12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqısının hesablanması

posted in: Xəbər | 0

əməkhaqqının hesablanması, məzuniyyətə görə kompensasiya, öz hesabına məzuniyyət, ödənişsiz məzuniyyət ərizə forması, şərti bal, kənd təsərrüfatı təyinatlı torpaqlar, torpaq vergisi hesablamaları, daxili ezamiyyələr, Məzuniyyət və onun növləri, Müvəqqəti əvəzetmə, Əmək haqqının verilməsi müddətləri, Əmək haqqının minimum məbləği, Ehtiyatların ilkin dəyəri, Əmək stajı və məzuniyyətlər,Əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov mövzu ilə bağlı sual doğuran məsələlərə dair şərh bildirir.

Əmək Məcəlləsinə əsasən, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məcəllə işçilərin hüquqularını müdafiə etmək məqsədi daşıyır. Məntiqlə ayın ortasında işə qəbul olunan işçi 12 aydan az işləyib məzuniyyətə çıxan zaman onun orta əməkhaqqı məbləği aşağı olacağı üçün məzuniyyət haqqı da az hesablanmalıdır. Buna yol verməmək üçün ayın ortası işə qəbul və ya xitam olarsa, bu, məzuniyyət haqqının hesablanmasında nəzərə alınmır.

Amma işçinin tam işləmədiyi ay işə qəbul və xitamla bağlı deyilsə (ödənişsiz məzuniyyət və s. bu kimi səbəblərə görə), bu hal orta əməkhaqqının hesablanması zamanı nəzərə alınacaqdır. Məsələn, tutaq ki, aprelin 13-də işə qəbul olmuş işçi dekabrın 26-da məzuniyyətə çıxmaq üçün müraciət edib. İşçinin iyun ayında 10 günlük ödənişsiz məzuniyyətdə olduğunu fərz etsək, orta aylıq əməkhaqqının hesablanması zamanı may-noyabr ayları nəzərə alınacaq. İyun ayında işçi ödənişsiz məzuniyyətdə olduğundan əməkhaqqı digər aylara nisbətdə az olacaq və orta əməkhaqqının hesablanması zamanı bu, nəzərə alınacaq.

Lakin 12 aydan artıq işləyib məzuniyyətə çıxanlar üçün belə bir tələb müəvyənləşdirilməyib. İşçinin hər hansı səbəbdən son 12 təqvim ayında işləmədiyi dövrlər orta əməkhaqqının hesablanması zamanı nəzərə alınır.

Misal 1. 2022-ci il yanvar ayının 18-də işə qəbul olmuş işçi, avqust ayının 3-də məzuniyyət hüququndan istifadə etməklə bağlı müraciət edib. İşçinin əməkhaqqı məbləği 500 manatdır. İşçi yanvar ayında işə ayın ortasında qəbul olduğu üçün 250 manat əməkhaqqı alıb. Bu halda orta əməkhaqqının hesablanması zamanı yanvar ayı nəzərə alınmayacaq. Məzuniyyətdən əvvəlki 6 tam təqvim ayının əməkhaqqına əsasən orta əməkhaqqı müəyyən ediləcək və məzuniyyət haqqı hesablanacaq.

Misal 2. Müəssisənin işçisi 18 mart 2020-ci ildə işə qəbul olunub və 5 may 2021-ci ildə əmək məzuniyyətindən istifadə etmək üçün müraciət edib. İşçi 2020-ci ilin oktyabr və noyabr aylarını ödənişsiz məzuniyyətdə olub. Orta əməkhaqqının hesablanması necə aparılacaq?

Bu halda, orta əməkhaqqının hesablanması zamanı işçinin ödənişsiz. məzuniyyətdə olduğu aylar nəzərə alınacaq və 10 aydakı əməkhaqqının cəmi (2 ay ödənişsiz məzuniyyətdə olduğu üçün əməkhaqqı almayıb) 12 aya bölünərək orta aylıq gəlir tapılacaq. Yəni işçinin ümumi gəliri 10 aya deyil, 12 aya bölünərək orta aylıq gəlir tapılacaq. Bu halda işçinin iki ay gəliri olmadığı üçün orta aylıq gəlir aylıq əməkhaqqından az olacaq.

