PMS üzrə imtahan vaxtları açıqlandı

posted in: Xəbər | 0

maliyyə hesabatlarının beynəlxalq standartları, PMS üzrə imtahan vaxtlarıDİM tərəfindən peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahan keçiriləcək.

İmtahan kağız daşıyıcılar vasitəsilə 2 mərhələ üzrə təşkil olunacaq:

1-ci mərhələ (mühasibat uçotu üzrə) 25 sentyabr, 2-ci mərhələ (qanunvericilik üzrə) 9 oktyabr 2022-ci il tarixində keçiriləcək.

İmtahanın hər 2 mərhələsi üzrə qeydiyyat DİM-in rəsmi internet səhifəsi üzərindən 1-ci mərhələ üzrə 17 avqust–15 sentyabr, 2-ci mərhələ üzrə 23 avqust–29 sentyabr tarixlərində aparılacaq.

Namizədlər 1-ci mərhələ üzrə buradan və 2-ci mərhələ üzrə isə buradan qeydiyyatdan keçə bilərlər.

1-ci mərhələ (mühasibat uçotu) üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda göstərilən sertifakat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

  1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
  2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
  3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

2-ci mərhələ (qanunvericilik üzrə) imtahanda iştirak etmək istəyən namizədlər isə aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

  • Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;
  • İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

İmtahan ödənişlidir və hər bir mərhələ üzrə iştirak haqqı 50 manat təşkil edir.

İmtahanın hər bir mərhəlisinin davametmə müddəti 3 saatdır.

Namizədlərin bilik və bacarıqlarının yoxlanılması məqsədilə hər iki mərhələ üzrə imtahanlarda 40 tapşırıqdan ibarət sual kitabçalarından istifadə olunur. İmtahanın hər bir mərhələsi üzrə test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanın birinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir. İmtahanın ikinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli 5 test tapşırığının hər biri 10 balla qiymətləndirilir.

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Namizədlər proqramlarla bu linkə daxil olaraq tanış ola bilərlər.

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarının aşağıdakı bəndlərinə əsasən:

2.8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:

2.8.1. İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının FR – “Financial Reporting” imtahanını müvəffəqiyyətlə keçməsi barədə sənədə və ya “DipIFR” sertifikatına;

2.8.2. İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA – Chartered Institute of Management Accountants) F2 “Advanced Financial Reporting” sertifikatına;

2.8.3. Sertifikatlaşmış İctimai Mühasib (CPA – Certified Public Accountant) təşkilatının sertifikatına;

2.8.4. İmtiyazlı Mühasiblər Assosiasiyasının sertifikatına;

2.8.5. Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – “Diploma in IFRS”.

2.9. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CİPFA- Chartered Instıtute Of Publıc Fınance & Accountancy) sertifikatına malik olduğu hallarda imtahanın birinci mərhələsindən azad edilir.

Bu sertifikatlara malik olan namizədlər imtahanın 2-ci mərhələsi üzrə qeydiyyatdan keçməlidirlər. Onlar öz sertifikatlarının  surətini elektron şəkildə qeydiyyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər.

Həmin sertifikatların həqiqiliyi DİM tərəfindən yoxlanılaraq namizədə məlumat veriləcək.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 237 saylı 22 may 2019-cu il tarixli qərarının aşağıdakı bəndinə əsasən namizədlər göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə bilərlər:

2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti.

PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet səhifəsində (link) yerləşdirilib.

Bu ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər mühasibatlıq sahəsində azı beş illik iş stajı haqqında məlumat göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcəkdir.

İmtahandan 5 gün əvvəl namizədlər Mərkəzin saytından “İmtahana buraxılış vərəqəsi”ni və “Namizədin yaddaş kitabçası”nı çap edib götürə bilərlər.

Diqqət: Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərarlardan asılı olaraq imtahan tarixi dəyişə bilər. Namizədlərə tövsiyə edilir ki, DİM-in rəsmi internet saytını müntəzəm olaraq izləsinlər.

