Read More9
Read More9

ƏDV ödəyicisi qismində qeydiyyatın qüvvəyə minməsi qaydası

posted in: Xəbər | 0

könüllü qeydiyyat üçün müraciət, ƏDV ödəyicisi,Qanunvericiliyə əsasən, ƏDV ödəyicisi qismində qeydiyyat könüllü və ya məcburi ola bilər. Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edib.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ardıcıl 12 aylıq dövrün istənilən ayı (ayları) ərzində vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan çox olan şəxslər, o cümlədən ictimai iaşə fəaliyyəti ilə məşğul olan və Vergi Məcəlləsinin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüququndan istifadə etməyən şəxslər ƏDV ödəyicisi kimi məcburi uçota alınmalıdırlar.

Vergi Məcəlləsinin 218.1-ci maddəsində qeyd edilən hüquqdan istifadə etmək istəyən vergi ödəyiciləri isə yuxarıda göstərilən 200.000 manat gəlir həddini keçdikdə sadələşdirilmiş vergi ödəyicisi kimi qalmaq hüququndan istifadə etmək niyyətində olduqlarını vergi orqanına bildirərək 8% dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyiciləri kimi fəaliyyətlərini davam etdirirlər.

ƏDV ödəyicisi qismində qeydiyyat:

  • ardıcıl on iki ay ərzində 200.000 manat həddi keçdikdə – bu artıqlığın baş verdiyi aydan sonrakı ayın birinci günündən;
  • bir əməliyyat çərçivəsində 200.000 manat həddi keçdikdə – bu əməliyyatın həyata keçirildiyi andan əvvəlki andan qüvvəyə minir.

Misal 1: Fərz edək ki, “UUU” MMC-nin 2021-ci ilin martından 2022-ci ilin yanvarına qədər olan dövr üçün vergi tutulan əməliyyatlarının həcmi 175.000 manat təşkil edib. 2022-ci ilin fevral ayında şirkət 30.000 manat dəyərində satış həyata keçirib. Beləliklə, şirkət ƏDV ödəyicisi kimi qeydiyyat üçün dərhal müraciət etməyə borcludur, qeydiyyat isə 2022-ci il martın 1-dən qüvvəyə minir.

Misal 2: İndi fərz edək ki, “QQQ” MMC 2022-ci ilin aprel ayında 350.000 manatlıq bir satış edib. Bu halda, şirkət həmin əməliyyatın tarixindən əvvəl ƏDV məqsədləri üçün qeydiyyatdan keçməyə müraciət etməyə borcludur. Bu o deməkdir ki, 350.000 manat əməliyyatdan ƏDV ödənilməlidir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs ƏDV məqsədləri üçün könüllü qeydiyyat üçün müraciət edə bilər. Bu halda ƏDV məqsədləri üçün qeydiyyat ərizənin verildiyi gündən sonrakı ayın birinci günündən qüvvəyə minir.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələrində yük və sərnişin daşımaları ilə məşğul olan şəxslər aşağıdakı şərtlərə cavab verdikdə yanvarın 31-dək ƏDV-nin məqsədləri üçün könüllü qeydiyyat üçün müraciət edə bilərlər:

  • göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini bank köçürməsi yolu ilə ödəmək;
  • digər vergi ödəyicilərinə göstərilən xidmətlərdən gəlirləri və elektron qaimə-fakturalar üzrə gəlir əldə etmək xərclərini tərtib etmək;
  • göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistemdə aparmaq və vergi orqanının bu sistemə məsafədən çıxışını təmin etmək.

Vergi ödəyicisinin ərizədə göstərdiyi qeydiyyatın qüvvəyə minməsi tarixi Vergi Məcəlləsinin 85.4-cü maddəsində göstərilən 3 il müddətdən çox olmamalıdır. VM-nin 85.4-cü maddəsində göstərilən 3 illik dövr bitdikdən sonra vergi ödəyicisi tərəfindən ƏDV-nin dəqiqləşdirilməsinə və əvəzləşdirilməsinə yol verilmir.

Vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, Vergi Məcəlləsinin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir.

Mənbə: vergiler.az


İstehlakçı kassa çekini itirdikdə, ona dublikat verilməlidirmi?


