Əsas vəsaitlərə görə ödənilən ƏDV əvəzləşdirilirmi?

posted in: Xəbər | 0

Əsas vəsaitlərə görə ödənilən ƏDV,Yanacaqdoldurma məntəqəsi yanacaq daşımaq üçün dəyəri 50000 manat olan yanacaq daşıyan maşın alıb. Həmin maşına  görə 9000 manat ƏDV ödənilib. Ödənilmiş ƏDV əvəzləşdirilə bilərmi? Maşın əsas vəsait kimi uçota alınarkən ödənilmiş ƏDV onun ilkin uçot dəyərinə əlavə edilməlidirmi?

Suallara cavab olaraq Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmayıbsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Buna əsasən, kapital xarakterli xərclər çəkilməklə alınmış əsas vəsaitlərə görə ödənilmiş ƏDV məbləğləri Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə uyğun olaraq əvəzləşdirilir.

Eyni zamanda, aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Əvəzləşdirilmiş ƏDV məbləği isə aktivin dəyərinə əlavə edilmir.

Bu hallarda Vergi Məcəlləsinin 143-cü və 175-ci maddələrinə istinad edilir.

Mənbə: vergiler.az


Gəlir vergisinin büdcə gəlirlərinin formalaşmasında rolu


Kapital Bank SWIFT-in Milli İstifadəçi Qruplarının iclasına qatıldı

posted in: Xəbər | 0

Kapital Bank Kapital Bank 10–13 oktyabr tarixlərində Niderland krallığının Amsterdam şəhərində keçirilən ənənəvi “Sibos 2022” sərgi-konfransında iştirak edib. “Sibos” səfəri çərçivəsində Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynal Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) Milli İstifadəçi Qruplarının iclasına qatılıb.

Müxtəlif ölkələr üzrə koordinatorların iştirakı ilə keçirilən SWIFT-in yığıncağında beynəlxalq ödənişlər sahəsində gündəmdə olan mövzular və gələcəkdə keçiriləcək layihələr müzakirə olundu, təqdimatlar keçirildi. Tədbir iştirakçıları yerli bazarlarda SWIFT-in tətbiq olunmasına dair öz təcrübələrini paylaşdılar, texniki və əməliyyat məsələləri ilə bağlı fikirlər bildirdilər. İclasda çıxış edən Nahid Zeynal SWIFT-in Azərbaycandakı fəaliyyəti, həmçinin ölkədə ödənişlər sahəsində uğurla həyata keçirilən layihələr və yeniliklər barədə öz beynəlxalq həmkarlarına məlumat verdi.

Qeyd edək ki, SWIFT banklar arasında məlumatların ötürülməsi və ödənişlərin həyata keçirilməsi sistemidir. Sistemin biznes imkanlarının təşviqi məqsədilə SWIFT-in Milli İstifadəçi Qrupları fəaliyyət göstərir. Kapital Bank-ın Baş İnformasiya İnzibatçısı Nahid Zeynal 2017-ci ildən SWIFT-in Azərbaycan üzrə İstifadəçilər Qrupunun rəhbəridir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Ümidsiz borc məbləği hansı halda gəlirdən çıxıla bilər?

posted in: Xəbər | 0

Ümidsiz borc məbləği,Şirkətin debitor borcu var, həmin borc ümidsiz borc hesab olunur. Ümidsiz debitor borcunu şirkətin xalis mənfəəti və əvvəlki illərdən bölüşdürülməmiş mənfəət hesabına təsisçinin qərarı əsasında silmək olarmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 111-ci maddəsinin müddəalarına əsasən əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir.

Hüquqi şəxs iddia müddəti ərzində debitor borcun alınması ilə əlaqədar məhkəməyə müraciət etdiyi halda borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər.

Eyni zamanda Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

Qeyd olunanlara əsasən debitor borclar üzrə ümidsiz borc məbləğinin silinməsi qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti bitdikdən sonra həyata keçirilə bilər.

Əsas: Vergi Məcəlləsinin 111-ci və Mülki Məcəllənin 373-cü maddələri.

Mənbə: vergiler.az


Yol vergisi üzrə yığımların büdcə gəlirlərində rolu


İctimai iaşə fəaliyyəti ilə yanaşı, digər fəaliyyət növü ilə məşğul olan şəxslərin vergi öhdəliyi necə tənzimlənir?

posted in: Xəbər | 0

ictimai iaşə fəaliyyətiİctimai iaşə xidməti göstərən şəxsə 3-cü şəxs məhsulunun satışına görə komissiya haqqı ödəyir. Həmin ödəniş ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşmiş vergi ödəyicisinin sair gəliri kimi tanına bilərmi? Komissiya haqqından gələn gəlir 8 faiz dərəcə ilə sadələşmiş vergiyə cəlb edilən dövriyyə hesab edilirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, ictimai iaşə fəaliyyəti ilə yanaşı, digər fəaliyyət növü ilə məşğul olan və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan şəxslərin 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi tutuma metodunu tətbiq etmək hüququ Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Bununla yanaşı, həmin şəxslər vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduğu halda gəlir (mənfəət) vergisinin ödəyicisi kimi fəaliyyət göstərir. Bu zaman göstərdikləri xidmətlərə görə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilmiş xərclər çıxıldıqdan sonra qalan fərqdən gəlir (mənfəət) vergisi hesablanıb ödənilir.

Əsas: Vergi Məcəlləsinin 104.1-ci, 218.1.2-ci maddələri.

Mənbə: vergiler.az


Yol vergisi üzrə yığımların büdcə gəlirlərində rolu


1 625 626 627 628 629 630 631 2. 690