Read More9
Read More9

Biznes dünyasından maraqlı faktlar

posted in: Məqalə, Xəbər | 0

biznes barədə faktlarBiznes barədə maraqlı faktları sizin diqqətinizə çatdırmaq istiyirik. Bilirdinizmi ki, Çində (Nantszin şəhəri) sizin rahatlıqla stress, gərginlik və depressiyadan xilas ola biləcəyiniz bir restoran mövcuddur.

Necə?

Çox sadə yolla…

Siz həmin restoranda ürəyiniz istəyən qədər qab-qacaq sındıra, stol-stulları qıra bilərsiniz və nə qədər istəsəniz qışqırıb-bağıra bilərsiniz. Başlıcası bundan sonra sizin rahatlamağınızdır;

Statistikaya görə, restoranların təxminən 90%-i açıldıqdan sonra ilk ildə işlərini dayandırır.

“McDonald’s” şirkəti özünün hazırladığı işçkilər sayəsində layiqli əsas gəlirini əldə edir.

Fast food-lar barədə maraqlı faktlar. Siz heç fikir vermisinizmi ki, bu cür məkanlarda çox vaxt oynaq musiqilər çalınır? Bu, müştərilərin öz qidalarını sürətlə yeyib və məkanı daha tez tərk etmələri, bununla da yeni müştərilər üçün yerləri boşaltmalarından ötrü düşünülmüş bir gedişdir.


Dünyanın müxtəlif ölkələrində qeyri-adi vergi və yığımlar


Mağazalarda uşaqlardan ötrü olan daha maraqlı və bahalı oyuncaqlar, balacalar onları tez görsünlər deyə, xüsusi olaraq aşağı rəflərə qoyulur… Yaxşı gedişdir, deyilmi?

Siz bilirdinizmi ki, mağazaların əksəriyyəti daha çox müştəri cəlb etməkdən ötrü xüsusi olaraq süni qoxulardan istifadə edirlər? Bu qoxular adamları nəsə almağa sövq edən hansısa aromatizatorlardan əldə edilir! Bu metod ac olan insanlara daha yaxşı təsir göstərir.

Hazırkı vaxtda Amazon saytı bir saniyə ərzində təxminən 158 məhsul satır! İnanılmaz uğurdur.

Bəs siz bilirdinizmi ki, “Bentley”, “Porsche”, “Audi” avtomobil şirkətlərinin sahibi “Volkswagen” şirkətidir? Bu, bir həqiqətdir!

“Facebook” sosial şəbəkəsində hazırda təxminən 25 milyona yaxın fəaliyyətsiz hesab var – bunlar ölmüş insanlara məxsusdur.

Milyarder Bill Geyts hər saniyədə təxminən 250 dollar qazanır.

Gülməli görünsə də, məşhur kubik-rubik dünyada ən çox satılan maldır! İkinci yerdə ondan sonra iPhone gəlir.

“Gangnam Style” videosu – bu, “YouTube”da qısa zamanda milyard baxış yığan ilk şedevrdir.

“McDonald’s” şirkəti 2010-cu ildə yalnız yeməklərin qalıqlarını evsizlərə verdiklərinə görə təxminən 155 adamı işdən çıxarıb.

Dünyada hər saniyə ərzində təxminən 8000 stəkan “Coca-Cola” içilir.

Məşhur müğənni Madonna bütün dünya üzrə yerləşən malikanələrində 160 ədəd limuzinə sahibdir.

Çap maşınında ilk dəfə çap edilən əsər “Tom Soyerin macəraları” romanı olub.


Aristotel, fəlsəfə və mühasibat uçotu


Dəyişiklikdən sonra faiz gəlirlərindən ödəmə mənbəyində vergi necə hesablanacaq?

