Məzuniyyətə çıxan işçiyə məzuniyyət haqqından əlavə haqqın verilməsi

posted in: Xəbər | 0

mühasib keçmişdə, mühasib olmaq,Qanunvericiliyə əsasən, məzuniyyətə çıxarkən işçilərə məzuniyyət pulunun ödənilməsi ilə yanaşı, müəyyən müavinətlər, yardımlar da ödənilir. Mövzunu əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov şərh edir.

İşçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi qaydaları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 iyul 2002-ci il tarixli 8-1 nömrəli qərarı ilə təsdiq edilib. Qeyd olunan müavinət, yardım və digər ödənclər həm əmək məzuniyyətində olan işçilərə, həm də sosial, yaradıcılıq və təhsil məzuniyyətlərində olan işçilərə verilə bilər.

Əmək məzuniyyətinə çıxan işçilərə müavinət, yardım və digər ödənclərin verilməsi işçinin məzuniyyətə çıxması barədə əmrlə rəsmiləşdirilir və məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı ilə bərabər məzuniyyətin başlanmasına ən geci üç gün qalmış ödənilir. Məzuniyyət vaxtı üçün və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda orta əməkhaqqının hesablanması zamanı qeyd olunan müavinət, yardım və digər ödənclər nəzərə alınmır və əmsallaşdırılmır.

Əmək münasibətlərinə xitam verilərkən işçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması məqsədi ilə verilən istifadə edilməmiş müavinət, yardım və digər ödənclərə görə pul əvəzi verilmir.

Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda və həmin təqvim ilində işçi hər iki iş ilinə görə məzuniyyətdən birlikdə istifadə etdikdə müavinət, yardım və digər ödənclər hər iki məzuniyyət üçün verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığı ilə təqvim ili ərzində məzuniyyət hüququ olan işçiyə istifadə edilməmiş iş illərinə görə məzuniyyətlər verildiyi digər hallarda isə müavinət, yardım və digər ödənclər birqat ödənilir.

Əmək məzuniyyəti hissələrə bölünərək verildikdə müavinət, yardım və digər ödənclər işçinin arzusu ilə bu hissələrin birinə birləşdirilərək verilir. Bu ödənclər işçilərə onların faktiki işlədiyi vaxtdan asılı olmayaraq məzuniyyət verilərkən tam həcmdə ödənilir. Sosial və təhsil məzuniyyətinə çıxan işçilərə müavinət, yardım və digər ödənclər onların ailə-məişət şəraiti və maddi vəziyyəti nəzərə alınaraq ərizələri əsasında ödənilir.

Müavinət, yardım və digər ödənclərin verilmə qaydası və konkret miqdarı kollektiv müqavilədə, kollektiv müqavilə olmayan müəssisədə isə əmək müqaviləsində tərəflərin qarşılıqlı razılığı əsasında müəyyənləşdirilir.


Ödənişsiz məzuniyyətlər və onların müddətləri


Misal 1: “A” müəssisəsi əmək müqaviləsi bağlayarkən əmək şəraitinin əlavə şərtləri kimi işçiyə məzuniyyətə çıxdığı zaman məzuniyyət haqqından əlavə orta əməkhaqqı məbləğində əlavə müavinətin verilməsini müəyyənləşdirib. İşçinin son iki ayda əməkhaqqı məbləği aşağıdakı şəkildə olub:

Aprel – 1.225 manat
May – 1.432 manat.

İşçi iyun ayında 30 günlük əmək məzuniyyəti hüququndan istifadə etdiyi zaman ona nə qədər məzuniyyət haqqı və müavinət ödəniləcəkdir?

Tutaq ki, işçinin son 12 aylıq dövrdə qazancı 18.433 manat olub.

Məzuniyyət haqqı belə hesablanacaq:

18.433:12 = 1.536 manat.
1536:30.4 = 50.53 manat.

50.53×30 (məzuniyyət günlərinin sayı) = 1.515,87 manat.

Müavinət: Qeyd etdik ki, işçiyə əmək müqaviləsinə əsasən orta əməkhaqqı məbləğində müavinətin verilməsi müəyyənləşdirilib. Ola bilər ki, işəgötürən aşağıdakı fərqli şəkildə müavinətin verilməsi ilə bağlı müddəalar müəyyənləşdirə bilər:

  • orta əməkhaqqı məbləğində;
  • işçinin tarif maaşı məbləğində;
  • son ayın əməkhaqqı məbləğində;
  • son 12 ayın orta əməkhaqqı məbləğində;
  • digər müəyyənləşdirilmiş normalar həddində.

Hakimlər Əmək Məcəlləsinin şamil edilmədiyi şəxslər olsalar da, nümunə olaraq qeyd edək ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 107-ci maddəsinə əsasən, hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əməkhaqqı məbləğində müavinət verilir.