Qeyd: PMS üzrə növbəti imtahanın 2022-ci ilin noyabr-dekabr aylarında keçirilməsi nəzərdə tutulub.

Mənbə: dim.gov.az


Rəsmiləşdirilməyən alışa görə hansı maliyyə sanksiyası tətbiq oluna bilər?

posted in: Xəbər | 0

Fərdi sahibkar şəxsi mənzilində istifadə etdiyi mebeli sahibkarlıq fəaliyyəti göstərdiyi ofisə almışdır. Mebelin alışı nağd qaydada həyata keçirilmiş və elektron alış aktı tərtib edilməmişdir. Bu halda fərdi sahibkara cərimə tətbiq oluna bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi qanunvericiliyinə əsasən, vergi orqanında uçotda olmayan fiziki şəxslərdən alınmış mallara görə alış aktını tərtib etmək vergi ödəyicisinin vəzifəsidir və vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilməlidir.

Eyni zamanda qanunvericiliyə görə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Bunlara əsasən sorğuda göstərilən halda vətəndaşdan əldə edilmiş mebelin alışı müvafiq aktla rəsmiləşdirilmədiyi üçün fərdi sahibkara alış aktı ilə rəsmiləşdirilməyən xərcin 10 faiz miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 58-ci və 71-2-ci maddələri.

Mənbə: vergiler.az


Vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə görə maliyyə sanksiyası tətbiq olunurmu?


Mühasibat uçotunda müasir problemlər

posted in: Məqalə, Xəbər | 0

Mühasibat uçotunda problemlərMüasir biznesin idarə olunması üçün informasiya texnologiyaları sahəsində müasir nailiyyətlərin tətbiqi, idarə olunan proseslər haqqında informasiyanın vaxtında və dolğunluğunun təmin olunmasına imkan yaradır, proseslərin daha dərindən təhlilinə, modelləşdirilməsinə və onların inkişafının proqnozlaşdırılmasına imkan verir.

Mühasibat uçotu informasiyanın daxili istifadəçiləri olan təşkilat rəhbərliyi tərəfindən ən mühüm idarəetmə qərarlarının qəbul edildiyi informasiya bazası kimi çıxış edir və müəssisənin fəaliyyəti dövlət tənzimləyici orqanları, səhmdarlar, investorlar, kreditorlar və s. kimi xarici istifadəçilər tərəfindən qiymətləndirilir.

Son illərdə biznes idarəçiliyində informasiya texnologiyalarının inkişafı çox sürətlə gedir. Müasir mühasib bu gün artıq avtomatlaşdırma vasitələrindən geniş istifadə etmədən mühasibat uçotunun aparılması prosesini təsəvvür belə, edə bilmir. Məhz, ona görə də mühasibat hesabatlarının formalaşdırılmasının əsas tətbiqi problemlərindən biri onun avtomatlaşdırılması və kompüter texnologiyaları dünyasında son tendensiyalarla əlaqələndirilməsi prosesidir.

Lakin bu gün mühasibat uçotunun avtomatlaşdırılması ilə bağlı meydana çıxan problemlər aktual olaraq qalır.

Mühasibat uçotunun avtomatlaşdırılmasının müxtəlif aspektləri müxtəlif müəlliflər tərəfindən öyrənilir. Bu, əsasən, müəyyən proqram məhsullarının tətbiqi və istifadəsi üzrə metodik tövsiyələrlə bağlıdır.

Mühasibat uçotunun müasir aktual problemlərindən biri mühasibat uçotunun avtomatlaşdırılmış formasının zəif işlənmiş metodologiyasıdır. Bütün hallarda proqram tərəfindən istifadə olunan alqoritmlər olduqca mürəkkəbdir. Buna görə də proqram təminatından istifadə ilə bağlı həmin proqramın yaradıcılarının verdikləri ipucları, tövsiyələri daha faydalıdır. Lakin eyni zamanda, mühasibat uçotunun avtomatlaşdırılmış formalarının metodologiyasının inkişaf etdirilməsi də çox zəruridir.

