Yaponiyanın iqtisadiyyatı haqqında 13 fakt

posted in: Məqalə, Xəbər | 0

yaponiya iqtisadiyyatıYaponiya iqtisadiyyatının yüksəlişi 30 il əvvəl baş verib: qlobal indeksdə Yaponiya şirkətlərinin səhmlərinin payı 44% təşkil edib. Dünyanın ilk on ən böyük bankından yeddisi yapon bankı, dünya üzrə 271 milyarderdən 40-ı yaponlar idi. Sonradan ölkə elə öz təcrübəsindən öyrəndi ki, sürətli inkişaf, aqressiv ixrac və həddindən artıq istehsal iqtisadiyyata dağıdıcı təsir göstərə bilər.

  1. Hazırda yapon iqtisadiyyatı dünyada dördüncü yerdədir

Yaponiya dünyanın iyirmi ən böyük iqtisadiyyatı olan Böyük İyirmilik – G20 qrupuna daxildir. ÜDM-nin həcminə görə ölkə dünyada dördüncü və Asiya ölkələri sırasında isə ikinci yerdədir. Bu, ciddi göstəricidir, lakin, əvvəllər həmin göstərici bundan da yaxşı olub.

  1. Keçmişdə Yaponiya dünyanın ikinci iqtisadiyyatı olub və qonşuları üçün bir nümunə təşkil edib

1968-ci ildə ölkə dünya ÜDM reytinqində ikinci yeri tuturdu və Şərqi Asiya regionunun dövlətləri öz inkişaflarında yapon təcrübəsinə arxalanırdılar: Koreya yapon dzaybatsu-şirkətlərinin (dzaybatsu – yaponca mülkiyyət deməkdir – yapon terminidir, mahiyyət etibarilə “pul klanı” və ya konqlomerat mənasını verir) strukturunu kopyalamışdı, Tayvan isə Yaponiyanın həyata keçirdiyi aqrar islahatları uğurla təkrarlamışdı. 1980-ci illərin əvvəlində Yaponiya texnologiyalar yarışında hətta ABŞ-ı ötüb keçmişdi.

  1. 55 il ərzində adambaşına ÜDM 60 dəfə artmışdı

Daha dəqiq söyləsək, Dünya bankının dəyərləndirməsinə görə, bu göstərici 610 dollardan 36 680 dollara yüksəlmişdi. Ölkə əhalisi isə sözügedən dövrdə cəmi 40 faiz artmışdı. Baxmayaraq ki, son on beş ildə yapon ÜDM məşğul olan hər nəfər hesabı ilə ABŞ-la müqayisə oluna biləcək dərəcədə artmışdı, bu qeyri-mütənasiblik yapon iqtisadiyyatında durğunluğa səbəb olmuşdu.

  1. İxracın sürətli yüksəlişi Qərbi narahat etdi

Son 55 il ərzində Yaponiyanın ixracatı 155 dəfə artmışdı, 1960-80-ci illərdə bu artım ildə orta hesabla 17 faiz təşkil edirdi. 20 əsrin ortalarında yapon ixracının əsas üstünlüyü onun aşağı qiymətlərində idi, buna görə də bütün dünyada yapon gəmilərindən, dəqiq optikadan, elektronika məhsullarından, televizorlar və fotoaparatlarından istifadə edirdilər. Otuz ildən sonra çinlilər ucuz işçi qüvvəsindən yararlanaraq eyni inkişaf yolunu seçəcəkdilər.

Yaponiyanın inanılmaz yüksəlişi Qərbi narahat etməyə başladı – belə ki, yapon malları digər ölkələrdə iş yerlərinin azalmasına gətirib gətirib çıxarırdı və digər ölkələrdə istehsal olunan məhsulların rəqabətə davamlılığını azaldırdı.