posted in: Xəbər | 0

Ödəmə mənbəyində faizlərdən vergi tutulması, faktiki yaşayış yeri üzrə vergi uçotu, vergi məcəlləsi dəyişiklik, satışın maya dəyəri, mənfəət vergisi ödəyicisi, Mənfəət vergisi ödəyicisinə keçid, aksizli malları markasız idxal etmək, torpaq vergisi üzrə öhdəlik, torpaq vergisi üzrə öhdəliklər, gəlirdən çıxılan xərclər, avadanlıqların təmir xərcləri, əsas vəsaitlərin təmiri, əmlakın satış qaydaları, Vergi Məcəlləsi dəyişiklik, vergi məcəlləsinin 163-cü maddəsi, Vergi bəyannaməsi ilə bağlı yeni dəyişiklik, idxalı zamanı aksiz, avtomobilin idxalı zamanı aksiz, kreditor borclar, debitor borclar, Vergi güzəşti, Aksizin əvəzləşdirilməsi, Aksiz vergisi üzrə dövriyyə, Ödəniş tapşırıqları, fiziki şəxslərin əmlak vergisi, əmlak vergisi, vergi yükünün azaldılması, Mədən vergisi dəyişikliklər, hüquqi ünvan, Vergi ödəyicilərinin uçotu, Vergi ödəyicisi, əməliyyatların rəsmiləşdirilməsi, e-qaimə, NKA çeki, ƏDV tutulan dövriyyə, kameral vergi yoxlaması, mənfəət vergisi bəyannamələri, Qeyri-kommersiya təşkilatları, vergi öhdəliyi, maliyyə sanksiyaları, Vergi ödəyicisinin uçotu, ƏDV, Avtonəqliyyat vasitələri ilə daşımalar, vergi məcəlləsi dəyişiklik, xüsusilə külli miqdar, Xeyli miqdar, Vergi Məcəlləsi, vergitutma, gəlirin bölüşdürülməsi, əmlakın bölüşdürülməsi, Kameral vergi yoxlaması, Kameral vergi yoxlamasının müddəti, Xronometraj metodu ilə müşahidə, qaimə-fakturanın gec göndərilməsi, Vergi sanksiyası gəlirləri, Vergi Məcəlləsinin 159.5-ci maddəsi, cari vergi arayışı, Cari vergilərin hesablanması haqqında Arayış,Dəyişiklik mahiyyət etibarilə faiz gəliri əldə edən müəssisələrə aiddir. Belə ki, dəyişiklikdən əvvəl faiz gəlirlərinin sahibi mənfəəti vergiyə cəlb olunan müəssisə və ya qeyri-rezidentin daimi nümayəndəliyi olduğu halda, Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergi tutulmuş faiz gəlirlərini alan həmin müəssisə və ya qeyri-rezidentin daimi nümayəndəliyi ilin nəticələrinə görə hesabladığı verginin məbləğini, ödəmə mənbəyində verginin tutulduğunu təsdiq edən sənədləri təqdim etmək şərtilə bu mənbədə ödənilmiş verginin məbləği qədər azaldırdı. Dəyişiklikdən sonra isə faiz gəliri əldə edən müəssisələrin faiz gəlirlərinin ödəmə mənbəyində deyil, ümumi mənfəətdə vergiyə cəlb olunması həyata keçiriləcək və faiz gəlirləri üzrə vergitutmada vahid mexanizm tətbiq olunacaq.

Ödəmə mənbəyində faizlərdən vergi tutulması

Ödəmə mənbəyində faizlərdən vergi tutulması ilə bağlı Vergi Məcəlləsində bu ilin may ayında dəyişiklik olunub. Dəyişikliyin əsas müddəalarını “Business Service Centre” şirkətinin maliyyə və mühasibat işləri üzrə layihə rəhbəri Elnur Səmədzadə şərh edir.

Ödəmə mənbəyində faizlərdən vergi tutulması Vergi Məcəlləsinin 123-cü maddəsi ilə tənzimlənir. “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 13 may 2022-ci il tarixli 534-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu əsasında həmin maddəyə dəyişikliklər edilib. Vergi Məcəlləsinin yeni qüvvəyə minmiş 123.1-ci maddəsinə əsasən, rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən gəlir Vergi Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, Vergi Məcəllənin 102.1.22-ci və 102.1.22-2-ci maddələrində nəzərdə tutulmuş güzəşt nəzərə alınmaqla ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.Dəyişikliyin mahiyyətini daha aydın təsəvvür etmək üçün həm dəyişkilikdən əvvəli, həm də sonranı əks etdirən misalları nəzərdən keçirək.