Müəlliflər yalnız bəzi işlərdə avtomatlaşdırılmış sistemlərin qurulması prinsiplərini təhlil edir, mühasibat uçotunun avtomatlaşdırılmış formasının inkişafının metodik, həm də metodoloji problemlərini nəzərdən keçirirlər. Özü də bu zaman mühasibat uçotunun aparılmasının avtomatlaşdırılmış forması təkcə bütövlükdə mühasibat uçotu ilə bağlı qurulmanın ümumi prinsiplərinə malik olmur, həm də özünəməxsus spesifik prinsipləri nəzərə almaqla həyata keçirilmədən avtomatlaşdırılmış mühasibat uçotu formasını qurmaq mümkün deyil.


Biznes dünyasından maraqlı faktlar


Bundan əlavə, MHBS-a keçidlə əlaqədar olaraq mühasibat uçotunun avtomatlaşdırılmasının digər bir problemi yeni mühasibat standartlarına uyğun proqram məhsullarının təkmilləşdirilməsi zərurəti ilə əlaqədardır.

Mühasibat uçotunun müasir avtomatlaşdırılmasının digər mühüm bir problemi məlumatların saxlanılmasının etibarlılığının təmin edilməsi məsələsi olur. Çünki informasiya təşkilatın strateji resurslarından birinə çevrilir və onun fəaliyyətində getdikcə daha çox əhəmiyyət kəsb edir.

Mühasibat uçotunda müasir problemlərEyni zamanda, məlumatların virtualda mühafizəsi metodlarının tətbiqi ilə bağlı da bir sıra problemlər ortaya çıxır. Onlardan ən mühümü informasiya təhlükəsizliyinin təmin edilməsi problemidir. Bu günə qədər, məlumatların tam məxfiliyini təmin edən hər hansı bir xüsusi tənzimləmə aktları, eləcə də bunu yerinə yetirən texnologiyalar mövcud deyil. Nəticə etibarilə, ən qiymətli məlumatları ictimai virtual məkanda mühafizə etmək tövsiyə olunmur.

Müasir biznesin idarə olunması üçün informasiya texnologiyaları sahəsində müasir nailiyyətlərin tətbiqi idarə olunan proseslər haqqında informasiyanın vaxtında və dolğunluğunun təmin olunmasına imkan yaradır, proseslərin daha dərindən təhlilinə, modelləşdirilməsinə və onların inkişafının proqnozlaşdırılmasına imkan yaradır.

Məlumatların bütövlüyü məsələləri də aktual problem kimi çıxış edir. Belə ki, virtual məkan xidmətləri üçün internet şəbəkəsi ilə daimi əlaqənin təmin edilməsi zəruridir. Daimi əlaqə təmin edilmədikdə isə məlumat anbarlarında informasiyanın düzgün və vaxtında yenilənməsi ilə bağlı problemlər yarana bilər.

Yuxarıda göstərilən problemlərin həlli şirkətə məxsus olmayan serverlərdə informasiyanın itirilməsi və ya ona çıxış üçün şəraitin aradan qaldırılması üçün məqsədyönlü tədbirlər tələb edir.

Bundan başqa, proqram təminatının texniki dəstəyi ilə bağlı xərclərin azaldılmasına baxmayaraq, istifadəçi istifadə olunan təminatda məhdudiyyətlərlə üzləşir və bəzən isə öz məqsədləri üçün onu tam şəkildə tənzimləmək imkanı mövcud olmur.

Mühasibat uçotunun avtomatlaşdırılmasından istifadənin üstünlüklərinə baxmayaraq, onun bilavasitə müəssisə çərçivəsində istifadə edilməsinin aşağıdakı problemləri mövcuddur:

  1. Müəssisənin fəaliyyətinin əsaslarını və əsas biznes proseslərini müəyyən etmək zərurətindən ibarət olan avtomatlaşdırma məsələlərinin müəyyən edilməsi, bu da müəssisənin real tələbatından kənara çıxmamağa imkan verir.
  2. Mühasibat uçotu, hesabat və vergi qaydalarını tənzimləyən qaydalarda tez-tez yol verilən dəyişikliklər çevikliyə imkan vermir və kənar şəraitdəki dəyişiklikləri əks etdirə bilmir.
  3. İxtisaslı kadrların çatışmazlığı.
  4. Müəssisədəki mövcud məlumatların yeni bir sistemə köçürülməsi.

