.məhsuldarlığı yüksəltmək

Çoxtərəfli tapşırıqlardan yan keçin

Bir zaman anı üçün diqqətinizi bir tapşırıq üzərinə cəmləşdirməyi öyrənin. Əgər siz öz diqqətinizi eyni vaxtda bir neçə şeyin üzərinə yönəltsəniz, onda yerinə yetirdiyiniz işlərin keyfiyyəti əhəmiyyətli şəkildə azalacaq. Hətta əgər tapşırıqlar elə də böyük deyilsə belə, bütün hallarda onları növbə ilə yerinə yetirin. Belə etsəniz, yəni diqqətinizi bir işin üzərinə cəmləsəniz, onda daha həcmli işlərin öhdəsindən əhəmiyyətli şəkildə sürətlə gələ biləcəksiniz.

Keyfiyyətli proqram təminatından istifadə edin

Bir çox sahələrdə yaxşı proqram təminatının istifadəsi əmək məhsuldarlığını artırmaq, vaxta və vəsaitlərə qənaət etmək üçün böyük potensiala malikdir. Müasir proqram təminatları mürəkkəb biznes-proseslərini çox asanlaşdırır.

Digər tərəfdən, komanda qarşılıqlı təsirini asanlaşdırmağa imkan verən bir çox onlayn resurslar mövcuddur: ünsiyyət, bilik mübadiləsi, informasiya ötürülməsi, layihələrin birgə idarə edilməsi və bir çox digər şeylər. Bütün bunlar iş prosesini optimallaşdırmağa və işçilərin məhsuldarlığını artırmağa kömək edir.

Fasilələri unutmayın

Günlərlə işləsəniz, çox tez yorulmağa başlayacaqsınız ki, bu da məhsuldarlığın azalmasına gətirib çıxaracaq. Hətta kiçik bir fasilə belə, işə yeni qüvvə ilə başlamağa kömək edəcək.

Ağır tapşırıqdan sonra qısa bir fasilə etmək tövsiyə olunur, bu konsentrasiyanı yaxşılaşdırmağa kömək edəcək və müvafiq olaraq bu əvvəlki məhsuldarlığı bərpa edəcəkdir.məhsuldarlığınızı

Siz bu zaman hər hansı bir məşqlə də məşğul ola bilərsiniz ki, bu beyninizin işləmək qabiliyyətini  yaxşılaşdıracaq. Eləcə də siz 10-15 dəqiqə ərzində mürgüləyə də bilərsiniz. Elə ən yaxşı ideyalar da məhz, rahatladığınız zamanlarda sizə tərəf gələ bilər.

Lazımsız müşavirələri aradan qaldırın

Lazımsız müşavirələr bir çox şirkətlərdə iş prosesini dondurur. Onların aradan qaldırılması, xeyli vaxta qənaət etməyə imkan verəcək. İşçilərinizlə bağlı təsəvvürdən ötrü və onların iş nəticələrindən xəbərdar olmaq üçün əməkdaşları həftədə bir dəfə toplamaq yetərlidir. Çoxsaylı görüşlər mənəvi ruhu qırır və məhsuldarlığı azaldır.

Bütün bildirişləri söndürün

Sizin diqqətinizi heç kim və heç nə yayındırmasın deyə, bütün bildiriş mənbələrini söndürün. Hansısa mesajın gəlməsi ilə bağlı siqnal eşidirsinizsə, sizdə öz telefonunuzu yoxlamaq cazibəsi yaranır. Lakin, işinizin keyfiyyəti bir çox cəhətdən sizin tapşırığınıza nə qədər yaxşı diqqət yetirməyiniz ilə müəyyən edilir. O səbəbdən iş prosesinizə mane ola biləcək hər şeydən uzaq durun.

Hər bir yaxşı işçi öz məhsuldarlığını artırmağa çalışmalıdır. Bunu əsas məqsədiniz etmək lazımdır, axı, sizin həm şirkətinizin uğuru, həm də öz uğurunuz bundan asılıdır.