Dəyişiklikdən əvvəl:

Misal 1: “A” MMC ilə “B” bankı arasında bağlanılmış müqaviləyə əsasən “A” MMC banka illik 10 faiz dərəcə ilə 50.000 manat məbləğində əmanət yerləşdirmişdir. Bank ilin sonunda “A” MMC-nin 5.000 manat (50.000,00*10%) faiz gəlirindən ödəmə mənbəyində 10% dərəcə ilə yəni, 500 manat vergi tutmuş, 4.500 manatı isə “A” MMC- yə ödəmişdir. “A” MMC- nin həmin il üzrə gəlirlərinin (o cümlədən faiz gəlirlərinin) 300.000 manat, gəlirdən çıxılan xərclərinin isə 200.000 manat olduğunu hesab etsək, ilin nəticələrinə görə “A” MMC 20.000 manat ((300.000 – 200.000) x 20%) mənfəət vergisi ödəməli idi. Lakin “A” MMC- nin faiz gəlirindən ödəmə mənbəyində 500 manat vergi tutulduğundan, həmin il üzrə büdcəyə 19.500 manat (20.000-500) vergi ödəyəcəkdi.

Dəyişiklikdən sonra:

Misal 2: “A” MMC ilə “B” bankı arasında bağlanılmış müqaviləyə əsasən “A” MMC banka illik 10 faiz dərəcə ilə 50.000 manat məbləğində əmanət yerləşdirmişdir. Bank ilin sonunda “A” MMC- nin 5.000 manat (50.000,00*10%) faiz gəlirini tam həcmdə ona ödəyir. “A” MMC-nin həmin il üzrə gəlirlərinin (o cümlədən faiz gəlirlərinin) 300.000 manat, gəlirdən çıxılan xərclərinin isə 200.000 manat olduğunu hesab etsək, ilin nəticələrinə görə “A” MMC 20.000 manat ((300.000 – 200.000) x 20%) mənfəət vergisi ödəyəcəkdir.

Göründüyü kimi, Vergi Məcəlləsinin 123.1-ci maddəsinə edilmiş dəyişikliyin mahiyyəti hüquqi şəxslərin faiz gəlirlərinin vergidən azad edilməsi deyil, həmin şəxslərin faiz gəlirlərinin vergiyə cəlb edilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır.

“Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 13 may 2022-ci il tarixli Qanunun 2-ci maddəsində əsasən, dəyişikliklər 2022-ci il yanvarın 1-dən tətbiq edilir. Qanun 13 may 2022-ci ildə qəbul edildiyindən və 10 iyun 2022-ci ildə qüvvəyə mindiyindən Vergi Məcəlləsinin 150-ci maddəsinin tələblərinə uyğun olaraq 2022-ci ilin 1-ci rübü ərzində hüquqi şəxslərə ödənilən faiz gəlirlərindən ödəmə mənbəyində vergi tutulmuşdur. Dəyişikliyin 1 yanvar 2022- ci il tarixdən qüvvəyə mindiyini nəzərə alaraq, 2022- ci ilin 1-ci rübü üzrə hüquqi şəxslərin faiz gəlirindən ödəmə mənbəyində tutulan vergilər bank və ya digər müəssisələr tərəfindən müvafiq dövr üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməklə yenidən hesablanmalıdır.

Yaponiyanın iqtisadiyyatı haqqında 13 fakt

posted in: Məqalə, Xəbər | 0

yaponiya iqtisadiyyatıYaponiya iqtisadiyyatının yüksəlişi 30 il əvvəl baş verib: qlobal indeksdə Yaponiya şirkətlərinin səhmlərinin payı 44% təşkil edib. Dünyanın ilk on ən böyük bankından yeddisi yapon bankı, dünya üzrə 271 milyarderdən 40-ı yaponlar idi. Sonradan ölkə elə öz təcrübəsindən öyrəndi ki, sürətli inkişaf, aqressiv ixrac və həddindən artıq istehsal iqtisadiyyata dağıdıcı təsir göstərə bilər.

  1. Hazırda yapon iqtisadiyyatı dünyada dördüncü yerdədir

Yaponiya dünyanın iyirmi ən böyük iqtisadiyyatı olan Böyük İyirmilik – G20 qrupuna daxildir. ÜDM-nin həcminə görə ölkə dünyada dördüncü və Asiya ölkələri sırasında isə ikinci yerdədir. Bu, ciddi göstəricidir, lakin, əvvəllər həmin göstərici bundan da yaxşı olub.

