Təsisçiyə verilən borc və onun əvəzinin qaytarılması dividend hesab olunurmu?

posted in: Xəbər | 0

ödəmə mənbəyində vergi, sadələşdirilmiş vergi ödəyicisi, dividendə görə vergi öhdəliyi, Səhmdarların dividend öhdəlikləri,Təsisçi borc müqavilələri əsasında hesablanmış faizlərə ödəmə mənbəyində 10% vergi tutub. Təsisçiyə ödənilən faizlər gələcəkdə dividend kimi qəbul edilə bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilər bazar qiyməti nəzərə alınmaqla hesablanır.

Qeyd edilənlərə əsasən, təsisçi tərəfindən hüquqi şəxsə verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Həmçinin, Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Bununla yanaşı, Vergi Məcəlləsinin 122.1-ci maddəsinə görə rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsinin 122.4-cü maddəsinə əsasən cəmiyyətin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və bu zaman bu Məcəllənin 122.1-ci maddəsi ilə ödəmə mənbəyində vergi tutulur.

Qeyd olunanlara əsasən, təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması müvafiq qaydada sənədləşdirildikdə dividend hesab olunmur.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 740-cı maddələri.

Mənbə: vergiler.az


Təsisçidən alınan borc hansı şərtlərlə nağd qaydada qaytarıla bilər?


Ən yüksək vergi dərəcələri olan ölkələr

posted in: Məqalə, Vergi, Xəbər | 0

Gəlir vergisi, Ən yüksək vergi dərəcələriBu gün biz sizinlə birlikdə hökumətlərin dünyada ən yüksək vergilər təyin etdiyi ölkələri nəzərdən keçirəcəyik. Vergilərinizi azaltmaq istəyirsinizsə, aşağıdakı ölkələrdən mütləq yayınmalısınız:

  • Böyük Britaniya.

Gəlir vergisinin ən yüksək dərəcəsi: 45%

2010-cu ildə Böyük Britaniyada gəlir vergisi 10% qaldırılmışdı ki, nəticədə ölkədə bu vergi dərəcəsi 50% təşkil edirdi. Lakin 2013-cü ilin aprel ayında həmin vergi faizi azaldıldı və hazırda gəlir vergisi 45% təşkil edir. Sosial vergi isə 13,8% təşkil edir.

  • İrlandiya

Gəlir vergisinin ən yüksək dərəcəsi: 48%

Bu gün üçün İrlandiyada fərdi gəlir vergisi dərəcəsi bütün Şimali Avropadakı orta dərəcədən (40%) yüksəkdir. İrlandiyalılar əlavə olaraq, 4% sosial vergi ödəməlidirlər. Kapital artımı üzrə vergi də artıb. İndi bu, vərəsəlik və ya bağışlama üçün 30% təşkil edir, əvvəllər bu vergi 25% təşkil edirdi.

  • Finlandiya

Gəlir vergisinin ən yüksək dərəcəsi: 49.2%

2004-cü ildə gəlir vergisinin dərəcəsi 53,5% – dən 49.2%-ə qədər azaldılıb. Bununla belə, hökumət bunu elə belə saxlaya bilməzdi və həmin azalma əmlak, bağışlama və kapital artımına görə vergilərin artırılması ilə kompensasiya edildi. Finlandiyada həmçinin fin kilsəsinə vergi tələbi də mövcuddur və əgər siz kilsə ziyarətçisisinizsə, onda 1%-2% həcmində vergi ödəməlisiniz.


Biznes dünyasından maraqlı faktlar


  • Yaponiya

Ən yüksək gəlir vergisi dərəcəsi: 50%

Asiyada gəlir vergisinin orta dərəcəsi 23 faizdir, Yaponiyada isə bu vergi dərəcəsi 50 faiz təşkil edir. Bu ölkədə il ərzində orta gəlir 53 200 ABŞ dollardır.

  • Avstriya

Gəlir vergisinin ən yüksək dərəcəsi: 50%

Yüksək gəlir vergisindən əlavə, Avstriyada sosial sığorta vergisi tibbi sığorta üzrə 7,65%, pensiya sığortası üzrə 22,8% və əlavə olaraq, özünüməşğulluq sığortası üçün 1,53% təşkil edir. Kapital artımına görə vergi isə gəlir vergisi kimi 50% təşkil edir.