Dividend gəlirlərinin mənfəət vergisinə cəlb edilməsi

posted in: Xəbər | 0

təsisçiyə borcların verilməsi, ödəmə mənbəyində vergi, sadələşdirilmiş vergi ödəyicisi, dividendə görə vergi öhdəliyi, Səhmdarların dividend öhdəlikləri,Oxucularımızı maraqlandıran suallardan biri də dividend gəlirlərinin vergiyə cəlb olunub-olunmaması ilə bağlıdır. Mövzuya “Turan” Tədris Mərkəzinin təlimçisi və vergi eksperti Cavid Vəlizadə aydınlıq gətirir. 

Ekspertin bildirdiyinə görə, Vergi Məcəlləsinin 13-cü maddəsinin müddəalarına əsasən, digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər satışdankənar gəlirlərə aid edilir. Həmin maddənin müddəlarından da görmək olur ki, dividend gəliri satışdan kənar gəlir hesab edilir. Payçıların da dividend gəliri iki halda olar bilər: Azərbaycan Respublikasının hüdudlarından əldə edilən dividend və ölkə hüdudlarından kənarda əldə olunan dividend.

Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından (daxildən) əldə edilən dividend vergitutma obyekti deyil.

Misal 1: “AA” MMC “BB” MMC-nin təsisçisidir. “BB” MMC il üzrə 600.000 manat mənfəət əldə edib və “AA” MMC-yə 400.000 manat dividend ödəyıb. Belə olan halda, dividendi ödəyən “BB” MMC Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, ödəmə mənbəyindən 10% vergi tutaraq ödəniş edib. Məcəllənin 122.2-ci maddəsində göstərilib ki, dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun qaydada vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur. Sadəcə olaraq, dividend gəlirini əldə edən “AA” MMC il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsinin 211.1-ci sətrində əldə etdiyi dividendin məbləğini göstərməli, bəyannamənin 219.1 sətrində isə həmin məbləği azaltmalıdır.

Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə edilən dividend vergitutma obyekti hesab olunur.

Misal 2: “AA” MMC xaricdə təsis edilmiş “C” LLC-nin təsisçisidir və “C” LLC “AA” MMC-yə 250.000 manat dividend ödənişi edib. Belə olan halda, “C” LLC 250.000 manatı mənfəətə cəlb etməli və mənfəət vergisi bəyannaməsində bəyan etməlidir.

Həmçinin, Vergi Məcəlləsinin 127-ci maddəsinə əsasən, ölkə hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirdən ödənilmiş gəlir vergisinin məbləğləri Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamaq şərtilə Azərbaycanda vergi ödənilərkən nəzərə alınır.

Misal 3: “BX” MMC xaricdə təsis edilmiş “BY” LLC-nin təsisçisidir. “BY” LLC təsisçisi olan “BX” MMC-yə 300.000 manat dividend elan edib və öz ölkəsində bundan 15%, yəni 45.000 manat vergi ödəyib. Belə olan olan halda, “BX” MMC Azərbaycan Respublikasında 15.000 manat vergi ödəyəcək:

300.000 x 20% = 60.000 manat;
60.000 – 45.000 = 15.000 manat.

Mənbə: vergiler.az


Hüquqi şəxslərin mənfəət vergisi bəyannaməsi

posted in: Xəbər | 0

Mənfəət vergisi bəyannaməsi üzrə müddətlər

Gəlir əldə edən hüquqi şəxslər vergi ilinin sonunda mənfəət vergisinin bəyannaməsi təqdim edir. Mənfəət vergisi ödəyicilərinin əhatəsi Vergi Məcəlləsinin IX fəslinin 103-cü maddəsi ilə müəyyən edilir. Məcəlləyə görə bunlar aşağıdakılardır:

  • rezident və qeyri-rezident müəssisələr;
  • sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları.

