Kapital Bank yeni Bravo-4 filialını istifadəyə verdi

posted in: Xəbər | 0

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Yeni konsepsiya əsasında təqdim edilən filial, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi 5 ünvanında olan Bravo marketdə (8-ci mikrorayon) yerləşir. Filial həftənin bütün günləri saat 10:00-dan 19:00-dək fəaliyyət göstərir. Artıq müştərilər yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Kapital Bank-ın Bravo-4 filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən Bakı və regionlarda həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası prosesini hazırda da davam etdirməkdədir. Ötən illər ərzində 60-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davamı olaraq cari ildə bir sıra şəhər və region filiallarının əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 108 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Gecə vaxtı işləməyə görə əməkhaqqına əlavələr necə hesablanır?

posted in: Xəbər | 0

Gecə vaxtı görülən işə görə əməkhaqqı, əməkhaqqına əlavələrin hesablanması, vergi güzəşti, gəlir vergisi, gelir vergisi,Bəzi müəssisələrdə xüsusi şəraitdə görülən işlərə görə əməkhaqqına qanuvericliklə müəyyənləşdirilmiş əlavələr hesablanır. Bu əlavələrdən biri də gecə vaxtı görülən işlər üçün nəzərdə tutulub. Mövzunu Vəkillər Kollegiyasının üzvü, “LCG” vəkil bürosunun vəkili Əmiraslan Yusifov şərh edib.

Gecə vaxtı görülən işə görə əməkhaqqına əlavələrin hesablanması üçün öncə “gecə vaxtı” anlayışını dəqiqləşdirməliyik. Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən, gecə vaxtı – saat 22-dən səhər saat 6-dək olan müddətdir. Bu vaxt ərzində görülən işlər üçün əməkhaqqına əlavələr hesablanmalıdır. İndi isə bu əlavələrin necə hesablanmasına nəzər yetirək.

Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli, 74 saylı qərarının 1-ci maddəsinə əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir.

Bu qərarın daha aydın başa düşülməsi üçün Ədliyyə Nazirliyi ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə izahatı da mövcuddur. Burada 3 cür faiz hesablanması nəzərdə tutulduğundan bu faiz hesablamalarını bir-birindən ayıra bilməliyik. Ən əsas fərq “gecə vaxtı” ilə “gecə növbəsi” anlayışları arasındadır. Gecə vaxtı saat 22-dən səhər 6-dək olan müddətdir, gecə növbəsi isə saatlarının yarısı gecə vaxtına düşən növbədir, ondan öncə gələn növbə isə başlama vaxtından asılı olmayaraq axşam növbəsi adlanır. Gecə növbəsi çoxnövbəlilik sistemi olan yerlərdə tətbiq olunur. Burada isə hər bir növbənin saatı 8 saatdan artıq olmamalıdır. Yəni bir iş yerində 8 saatdan artıq, məsələn 12 saatlıq iki növbə yaradılıbsa, bu zaman bu növbələrə gecə və axşam növbəsinə tətbiq edilən faizlər hesablanmır, yalnız gecə vaxtına tətbiq edilən faizlər hesablanır. Yuxarıda qeyd etdiklərimizə əsasən, belə bir qrafik tərtib edə bilərik:

Müddətin adı İzahı Əlavə haqq
Gecə vaxtı Saat 22-dən səhər saat 6-dək olan müddət Saatlıq tarif (vəzifə) maaşının 20%-i
Gecə növbəsi Saatlarının yarısı gecə vaxtına düşən növbə Saatlıq tarif (vəzifə) maaşının 40%-i
Axşam növbəsi Başlama vaxtından asılı olmayaraq gecə növbəsindən öncə gələn növbə Saatlıq tarif (vəzifə) maaşının 20%-i

Misal: Mühafizə xidməti göstərən şirkətdə işçilər yalnız gecə vaxtında çalışır. Yəni mühafizə xidməti üçün ayrıca çoxnövbəli qrafik təyin edilməyib. Bu zaman mühafizəçilərin gecə vaxtına düşən hər saatı üçün əməkhaqqına əlavə 20% hesablanacaq. Əgər mühafizəçilərin iş rejimi üçün hər növbəsi 8 saatdan çox olmamaqla çoxnövbəli iş qrafiki təyin edilmişdirsə, bu zaman gecə növbəsi əlavə 40%, axşam növbəsi əlavə 20%, digər növbə isə əlavəsiz əməkhaqqı alacaq.

Kənd təsərrüfatı məhsullarının topdansatışı zamanı ƏDV necə hesablanır?

posted in: Xəbər | 0

kənd təsərrüfatı mallarının topdansatışı, kənd təsərrüfatı malları ƏDV, kotirovka sorğusunun şərtlərini almaq, Tenderdə iştirak haqqı, Malların ixrac qeydi ilə satışı, ədv əvəzləşdirilməsiFərqdi sahibkar kimi kənd təsərrüfatı mallarının topdansatışı ilə məşğulam. ƏDV ödəyicisiyəm. ƏDV-ni ümumi dövriyyədən, yoxsa ticarət əlavəsindən hesablamalıyam?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Vergi Məcəlləsinin 153-cü maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir.