Mənbə: Nüsrət Xəlilov. “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu” kitabı.

Mənbə: vergiler.az


Əməkhaqqının 2023-cü il üçün hesablanması qaydası

posted in: Xəbər | 0

Əməkhaqqının 2023-cü il üçün hesablanması, əməkhaqqı hesablanması,2018-ci ildən başlayaraq hər il olduğu kimi bu il də bu ənənəyə sadiq qalaraq yeni il öncəsi növbəti il üçün əməkhaqqıdan hansı tutulmaların olması barədə yazını təqdim edirik.

“Vergi Məcəlləsi”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Qanun layihələrində əmək haqqına tətbiq ediləcək yeniliklərin olmamasını nəzərə alaraq 2023-cü ildən əməkhaqqıdan tutulmaların aşağıdakı kimi olacağı gözlənilir:

gəlir vergisi;
məcburi dövlət sosial sığorta haqqı;
– işsizlikdən sığorta haqqı;
– icbari tibbi sığorta haqqı.

İcbari tibbi sığorta  üzrə sığorta haqqı məbləğləri 2022-ci ildə olduğu kimi aşağıdakı qaydada hesablanacaq:

– Dövlət sektoru və neft-qaz sahəsində əmək müqaviləsi əsasında çalışan şəxslərin əməkhaqlarının 8000 manatdan yuxarı hissənin 0.5%-i, 8000 manatadək isə 2%-i məbləğində;
– özəl sektorda çalışanlar, mülki-hüquqi müqavilə əsasında çalışanların əmək haqlarından 8000 manatadək hissənin 2%-i, (2021-ci ildə 1% olmuşdu), 8000 manatdan yuxarı hissənin 0.5%-i məbləğində.

Beləliklə hesablanma formasını təqdim edirik.

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

Əlavə olaraq 2023-cü il üçün minimum aylıq əməkhaqqının 300 AZN olması barədə düzəlişlər edilməyəcəyi halda hesablamanı təqdim edirik.

1.1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

Əməkhaqqısı 300 AZN olanlar üçün nümunə

a) gəlir vergisi – tutulmur (8000 AZN-dək)

b) sosial sığorta haqqı – 300 AZN əmək haqqının 200 AZN hissəsinə görə 3%-i, yəni 6 AZN, 200 AZN-dən yuxarı hissə üçün isə 100 AZN-in 10%-i, yəni 10 AZN, ümumilikdə 6+10=16 AZN

c) işsizlikdən sığorta haqqı – 300 AZN-in 0.5%-i = 1.5 AZN

d) icbari tibbi sığorta haqqı – 2% = 6 AZN

300-(0+16+1.5+6)=300-23.5=276.5

Netto məbləğ 276.5 AZN olacaq

1.2) əməkhaqqısı 8000 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əmək haqqı üzrə

a) gəlir vergisi – 8000 AZN-dən yuxarı məbləğin 14%-i

8100-8000=100 AZN

100 AZN-in 14%-i = 14 AZN

b) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN

200 AZN-ə görə 6 AZN (200 AZN-in 3%-i)

7900 AZN-ə görə 790 AZN (7900 AZN-in 10%-i)

c) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

d) icbari tibbi sığorta haqqı – 8000 manata görə 2%, yuxarı olan 100 manata görə 0.5%=160+0.5=160.5

8100-(14+790+6+40.5+160.5)=8100-1011=7089 AZN
Netto məbləğ 7089 AZN olacaq.