  1. Keçmişdə Yaponiya dünyanın ikinci iqtisadiyyatı olub və qonşuları üçün bir nümunə təşkil edib

1968-ci ildə ölkə dünya ÜDM reytinqində ikinci yeri tuturdu və Şərqi Asiya regionunun dövlətləri öz inkişaflarında yapon təcrübəsinə arxalanırdılar: Koreya yapon dzaybatsu-şirkətlərinin (dzaybatsu – yaponca mülkiyyət deməkdir – yapon terminidir, mahiyyət etibarilə “pul klanı” və ya konqlomerat mənasını verir) strukturunu kopyalamışdı, Tayvan isə Yaponiyanın həyata keçirdiyi aqrar islahatları uğurla təkrarlamışdı. 1980-ci illərin əvvəlində Yaponiya texnologiyalar yarışında hətta ABŞ-ı ötüb keçmişdi.

  1. 55 il ərzində adambaşına ÜDM 60 dəfə artmışdı

Daha dəqiq söyləsək, Dünya bankının dəyərləndirməsinə görə, bu göstərici 610 dollardan 36 680 dollara yüksəlmişdi. Ölkə əhalisi isə sözügedən dövrdə cəmi 40 faiz artmışdı. Baxmayaraq ki, son on beş ildə yapon ÜDM məşğul olan hər nəfər hesabı ilə ABŞ-la müqayisə oluna biləcək dərəcədə artmışdı, bu qeyri-mütənasiblik yapon iqtisadiyyatında durğunluğa səbəb olmuşdu.

  1. İxracın sürətli yüksəlişi Qərbi narahat etdi

Son 55 il ərzində Yaponiyanın ixracatı 155 dəfə artmışdı, 1960-80-ci illərdə bu artım ildə orta hesabla 17 faiz təşkil edirdi. 20 əsrin ortalarında yapon ixracının əsas üstünlüyü onun aşağı qiymətlərində idi, buna görə də bütün dünyada yapon gəmilərindən, dəqiq optikadan, elektronika məhsullarından, televizorlar və fotoaparatlarından istifadə edirdilər. Otuz ildən sonra çinlilər ucuz işçi qüvvəsindən yararlanaraq eyni inkişaf yolunu seçəcəkdilər.

Yaponiyanın inanılmaz yüksəlişi Qərbi narahat etməyə başladı – belə ki, yapon malları digər ölkələrdə iş yerlərinin azalmasına gətirib gətirib çıxarırdı və digər ölkələrdə istehsal olunan məhsulların rəqabətə davamlılığını azaldırdı.

  1. Qərb Yaponiya hakimiyyətini sərfəli olmayan tədbirlərə razı saldı, bundan sonra iqtisadiyyat üçün itirilmiş onillik başladı

Yaponiya iqtisadiyyatı 1960-90-cı illərdə ildə ortalama 6 faiz artırdı. Lakin ölkə Britaniya, Fransa, ABŞ və Almaniyanın yapon iyenasının dollara nisbətdə məzənnəsini yüksəltməyə razılaşdı –  bu razılaşma “Plaza” sazişi kimi tanınır. Həmin saziş 1985-ci ildə imzalanmışdı. Nəticədə ixrac bahalaşmağa başladı, ticarət balansı isə pisləşdi. Problemlərin öhdəsindən gəlmək üçün hökumət investisiya, kreditləşməni genişləndirmək və faiz dərəcələrini 1985-ci ildəki 5%-dən 1989-cu ildə 2,25%-ə endirmək qərarına gəldi. Kredit inyeksiyaları aktivlər və daşınmaz əmlak bazarlarında spekulyasiyaya gətirib çıxardı və artıq 1990-cı ildə birja səhmləri 66 qiymət/mənfəət nisbəti ilə satılırdı – baxmayaraq ki, 10-20 normal səviyyə hesab olunurdu.

1990-cı ildə Yaponiya aktivlərinin satışına başlandı. Səhmlər kreditlər üzrə girov olduğu üçün banklar kreditləşdirməni dayandırdılar. Mallara və daşınmaz əmlaka tələbat azaldı, bir çox şirkətlər istehsalı azaltmağa və ya özlərini müflis elan etməyə məcbur oldular. 1990-cı illərdə ÜDM-in artım tempi 1,1%-ə düşdü.

Zəifləmiş banklar bir çox hallarda durğunluq müddətinin uzanmasına gətirib çıxardı – aktivlər ucuzlaşdı, öhdəlikləri isə yerinə yetirmək lazım idi. Hökumət bank sistemini təmizləməyə cəsarət etmədi, amma, banklara müxtəlif yollarla dəstək verildi.

