“Moody’s” agentliyi Kapital Bank-ın reytinqlərini yüksəldib

posted in: Xəbər | 0

Kapital Bank reytinq“Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqlərini təsdiq edib. Bu reytinqlər ölkə bankları arasında ən yüksək göstəricilərdən hesab olunur.

Agentlik bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini Ba3-dən Ba2 səviyyəsinə, ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) reytinqini isə b1-dən ba3-ə yüksəldib. Kapital Bank-ın uzunmüddətli depozit reytinqləri üzrə proqnozu “stabil” olaraq təsdiqlənib. Agentliyin hesabatında bildirilir ki, Kapital Bank-ın BCA reytinqinin yüksəldilməsi onun kredit portfelinin sağlam, gəlirlilik və likvidlik səviyyəsinin yüksək olmasını əks etdirir.

“Kapital Bank-ın 2021-ci ilin sonuna problemli kreditlərin ümumi kredit portfelindəki payı 3,5% təşkil edib. Bankın kapitallaşması (2021-ci ilin sonuna TCE/RWA göstəricisi 13,6% olub), eləcə də yüksək xalis faiz marjası və səmərəlilik hesabına əldə olunan yüksək ehtiyatdan əvvəl gəlirliliyi (vergi və ehtiyatdan əvvəlki mənfəətin risk dərəcəsi üzrə ölçülmüş orta aktivlərə nisbəti 2021-ci ildə 8,6% təşkil edib) kredit itkilərini “udmaq” üçün banka yaxşı bufer yaradır. Reytinq agentliyi yaxın 12-18 ay ərzində bankın likvidliyinin yüksək səviyyədə qalacağını gözləyir”, — deyə hesabatda qeyd olunur.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 107 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Mikro sahibkarlıq subyektlərində gəlirin müəyyən edilməsi

posted in: Xəbər | 0

gəlirin müəyyən edilməsi, faktiki yaşayış yeri üzrə vergi uçotu, vergi məcəlləsi dəyişiklik, satışın maya dəyəri, mənfəət vergisi ödəyicisi, Mənfəət vergisi ödəyicisinə keçid, aksizli malları markasız idxal etmək, torpaq vergisi üzrə öhdəlik, torpaq vergisi üzrə öhdəliklər, gəlirdən çıxılan xərclər, avadanlıqların təmir xərcləri, əsas vəsaitlərin təmiri, əmlakın satış qaydaları, Vergi Məcəlləsi dəyişiklik, vergi məcəlləsinin 163-cü maddəsi, Vergi bəyannaməsi ilə bağlı yeni dəyişiklik, idxalı zamanı aksiz, avtomobilin idxalı zamanı aksiz, kreditor borclar, debitor borclar, Vergi güzəşti, Aksizin əvəzləşdirilməsi, Aksiz vergisi üzrə dövriyyə, Ödəniş tapşırıqları, fiziki şəxslərin əmlak vergisi, əmlak vergisi, vergi yükünün azaldılması, Mədən vergisi dəyişikliklər, hüquqi ünvan, Vergi ödəyicilərinin uçotu, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, e-qaimə, NKA çeki, ƏDV tutulan dövriyyə, kameral vergi yoxlaması, mənfəət vergisi bəyannamələri, Qeyri-kommersiya təşkilatları, vergi öhdəliyi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, ƏDV, Avtonəqliyyat vasitələri ilə daşımalar, vergi məcəlləsi dəyişiklik, xüsusilə külli miqdar, Xeyli miqdar, Vergi Məcəlləsi, vergitutma, gəlirin bölüşdürülməsi, əmlakın bölüşdürülməsi, Kameral vergi yoxlaması, Kameral vergi yoxlamasının müddəti, Xronometraj metodu ilə müşahidə, qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Ölkəmizdə mikro və kiçik sahibkarlığın inkişaf etdirilməsi məqsədilə qanunvericilikdə bir sıra vergi güzəştləri nəzərdə tutulub. Mövzuya dair maraq doğuran məsələlərə vergi mütəxəssisi Xəyal Feyzullayev aydınlıq gətirir.

Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

Məcəllənin 106.1.20-ci maddələrində isə göstərilib ki, bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır. Bəs mikro sahibkarlıq subyekti necə müəyyənləşdirilir?

“Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 saylı Qərarına əsasən, işçilərin orta siyahı sayının 10 nəfərədək olan və illik gəliri 200 min manatdan az olan şəxslər mikro sahibkarlıq subyekti kimi tanınır.

Lakin könüllü surətdə ƏDV ödəyicisi olan bəzi sahibkarlıq subyektlərinin mühasibləri tərəfindən mikro sahibkarlıq subyekti üzrə illik gəlir anlayışı yanlış olaraq gəlir və ya mənfəət vergisi bəyannamələrində olduğu kimi malların (işlərin, xidmətlərin) təqdim edilməsindən (ƏDV və aksiz çıxılmaqla) gəlir kimi başa düşülür. Nazirlər Kabinetinin Qərarının qeydlər hissəsinin 1-ci bəndində isə göstərilmişdir ki, “İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir”.

Malın dəyərini onun alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin malın dəyərini artıran digər xərclər, o cümlədən mənfəət vergisi və ƏDV formalaşdırır.