2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

2.1) Əməkhaqqısı 300 AZN olanlar üçün nümunə

a) gəlir vergisi – 300 AZN-in 200 AZN-dən artıq hissəsi üzrə 14%

300-200=100

100-ün 14%-i=14 AZN

b) sosial sığorta haqqı – 300 AZN-in 3%-i = 9 AZN

c) işsizlikdən sığorta haqqı – 300 AZN-in 0.5%-i = 1.5 AZN

d) icbari tibbi sığorta haqqı – 300 AZN-in 2%-i = 6 AZN

300 AZN-(14+9+1.5+6)=300-30.5=269.5
Netto məbləğ 269.5 AZN olacaq

2.2) əmək haqqı 2500 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əmək haqqı üzrə

a) gəlir vergisi – 8100 AZN-2500 AZN=5600 AZN

2500 AZN-ə görə həmin məbləğin 14%-i = 350 AZN

5600 AZN-in 25%-i = 1400 AZN

b) sosial sığorta haqqı – 8100 AZN-in 3%-i=243 AZN

c) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

d) icbari tibbi sığorta haqqı – 8000 AZN-in 2%-i və 100 AZN-in 0.5%-i = 160.5 AZN

8100-(350+1400+243+40.5+160.5)=8100-2194=5906 manat
Netto məbləğ 5906 AZN olacaq.

Qeyd: Bu normativ sənədlərə heç bir düzəliş olmadıqda mövcud hesablama olacaqdır.


Sosial sığorta haqlarının subsidiyalaşdırılması və digər yeniliklər


Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə yeni tələb qoyulub

posted in: Xəbər | 0

tibbi praktika, müvəqqəti yaşamaq üçün icazənin verilməsi, müvəqqəti yaşamaq üçün icazə, Kollektiv müqaviləyə nəzarətİqtisadiyyat Nazirliyinin Kollegiyası “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.

Bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər də bir əməliyyat çərçivəsində 500 manatdan çox ödənişi nağdsız həyata keçirməlidir.

Nazirliyin Hüquq şöbəsinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.

Mənbə: report.az


Əmək məzuniyyətlərinin verilməsi qaydası

posted in: Xəbər | 0

Əmək məzuniyyətinin verilmə qaydası

İşçinin normal istirahəti, iş qabiliyyətini möhkəmləndirmək, eləcə də sağlamlığını mühafizə etmək məqsədilə ona müəyyən vaxt aralığında məzuniyyətin verilməsi təmin edilir. əzuniyyətlər və onların növləri haqqında ətraflı məlumatı buradan əldə etmək olar. Bu məqalədə isə məzuniyyətin verilmə qaydaları, həmçinin bəzi işçilərə edilən istisnalar barədə bəhs ediləcək.

Əmək məzuniyyəti işçiyə iş ilinə görə təyin edilir. Lakin işçinin iş ilini təqvim ilindən fərqləndirmək lazımdır, yəni məzuniyyətə görə təqvim ilinə yox, müvafiq iş ilinə diqqət etmək lazımdır.

İşçinin müqavilə bağlayaraq işə başladığı gündən növbəti ildəki həmin günə qədər olan müddət onun iş ili hesab olunur.

Təqvim ili dedikdə isə yanvarın 1-dən başlayaraq dekabrın 31-nə qədər olan dövr nəzərdə tutulur. Məzuniyyətin müddəti isə Əmək Məcəlləsində 113-cü maddəyə əsasən təqvim günləri ilə hesablanır. Əgər bayram günlərinin hər hansı biri məzuniyyət müddətinə düşərsə, iş günü hesab edilmədiyi üçün həmin müddətə aid edilmir yəni:

  • həmin günlər məzuniyyət günləri hesab edilmir və ödənilmir;
  • amma məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılır (ƏM maddə 114).

Bu həm də ümumxalq hüzn günü və səsvermə günlərinə də aiddir. Əgər, əmək məzuniyyəti dövrünə Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşərsə, üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınır.

Nümunə 1: “A” MMC-də mühasib vəzifəsində çalışan Həsənov Adil 01.03.2022-ci ildən etibarən 10 günlük məzuniyyət hüququndan istifadə etmək istəyir. Lakin 10 gün içərisində olan 8 mart Beynəlxalq Qadınlar günü bayram günü olduğuna görə həmin müddətə daxil edilmir. Belə olan halda, Adilin işə qayıtma tarixi necə olacaq?

Həlli: Adil martın 1-dən martın 10-na qədər olan müddətdə məzuniyyətdə olmalı, 11.03.2022-ci il tarixində işə qayıtmalıdır. Amma martın 8-i bayram gününə düşdüyü üçün Adilin məzuniyyəti 11 mart bitir, 12 mart isə işə qayıdır.