Fiziki şəxs olmayan istənilən xarici şəxsə qeyd edilən fəslin məqsədləri üçün müəssisə kimi baxıla bilər. Bu halda onlar da mənfəət vergisi bəyannaməsini təqdim etməlidir. Belə yanaşma onun 137-ci maddəyə uyğun birgə sahibkarlıq fəaliyyətinin obyekti olmadığını sübut etməyinə qədər davam edir.

Mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir. Rezident müəssisələr, qeyri-rezidentlər və onların vergi agenti, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmamaqla mənfəət vergisinin bəyannaməsi təqdim edilər (VM, maddə 149.2).

Xüsusi notariuslar bəyannaməni hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq verməlidirlər.

Aşağıdakı hallarda 30 gün ərzində bəyannamə təqdim edilməlidir:

  • vergi ödəyicisinin Azərbaycan Respublikasına fəaliyyəti dayandırıldıqda;
  • vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə.

Bu zaman hesabat dövrü vergi ilinin əvvəlindən fəaliyyətin dayandırıldığı yaxud xitam verildiyi günə qədər olan dövr sayılır.

Hüquqi şəxs yaxud qeyri-rezidentin daimi nümayəndəliyi ləğv edilən zaman vergi orqanına müvafiq qaydada məlumat verilir və qeydiyyat orqanına ləğvetmə balansını təqdim edir. Balansın təqdim edildiyi tarixdən 30 gün müddətində mənfəət vergisi bəyannaməsi verilir.

Mənfəət vergisinin bəyannaməsi necə hazırlanır?

Mühasibat uçotunu aparmaq sahibkarlıq subyektləri üçün kassa yaxud hesablama metodundan istifadə edə bilər. Mənfəət vergisi bəyannaməsini hazırlamaq üçün vergi ödəyicisi tətbiq etdiyi metodu seçməlidir. Bəyannamə elektron, yaxud kağız daşıyıcıda hazırlanaraq təqdim edilir. Kağız daşıyıcıda vergi hesabatlarının formasını və onların doldurulma  qaydasını buradan yükləmək olar.

Elektron daşıyıcıda hesabatlar BTP-də (Bəyannamə Tərtibat Proqramı) hazırlanır və real vaxt rejimində (onlayn), İnternet Vergi İdarəsinə (e-taxes.gov.az) (İVİ) daxil olunmaqla təqdim olunur. İVİ-dən istifadə üçün gücləndirilmiş elektron imzadan istifadə etmək olar.

BTP-də hesabatın tərtibinə başlamaq üçün “Fayl” bölməsinin “Yeni” alt menyusu vasitəsi ilə açılan pəncərədə “Mənfəət vergisinin bəyannaməsi” sətrini seçmək və “Qəbul” düyməsini vuraq lazımdır.

Hesabat aşağıdakı bölmələrdən ibarətdir:

  • “Ümumi məlumatlar”;
  • “Mənfəət vergisinin hesablanması”;
  • “Əlavələr”.

“Ümumi məlumatlar” bölməsindəki sahələrə uyğun məlumatlar daxil edildikdən sonra “Mənfəət vergisinin hesablanması” bölməsinə keçid etmək lazımdır. Əgər bəyan ediləcək məlumat yoxdursa “Ümumi məlumatlar” bölməsində “Bəyan ediləcək məlumatlar yoxdur” sahəsi işarələnir. Bu halda hesabatın hazırlanması bitmiş hesab oluna bilər.

“Mənfəət vergisinin hesablanması” bölməsinə aşağıdakı hissələr adidir:

  • Gəlirlər;
  • Xərclər;
  • Hesabat dövrü üçün verginin hesablanması.

“Əlavələr” bölməsində kapital və öhdəliklər, xaricdəki bank hesabları, ümidsiz borclar (əgər varsa), obyektlər, güzəşt və azadolmalar haqqında məlumatlar daxil edilməlidir.

