Dünyanın ən bahalı, ən ucuz və ən stabil valyutaları

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

dünyanın ən bahalı valyutası, dünyanın ən ucuz valyutası, dünyanın ən stabil valyutası2022-ci ilin məlumatına görə, dünyada BMT tərəfindən müstəqilliyi tanınmış 197 ölkə vardır. Onların bir çoxunun öz pul vahidləri – maliyyə sisteminin əsaslandığı valyutaları var. Beynəlxalq standartlaşdırma üzrə təşkilatın (ISO) siyahısına daxil edilmiş dünya valyutalarının siyahısına 250-dən çox valyuta adı daxildir.

Dolların, avronun və digər məşhur valyutaların mövcudluğundan artıq xəbərdarıq, lakin, siz heç Banqladeş takası, Honduras lempiri, Mozambik metikalı və digər az tanınan valyutalar haqqında eşitmisinizmi?

Onlar öz dəyərlərinə malikdirlər və onların bəziləri çox sabit və etibarlı hesab edilirlər, digərləri isə – əksinə, heç də yaxşı reputasiyaya malik deyillər.

Bu məqalə çərçivəsində biz dünyanın ən bahalı və ucuz valyutaları ilə tanış olmağı təklif edirik.

Dünyanın ən bahalı valyutaları

Artıq bir neçə onilliklərdir ki, Küveyt dinarı dünyanın ən bahalı valyutası titulunu özündə saxlayır. Küveyt Asiyanın cənub-qərbində yerləşən bir ölkədir. 1961-ci ilin aprel ayına qədər bu dövlətdə Fars körfəzi rupisindən istifadə olunurdu. Küveyt dinarı dövriyyəyə buraxılanda bir vahid üçün o, 2,7 ABŞ dolları məzənnəsi ilə dollara bağlanmışdı. Sonradan məzənnə bağlantısı bir neçə dəfə ləğv edilmişdi və hazırda Küveyt dinarının qiyməti Küveytin əsas ticarət tərəfdaşlarının valyuta səbətindən asılıdır, lakin bu siyahı məxfi saxlanılır.

Küveyt dövləti aktiv neft ticarəti ilə məşğul olur, həmçinin tikinti materialları, gübrələr istehsal edir və mirvari satır. Bütün bu istiqamətlərdə sabitlik Küveyt dinarını dünyanın ən bahalı valyutası statusu ilə təmin edir.

Bahalı valyutalardan söhbət düşdükdə, Bəhreyn dinarını qeyd etməmək mümkün deyil. Bəhreyn Krallığı Fars körfəzində yerləşən ada dövlətidir. Bu ölkə süni adaların tikintisi hesabına daim genişlənir – bu günə qədər ondan çox belə ada tikilib.

Küveytdə olduğu kimi XX əsrin ortalarına qədər bu ölkədə də Fars körfəzi rupisindən istifadə edilirdi. Lakin 1965-ci ilin oktyabrında bu ölkə də öz valyutasını yaratmaq barədə qərar verdi.

Həmin valyuta da dünyanın ən bahalı valyutalarından biri hesab olunur, çünki ölkə aktiv şəkildə neft hasil edir, bank və turizm sektorlarını inkişaf etdirir. Hazırda bir Bəhreyn dinarının məzənnəsi təxminən 3,7 ABŞ dollarına bərabərdir.

Dünyanın ən ucuz valyutaları

Bahalı valyutalar barədə məlumat verdik, indi isə ucuz valyutalar haqqında danışaq. Valyuta məzənnəsi daim dəyişir və son illərdə ən ucuz pul vahidi statusu Zimbabve dollarına və 2018-ci ilin avqustundan 2021-ci ilin oktyabrına qədər dövriyyəyə buraxılan Venesuela valyutası Suveren Bolivara keçmişdi.

Hazırda ən ucuz valyuta İran rialı hesab edilir. İran böyük neft ehtiyatlarına malikdir, lakin sanksiyalar səbəbindən uzun müddət idi ki, öz neftini normal sata bilmirdi. Bu gün dövriyyədə 100 000, 500 000 və 1 000 000 riallıq əskinaslar vardır.

Daha bir ucuz valyuta Vyetnam donqu hesab edilir. Ölkə iqtisadiyyatı heç də yaxşı vəziyyətdə deyil, buna görə də hazırda Vyetnam donqunun dəyəri çox azdır. Bu gün ən böyük nominallı əskinas 500 000 Vyetnam donqudur. Amma ondan əlavə, nominal dəyəri 100, 200, 500 donq və s. olan əskinaslar da vardır.

Dünyanın ən stabil valyutası

Dünyanın əksər iqtisadçıları bu gün dünyada ən sabit valyutanın İsveçrə frankı olması ilə razılaşırlar. Bu valyutanın sabitliyi nəhəng qızıl ehtiyatlarına, eləcə də dayanıqlı iqtisadiyyata əsaslanır. 1000 franklıq əskinas dünyada dövriyyədə olan ən bahalı əskinaslardan biri hesab olunur. Öz sabitliyinə görə İsveçrə frankı əsas ehtiyat valyutalarından biridir.

Bu o deməkdir ki, bir çox ölkələrin mərkəzi bankları ondan ehtiyat valyuta toplamaq üçün istifadə edirlər. Hazırda 1 ABŞ dollarının məzənnə kursu 0,97 İsveçrə frankına bərabərdir.


Müasir mühasib və auditorun peşəkar xüsusiyyətləri


Print Friendly, PDF & Email