Dünyanın müxtəlif ölkələrində qeyri-adi vergi və yığımlar


Bütün bu problemlər mühasibat uçotunun aparılması üçün avtomatlaşdırılmış sistemin tətbiqinə çəkilən xərclərin artmasına və onun tətbiqindən iqtisadi effektin əldə olunmamasına gətirib çıxara bilər.

Sonda qeyd etmək lazımdır ki, hazırda mühasibat uçotunun aparılmasını informasiya texnologiyalarından istifadə etmədən təsəvvür etmək mümkün deyil. İnformasiya texnologiyalarının inkişafı ilə yeni imkanlar, eyni zamanda, mühasibat uçotunun avtomatlaşdırılmasının yeni problemləri meydana çıxır ki, bu da öz həllini tələb edir.

Mühasibat uçotu üzrə informasiya texnologiyalarının inkişafı mühasibin işinin effektivliyinin və keyfiyyətinin yüksəldilməsinə, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarətin yaxşılaşmasına imkan yaradır. Bununla yanaşı, qeyd etmək lazımdır ki, uçotun avtomatlaşdırılması sistemi mühasibləri tamamilə əvəz edə bilməz. Axı, bir çox məsələlər vardır ki, onların həlli zamanı peşəkar mühakimənin işlənib hazırlnmasına zərurət yaranır. Hansı ki, avtomatlaşdırma tərəfindən bu çox zəif təsdiq olunur, zira bu kimi məsələlərin həlli ilk növbədə insan təcrübəsinə əsaslanır.


Vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə görə maliyyə sanksiyası tətbiq olunurmu?

posted in: Xəbər | 0

sanksiya, maliyyə sanksiyası, Vergidən azad gəlirlər, nağdsız ödənişdən imtina, POS-terminallar üçün tələblər, Azərbaycan şirkətinə həmtəsisçi olmaq, nağd qaydada alına bilən mallar, şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi, Vergi borcunun ödənilməsi, istifadəçi kodunun itirilməsi, Yeni bank hesabı açmaq, hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi, təsərrüfatdaxili əməliyyatların uçotu, gəlirlərin və xərclərin uçotunun aparılması, minimum aylıq əməkhaqqı, Milli gəlirlər baş idarəsi təyinat, gəlir vergi, sadələşdirilmiş vergi, gəlir vergisi, əmtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramı, kameral vergi yoxlaması, qeyri-rezidentdən əldə edilən gəlirlər, Kassa çeki verməyən obyektlər, mənzil satışı vergi, xammal və material sərfi, dvx Yay Təcrübə Proqramı, DVX Kommunikasiya Strategiyası, Fərdi sahibkar, əmlak vergisi, vergi öhdəliyi, Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanı2019-cu ilin yanvar ayından vergi uçotuna alınaraq kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fərdi sahibkar kənd təsərrüfatı məhsullarının istehsalı vergidən azad edildiyi üçün dövriyyələr barədə vergi bəyannamələri verməmişdir. Vergidən azad olunan dövriyyə barədə bəyannamə verməməyə görə fərdi sahibkara maliyyə sanksiyası tətbiq oluna bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq və vergi oqanına bəyannamə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir.

Eyni zamanda Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş 58.15-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir (kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə 2020-ci il yanvarın 1-dən qüvvəyə minir).

Bu maddənin müddəalarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən 2020-ci il yanvarın 1-dən etibarən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə görə bəyan edilməmiş gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16-cı və 58-ci maddələri.

Mənbə: vergiler.az


Dəyişiklikdən sonra faiz gəlirlərindən ödəmə mənbəyində vergi necə hesablanacaq?


1 647 648 649 650 651 652 653 2. 690