Əməkhaqqı hesablanarkən gəlir vergisinə tətbiq edilən güzəştlər

posted in: Xəbər | 0

gəlir vergisi, əməkhaqqı, gəlir vergisinə tətbiq edilən güzəştlər,Azərbaycan qanunvericiliyində vətəndaşların sosial vəziyyəti nəzərə alınmaqla müəyyən güzəştlər nəzərdə tutulur. Əmək qənunvericiliyi eksperti Nüsrət Xəlilovun açıqlaması əmək müqaviləsi ilə çalışan fiziki şəxslərin gəlir vergisinə tətbiq edilən güzəştlər barədədir.

Fiziki şəxslərin muzdlu işdən əldə etdikləri gəlirlərinə Vergi Məcəlləsinin 102-ci maddəsində göstərilən qaydada azadolma və güzəştlər tətbiq edilir. Əməkhaqqıdan tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Əmək müqaviləsi əsasında muzdla işləyən və güzəşt hüququna malik olub, lakin müvafiq təsdiqedici sənədləri əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra təqdim edən fiziki şəxslərin güzəştləri fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. Həmin sənədlərin siyahısı Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli “əməkhaqqıdan tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısı” adlı qərarında göstərilib. Hansı güzəştin edilməsi üçün hansı sənədlərin təsdiqedici sənəd hesab edilməsi həmin qərara əsasən müəyyən edilir.

Gəlir vergisinə aid güzəştlər

Şəxsin əməkhaqqısından vergi hesablanarkən 400, 200,100 və 50 manatlıq güzəşt nəzərdə tutulub. Vergi Məcəlləsi və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, əməkhaqqıdan tutulan vergi hesablanarkən fiziki şəxsin aylıq gəlirinə edilən güzəşt və həmin güzəştin edilməsinə dair təsdiqedici sənədləri nəzərdən keçirək.

Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:

1. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarıüin, Azərbaycanın Milli Qəhrəmanları.

Güzəşt üçün hüquq verən sənəd:

  • Azərbaycan Respublikası Vətən müharibəsi Qəhrəmanlarının təltif edilmə barədə vəsiqəsi;
  • Azərbaycan Respublikası Milli qəhrəmanlarının təltif edilmə barədə vəsiqə.

2. Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları.

Güzəşt üçün hüquq verən sənəd:

  • Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının təltif edilmə barədə vəsiqəsi.

3. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslər.

Güzəşt üçün hüquq verən sənəd:

  • I və II dərəcə müharibə ilə əlaqədar əlilliyi olan şəxs barədə əlilliyi olan şəxslərin reyestrindən çıxarışı;
  • Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin arayışı.

4. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri) və övladları.

Güzəştin edilməsi üçün hüquq verən sənəd:

  • Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin arayışı;
  • Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları,

5. 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslər.

Güzəşt üçün hüquq verən sənəd:

– orden və medallarla təltifolunma haqqında vəsiqələr.

6. Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər.

Güzəşt üçün hüquq verən sənəd:

  • müharibə veteranı vəsiqəsi;
  • Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı;
  • Müdafiə Nazirliyinin, Milli Təklükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin arayışları.

7. Çernobıl AES-də qaza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

Güzəşt üçün hüquq verən sənəd:

  • tibbi-sosial ekspert komissiyasının qərarı;
  • Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları.

Repetitorların vergi və sosial öhdəlikləri


Misal 1: Vətən Müharibəsi Qəhrəmanı dövlət müəssisəsində baş mühasib vəzifəsində çalışır. Muzdlu işdən aylıq gəliri 3.500 manatdırsa, o nə qədər vergi ödəməlidir?

Hesablanan aylıq gəlir: 3.500 manat;
Vergiyə cəlb olunan məbləğ: 3.500 – 400 = 3.100 manat;
Gəlir vergisi: (350 + (3100-2500) x 25% = 500 manat;
DSMF ayırmaları – 105 manat;
İşsizlikdən sığorta haqqı – 17,50 manat;
İcbari tibbi sığorta haqqı – 70,00 manat;
Nett əməkhaqqı: 3500-500-105-17,5-70 = 2807,50 manat.