İstehlakçı kassa çekini itirdikdə, ona dublikat verilməlidirmi?

posted in: Xəbər | 0

nəzarət-kassa aparatı, kassa çekinin dublikatı, kassa çeki,Mağazadan mal alarkən verilən kassa çekini itirmişəm. Təkrar çek vermək mağazanın vergi öhdəliyinə aiddirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Vergi ödəyicisi tərəfindən mal və ya xidmət təqdim edilərkən kassa çeki təqdim edilmişdirsə, təkrarən kassa çekinin təqdim edilməsi vergi ödəyicisinin vəzifələrində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi.

İkiqat vergitutmaya yol verməmək üçün nə tələb olunur?

posted in: Xəbər | 0

ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması,İkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərə əsaslanan dövlətlərin rezidentlərinin Azərbaycan mənbəyindən verginin hansı formada tutulması ilə bağlı suala Bakı Karyera Mərkəzinin direktoru, vergi qanunvericiliyi eksperti Təhməz Qaçayev aydınlıq gətirib.

Tutaq ki, “Lawvenger” Böyük Britaniyada yerləşən beynəlxalq hüquq şirkətidir. Onun Azərbaycanda ofisi və müştəriləri vardır. Bu müştərilərdən biri də “AA” MMC-dir. MMC xarici tərəfdaşları ilə Britaniya hüququ ilə tənzimlənən müqavilə münasibətlərinə daxil olduğu üçün tez-tez şirkətin hüquqi xidmətlərindən istifadə edir. Bu şirkətlərə xidmət, əsasən, “Lawvenger”in Liverpul ofisində yerləşən hüquqşünasları tərəfindən Azərbaycana səfər etmədən göstərilir. Lakin bəzən şirkətin hüquqşünaslarının Azərbaycanda MMC-ləri təmsil etmək üçün danışıqlarda iştirak etmələri tələb olunur və onların buraya səfər etmələrinə zərurət yaranır. Ötən 2021-ci il ərzində şirkətin əməkdaşlarından ikisi yanvarın 1-dən fevralın 29-dək, mayın 1-dən mayın 31-dək və sentyabrın 1-dən sentyabrın 30-dək, biri isə oktyabrın 1-dən dekabrın 31-dək Azərbaycanda səfərdə olub.

Bu halda Böyük Britaniya ilə Azərbaycan Respublikası arasında bağlanılmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqaviləni əsas götürməklə “Lawvenger” şirkəti Azərbaycanda daimi nümayəndəlik yaradaraq Azərbaycan mənbəyindən gəlirlərini bəyan edib vergi ödəməlidirmi?

Böyük Britaniya və Azərbaycan Respublikası arasında ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişə əsasən, daimi nümayəndəliyi rezidentlərdən fərqləndirmək vacibdir. Belə ki, daimi nümayəndəlik ayrı bir müəssisə və ya müstəqil rezident olmasa da, gəliri olduğu yerdə vergiyə cəlb edilir. “Daimi nümayəndəlik” termini müəssisənin sahibkarlıq fəaliyyətinin tamamilə və ya qismən həyata keçirdiyi yeri bildirir.

İkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişin 5-ci maddəsinin 2-ci bəndinə əsasən, daimi nümayəndəlik, xüsusilə aşağıdakıları ehtiva edir:

  • idarəetmə yeri;
  • filial;
  • ofis;
  • fabrik;
  • emalatxana;
  • təbii sərvətlərin kəşfiyyatı üçün tələb olunan qurğu və ya tikili;
  • şaxta, neft və ya qaz quyusu, daş karxanası, habelə təbii sərvətlərin çıxarıldığı hər hansı yer;
  • 12 aydan artıq fəaliyyət göstərən inşaat meydançası və ya tikinti-quraşdırma və ya yığma obyekti.

Razılığa gələn dövlətdə rezidentlər tərəfindən rezidentin belə məqsəd üçün işə götürdüyü qulluqçular və ya digər heyət vasitəsilə xidmətlərin, o cümlədən məsləhət xidmətlərinin göstərilməsini daimi nümayəndəlik təşkil edir, lakin bu cür fəaliyyət növü ölkə daxilində 6 aydan çox (eyni və ya bununla bağlı layihə üçün) davam etməlidir.

Yuxarıda göstərilən hala uyğun olaraq beynəlxalq sazişə əsaslanmaqla “Lawvenger” şirkətinin əməkdaşları ölkə daxilində 6 aydan çox fəaliyyət göstərdikləri üçün şirkət daimi nümayəndəlik yaratmalı və Azərbaycan mənbəyindən əldə etdikləri gəlirdən Azərbaycanda vergi ödəməlidir.