  1. Qərb Yaponiya hakimiyyətini sərfəli olmayan tədbirlərə razı saldı, bundan sonra iqtisadiyyat üçün itirilmiş onillik başladı

Yaponiya iqtisadiyyatı 1960-90-cı illərdə ildə ortalama 6 faiz artırdı. Lakin ölkə Britaniya, Fransa, ABŞ və Almaniyanın yapon iyenasının dollara nisbətdə məzənnəsini yüksəltməyə razılaşdı –  bu razılaşma “Plaza” sazişi kimi tanınır. Həmin saziş 1985-ci ildə imzalanmışdı. Nəticədə ixrac bahalaşmağa başladı, ticarət balansı isə pisləşdi. Problemlərin öhdəsindən gəlmək üçün hökumət investisiya, kreditləşməni genişləndirmək və faiz dərəcələrini 1985-ci ildəki 5%-dən 1989-cu ildə 2,25%-ə endirmək qərarına gəldi. Kredit inyeksiyaları aktivlər və daşınmaz əmlak bazarlarında spekulyasiyaya gətirib çıxardı və artıq 1990-cı ildə birja səhmləri 66 qiymət/mənfəət nisbəti ilə satılırdı – baxmayaraq ki, 10-20 normal səviyyə hesab olunurdu.

1990-cı ildə Yaponiya aktivlərinin satışına başlandı. Səhmlər kreditlər üzrə girov olduğu üçün banklar kreditləşdirməni dayandırdılar. Mallara və daşınmaz əmlaka tələbat azaldı, bir çox şirkətlər istehsalı azaltmağa və ya özlərini müflis elan etməyə məcbur oldular. 1990-cı illərdə ÜDM-in artım tempi 1,1%-ə düşdü.

Zəifləmiş banklar bir çox hallarda durğunluq müddətinin uzanmasına gətirib çıxardı – aktivlər ucuzlaşdı, öhdəlikləri isə yerinə yetirmək lazım idi. Hökumət bank sistemini təmizləməyə cəsarət etmədi, amma, banklara müxtəlif yollarla dəstək verildi.

1991-ci ildə iqtisadiyyatın çöküşündən sonra Yaponiya iqtisadiyyatının artımı ABŞ-dan iki dəfə az idi: ABŞ-ın 2,5% illik artımına qarşı ildə ÜDM orta hesabla 0,9% təşkil edirdi. 1990-cı illəri Yaponiyada itirilmiş onillik adlandırırlar.

  1. Yaponiyanın dövlət borcu – dünyada ən böyük borclardan biridir və yaponlar bu pulu özləri-özlərinə borcludurlar.

Ölkənin digər problemi isə daim artan və iqtisadiyyatın inkişafına mane olan dövlət borcudur. Hazırda Yaponiyanın dövlət borcu ÜDM-dən 3,4 dəfə çoxdur. Bu iyirmi il ərzində büdcə kəsirinin dövlət istiqrazları hesabına maliyyələşdirilməsi səbəbindən baş vermişdi.

Ancaq, istiqrazların əksəriyyəti yaponların özlərinə məxsusdur, ona görə də belə demək mümkünsə, yaponların özləri özlərinə borcludurlar: yəni, yaşlı nəsil gənc nəsildən borc götürüb.

Buna baxmayaraq, dövlət, şəxsi ev təsərrüfatları və yapon biznesi bütün dünyada böyük kreditorlar kimi çıxış edirlər. Yaponiyanın digər ölkələr qarşısında öhdəlikləri 3,9 trilyon dollardır, lakin xarici aktivlərin həcmi bundan qat-qat çoxdur – 6,6 trilyon dollar. Həm də həmişə vergiləri artırmaq imkanı vardır, çünki Yaponiyada onlar iqtisadi əməkdaşlıq və inkişaf təşkilatında (İƏİT) ən aşağı səviyyədədir. 2014-cü ildə hökumət elə belə də etdi: istehlak üçün olan vergini 5 faizdən, 8 faizə qaldırdı.



  1. Dünyada ən yüksək uzunömürlülük – bu, insanlar üçün yaxşı, iqtisadiyyat üçün isə pisdir

Lakin Yaponiyanın özü üçün bu bir problemdir, çünki ölkədə pensiyaçıların sayı çoxdur, doğum səviyyəsi isə çox aşağıdır. Əgər 1960-cı illərdə hər bir ailəyə orta hesabla 2 uşaq düşürdüsə, hazırda bu 1,3 uşaq səviyyəsindədir.

1995-ci ildə Yaponiyada yaşı 15-dən 64-ə kimi olan adamların sayı 87,3 milyon nəfər təşkil edirdi, 2015-ci ildə onların sayı 78,9 milyon nəfərə kimi azalıb. Yaşı 65 yuxarı olanların sayı isə 18,3 milyon nəfərdən, 31 milyon nəfərə yüksəlib.