Gəlir vergisi: vergiyə cəlb olunan məbləğ 2.500 manatadək olduqda

(vergiyə cəlb olunan məbləğ – 200) x 14%);
Vergiyə cəlb olunan məbləğ 2.500 manatdan çox olduqda
350 + (vergiyə cəlb olunan məbləğ – 2500) x 25%);
DSMF ayırmaları: sığorta haqqına cəlb edilən aylıq gəlir x 3%;
İşsizlikdən sığorta haqqı: hesablanan aylıq əməkhaqqı x 0.5%;

İcbari tibbi sığorta haqqı:

Əməkhaqqı 8.000 manatadək olduqda (hesablanan aylıq əməkhaqqı x 2%);
Əməkhaqqı 8.000 manatdan çox olduqda 160 + (hesablanan aylıq əməkhaqqı-8000) x 0,5%).

Yekun ödəniləcək məbləğ:

Hesablanan əməkhaqqı – gəlir vergisi – DSMF ayırmaları – işsizlikdən sığorta haqqı – icbari tibbi sığorta haqqı.

Misal 2: Vətən Müharibəsi Qəhrəmanı eyni əməkhaqqı ilə özəl müəssisədə çalışır. Bu zaman hesablama aşağıdakı şəkildə olacaq:

Hesablanan aylıq gəlir: 3.500 manat;
Gəlir vergisi: 0,00 manat;
DSMF ayırmaları: 336,00 manat;
İşsizlikdən sığorta haqqı: 17,50 manat;
İcbari tibbi sığorta haqqı: 70,00 manat;
Nett əməkhaqqı: 3500-336-17.5-70 =3076,50 manat.

Misal 3: Vətən Müharibəsi Qəhrəmanı büdcədən maliyələşən müəssisədə 1.700 manat məvaciblə şöbə rəhbəri vəzifəsində çalışır. Onun aylıq gəlirindən vergi necə tutulacaq?

Hesablanan aylıq gəlir: 1.700
Vergiyə cəlb olunan məbləğ: 1.100 (400+200 manat güzəşt – əməkhaqqı 2.500 manatdan aşağı olduğu üçün);
Gəlir vergisi: 1700 – 400 – 200 x 14% = 154 manat;
DSMF ayırmaları: 51,00 manat;
İşsizlikdən sığorta haqqı: 8,50 manat;
İcbari tibbi sığorta haqqı: 34,00 manat;
Nett əmək haqqı: (1700 – 154 – 51 -8.5 – 34) = 1452,50 manat.

Misal 4: Vətən Müharibəsi Qəhrəmanı özəl müəssisədə 1.700 manat məvaciblə şöbə rəhbəri vəzifəsində çalışır. Onun aylıq gəlirindən vergi necə tutulacaq?

Hesablanan aylıq gəlir: 1700 manat;
Gəlir vergisi: 0,00;
DSMF ayırmaları: 156,00 manat;
İşsizlikdən sığorta haqqı: 8,50 manat;
İcbari tibbi sığorta haqqı: 34,00 manat;
Nett əmək haqqı: (1700 – 156 – 8.5 – 34) =1501,5 manat.

2. Aşağıdakı fiziki şəxslərin muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır:

1. Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) şəxslər.

Güzəşt üçün hüquq verən sənəd:

  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin arayışı;
  • tibbi-sosial ekspert komissiyasının qərarı.

2.18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər.

Güzəşt üçün hüquq verən sənəd:

  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin arayışı;
  • tibbi-sosial ekspert komissiyasının qərarı.

3. Daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəvyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum.

Güzəşt üçün hüquq verən sənəd:

  • himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;
  • ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı
  • uşağın doğulması haqqında şəhadətnamənin surəti;
  • birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı;
  • övladlığagötürmə barədə məhkəmə qərarının surəti.

Mənbə: “Əmək qanunvericiliyinin praktiki izahı” kitabı.

Mənbə: vergiler.az


Aliment net, yoxsa gross əməkhaqqıdan tutulmalıdır?


Şadlıq saraylarının hansı xərcləri gəlirdən çıxıla bilər?

posted in: Xəbər | 0

gəlirdən çıxılan xərclər, Şadlıq saraylarının xərcləri,Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirib.

Vergi Məcəlləsinin 109.4-cü maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, müvafiq olaraq əyləncə və sosial xərclər gəlirdən çıxılır.