  • Belçika

Ən yüksək vergi dərəcəsi: 50%

Sosial vergi 13,07%, bələdiyyə vergisi 11% və kapital artımına görə vergi 33%-dir. Bu ölkədə orta illik gəlirlər 45 037 dollar təşkil edir.

  •  Niderland

Ən yüksək gəlir vergisi dərəcəsi: 52%

Niderland hökuməti öz sakinlərindən kapital artımına görə 25%, torpaq satışı zamanı 6%, eləcə də mirasa görə 40% vergi tutur. Buna baxmayaraq, müasir niderlandlılar bir qədər rahat nəfəs ala bilirlər. Belə ki, kapital artımına görə bundan əvvəlki vergi 72 faiz təşkil edirdi. Ölkədə illik orta əməkhaqqı 57 000 dollardır.


Müəssisənin mühasibat uçotunun təşkili


Təsisçidən alınan borc hansı şərtlərlə nağd qaydada qaytarıla bilər?

posted in: Xəbər | 0

Təsisçidən alınan borc, borc məbləğləri,Şirkətin təsisçidən aldığı borcu nağd qaydada qaytarmasına məhdudiyyət varmı?

Yalnız nağdsız qaydada aparılmalı olan, habelə nağd qaydada aparılmasına icazə verilən əməliyyatların dairəsi və nağd xərcləmələrin limiti “Nağdsız hesablaşmalar haqqında” Qanunla (bundan sonra – Qanun) tənzimlənir.

Vergi orqanında uçotda olmayan təsisçidən alınmış borc məbləğləri vergi ödəyicisinin Qanunun 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq həmin maddədə göstərilən hədlər daxilində (30.000 manat və ya 15.000 manat) nağd qaydada qaytarıla bilər. Təqvim ayı ərzində 30.000 manatdan və ya 15.000 manatdan artıq hesablaşmalar üzrə ödənişlər, o cümlədən alınmış borcların qaytarılması yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Qanunun 3.4.6-cı maddəsinin tələbinə görə vergi orqanında qeydiyyatda olan təsisçiyə borc məbləğləri yalnız nağdsız qaydada qaytarılmalıdır.

Qanunun qeyd olunan tələblərinin pozulmasına görə borc vəsaitlərini nağd qaydada ödəyən və qəbul edən şəxsə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Qanun.

Mənbə: vergiler.az


Müəssisənin təsisçiyə qaytardığı faizsiz borc məbləğindən vergi tutulurmu?


Müəssisənin təsisçiyə qaytardığı faizsiz borc məbləğindən vergi tutulurmu?

posted in: Xəbər | 0

Ödənişsiz məzuniyyətlər, Ödənişsiz məzuniyyətlərin müddətləri, Uçot əməliyyatları üzrə mühasib vakansiya, Passiv gəlirlər, Orta əmək haqqı, təmir xərcləri, istismar xərcləri, Əmək məzuniyyəti, Qismən ödənişli məzuniyyət, Əlillik təyinatı, Məzuniyyət haqqının hesablanması, ƏDV, vergi öhdəliyi, Cari vergi ödəmələri, sosial məzuniyyət, əmək məzuniyyəti, Mühasibat uçotu, təmir, gəlir, xərc,boşdayanma, boşdayanmaya görə ödəniş,Vergi ödəyicisi olmayan təsisçi 2018-2020-ci illərdə müəssisənin bank hesabına borc müqavilələri əsasında 300.000 manat vəsait köçürmüş, müəssisə 2021-2022-ci illərdə həmin borcu nağdsız qaydada tam qaytarmışdır. Təsisçiyə qaytarılmış faizsiz məbləğdən vergi tutulmalıdırmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.
Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır.

Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə – ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizindən artıq olmamaqla gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri.

Mənbə: vergiler.az


Ticarət və ictimai iaşə obyektləri nağdsız ödənişdən imtina edə bilərmi?


1 650 651 652 653 654 655 656 2. 686