Əmək qabiliyyətli əhali nə üçün bu qədər vacibdir və onun azalması iqtisadiyyat üçün niyə pisdir? Çünki bu, əlavə dəyər yaradır. Daha çox pensiyaçı və daha az gənc, daha az əlavə dəyər deməkdir.

Qalan əmək qabiliyyətli yaponların isə yükü artır, çünki onlar qocaları pensiya ilə təmin etməli və dövlət isə sosial sahəyə getdikcə daha çox pul ayırmalı olur.

  1. Balıq ovu üzrə dünyada beşinci yer və ÜDM-də kənd təsərrüfatının cəmi 1 faiz payı

Post-sənaye iqtisadiyyatı üçün tipik vəziyyətdir. Halbuki, kənd təsərrüfatı üçün ayrılmış torpaqlar ölkə ərazisinin, təxminən, 13%-ni əhatə edir. Bu torpaqların yarıdan çoxu düyü istehsalı üçün istifadə olunur.

  1. Yaponiya elmə və tədqiqatlara ÜDM-nin 3,6 faizini sərf edir

Bu, İƏİT-nin 2014-cü il məlumatındandır. Amma digər ölkələrlə rəqabət daha da çətinləşir, çünki getdikcə daha çox dövlətlər müasir texnologiyalara çıxış əldə edirlər. Hazırda Yaponiya yüksək texnologiyalar sahələrində Qərblə rəqabət aparır və sənayedə isə tədricən daha az əlavə dəyərə malik olan Tayvan və Koreya ona çatmaqdadır.

  1. Ona görə də yapon brendləri – dünyada ən bahalı və ən məşhur markalardan biridir

Elə götürək, Toyota şirkətini – sözügedən şirkət Fortune Global 500 siyahısında 9-cu yerdədir və dünyanın ən nəhəng avtomobil istehsal edən ictimai şirkətidir. Halbuki vaxtilə həmin şirkət toxuculuq sənayesindən ötrü avtomatik toxuculuq dəzgahlarının istehsalı ilə fəaliyyətə başlamışdı.

Yapon texnologiyası və optikası da dünya miqyasında şöhrət qazanıb: Nikon, Sony, Panasonic, Nintendo.

  1. 40 faiz avtomobil ixracı

1980-ci illərdən bəri Yaponiya ardıcıl olaraq dünyanın ən yaxşı 10 avtomobil istehsalçısı arasında yer alır.

  1. Ölkədə resurslar azdır, buna görə onlardan qənaətlə istifadə edirlər

Əhali və sənaye istehsalı həcmlərinin artmasına baxmayaraq, yaponlar təbii resursların istehlakının məqbul səviyyəsini qoruyub saxlaya biliblər. Enerji resurslarının istehlakı, ümumiyyətlə, Qərbi Avropada olduğu kimi, bir nəfər üçün 4200 kq yanacaq təşkil edir. Onları əsasən ABŞ, Çin və Avstraliyadan idxal edirlər.

  1. İqtisadi siyasət dünyaya keyfiyyətli və mürəkkəb məhsullar satmağı hədəfləyib

Yaponlar dünya ərzaq məhsulları bazarını fəth etməyi planlaşdırırlar, özü də onlar bahalı seqmentə hədəfləniblər: vaqasi şirniyyatı, yaqut üzümü, mavi tuna filesi. Onlar rəqabət apara bilirlər – aşağı kalorili yapon mətbəxinin sağlamlıq faydaları çoxdan sübut olunub.

Sənaye ixracında da yaponlar kəmiyyətdən çox keyfiyyətə diqqət yetirməyi planlaşdırırlar. Əsas məhsul – mürəkkəb və bahalı mallardır: optika, robotlar, elektron məhsullar. İndi kütləvi və ucuz malların istehsalı Çin filiallarına və Cənub-Şərqi Asiyanın digər ölkələrinə verilir. Lakin Yaponiya ənənəvi olaraq texniki cəhətdən mürəkkəb montaj və istehsal işlərini özü həyata keçirir.

