Aksiz vergisi ödəyiciləri və onların qeydiyyatı

posted in: Vergi, Xəbər | 0

Kimlər aksiz vergisi ödəyicisi kimi tanına bilər?

Aksiz müəyyən kateqoriya mallara tətbiq olunan dolayı vergidir. Biz aksiz, onun yaranma və inkişaf tarixi barədə danışmışıq. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 12-ci maddəsi vergitutma elementlərini  dəqiqləşməsini istənilən verginin müəyyən edilməsi üçün əsas şərti sayır. Sizə təqdim edilən məqalədə bu verginin ödəyiciləri haqqında sizə məlumat verəcək, habelə “aksiz vergisi ödəyicilərinin qeydiyyatı aparılırmı?” sualını cavablandırmağa çalışacağıq.

Aksiz vergisinin ödəyiciləri aksizli məhsulların istehsalçıları, emalçıları və idxalçıları olan yerli yaxud xarici hüquqi və fiziki şəxslərdir. Aşağıdakı şəkildə Vergi Məcəlləsinin 183-cü maddəsinə uyğun aksiz vergisi ödəyicisi kimi tanına bilən şəxslərin əhatəsi əks olunub:

 

Aksiz vergisi ödəyiciləri VM-in 183-cü maddəsinə görə tanınır

İstehsal prosesi ölkə ərazisində, sifarişçinin göndərmiş olduğu xammalla həyata keçirilərsə, aksiz vergisi aksizli malın istehsalçısı, yəni podratçı tərəfindən ödənir.

Qarşılıqlı surətdə asılı olan aksizli məhsul istehsalçıları yaxud  sifarişçisi rezident şəxslərdisə, bu zaman malın sahibi, yəni sifarişçi aksiz vergisi ödəyicisi hesab olunur. Lakin sifarişçinin göndərdiyi xammaldan Azərbaycan Respublikası ərazisində mallar istehsal edildiyi hallarda, malların istehsalçısı (podratçı) aksiz vergisinin ödəyiciləri qrupuna aid edilir. Bu halda istehsalçı (podratçı) aksiz məbləğlərini sifarişçidən almalıdır.

Bəs yuxarıda qeyd edilən aksiz vergisi ödəyicilərinin qeydiyyatı necə aparılmalıdır? Gəlin tələsməyək, əvvəlcə nümunələrlə tanış olaq.

Nümunə 1: Cəlilabad rayonunda tikilmiş şərab zavoduna Rusiya Federasiyasının yerli şirkəti konyak sifarişi vermiş və bağlanmış müqaviləyə uyğun olaraq içməli spirti özü ixrac edərək Cəlilabaddakı zavoda göndərmişdir.

Sözügedən hal üçün aksiz vergisini ödəmək vəzifəsi Cəlilabaddakı şərab zavodunun üzərinə düşür. Şərab zavodu ödəyəcəyi aksiz vergisinə görə xarici şirkətdən ödədiyi məbləği almaq və həmin məbləği hər hansı təkrar vergiyə cəlb etməmək hüququna malikdir.

Əgər aksizli malların istehsalçısı və sifarişçisi qarşılıqlı surətdə asılı olan rezident şəxslər olarsa, malın sahibi (sifarişçi) aksizin ödəyicisidir.

Nümunə 2: Yuxarıdakı nümunə üzrə hər hansı səbəblərdən Cəlilabad rayonundakı zavod malları özü istehsal edə bilmədiyinə görə özünün Şamaxıda yerləşən ana şirkətinə sifariş verir. Belə olan təqdirdə belə aksiz vergisini Cəlilabaddakı zavod ödəməlidir.

Göründüyü kimi, aksizli mal istehsalı ilə məşğul olan, ya da satan vergi ödəyən şəxslər formal olaraq aksiz vergisi ödəyiciləridir. Əslinə qalanda uyğun əmtəənin istehlakçısı aksiz ödəyicisi sayılır.