1991-ci ildə iqtisadiyyatın çöküşündən sonra Yaponiya iqtisadiyyatının artımı ABŞ-dan iki dəfə az idi: ABŞ-ın 2,5% illik artımına qarşı ildə ÜDM orta hesabla 0,9% təşkil edirdi. 1990-cı illəri Yaponiyada itirilmiş onillik adlandırırlar.

  1. Yaponiyanın dövlət borcu – dünyada ən böyük borclardan biridir və yaponlar bu pulu özləri-özlərinə borcludurlar.

Ölkənin digər problemi isə daim artan və iqtisadiyyatın inkişafına mane olan dövlət borcudur. Hazırda Yaponiyanın dövlət borcu ÜDM-dən 3,4 dəfə çoxdur. Bu iyirmi il ərzində büdcə kəsirinin dövlət istiqrazları hesabına maliyyələşdirilməsi səbəbindən baş vermişdi.

Ancaq, istiqrazların əksəriyyəti yaponların özlərinə məxsusdur, ona görə də belə demək mümkünsə, yaponların özləri özlərinə borcludurlar: yəni, yaşlı nəsil gənc nəsildən borc götürüb.

Buna baxmayaraq, dövlət, şəxsi ev təsərrüfatları və yapon biznesi bütün dünyada böyük kreditorlar kimi çıxış edirlər. Yaponiyanın digər ölkələr qarşısında öhdəlikləri 3,9 trilyon dollardır, lakin xarici aktivlərin həcmi bundan qat-qat çoxdur – 6,6 trilyon dollar. Həm də həmişə vergiləri artırmaq imkanı vardır, çünki Yaponiyada onlar iqtisadi əməkdaşlıq və inkişaf təşkilatında (İƏİT) ən aşağı səviyyədədir. 2014-cü ildə hökumət elə belə də etdi: istehlak üçün olan vergini 5 faizdən, 8 faizə qaldırdı.



  1. Dünyada ən yüksək uzunömürlülük – bu, insanlar üçün yaxşı, iqtisadiyyat üçün isə pisdir

Lakin Yaponiyanın özü üçün bu bir problemdir, çünki ölkədə pensiyaçıların sayı çoxdur, doğum səviyyəsi isə çox aşağıdır. Əgər 1960-cı illərdə hər bir ailəyə orta hesabla 2 uşaq düşürdüsə, hazırda bu 1,3 uşaq səviyyəsindədir.

1995-ci ildə Yaponiyada yaşı 15-dən 64-ə kimi olan adamların sayı 87,3 milyon nəfər təşkil edirdi, 2015-ci ildə onların sayı 78,9 milyon nəfərə kimi azalıb. Yaşı 65 yuxarı olanların sayı isə 18,3 milyon nəfərdən, 31 milyon nəfərə yüksəlib.

Əmək qabiliyyətli əhali nə üçün bu qədər vacibdir və onun azalması iqtisadiyyat üçün niyə pisdir? Çünki bu, əlavə dəyər yaradır. Daha çox pensiyaçı və daha az gənc, daha az əlavə dəyər deməkdir.

Qalan əmək qabiliyyətli yaponların isə yükü artır, çünki onlar qocaları pensiya ilə təmin etməli və dövlət isə sosial sahəyə getdikcə daha çox pul ayırmalı olur.

  1. Balıq ovu üzrə dünyada beşinci yer və ÜDM-də kənd təsərrüfatının cəmi 1 faiz payı

Post-sənaye iqtisadiyyatı üçün tipik vəziyyətdir. Halbuki, kənd təsərrüfatı üçün ayrılmış torpaqlar ölkə ərazisinin, təxminən, 13%-ni əhatə edir. Bu torpaqların yarıdan çoxu düyü istehsalı üçün istifadə olunur.

  1. Yaponiya elmə və tədqiqatlara ÜDM-nin 3,6 faizini sərf edir

Bu, İƏİT-nin 2014-cü il məlumatındandır. Amma digər ölkələrlə rəqabət daha da çətinləşir, çünki getdikcə daha çox dövlətlər müasir texnologiyalara çıxış əldə edirlər. Hazırda Yaponiya yüksək texnologiyalar sahələrində Qərblə rəqabət aparır və sənayedə isə tədricən daha az əlavə dəyərə malik olan Tayvan və Koreya ona çatmaqdadır.