Yaponiya iqtisadiyyatının necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir, çünki ona mədəni xüsusiyyətlər də təsir edir. Çox güman ki, ölkə 80-ci illərin göstəricilərinə qayıda bilməyəcək, lakin yaxın onilliklərdə Yaponiya mütləq şəkildə ən inkişaf etmiş iqtisadiyyatlar və həyat səviyyəsi yüksək olan ölkələr siyahısında qalacaq. Yaponiya yüksək texnologiyalı mallar istehsal edir və buna görə də istehsal etdiyi mallar bahalıdır. PwC-yə görə, bu, onun ilk beş qlobal lider sırasında yer almasını mütləq şəkildə təmin etməyəcək, amma, 2050-ci ilə qədər Yaponiyanın dünyanın səkkizinci ən böyük iqtisadiyyatı olacağı təxmin edilir. Səkkizinci və yaxud iyirminci yer olsun, bu, yenə də əla nəticədir.


Kuba haqqında bilmədiyimiz 10 maraqlı fakt


Kapital Bank “Breyn Rinq”in qalib komandasını mükafatlandırdı

posted in: Xəbər | 0

Kapital BankXəbər verdiyimiz kimi, Kapital Bank “Breyn Rinq” televiziya layihəsinin maliyyə tərəfdaşıdır. Yarışmanın 19-cu mövsümdə “Nar Kuboku”nun sahibi “Nar” komandası olub.

Kapital Bank-ın nümayəndələri tərəfdaş olaraq qalib komanda ilə görüşüb və komandanı təbrik edib. Qalib komandaya 3000 manat pul mükafatı təqdim edilib.

Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq, daim intellektual oyunları və təhsil layihələrini dəstəkləyir. Qeyd edək ki, Kapital Bank həmçinin “Nə? Harada? Nə vaxt?” intellektual klubun da rəsmi tərəfdaşıdır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 108 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


İşçilərin nahar fasiləsi fərqli vaxtlarda və fərqli müddətlərdə ola bilərmi?

posted in: Xəbər | 0

nahar fasiləsi“Nahar fasiləsi” deyəndə, adətən, saat 13-14 arası yada düşür. Bəs işçilərə fərqli vaxlarda və fərqli müddətlərdə nahar fasiləsi müəyyənləşdirilə bilərmi? Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Suala aydınlıq gətirmək üçün Əmək Məcəlləsinə müraciət etməliyik.

Məcəllənin 103-cü maddəsinin müddəalarına əsasən, iş günü (növbəsi) ərzində işçilərə istirahət və nahar etmək üçün fasilə verilməlidir. Fasilənin vaxtı və müddəti isə müəssisədaxili intizam qaydaları, növbə cədvəlləri, əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. Əmək şəraitinin xarakterinə görə işi dayandırmaqla fasilənin vaxtını və müddətini müəyyən etmək mümkün olmadıqda işəgötürən işçiyə nahar etməyə müvafiq şərait yaratmalıdır.

Əmək Məcəlləsinin 103-cü maddəsinin 4-cü bəndinə əsasən, işçinin bir iş günü ilə növbəti iş günü arasındakı gündəlik istirahət vaxtı azı 12 saat olmalıdır. Növbəli iş rejimində işçilərin istirahət vaxtının müddəti müvafiq növbə cədvəlləri ilə tənzimlənir. Maddənin 5-ci bəndində isə göstərilib ki, istirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İstirahət və nahar fasilələrindən işçi öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər.

İşçilərə nahar fasiləsinin nə vaxt təyin edilməsi sualına gəlikdə, Əmək Məcəlləsinin nəzərdən keçirdiyimiz müddəalarına əsasən deyə bilərik ki, nahar fasiləsinin vaxtını, həmçinin müddətini müəyyənləşdirmək üçün işəgötürənin müəssisədə daxili intizam qaydalarını təsdiq etməsi, həmin qaydalarda iş vaxtı rejimlərini və nahar fasilələrini müəyyənləşdirməsi məqsəduyğun olardı. İşəgötürən işçini işə qəbul edərkən əmək müqaviləsində onun tutduğu konkret vəzifəyə, iş şəraitinə və intizam qaydalarına əsasən nahar fasiləsinin vaxtını və müddətini qeyd etməlidir.

Bəs eyni müəssisədə bir işçiyə 1 saat, digər işçiyə 2 saat nahar fasiləsi vermək olarmı?

Adətən, nahar fasiləsi praktiki olaraq hər yerdə 1 saat təyin edilir. Nahar fasiləsinin bu müddətdən az tətbiqi qəbuledilməzdir. Nahar fasiləsinin 2 saat təyin edilməsinə isə Əmək Məcəlləsində qadağa qoyulmayıb.