Göründüyü kimi, Nazirlər Kabinetinin istinad etdiyimiz Qərarında “gəlir” anlayışına, təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin ƏDV ilə birlikdə dəyəri, habelə satışdankənar gəlirlər daxil edilir.

Bu baxımdan bəzi mühasiblər tərəfindən mikro sahibkarlıq subyektinə aid güzəştlərdən istifadə etmək üçün təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyərinin ƏDV-siz götürülməsi və Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə əsasən azadolmalardan və güzəştlərdən istifadə edilməsi gələcəkdə vergi məsuliyyətinin yaranması ilə nəticələnə bilər.

Mənbə: vergiler.az


Gecə vaxtı işləməyə görə əməkhaqqına əlavələr necə hesablanır?


Kapital Bank yeni Bravo-4 filialını istifadəyə verdi

posted in: Xəbər | 0

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Yeni konsepsiya əsasında təqdim edilən filial, Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi 5 ünvanında olan Bravo marketdə (8-ci mikrorayon) yerləşir. Filial həftənin bütün günləri saat 10:00-dan 19:00-dək fəaliyyət göstərir. Artıq müştərilər yeni filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Kapital Bank-ın Bravo-4 filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən Bakı və regionlarda həyata keçirdiyi filial şəbəkəsinin transformasiyası prosesini hazırda da davam etdirməkdədir. Ötən illər ərzində 60-dan çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davamı olaraq cari ildə bir sıra şəhər və region filiallarının əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 108 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Gecə vaxtı işləməyə görə əməkhaqqına əlavələr necə hesablanır?

posted in: Xəbər | 0

Gecə vaxtı görülən işə görə əməkhaqqı, əməkhaqqına əlavələrin hesablanması, vergi güzəşti, gəlir vergisi, gelir vergisi,Bəzi müəssisələrdə xüsusi şəraitdə görülən işlərə görə əməkhaqqına qanuvericliklə müəyyənləşdirilmiş əlavələr hesablanır. Bu əlavələrdən biri də gecə vaxtı görülən işlər üçün nəzərdə tutulub. Mövzunu Vəkillər Kollegiyasının üzvü, “LCG” vəkil bürosunun vəkili Əmiraslan Yusifov şərh edib.

Gecə vaxtı görülən işə görə əməkhaqqına əlavələrin hesablanması üçün öncə “gecə vaxtı” anlayışını dəqiqləşdirməliyik. Əmək Məcəlləsinin 97-ci maddəsinə əsasən, gecə vaxtı – saat 22-dən səhər saat 6-dək olan müddətdir. Bu vaxt ərzində görülən işlər üçün əməkhaqqına əlavələr hesablanmalıdır. İndi isə bu əlavələrin necə hesablanmasına nəzər yetirək.

Nazirlər Kabinetinin 5 aprel 2001-ci il tarixli, 74 saylı qərarının 1-ci maddəsinə əsasən, gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilir.

Bu qərarın daha aydın başa düşülməsi üçün Ədliyyə Nazirliyi ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə izahatı da mövcuddur. Burada 3 cür faiz hesablanması nəzərdə tutulduğundan bu faiz hesablamalarını bir-birindən ayıra bilməliyik. Ən əsas fərq “gecə vaxtı” ilə “gecə növbəsi” anlayışları arasındadır. Gecə vaxtı saat 22-dən səhər 6-dək olan müddətdir, gecə növbəsi isə saatlarının yarısı gecə vaxtına düşən növbədir, ondan öncə gələn növbə isə başlama vaxtından asılı olmayaraq axşam növbəsi adlanır. Gecə növbəsi çoxnövbəlilik sistemi olan yerlərdə tətbiq olunur. Burada isə hər bir növbənin saatı 8 saatdan artıq olmamalıdır. Yəni bir iş yerində 8 saatdan artıq, məsələn 12 saatlıq iki növbə yaradılıbsa, bu zaman bu növbələrə gecə və axşam növbəsinə tətbiq edilən faizlər hesablanmır, yalnız gecə vaxtına tətbiq edilən faizlər hesablanır. Yuxarıda qeyd etdiklərimizə əsasən, belə bir qrafik tərtib edə bilərik:

Müddətin adı İzahı Əlavə haqq
Gecə vaxtı Saat 22-dən səhər saat 6-dək olan müddət Saatlıq tarif (vəzifə) maaşının 20%-i
Gecə növbəsi Saatlarının yarısı gecə vaxtına düşən növbə Saatlıq tarif (vəzifə) maaşının 40%-i
Axşam növbəsi Başlama vaxtından asılı olmayaraq gecə növbəsindən öncə gələn növbə Saatlıq tarif (vəzifə) maaşının 20%-i

Misal: Mühafizə xidməti göstərən şirkətdə işçilər yalnız gecə vaxtında çalışır. Yəni mühafizə xidməti üçün ayrıca çoxnövbəli qrafik təyin edilməyib. Bu zaman mühafizəçilərin gecə vaxtına düşən hər saatı üçün əməkhaqqına əlavə 20% hesablanacaq. Əgər mühafizəçilərin iş rejimi üçün hər növbəsi 8 saatdan çox olmamaqla çoxnövbəli iş qrafiki təyin edilmişdirsə, bu zaman gecə növbəsi əlavə 40%, axşam növbəsi əlavə 20%, digər növbə isə əlavəsiz əməkhaqqı alacaq.

1 650 651 652 653 654 655 656 2. 690