Hesabatın tərtib edilməsi üçün yuxarıda qeyd edilən bütün məlumatlar əlçatan olmalıdır. Bəyannamə elektron formada hazır olduqdan sonra onu qeyd edərək paketləyirik. Paketlənmiş hesabat İVİ-dən onlayn formada təqdim edilir.

Mənfəət vergisinin bəyannaməsinin hazırlanması haqqında Dövlət Vergi Xidmətinin hazırladığı Mənfəət vergisi bəyannaməsinin doldurulma qaydası (video-təlimat)”dan daha geniş məlumat almaq mümkündür.

Cari vergi arayışının hazırlanması

Hesabat dövrü üçün illik mənfəət vergisinin bəyannaməsini təqdim edən vergi ödəyiciləri rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməli və cari vergi ili üçün arayışı vergi orqanlarına təqdim etməlidirlər.

Cari mənfəət vergisi üzrə arayış İVİ-də “Onlayn kargüzarlıq” bölməsinə daxil olmaqla hazırlanır və təqdim edilir. Bu aşağıdakı ardıcıllıqla yerinə yetirilir:

  1. “Yeni müraciət” düyməsi sıxılır;

Mənfəət vergisi üzrə cari arayışın hazırlanması

  1. “Müraciətin növü” xanasından “Cari vergi ödəmələrinin hesablanması haqqında arayış” bölməsi seçilir və “Qəbul” düyməsi vurulur;
  2. Ekranda iki səhifədən ibarət bölmə açılır.
  3. Birinci bölmədə vergi ödəyicisi haqqında bəzi məlumatlar avtomatik qeyd edilir, digər boş sahələrə isə uyğun məlumatları özümüz daxil edirik (uçot metodu, sahibkarlıq subyektinin meyarı, arayışın növü və sair);
  4. İkinci bölmədə vergi ödəyicisi cari vergi hesablanması ilə bağlı məlumatları daxil edir;
  5. “İrəli” düyməsi sıxılır, uyğun seçimlər edilərək arayış vergi orqanına göndərilir.

Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan mənfəət vergisi məbləğinə aid edilir.

Sonda qeyd edək ki, mənfəət vergisi bəyannaməsi, bir növ, sahibkarın fəaliyyətinin nəticəsinin göstəricisidir. Mənfəət vergisinin bəyannaməsinin tərtib edilməsi zamanı diqqətsizlik müəssissə üçün maliyyə itkiləri ilə nəticələnə bilər.


Ezamiyyə vəsiqəsi və onun tərtib edilməsi

posted in: Xəbər | 0

Ezamiyyətin rəsmiləşdirilməsi zamanı istifadə olunan sənədlərin siyahısında ezamiyyə vəsiqəsi xüsusi yer tutur. Bu sənədi şirkət hansı halda və necə tərtib edir? Məqaləmizi sona qədər oxusanız bu suala cavab tapa bilərsiniz.

Ezamiyyə vəsiqəsinin tərtibi vacibdir?

Həm hə, həm də yox. Onun tətbiqi AR Maliyyə Nazirliyinin qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları” əsasında həyata keçirilir.

Məlumdur ki, ezamiyyətlərin:

  • respublikadaxili;
  • xarici ölkələrə ezam olunma kimi iki növü var.

Respublikadaxili ezamiyyələr zamanı ezam olunmuş işçiyə Qaydaların I hissəsinin 2 maddəsinə əsasən müəyyən olunmuş formada ezamiyyət vəsiqəsi verilməlidir. Xarici ölkələrə ezamiyyətlərdə bu məsələ bir az fərqlidir. Belə ki, həmin hissənin 7-ci maddəsinə görə “ölkədən çıxıb, ölkəyə qayıtmaq barədə pasport və ya onu əvəz edən sənəddə səlahiyyətli orqanlar tərəfindən edilən müvafiq qeyd” əsas sayılır.

Əgər dövlətlərarası razılaşma əsasında belə qeyd aparılmırsa, mövcud ezamiyyə vəsiqəsi formasının ingilis dilinə tərcümə edilmiş variantı işçiyə təqdim edilir.