Misal 1: Tutaq ki, şadlıq sarayı toy məclisinin aparılması üçün müğənniyə 2.000 manat ödəniş edir. Həmin məbləğin şadlıq sarayı tərəfindən gəlirdən çıxılmasına icazə verilir.

Misal 2: “AA” MMC ictimai iaşə müəssisəsi olan restorandır və yeməklərin bişirilməsi üçün aşpazla xidmət müqaviləsi bağlayaraq ona 1.500 manat ödəniş edir. Bu halda aşpaz xərci gəlirdən çıxılan xərclərə aid ediləcək. Çünki “AA” MMC sahibkarlıq fəaliyyətinə uyğun olaraq aşpaz xidmətindən istifadə etməlidir.

Mənbə: vergiler.az


Repetitorların vergi və sosial öhdəlikləri


Müvəqqəti hərbi xidmətə yollanan vətəndaşın iş yerinə qayıtmaq hüququ

posted in: Xəbər | 0

iş yerinə qayıtmaq hüququMəsələnin Konstitusiya hüquqi aspektləri – Burada işəgötürənin sahibkar kimi, işçinin isə vətəndaş olaraq bir sıra hüquq və vəzifələrini qarşılıqlı təhlil və müqayisə etmək lazımdır.

Konstitusiyanın 15-ci maddəsinin II hissəsinə əsasən, Azərbaycan dövləti bazar münasibətləri əsasında sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir.

Konstitusiyanın 16-cı maddəsinin I hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

Konstitusiyanın 59-cu maddəsinin II hissəsinə əsasən, Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.

Bu normaların məzmunundan göründüyü kimi, dövlət İşəgötürən olaraq sahibkarın azad fəaliyyətinə şərait yaradır. Yalnız dövlət maraqları, insan həyatı və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləmə həyata keçirir.

Dövlət maraqları qismində –  iqtisadiyyatın inkişafı, işsizliyin azaldılması, insanların sosial təminatının gücləndirilməsi və rifahının yüksəlidilməsi kimi maraqları qeyd edə bilərik.

Bu zaman İşəgötürənlər (Sahibkarlar) , İşçilərlə (vətəndaşlar) münasibətlərdə maksimum geniş səlahiyyətlərə malik olmaqda işçilər də öz növbəsində daha geniş hüquqi təminatlar əldə etməkdə maraqlıdır.


Aliment net, yoxsa gross əməkhaqqıdan tutulmalıdır?


Bu məqamları tənizmləmək məqsədi ilə Əmək Məcəlləsinin 2-ci maddəsində əmək münasibətlərində tərəflərin

  • hüquq bərabərliyinin təmin edilməsi;
  • mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması;
  • maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi;
  • əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi;
  • əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması kimi prinsiplər əsasında fəaliyyət göstərməsi təsbit edilmişdir.

Burada digər bir Konstitusion hüquq normasını da qeyd etmək zərurəti yaranır bu da  76-cı maddədə təsbit edilmişdir. Həmin maddənin  I hissəsinə əsasənVətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.

Lakin işçi öz vətəni müdafiə borcunu yerinə yetirmək üçün həqiqi hərbi xidmətə gedərkən o təbii olaraq, əmək müqaviləsi üzrə öz vəzifələrini icra edə bilmir və bu da İşəgötürənin mənafelərinin pozulmasına gətirib çıxarır. Bu baxımdan Əmək Məcəlləsinin 74-cü maddəsində işçinin hərbi xidmətə getməsi əmək müqaviləsinin xitamı əsası kimi müəyyən  edilmişdir. Və İşəgötürən hərb xidmətə yollanan işçinin yerinə başqa şəxslər əmək müqaviləsi bağlamaq imkanı əldə edir.

Bu zaman isə hərbi xidmətə yollanan işçi əgər müvəqqəti həqiqi hərbi xidmətə yollanmışdırsa hərbi xidmətini başa vurduqdan sonra işsizlik problemi riski ilə üz-üzə qalır. Bu məqam isə yuxarıda qeyd etdiyimiz – mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması – prinsipi ilə ziddiyyət təşkil edir.

Məhz bu cür hallarda işçinin mənafelərinin qorunmasının təminatı kimi, Əmək Məcəlləsinin 77-ci maddəsinin 9-cu bəndi çıxış edir. Həmin normaya əsasən – Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə) qayıtmaq hüququna malikdirlər.