Aksizli mallar üzrə vergitutmanın tətbiqi zamanı, əməl edilməsi vacib tövsiyələr aşağıdakı cədvəldə verilib:

Aksizli mallar üzrə vergitutma zamanı aksiz vergisinin tətbiqi zamanı nəzərə alınmalı nüanslar


Vergilərin hesablanmasında mümkün səhvləri vergi yoxlamasından əvvəl, “Accounting.Az” konsaltinq şirkəti ilə birgə müəyyən edin


Aksiz vergisinin ödənməsində mərhələlilik

Aksiz vergisi ödəyicisi ödənişləri bir neçə mərhələdə həyata keçirə bilər. Hesab edək ki, siz aksizli məhsul istehsalçısınız. Məhsulun istehsalı üçün aksizli başqa xammal, materiallar lazımlıdır. Vergi Məcəlləsinə görə belə vəziyyətlərdə siz, həm aksizli xammal, materialları alarkən, həm də həmin aldığınız xammal, materiallardan istifadə edərək yeni aksizli mal istehsalında vergini ödəyirsiniz. Aksizilərin istehsal ehtiyacları üçün əvəzləşdirilməsi məcəllənin 189-cu maddəsində təsbit edilib.

Belə olan halda, sizin əvəzləşdirmə hüququnuz yaranır. Xammal, materialı alarkən ödəmiş olduğunuz aksiz miqdarını əvəzləşdirə bilərsiniz. Ancaq vergi orqanı tərəfindən tələb olunan sənədlər var. Bunlar aksizi ödədiyinizin təsdiqi kimi hesab-faktura, xammal ya da ehtiyatları idxal edərkən olan müvafiq sənədlərdir.

Aksiz ödəyicilərinin qeydiyyatı

Aksiz vergisi ödəyicilərinin qeydiyyatı üçün hər hansı xüsusi qaydalar yoxdur. Bu, bəzi istisnalarla, beynəlxalq təcrübəyə uyğundur. İstisnalar dedikdə, müəyyən ölkələrdə vergi orqanlarında aksizli məhsulların istehsalçı və idxalçılarının xüsusi qeydiyyatı nəzərdə tutulur.

Respublikamızda belə qeydiyyatın olmamasının əsas səbəbi kimi ƏDV ödəyicilərinin ayrıca reyestrinin aparılmasıdır. Həmçinin Vergi Məcəlləsinin 218.5.1.-ci maddəsinə görə aksizli məhsul istehsalı ilə məşğul olanlar sadələşdirilmiş vergi ödəyicisi ola bilməz. Deməli, ƏDV qeydiyyatına alınan şəxslərin aksiz vergisi ödəyicisi kimi uçota alınmasına ehtiyac yoxdur və avtomatik olaraq aksizli məhsul istehsalçısı əlavə dəyər vergisinin ödəyicisi sayılır.


Hüquqi şəxs fiziki şəxsə hansı şərtlərlə ödəniş edə bilər?

posted in: Xəbər | 0

Biz hüquqi şəxs kimi fəaliyyət göstəririk. Fiziki şəxs öz ev tikintisi üçün aldığı 14.000 ədəd mişar daşını satır və biz almaq, ödənişi müştərinin bank hesabına etmək istəyirik. Bankda deyirlər ki, hüquqi şəxs fiziki şəxsə ödəniş edə bilməz, VÖEN hesabı açdırdıqdan sonra köçürmə edə bilər. Bu nə dərəcədə düzgündür?

Dövlət Vergi Xidmətindən bildirilib ki, fiziki şəxslər tərəfindən irihəcmli partiyalarla malların təqdim edilməsi fiziki şəxslərin fəaliyyətində sahibkarlıq elementlərinin olmasını ehtiva edir.

Belə ki, Vergi Məcəlləsinin 13-cü maddəsinin müddəalarına əsasən, şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət sahibkarlıq fəaliyyətidir.