Əslində, tələb olunan formada tərtib edilmiş bu sənəd eyni anda bir neçə faktı təsdiq edir:

  • işçinin səfərinin xidməti xarakter daşımasını;
  • ezamiyyətin müəyyən edilmiş zaman intervalında baş tutduğunu;
  • ezam olunan şəxsin təyinat yerinə gedərək qəbul etməli olan şəxslə görüşdüyünü.

Ezamiyyə vəsiqəsi yalnız şirkətə işçinin ezamiyyətdə olduğu vaxtı qeyd etmək üçün lazım deyil, həm də işçinin özünə faydalıdır – məsələn, o, şirkətin başqa filialına gələrsə, ziyarətinin məqsədini əsaslandırmalıdır.

Ezamiyyət vəsiqəsi necə tərtib edilir?

Ezamiyyə əmri hazırlandıqdan sonra işçiyə ezamiyyət vəsiqəsi verilir (xarici ölkələrə ezam olunan işçilərə – zərurət yarandıqda). Onun formasını buradan yükləyə bilərsiniz.

Vəsiqənin ön hissəsində bunlar qeyd olunur:

  • ezam olunanın işçinin adı, soyadı;
  • işçinin xidmət etdiyi bölmə və vəzifəsi;
  • ezam olduğu yer və məqsəd;
  • ezamiyyətin müddəti.

Ezamiyyətin məqsədi kimi yazılacaq qeyd barədə qanunvericilikdə hər hansı məhdudiyyət yoxdur. Nümunə kimi aşağıdakı variantlar verilə bilər:

  • xidməti müqavilənin imzalanması;
  • müqavilənin icrası üçün danışıqların aparılması;
  • avadanlıqların sazlanması və təmiri;
  • konsaltinq xidmətlərinin göstərilməsi;
  • avadanlıqların alınması ilə bağlı danışıqların aparılması və s.

İşçinin ezam olunduğu yerə gəlməsi və geri qayıtması barədə məlumatlar ezamiyyə vəsiqəsinin arxa hissəsinə yazılır və təsdiqlənir. Əgər işçi fərqli məntəqələrə ezamiyyətə göndərilərsə, bu zaman hər bir məntəqə üzrə gəlib-getmə günləri barədə qeydlərin ayrı-ayrılıqda aparılması tələb olunur.

Ezamiyyə vəsiqəsinin doldurulma nümunəsi

Sənəd dövriyyəsi və kargüzarlıq məqsədləri üçün ezamiyyə vəsiqəsinin aşağıdakı doldurulma qaydalarını tövsiyə edirik:

  • təşkilatın adı göstərilməklə ön tərəfin tərtibatından başlayın;
  • ezam olunan işçi haqqında məlumatları qeyd edin (soyadı, adı, struktur bölməsi, vəzifəsi);
  • ezamiyyətin məqsədi və təyinat yeri, müddəti (günlərlə) göstərin.

Ön tərəf adətən kadrlar şöbəsinin, mühasibatlıq şöbəsinin əməkdaşı yaxud digər səlahiyyətli şəxs tərəfindən doldurulur.

Arxa tərəfə qeydlər işçi iş yerini tərk edərkən və təyinat yerinə çatdıqda səlahiyyətli şəxslər tərəfindən aparılır. İşçi ardıcıllıqla ezam olunduğu bütün müəssisələrdə ezamiyyət vəsiqəsini təqdim edir.

Aşağıda ezamiyyə vəsiqəsinin doldurulmuş nümunəsi verilib.

Respublikadaxili ezamiyyələr zamanı işçiyə ezamiyyət əmri ilə yanaşı ezamiyyə vəsiqəsi verilir

Ezam olunmuş işçinin təyinat məntəqəsinə gəlməsi və çıxması haqqında ezamiyyət vəsiqəsində qeydlər aparılmalıdır


1 496 497 498 499 500 501 502 2. 700