Beləliklə, kənd təsərrüfatı məhsullarının topdansatışı zamanı ƏDV həmin məhsulların tam satış dəyərindən hesablanılır.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 153-cü maddələri.

Mənbə: vergiler.az


Müavinət əməkhaqqı hesab edilirmi?


Dünyanın müxtəlif ölkələrində ipoteka üzrə şərtlər

posted in: Məqalə, Xəbər | 0

ipoteka üzrə şərtlərKeçmiş postsovet ölkələrinin əksəriyyətində ipoteka kreditlərinin faizləri yüksək olduğundan, mənzil almaq üçün müraciət edənlərin əksəriyyəti az qala bütün həyatları boyu (25-30 il ərzində) həmin kredit borclarını ödəməkdə davam edirlər. Bəs, dünyanın başqa ölkələrində ipoteka kreditlərinin şərtləri və faizləri necədir?

Yaponiya

Artıq bir neçə ildir ki, Yaponiya Bankı qısamüddətli faiz dərəcəsini dəyişməyərək 0,1% səviyyəsində saxlayır. Nəticədə, ipoteka dərəcələri digər ölkələrlə müqayisədə ən aşağıdır: sabit faiz dərəcəsi olan on illik kredit, 0,65% təşkil edə bilər, Yaponiyanın Sumitomo Mitsui Trust Bankı isə 0,53% faiz dərəcəsi təklif edir.

Almaniya

Əhali 2019-cu ildə ölkədə 10 illik ipotekanı 1% dərəcəsi ilə götürülə bilərdi. Lakin ilkin ödəniş mənzilin dəyərinin 50%-nə çatmalıdır, aylıq ödənişlər isə qazancın 35%-dən çox ola bilməz. Belə aşağı ipoteka ödənişlərinə baxmayaraq, almanların yalnız 46%-i ev sahibidir ki, bu da Aİ üzrə olan orta göstəricidən (69%) xeyli aşağıdır.

Fransa

Ölkənin mərkəzi bankının məlumatına görə, 2019-cu ilin iyun ayında Fransada ipoteka faizləri orta hesabla 1,23% təşkil edib. Ölkədəki bank mühiti son dərəcə rəqabətlidir, ona görə də kreditorlar gəlirli təkliflərlə müştəriləri cəlb etməyə çalışırlar.

Böyük Britaniya

Hazırda orta faiz dərəcələri 2 illik sabit faizli ipoteka üzrə 1,56%-dən 10 illik sabit faizli ipoteka üzrə 2,65%-ə qədər dəyişir.

Böyük Britaniyada, digər Aİ ölkələrində olduğu kimi, kreditlərin 2 növü var: üzən faiz dərəcəsi və müəyyən sayda sabit il ilə – bir qayda olaraq, iki ildən beşə ilə qədər, lakin, bu on illik müddətə də çata bilər.

ipoteka üzrə şərtlərİsveç

İpoteka illik 2,5-3,2 faizlə verilir. Xüsusilə maraqlıdır ki, yalnız 2016-cı ildə onun ödəniş müddəti 105 ilə endirilib. Ödəniş müddətinin bu cür uzadılması aylıq ödəniş məbləğinin kiçik paylara bölünməsinə imkan verir, düzdür, varislər kredit borcunu bağlamaq üçün çox vaxt evlərini satırlar.

Yunanıstan

2019-cu ilin iyun ayında ipoteka üzrə orta üzən faiz dərəcəsi 3,08% təşkil edib. Yunanıstan bankları çox sayda gecikdirilmiş kreditlər səbəbindən kredit verməkdən qorxurlar, buna görə faiz ötən illə müqayisədə artmışdır.

ABŞ

2019-cu ildə Amerikada orta ipoteka dərəcəsi on beş illik kredit üçün 3,12%, 30 ilə qədər kredit üçün isə 3,6% təşkil edib.

Avstraliya

Ölkənin dörd ən böyük kreditorundan daşınmaz əmlakın alınması üzrə orta faiz dərəcəsi 4,94% təşkil edir.

İpoteka kreditləri üzrə aşağı faiz dərəcələri, daha sərbəst kreditləşdirmə qaydaları və sağ mərkəzçi hökumətin sürpriz şəkildə yenidən seçilməsi, Avstraliyanın mənzil bazarında dirçəlişə səbəb olub.

Nigeriya

Digər ölkələr arasında ən yüksək ipoteka dərəcələrindən biri 30% təşkil edir ki, bu da yüksək inflyasiya ilə bağlıdır. Bununla belə, dövlət bankına gəlirlərinin kiçik bir hissəsini ödəyən vətəndaşlar Milli mənzil fondunun 9% dərəcəsinə iddia edə bilərlər.


Kuba haqqında bilmədiyimiz 10 maraqlı fakt


1 646 647 648 649 650 651 652 2. 686