  1. Ona görə də yapon brendləri – dünyada ən bahalı və ən məşhur markalardan biridir

Elə götürək, Toyota şirkətini – sözügedən şirkət Fortune Global 500 siyahısında 9-cu yerdədir və dünyanın ən nəhəng avtomobil istehsal edən ictimai şirkətidir. Halbuki vaxtilə həmin şirkət toxuculuq sənayesindən ötrü avtomatik toxuculuq dəzgahlarının istehsalı ilə fəaliyyətə başlamışdı.

Yapon texnologiyası və optikası da dünya miqyasında şöhrət qazanıb: Nikon, Sony, Panasonic, Nintendo.

  1. 40 faiz avtomobil ixracı

1980-ci illərdən bəri Yaponiya ardıcıl olaraq dünyanın ən yaxşı 10 avtomobil istehsalçısı arasında yer alır.

  1. Ölkədə resurslar azdır, buna görə onlardan qənaətlə istifadə edirlər

Əhali və sənaye istehsalı həcmlərinin artmasına baxmayaraq, yaponlar təbii resursların istehlakının məqbul səviyyəsini qoruyub saxlaya biliblər. Enerji resurslarının istehlakı, ümumiyyətlə, Qərbi Avropada olduğu kimi, bir nəfər üçün 4200 kq yanacaq təşkil edir. Onları əsasən ABŞ, Çin və Avstraliyadan idxal edirlər.

  1. İqtisadi siyasət dünyaya keyfiyyətli və mürəkkəb məhsullar satmağı hədəfləyib

Yaponlar dünya ərzaq məhsulları bazarını fəth etməyi planlaşdırırlar, özü də onlar bahalı seqmentə hədəfləniblər: vaqasi şirniyyatı, yaqut üzümü, mavi tuna filesi. Onlar rəqabət apara bilirlər – aşağı kalorili yapon mətbəxinin sağlamlıq faydaları çoxdan sübut olunub.

Sənaye ixracında da yaponlar kəmiyyətdən çox keyfiyyətə diqqət yetirməyi planlaşdırırlar. Əsas məhsul – mürəkkəb və bahalı mallardır: optika, robotlar, elektron məhsullar. İndi kütləvi və ucuz malların istehsalı Çin filiallarına və Cənub-Şərqi Asiyanın digər ölkələrinə verilir. Lakin Yaponiya ənənəvi olaraq texniki cəhətdən mürəkkəb montaj və istehsal işlərini özü həyata keçirir.

Yaponiya iqtisadiyyatının necə inkişaf edəcəyini proqnozlaşdırmaq çətindir, çünki ona mədəni xüsusiyyətlər də təsir edir. Çox güman ki, ölkə 80-ci illərin göstəricilərinə qayıda bilməyəcək, lakin yaxın onilliklərdə Yaponiya mütləq şəkildə ən inkişaf etmiş iqtisadiyyatlar və həyat səviyyəsi yüksək olan ölkələr siyahısında qalacaq. Yaponiya yüksək texnologiyalı mallar istehsal edir və buna görə də istehsal etdiyi mallar bahalıdır. PwC-yə görə, bu, onun ilk beş qlobal lider sırasında yer almasını mütləq şəkildə təmin etməyəcək, amma, 2050-ci ilə qədər Yaponiyanın dünyanın səkkizinci ən böyük iqtisadiyyatı olacağı təxmin edilir. Səkkizinci və yaxud iyirminci yer olsun, bu, yenə də əla nəticədir.


Kuba haqqında bilmədiyimiz 10 maraqlı fakt


Kapital Bank “Breyn Rinq”in qalib komandasını mükafatlandırdı

posted in: Xəbər | 0

Kapital BankXəbər verdiyimiz kimi, Kapital Bank “Breyn Rinq” televiziya layihəsinin maliyyə tərəfdaşıdır. Yarışmanın 19-cu mövsümdə “Nar Kuboku”nun sahibi “Nar” komandası olub.

Kapital Bank-ın nümayəndələri tərəfdaş olaraq qalib komanda ilə görüşüb və komandanı təbrik edib. Qalib komandaya 3000 manat pul mükafatı təqdim edilib.

Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq, daim intellektual oyunları və təhsil layihələrini dəstəkləyir. Qeyd edək ki, Kapital Bank həmçinin “Nə? Harada? Nə vaxt?” intellektual klubun da rəsmi tərəfdaşıdır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 108 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


1 648 649 650 651 652 653 654 2. 690
error: Content is protected !!