Əmək Məcəlləsinin tələblərindən göründüyü kimi, bu, işçi ilə işəgötürən arasında əmək müqaviləsinin şərtləri ilə tənzimlənir. Yəni əmək müqaviləsində nahar fasiləsinin müddətinin 2 saat təyin olunması qanunazidd deyil.



Misal 1: “AA” MMC həm ticarət fəaliyyəti, həm də istehsalatın ağır fəaliyyət sahələrinə aid edilən metal emalı ilə məşğuldur. “AA” MMC ticarətdə çalışan işçilərinə 1 saat, metal emalında çalışan işçilərinə isə 2 saat nahar fasiləsi tədbiq edə bilər. Bu, yuxarıda qeyd etdiyimiz kimi, müəssisənin daxili intizam qaydalarında və işçilərlə bağlanmış əmək müqaviləsində öz əksini tapmalıdır.

Bəs bir işçiyə saat 13:00-dan 14:00-dək, digər işçiyə isə 14:00-dan 15:00-dək nahar fasiləsi vermək olarmı? Bu kimi hallar üçün də qanunvercilikdə konkret norma və ya qadağa qoyulmayıb.

Misal 2: Tutaq ki, “BB” MMC əhaliyə xidmət göstərir. Burada fəaliyyətin fasiləsizliyinin təmin edilməsi və dayanmaların baş veməməsi üçün nahar fasilələri növbəli formada təyin edilir. Yəni, müvafiq növbə cədvəlinə uyğun olaraq bir işçi bir həftə 13:00-dan 14:00-dək, növbəti həftəd isə 14:00-dan 15:00-dək nahar fasiləsinə çıxa bilər.

Bütün bunlar daxili intizam qaydalarında, növbə cədvəllərində və əmək müqavilələrində öz əksini tapmalıdır.

Mənbə: vergiler.az


Qeyri-rezidentin yerli müəssisəyə ödədiyi borc Azərbaycan mənbəyindən əldə olunmuş gəlir hesab edilirmi?

posted in: Xəbər | 0

Qeyri-rezidentin ödədiyi borc, nağdsız ödənişdən imtina, POS-terminallar üçün tələblər, Azərbaycan şirkətinə həmtəsisçi olmaq, nağd qaydada alına bilən mallar, şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi, Vergi borcunun ödənilməsi, istifadəçi kodunun itirilməsi, Yeni bank hesabı açmaq, hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi, təsərrüfatdaxili əməliyyatların uçotu, gəlirlərin və xərclərin uçotunun aparılması, minimum aylıq əməkhaqqı, Milli gəlirlər baş idarəsi təyinat, gəlir vergi, sadələşdirilmiş vergi, gəlir vergisi, əmtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramı, kameral vergi yoxlaması, qeyri-rezidentdən əldə edilən gəlirlər, Kassa çeki verməyən obyektlər, mənzil satışı vergi, xammal və material sərfi, dvx Yay Təcrübə Proqramı, DVX Kommunikasiya Strategiyası, Fərdi sahibkar, əmlak vergisi, vergi öhdəliyi, Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıŞirkətimizin qeyri-rezident şirkətə göstərdiyi xidmətdən götürdüyü gəlir sahibkarlıq fəaliyyətindən əldə olunmuş ümumi gəlirə aid edilmişdir. Şirkətimiz həmin əməliyyatlar üzrə yaranan debitor borc məbləğini gəlirdən çıxılmayan xərclərə aid edərək sildiyi halda silinmiş borcun məbləği qeyri-rezidentin Azərbaycan mənbəyində əldə etdiyi gəliri kimi ödəmə mənbəyində vergiyə cəlb edilirmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.16.5-ci maddəsinə əsasən vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlirə aid edilmişdir.

Eyni zamanda Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin müddəalarına əsasən, qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirləri və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələrindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur.

Qeyd olunanlara əsasən, rezident müəssisə tərəfindən qeyri-rezidentə göstərilmiş xidmətlərə görə müəssisəyə ödənilməli borc məbləğinin silinməsi qeyri-rezidentin Azərbaycan mənbəyindən gəliri hesab edilərək ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 125-ci maddələri.

Mənbə: vergiler.az


İcbari tibbi sığorta haqqının tutulması


1 644 645 646 647 648 649 650 2. 686