Mənbə: vergiler.az


2023-cü il üçün əməkhaqqı fondundan işəgötürənin öhdəliklərinin hesablanması qaydası


2023-cü il üçün əməkhaqqı fondundan işəgötürənin öhdəliklərinin hesablanması qaydası

posted in: Xəbər | 0

2023-cü il üçün əməkhaqqı fondu, işəgötürənin öhdəlikləri 2023,Bu yazımızda 2023-cü il üzrə əməyin ödənişi fondundan işəgötürənin ödəməli olduğu tutulmalar barədə məlumat verəcəyik. Onu da qeyd edək ki, mövcud qanunvericilik 2022-ci ildə olduğu kimi 2023-cü ildə də dəyişiklik olmayacağını deməyə əsas verir.

Beləliklə 2023-cü ildən əməyin ödənişi fondundan tutulmalar aşağıdakı kimi olacaq.

– məcburi dövlət sosial sığorta haqqı
– işsizlikdən sığorta haqqı
– icbari tibbi sığorta haqqı

Göstərilənləri nəzərə alaraq 2023-cü il üzrə işçinin əməkhaqqısına müvafiq qaydada işəgötürən tərəfindən əməyin ödənişi fondundan tutulmaların hesablanması qaydasını diqqətinizə çatdırırıq.

1) Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

1.1) əməkhaqqısı minimum aylıq əməkhaqqına bərabər – 300 AZN olanlar üçün nümunə

a) sosial sığorta haqqı – 300 AZN əməkhaqqının 200 AZN hissəsinə görə 22%-i, yəni 44 AZN,

200 AZN-dən yuxarı hissə üçün isə 100 AZN-in 15%-i, yəni 15 AZN, ümumilikdə 44+15=59 AZN

b) işsizlikdən sığorta haqqı – 300 AZN-in 0.5%-i = 1.5 AZN

d) icbari tibbi sığorta haqqı – 300 AZN-in 2%-i = 6 AZN

44+15+1.5+6=66.5 AZN

İşəgötürənin 300 AZN əməkhaqqı alan şəxsə görə əməyin ödənilməsi fondundan tutulan məbləğ 66.5 AZN (2021-ci ildə 55,25 AZN) olacaq

1.2) əməkhaqqısı 8000 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əməkhaqqı üzrə

a) sosial sığorta haqqı – 8100 AZN-200 AZN=7900 AZN

200 AZN-ə görə 44 AZN (200 manatın 22%-i)

7900 AZN-ə görə 15%, yəni 1185 AZN

b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

c) icbari tibbi sığorta haqqı – 8000 manata görə 2%, yuxarı hissə kimi 100 manata görə 0.5% = 160+0.5=160.5

44+1185+40.5+160.5=1430 AZN

İşəgötürənin 8100 AZN əməkhaqqı alan şəxsə görə əməyin ödənişi fondundan tutulacaq məbləğ 1430 AZN (2021-ci ildə 1350 AZN) olacaq.

2) Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər

2.1) əməkhaqqısı 300 AZN olanlar üçün nümunə

a) sosial sığorta haqqı – 300 AZN-in 22%-i = 66 AZN

b) işsizlikdən sığorta haqqı – 300 AZN-in 0.5%-i = 1.5 AZN

c) icbari tibbi sığorta haqqı – 300 AZN-in 2%-i = 6 AZN

66+1.5+6= 73.5 AZN

İşəgötürənin işçinin əməkhaqqısına görə əməyin ödənişi fondundan tutulan məbləğ 73.5 AZN olacaq

2.2) əməkhaqqısı 2500 AZN-dən çox olanlar üçün nümunə

8100 AZN əməkhaqqı üzrə

a) sosial sığorta haqqı – 8100 AZN-in 22%-i=1782 AZN

b) işsizlikdən sığorta haqqı – 8100 AZN-in 0.5%-i = 40.5 AZN

c) icbari tibbi sığorta haqqı – 8000 AZN-in 2%-i və yuxarı olan 100 manat hissənin 0.5%-i = 160 + 0.5= 160.5 AZN

1782+40.5+160.5=1983 manat

İşəgötürən işçinin 8100 manat əməkhaqqısı üzrə əməyin ödənişi fondundan 1983 AZN ödəməli olacaq.


Əməkhaqqının 2023-cü il üçün hesablanması qaydası


1 607 608 609 610 611 612 613 2. 690
error: Content is protected !!