Müavinətin verilib-verilməməsi, nəyə əsasən verilməsi, hansı miqdarda verilməsi və s. bu kimi məsələlər ya əmək müqavilələrində, ya da daxili qaydalar və ya normativ aktlarda öz təsdiqini tapmalıdır. Bizim nümunəmizdə əmək müqaviləsində məzuniyyət zamanı orta əməkhaqqı məbləğində müavinətin verilməsi öz əksini tapmışdır. Orta əməkhaqqının hesablanması zamanı son iki ayın gəlirləri əsas götürülür.

Orta əməkhaqqı: 1.225+1.432 =2.657 manat
21+18=39 iş günü
2.657:39 = 68,13 manat.

68,13×20 (iş günü)=1.362,56 manat.

Deməli, işçi məzuniyyətə çıxdığı zaman ona 1.515,87 manat məzuniyyət haqqı və 1.362,56 manat əlavə müavinət ödəniləcək.

Büdcədən maliyyələşdirilən təşkilatlarda müavinət, yardım və digər ödənclərin miqdarı bu təşkilatların saxlanması xərclərinin smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində müəyyənləşdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 4 iyul 2002-ci il tarixli 8-1 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq kollektiv müqavilədə nəzərdə tutulan müavinət, yardım və digər ödənclər müəssisənin bütün işçilərinə, o cümlədən kollektiv müqavilə qüvvəyə mindikdən sonra işə qəbul olunan şəxslərə də tətbiq edilir. Müavinət, yardım və digər ödənclərin verilməsi qaydasının və miqdarının dəyişdirilməsi kollektiv müqavilənin qüvvədə olduğu müddətdə ona əlavələr və dəyişikliklər edilməsi qaydasında aparılır. Əgər kollektiv müqavilədə ona dəyişiklik və əlavələr edilməsi şərtləri müəyyən olunmayıbsa, müavinət, yardım və digər ödənclərin miqdarının dəyişdirilməsi kollektiv müqavilənin bağlanması üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada aparılır.

Müavinət, yardım və digər ödənişlərin verilməsi əmək şəraitinin əlavə şərtləri kimi əmək müqaviləsində müəyyən edilə bilər. Bu əlavə şərtlərin dairəsi, qüvvədə olma müddəti və istifadə qaydaları, habelə onların dəyişdirilməsi tərəflərin razılığı ilə müəyyən edilir.

Büdcədən maliyyələşən təşkilatlarda bu qaydalara uyğun olaraq müavinət, yardım və digər ödənclərin verilməsi həmin təşkilatların xərc smetalarının müvafiq maddəsində nəzərdə tutulmuş vəsait dairəsində büdcə vəsaiti, digər müəssisələrdə isə müəssisənin sərəncamında qalan xalis mənfəət hesabına ödənilir.

Mənbə: vergiler.az


Sosial məzuniyyətlər və onların müddətləri


16 iyul Ukraynada Mühasiblər və Auditorlar Günüdür

posted in: Audit, muhasibat, Məqalə, Xəbər | 0

16 iyul Ukraynada Auditorlar və Mühasiblər Günü kimi qeyd edilir

Müharibənin davam etməsinə baxmayaraq, bu gün Ukraynada Mühasiblər və Auditorlar Günüdür.

Hər il iyulun 16-da Ukraynada mühasiblərin peşə bayramı olan Mühasiblər Günü qeyd olunur. 2018-ci ildən başlayaraq isə bu gün həm də Auditorların peşə bayramı hesab olunur.

Bu günün bayram kimi qeyd olunmasına 1999-cu ildən başlanılıb. Məhz, 1999-cu il iyulun 16-da “Ukraynada mühasibat uçotu və maliyyə hesabatlılığı barədə” Qanun qəbul edilib. Sözügedən Qanun Ukraynada təşkilatların hüquqi əsasları, mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib olunmasının tənzimlənməsini müəyyənləşdirir. Qanuna əsasən, mühasibat uçotu və maliyyə hesabatlarının məqsədi istifadəçiyə müəssisənin maliyyə, icra vəziyyəti və pul vəsaitlərinin hərəkəti haqqında tam, düzgün və qərəzsiz məlumat verməkdir. 2004-cü ilədək bu bayram Ukraynada qeyri-rəsmi auditorlar və mühasiblər federasiyası tərəfindən qeyd olunurdu. Bu, peşə nüfuzunun yüksəldilməsinə imkan yaratdı. Buna görə hökumət nümayəndələrini mühasiblərə təzə baxış göstərməyə məcbur etdi.

