16 iyul Ukraynada Auditorlar və Mühasiblər Günü kimi qeyd edilir
Müharibənin davam etməsinə baxmayaraq, bu gün Ukraynada Mühasiblər və Auditorlar Günüdür.
Hər il iyulun 16-da Ukraynada mühasiblərin peşə bayramı olan Mühasiblər Günü qeyd olunur. 2018-ci ildən başlayaraq isə bu gün həm də Auditorların peşə bayramı hesab olunur.
Bu günün bayram kimi qeyd olunmasına 1999-cu ildən başlanılıb. Məhz, 1999-cu il iyulun 16-da “Ukraynada mühasibat uçotu və maliyyə hesabatlılığı barədə” Qanun qəbul edilib. Sözügedən Qanun Ukraynada təşkilatların hüquqi əsasları, mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib olunmasının tənzimlənməsini müəyyənləşdirir. Qanuna əsasən, mühasibat uçotu və maliyyə hesabatlarının məqsədi istifadəçiyə müəssisənin maliyyə, icra vəziyyəti və pul vəsaitlərinin hərəkəti haqqında tam, düzgün və qərəzsiz məlumat verməkdir. 2004-cü ilədək bu bayram Ukraynada qeyri-rəsmi auditorlar və mühasiblər federasiyası tərəfindən qeyd olunurdu. Bu, peşə nüfuzunun yüksəldilməsinə imkan yaratdı. Buna görə hökumət nümayəndələrini mühasiblərə təzə baxış göstərməyə məcbur etdi.
Eyni zamanda, bu, mühasibat uçotunun yalnız vergi hesabatı deyil, həm də idarəetmə qərarlarının qəbul edilməsi üçün əsas olduğunu dərk etməyə imkan verdi.