Normanın məzmunundan da göründüyü kimi, işçiyə hüquq verilir ki, o müddətli həqiqi hərbi xidmətdən buraxıldıqdan sonra 60 təqvim günü ərzində öz əvvəlki və ya ona bərabər vəzifəsinə geri qayıtmaq hüququna malikdir. Lakin bu onun vəzifəsi deyil o bu işə qayıtmaqdan imtina da edə bilər.

Lakin 60 gün müddəti ötürməmişdirsə və müəssisə də ləğv edilməmişdirsə İşəgötürən onun bu hüququnu təmin etməyə borcludur.

Bu zaman işçi ilə Əmək Məcəlləsinin tələblərinə uyğun yeni əmək müqaviləsi bağlanılmalıdır.

Mənbə: parvizmammadov.az


Repetitorların vergi və sosial öhdəlikləri

posted in: Xəbər | 0

Repetitorların vergi öhdəlikləri, Repetitorların sosial öhdəlikləriYeni dərs ilinin başlanması ilə imtahan hazırlıqları və repetitorluq fəaliyyəti ilə bağlı məsələlər də yenidən aktuallaşıb. Bəs repetitorların fəaliyyəti qanunvericiliklə necə tənzimlənir? Suala vergi eksperti Cavid Vəlizadə aydınlıq gətirib.

Repetitor – haqqı valideynin hesabına ödənmək şərtilə şagirdə tək və ya qrup halında dərs verən müəllimdir.

Repetitor fəaliyyəti ilə məşğul olan şəxslər gəlir əldə etdikləri üçün Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən vergi ödəyicisi kimi uçota alınmalıdırlar. Bundan sonra onlar fərdi sahibkar olan fiziki şəxs statusuna malik olurlar.

Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti – şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir.

Məcəlləsinin 218.5.10-cu maddəsində göstərilib ki, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) xidmət göstərən vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.

Vergi Məcəlləsinin 218.6.2-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmamalıdır.

Həmçinin “Sosial sığorta haqqında” qanunun 14.5.1 maddəsində qeyd olunub ki, sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının ( 300 manat) tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:

– Bakı şəhərində 100 faizi;
– Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
– digər şəhərlərdə 80 faizi;
– rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
– kənd yerlərində 50 faizi miqdarında sosial sığorta haqqı ödəməlidir.

Bundan başqa, “Tibbi sığorta haqqında” Qanunun 15-10.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər tərəfindən minimum aylıq əməkhaqqı (300 manat) məbləğinin 4 faizi həcmində icbari tibbi sığorta məbləği hesablanır.


Aliment net, yoxsa gross əməkhaqqıdan tutulmalıdır?


Misal 1: Ağstafa rayon Həsənsu kəndində repetitor fəaliyyəti ilə məşğul olan coğrafiya müəlliminin ay ərzində şagirdlərdən əldə etdiyi gəlir 1.800 manat olub. Müəllimin fəaliyyəti kənd yerdə olduğu nəzərə alınmaqla ay üzrə aşağıda göstərilən vergi və sosial ödənişləri etməlidir:

– sadələşdirilmiş vergi – 1800 x 2% = 36 manat;
– MDSS – (300 x 25%) x 50% = 37,5 manat;
– icbari tibbi sığorta haqqı – 300 x 4% = 12 manat.

Misal 2: Gəncə şəhərində repetitor fəaliyyəti ilə məşğul olan fizika müəllimi ay ərzində şagirdlərdən 2.500 manat gəlir əldə edib. Onun aylıq vergi və sosial ödənişləri belə hesablanır:

– sadələşdirilmiş vergi – 2500 x 2% = 50 manat;
– MDSS – (300 x 25%) x 90% = 67,5 manat;
– icbari tibbi sığorta haqqı – 300 x 4% =12 manat.

Əməliyyatların rəsmiləşdirilməsinə gəlinsə, repetitorlar şagirdlərdən ödəniş aldıqda hər bir şagird üzrə ciddi hesabat blankı olan mədaxil qəbzi yazıb verməli və cəmi qəbzləri toplayıb ciddi hesabat blankını kassa mədaxil orderində qeyd etməli, kassa kitabında qeydiyyat aparmalıdır.

Mənbə: vergiler.az


1 628 629 630 631 632 633 634 2. 690