Eyni zamanda, bu, mühasibat uçotunun yalnız vergi hesabatı deyil, həm də idarəetmə qərarlarının qəbul edilməsi üçün əsas olduğunu dərk etməyə imkan verdi.

Nəticədə, mühasibat və audit işçilərinin müəssisələrin, qurumların və təşkilatların maliyyə-təsərrüfat fəaliyyətinin inkişafına mühüm töhfəsini, milli iqtisadiyyatın artımını nəzərə alaraq, Ukrayna Prezidentinin 18 iyun 2004-cü il tarixli 662/2004 saylı Fərmanı ilə Mühasiblər Günü rəsmən müəyyən edilmiş oldu. Onun qeyd olunması tarixi kimi 16 iyul müəyyənləşdirildi.
Prezidentin 20 aprel 2018-ci il tarixli 103/2018 saylı Fərmanı ilə bu sənədə dəyişiklik edildi. Həmin andan sonra 16 iyul Mühasiblər və Auditorlar Günü kimi tanındı.

Kapital Bank-ın dəstəyi ilə “Baku ID” startap tədbiri keçiriləcək

posted in: Xəbər | 0

18 iyul 2022-ci il tarixində “JW Marriott Absheron Baku” hotelində Kapital Bank-ın dəstəyi və SABAH.lab Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə ölkənin ən böyük startap və innovasiyalar tədbirlərindən biri baş tutacaq. “Baku ID” adlı tədbirin əsas məqsədi Azərbaycanın ən güclü startap layihələrini yerli və beynəlxalq investorlara və ekspertlərə təqdim etmək, həmçinin ölkənin innovasiyalar ekosisteminin gələcəyini müzakirə etməkdir.

“Baku ID”də SABAH.lab-ın 21 rezident komandası və 9 müstəqil komanda çıxış edərək, tədbir iştirakçılarına öz startapları barədə ətraflı məlumat verəcəklər. Layihələr təhsil, tibb, moda, insan resursları texnologiyaları, elektron ticarət, NFT və blokçeyn texnologiyaları, influenser marketinq və digər sahələri əhatə edir. Tədbir haqqında ətraflı məlumatı www.bakuid.com saytından əldə etmək olar.

Qeyd edək ki, SABAH.lab Akselerasiya Mərkəzi 2021-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Təhsil İnstitutunun təşəbbüsü ilə yaradılıb. Mərkəz fəaliyyəti dövründə “Yarat” və “Sürət” akselerasiya proqramlarını uğurla icra edib. SABAH.lab Avropanın ən nüfuzlu biznes məktəblərindən biri sayılan “IE Business School” ilə tərəfdaşlıq edir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/krdt, Birbank kartı sifarişi üçün — https://kbl.az/tkstcrd.


Ticarət və xidmət subyektlərində quraşdırılan POS-terminallara hansı texniki tələblər qoyulub?

posted in: Xəbər | 0

Azərbaycan şirkətinə həmtəsisçi olmaq, nağd qaydada alına bilən mallar, şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi, Vergi borcunun ödənilməsi, istifadəçi kodunun itirilməsi, Yeni bank hesabı açmaq, hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi, təsərrüfatdaxili əməliyyatların uçotu, gəlirlərin və xərclərin uçotunun aparılması, minimum aylıq əməkhaqqı, Milli gəlirlər baş idarəsi təyinat, gəlir vergi, sadələşdirilmiş vergi, gəlir vergisi, əmtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramı, kameral vergi yoxlaması, qeyri-rezidentdən əldə edilən gəlirlər, Kassa çeki verməyən obyektlər, mənzil satışı vergi, xammal və material sərfi, dvx Yay Təcrübə Proqramı, DVX Kommunikasiya Strategiyası, Fərdi sahibkar, əmlak vergisi, vergi öhdəliyi, Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıDövlət Vergi Xidmətindən bildirilib ki, təsərrüfat subyektlərində quraşdırılan və istifadə edilən POS-terminallar aşağıdakı texniki tələblərə cavab verməlidir:

  • POS-terminal ən azı Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar tərəfindən emissiya edilmiş beynəlxalq və lokal ödəniş kartlarının qəbulu, o cümlədən təmassız ödənişlərin aparılması imkanına malik olmalıdır;
  • POS-terminalda kartlar vasitəsilə PİN kodun daxil edilməsi tələb olunan əməliyyatların aparılması üçün nəzərdə tutulmuş klaviatura olmalıdır;
  • POS-terminalın texniki parametrləri bank ekvayer və ya xidmət mərkəzi tərəfindən dəstəklənmə imkanlarına malik olmalıdır.

Əsas: “Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”nın və “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 3.1-ci maddəsi.

Mənbə: vergiler.az


Sosial məzuniyyətlər və onların müddətləri


1 654 655 656 657 658 659 660 2. 686