Qarabağdakı rezidentlərin satışdankənar gəlirləri 10 il vergidən azad olunacaq

posted in: Xəbər | 0

satışdankənar gəlirlərAzərbaycanın işğaldan azad edilmiş ərazilərinin rezidentlərinin satışdankənar gəlirlərinin 10 il vergidən azad edilməsi nəzərdə tutulub.

Bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərin rezidentlərinin 2023-cü il yanvarın 1-dən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilir, bu azadolma rezidentlərinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə şamil edilir.

Mənbə: report.az


ƏDV-nin geri qaytarılan hissələrində dəyişiklik ediləcək

posted in: Xəbər | 0

ƏDV geri al sistemi, edvgerial, nağdsız əməliyyatlar,Azərbaycanda gələn ildən nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə nağdsız ödənilən ƏDV-nin 17,5%-nin geri qaytarılması nəzərdə tutulur.

Bu, Vergi Məcəlləsinə təklif edilən əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, nağdsız əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi 15%-dən 17,5%-ə qaldırılır, nağd əməliyyatlara görə ƏDV-nin geri ödənilən hissəsi isə 10%-dən 5%-ə endirilir.

Mənbə: report.az


Kapital Bank beynəlxalq Web Summit-də iştirak edir

posted in: Xəbər | 0

Son illər ərzində ölkədə rəqəmsallaşmaya önəm verərək, yeni texnoloji həlləri ilk olaraq təqdim edən Kapital Bank 1-4 noyabr 2022-ci il tarixlərində Lissabon şəhərində keçirilən beynəlxalq Web Summit də təmsil olunur. Web Summit dünyanı dəyişən insanları və ideyaları birləşdirən ən böyük texnologiya tədbirlərindən biridir. Tədbirdə Kapital Bank-ın İnnovasiya Proqramının rəhbəri Taryel Ağazadə, həmçinin PAŞA Holding-ə daxil olan digər şirkətlərin nümayəndələri də iştirak edir.

2009-cu ildən indiyədək Web Summit dünyanın ən böyük və ən mötəbər konfranslarından birinə çevrilə bilib. 100 000-dən artıq insanın qatıldığı bu ilki tədbirdə Google, Apple, Amazon və digər qabaqcıl şirkətlərin nümayəndələri spiker, inverstor və mentor qismində iştirak edir. Kapital Bank Azərbaycanın ən böyük maliyyə qurumlarından biri olmaqla Web Summit-də həm öz texnoloji yeniliklərini paylaşacaq, həm də dünyanın məşhur şirkətlərinin təcrübələrini öyrənəcək.

“Biz hazırda dünyanın maliyyə texnologiyaları sahəsində baş verən ən böyük dəyişiklikləri, trendləri və son yenilikləri öyrənmək və bankımızın departament və şöbələrində tətbiq etmək üçün bu tədbirdə iştirak edirik. Dünyanın ən böyük FinTech-ləri, maliyyə texnologiyaları şirkətləri və banklarının təmsil olunduğu tədbirdə hazırda dünyada baş verən yeniliklər və gələcək texnologiyalar barədə fikir mübadiləsi aparırıq. Ümidvaram ki, bu bizə ölkənin maliyyə sektorunun inkişafı istiqamətində yeni fürsətlər qazanmağa imkan verəcək”, – deyə, Kapital Bank-ın İnnovasiya Proqramının rəhbəri Taryel Ağazadə bildirdi.

Qeyd edək ki, Kapital Bank-ın İnnovasiya Proqramı hazırda 3 əsas istiqaməti əhatə edir: daxili innovasiya, xarici innovasiya və innovativ brendinq. Bu istiqamətdə hazırda müəyyən işlər aparılır, region üçün önəmli olan texnoloji həllər tətbiq edilir, həmçinin dünyada olan yeniliklər yerli bazara uyğunlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Qrant layihəsi çərçivəsində ayrılan vəsaitə görə fiziki şəxsin vergi öhdəliyi yaranırmı?

posted in: Xəbər | 0

Qrant layihəsi vəsaitTəhsil Nazirliyinin keçirdiyi qrant müsabiqəsində qalib olmuşam. Nazirlik tərəfindən bank hesabıma 2500 manat köçürülüb. Həmin vəsaiti son manatınadək təyinatı üzrə xərclərə yönəltmişəm. Burada mənim heç bir gəlirim olmayıb. Mənə vergi, DSMF, tibbi sığorta ödəmələri hesablanıb. Bu, düzgündürmü?

Dövlət Vergi Xidmətindən bildiirilib ki, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin müddəalarına əsasən qrant – humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün verilir.

Qrant maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilir.

Buna əsasən sorğuda göstərilən halda, Təhsil Nazirliyi tərəfindən ayrılan qrant qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməklə tam məbləğdə təyinatı üzrə sərf edildiyi halda (daxil olan məbləğ tam xərcləndiyi halda hesabat ilində gəlir əldə edilmir) qrant müqaviləsi üzrə resipiyent olan şəxsin qrant vəsaitindən vergi öhdəliyinin yaranması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.


Faiz gəlirlərindən vergi tutulurmu?


Eyni zamanda, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun 5.3-cü maddəsinə əsasən bu Qanuna müvafiq olaraq qrant kimi alınan pul vəsaitinin məcburi dövlət sosial sığortasına cəlb olunması “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində məcburi dövlət sosial sığorta haqlarından azad olunan gəlir növləri sadalanmış və həmin maddənin 12-ci abzasında maddi yardımın sosial sığorta haqqından azad olunduğu göstərilmişdir.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri, mediatorlar) sığortalı qismində özləri çıxış edirlər.

Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda, qrant üzrə resipiyent olan fiziki şəxsin qrant layihəsi çərçivəsində ona ayrılan vəsaitə görə sosial sığorta haqqı və icbari tibbi sığorta haqqı ödəmək öhdəliyi yaranmır.

Əsas: Vergi Məcəlləsi, “Qrant haqqında”, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunları.

Mənbə: vergiler.az


1 616 617 618 619 620 621 622 2. 690