Məzuniyyətlərin verilmə qaydaları Məcəllənin 131-ci maddəsi ilə tənzimlənir. Hansı iş ilinə – birinci, yaxud sonrakı ilə verilməsindən asılı olaraq məzuniyyətlərin verimə qaydaları fərqlidir. İşçinin məzuniyyət hüququ tərəflər arasında müqavilənin bağlandığı vaxtdan yaranmış hesab olunur. Lakin ilk iş ilində işçi 6 ay işlədikdən sonra ilin sonunadək məzuniyyətdən istifadə edə bilər, yəni ona məzuniyyətin təyini üçün ən azı 6 ay əmək stajının olması zəruridir. Sonrakı illərdə isə eyni şərt tələb edilmir. Bu zaman məzuniyyət işəgötürənlə işçi arasındakı qarşılıqlı razılaşmaya əsasən müəyyən edilmiş vaxtda verilir. Təbii ki, bu ümumi normadır və bəzi  istisnalar mövcuddur.

Məzuniyyətin verilməsi qaydasında istisnalar

ƏM-nin 131-ci maddəsinə əsasən bəzi işçilər üçün ilk altı aylıq şərti tələb olunmur. Belə ki,  həmin işçilər işin birinci ilində müqavilənin bağlandığı vaxt  nəzərə alınmadan məzuniyyətdən istifadə hüququna malikdirlər. Bu kateqoriyadan olan işçilər aşağıdakılardır:

  • qadınlara hamiləliklə əlaqəli verilən sosial məzuniyyətdən əvvəl, ya da sonra;
  • 18 yaşı tamam olmayan işçilər;
  • hərbi xidməti bitirdikdən  sonra 3 ay müddətində işə başlayan işçilər;
  • əsas iş yerində məzuniyyətə buraxılan əvəzçiliklə işləyənlər;
  • hərbi qulluqçuların həyat yoldaşları;
  • təhsil alan şəxslər-imtahanların verildiyi, diplomun müdafiə edildiyi vaxtda;
  • əlillər.

Bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri məktəblərdə yay tətili dövründə və ya işəgötürənin razılığı ilə tədris ili ərzində verilir.

Məzuniyyətlər növbəlilik cədvəli şəklində hər təqvim ili üçün tərtib olunmalıdır. İşçiyə məzuniyyətin verilməsi istənilən vaxt mümkündür, bir şərtlə ki, müəssisənin normal işinin pozulmasına səbəb olmasın.

Məzuniyyətin verilməsinin rəsmiləşdirilməsi

Məzuniyyətin rəsmiləşdirilməsi ƏM-də 138-ci maddəyə uyğun müəyyən olunur. İlk olaraq işçi məzuniyyətə çıxması barədə ərizə ilə müraciət edir. Məzuniyyət ərizəsinin xüsusi forması Əmək Məcəlləsi və ya başqa qanunlarla tənzimlənməyib. Ərizə zəruri faktları (məsələn, məzuniyyətin başlanması tarixi, məzuniyyətin müddəti, hansı dövrlər üçün verilməsi) əks etdirsə, sadə olsa kifayətdir.

İşəgötürənin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlığından sonra işçi əmək məzuniyyətinin növbəlilik cədvəlinə və əmək məzuniyyətinin başqa vaxta keçirilməsi şərtləri və qaydasına riayət etməyərək əmək məzuniyyətindən istifadə etmək (tam, yaxud bir hissəsindən) üçün işəgötürənə ərizə ilə müraciət etmədikdə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə müvafiq iş ilinin əmək məzuniyyətinə göndərilir. Əmr məzuniyyətin başlamasından ən azı 5 gün əvvəl verilməlidir.

İşçiyə məzuniyyət müddətində əməkhaqqının (“məzuniyyət pulu”) verilməsi qanunvericiliklə müəyyən olunan təminatlardan biridir. Əməkhaqqı məzuniyyətin başlamasına ən azı 3 gün qalmış ödənməlidir.

1 553 554 555 556 557 558 559 2. 702