Lizinq əməliyyatları üzrə borc ödənişləri hansı formada həyata keçirilir?

posted in: Xəbər | 0

Lizinq əməliyyatları üzrə borc ödənişləriFərdi sahibkarlar aylıq ödənişləri lizinq şirkətinin bank hesabına mədaxil etməlidir, yoxsa fərdi sahibkar bank hesablarına mədaxil edəndən sonra köçürmə yolu ilə lizinq şirkətinin bank hesabına köçürməlidir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.1-ci maddəsinə əsasən, lizinq əməliyyatları üzrə borcların ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir.

Həmin Qanunun 3.2-ci maddəsində isə göstərilir ki, hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilə bilər.

Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda fərdi sahibkar tərəfindən lizinq əməliyyatları üzrə borc ödənişləri fərdi sahibkarın bank hesabından lizinq verən şirkətin bank hesabına köçürülməklə həyata keçirilməlidir.

Əsas: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu.

Mənbə: vergiler.az


2023-cü il üçün əməkhaqqı fondundan işəgötürənin öhdəliklərinin hesablanması qaydası


Kapital Bank daha bir texnoloji ödəniş üsulu təqdim etdi

posted in: Xəbər | 0

kapital bank, Garmin ağıllı saatları,Kapital Bank nağdsız ödənişlərin inkişafı istiqamətində yeni texnoloji yeniliyi təqdim edir. Belə ki, aktiv həyat tərzi keçirən insanlar üçün nəzərdə tutulan Garmin ağıllı saatları vasitəsilə təmassız ödənişlər etmək mümkün oldu. Kapital Bank-ın Visa kart sahibləri bu funksiyadan istifadə edərək ödənişlər həyata keçirə bilərlər.

Ödənişi həyata keçirmək üçün müştəri Garmin saatlarında “Pul qabı/Wallet” proqramını açıb, təyin etdiyi PIN kodu daxil edib, ödəniş terminalına yaxınlaşdırmalıdır. Bununla da market, aptek, taksi, restoran, kafe, pərakəndə satış mağazaları və təmassız ödənişləri qəbul edən istənilən digər yerlərdə cəmi bir neçə toxunuşla ödənişlər etmək mümkündür.

Saatı nizamlamaq çox asandır. Müştərinin istifadə etdiyi smartfon markasından asılı olaraq “App Store” və ya “Google Play” marketdən “Garmin Connect” tətbiqini yükləmək lazımdır. Sonra isə tətbiqdə “Garmin Pay” bölməsinə daxil olub oradakı təlimatlara əsasən Kapital Bank Visa kartını əlavə etmək kifayətdir. Garmin Pay və xidməti dəstəkləyən cihazlar haqqında ətraflı məlumat üçün: https://www.garmin.com/en-US/garmin-pay/.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Dələduzluq və mənimsəmənin oxşar və fərqli cəhətləri

posted in: Xəbər | 0

Dələduzluq, mənimsəmə,Günümüzdə mülkiyyət əleyhinə yönəlmiş cinayətlərin ən çox yayılan növlərindən olan dələduzluq və mənimsəmə və ya israf etmə bir-biri ilə qarışdırılır. Belə ki, Bu cinayət növləri törədilərkən bir sıra hallarda ibtidai araşdırma orqanları, məhkəmələr tərəfindən işin bütün faktiki halları araşdırılmır, cinayəti törətmiş şəxslərin əməllərinə düzgün hüquqi qiymət verilmir və nəticə olaraq məhkəmələr tərəfindən qanunsuz və əsassız ittiham hökmləri çıxarılır.

İlk növbədə hər iki cinayət növünü ayrı-ayrılıqda təhlil edək. Belə ki, Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, “dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”dir. Burada cinayətin törədilmə üsulunun etibardan sui-istifadə etmə və ya aldatma, əsas məqsədin isə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə olduğunu görürük. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun qərarında dələduzluq cinayəti geniş şəkildə təhlil olunub. Qərara əsasən, Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər.

Yuxarıda da qeyd etdiyimiz kimi dələduzluq cinayəti iki üsullu tərədilir:

  • etibardan sui-istifadə etmə
  • aldatma

Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törətmə dedikdə əmlak sahibinin öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verməsi nəzərdə tutulur.

Aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa  düşülür.

Etibardan sui-istifadə dedikdə isə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Təcrübədə əsasən təqsirkar şəxsin zərərçəkmiş şəxslə şəxsi və ya qohumluq əlaqələrindən istifadə edərək dələduzluq cinayətinin törədilməsi halına rast gəlirik.

İndi  isə mənimsəmə və ya israf etmə cinayətini təhlil edək.

Mənimsəmə dedikdə, təqsirkar şəxsin ona tapşırılmış, güvənilmiş maddi qiymətli əşyaların ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Göründüyü kimi dələduzluq cinayətindən fərqli olaraq burada təqsirkara əmlaka sahiblik, idarəetmə, sərəncam vermə, daşıma, saxlama sələhiyyətləri qabaqcadan xüsusi tapşırıq ilə verilmiş olur. Təqsirkar məhz bu səlahiyyətlərdən istifasə edərək cinayət əməlini törətmiş olur.

İsraf etmə dedikdə isə, təqsirkara müəyyən səlahiyyətləri həyata keçirmək üçün etibar edilmiş əmlakın sərf edilməsi, satılması, müxtəlif formalarda özgəninkiləşdirilməsi nəzərdə tutulur. Mənimsəmədən fərqli olaraq israf etmə zamanı əmlak qeyd etdiyimiz qaydada artıq sərf edildiyi üçün əmlakın mülkiyyətçiyə qaytarılması imkansız olur.

Yuxarıda qeyd edilən Ali Məhkəmənin Plenum Qərarına qeyd olunduğu kimi , dələduzluq və mənimsəmə və ya israf etmə cinayətləri arasında fərqlər əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anındadır.

  • Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir.

Bizimlə əlaqə üçün: +994502248505

https://parvizmammadov.az/deleduzluq-menimseme-talama/


2023-cü il üçün əməkhaqqı fondundan işəgötürənin öhdəliklərinin hesablanması qaydası


VÖEN-i hansı üsulla ləğv etmək olar?

posted in: Xəbər | 0

vöen ləğviVÖEN-i ləğv etmək istəyirəm. Lakin giriş məlumatlarını itirdiyimə görə Dövlət Vergi Xidmətinin saytındakı hesabıma daxil ola bilmirəm. VÖEN-i başqa hansı yolla ləğv edə bilərəm?

Dövlət Vergi Xİdmətindən bildirilib ki, vergi uçotunun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Onu da qeyd edək ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.

Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron xidmətlər” bölməsindəki “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə əldə edə bilərsiniz.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”.

Mənbə: vergiler.az


Yol vergisi dərəcələri və onların tətbiqi qaydası


1 608 609 610 611 612 613 614 2. 690