Vergi Məcəlləsinin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.

Qeyd olunanlara əsasən mütəmadi qaydada iri həcmli partiyalarla malların təqdim edilməsini həyata keçirdiyi halda əmlakların təqdim edilməsindən gəlir əldə edən şəxslər sahibkarlıq fəaliyyətinin subyektləri hesab edilir və Vergi Məcəlləsinin 33-cü maddəsinə uyğun olaraq həmin şəxslər vergi uçotuna durmalı, təqdim edilən mallara görə digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməli və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Əlavə olaraq bildiririk ki, vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bundan əlavə, sorğuda qeyd olunan əməliyyatla bağlı fiziki şəxs tərəfindən malların istehlak məqsədilə əldə edilməsi, fiziki şəxsin mütəmadi olaraq bu fəaliyyətlə məşğul olub-olmaması barədə və işin faktiki halları ilə bağlı digər ətraflı məlumatlar təqdim edilməklə müvafiq təsdiqedici sənədlərlə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 33-cü və 71-2-ci maddələri.

Mənbə: vergiler.az


Əmək və məzuniyyət haqqının ümumi məbləği 2.500 manatdan çox olduqda vergi hansı dərəcə ilə tutulur?


“PAŞA Bank” kiçik və orta bizneslər üçün yeni kampaniya təqdim edir

posted in: Xəbər | 0

paşa bankAzərbaycanın aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” kiçik və orta bizneslər üçün yeni kampaniya təqdim edir.

Kampaniya çərçivəsində 1-30 noyabr tarixləri ərzində kiçik və orta biznes sahibləri əməkhaqqı layihəsinə qoşularaq, ilk 15 “Mastercard World Cashback” əməkhaqqı kartını çatdırılması da daxil olmaqla, pulsuz əldə edə bilərlər. Həmçinin ilk əməkhaqqı ödənişi zamanı komissiya məbləği də hesablanmayacaq.

*Kampaniya şərtləri yalnız 1-30 noyabr tarixlərində əməkhaqqı layihəsinə qoşulan və kart sifarişi edən müştərilərə şamil olunur.

*Komissiyasız əməkhaqqı ödənişi 15.12.2022 tarixinədək qüvvədədir.

Kampaniya haqqında məlumat və əməkhaqqı layihəsinə qoşulmaq üçün link: https://pshb.az/3TG5BeC


Xarici ölkədə keçirilən imtahandan azad olunma ilə bağlı elektron qaydada ödənişdən ƏDV tutulmalıdırmı?

posted in: Xəbər | 0

ƏDVAmerikada əlavə təhsil alıram və əvvəlki təhsilimə aid diploma görə Amerika institutu tərəfindən iki imtahandan azad edilmişəm. Əvvəlki diplomumun tanınması və oradakı imtahanlardan azad olunmağım üçün bank kartımdan 150$ çıxılıb. Lakin bank bu məbləğə əlavə olaraq 18% (46,17 AZN) ƏDV də tutub. Bu əməliyyat üçün bank məndən ƏDV tutmalıdırmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki Azərbaycan Respublikasının hüdudlarından kənarda qeyri-rezident şəxs tərəfindən keçirilən imtahanda iştirakdan azad olma ilə bağlı vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentə elektron qaydada ödənişlərin edilməsi elektron ticarət qaydasında iş və xidmət alınması hesab edilmir və həmin ödənişlərdən banklar tərəfindən ƏDV tutulmur.

Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.

“Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət – informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Qeyd olunanları nəzərə alaraq, hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı müvafiq sənədlərlə aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi və “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanunu.

Mənbə: vergiler.az


Əmək və məzuniyyət haqqının ümumi məbləği 2.500 manatdan çox olduqda vergi hansı dərəcə ilə tutulur?


 

1 618 619 620 621 622 623 624 2. 690