Personalın motivasiya nəzəriyyəsi və təcrübəsi (VIII hissə)

posted in: Xəbər | 0

Personalın motivasiya nəzəriyyəsi və təcrübəsi (VIII hissə)

VII hissəyə nəzər yetirin

motivasiya,

Satış sahəsinin əməkdaşları üçün təkcə satış və gəlir kimi göstəricilərə əsaslanan maddi motivasiyanın tətbiq oluna biləcəyini düşünməyin. Bu vacibdir, lakin onunla birlikdə bir çox digər elmi cəhətdən əsaslandırılmış motivasiya mexanizmlərindən istifadə etmək mümkündür.

Çox vaxt maddi təzminatla yanaşı, həm səlahiyyət dairəsinin, həm də təzminatın növündən və miqdarından asılı olan müxtəlif vəzifələrdən istifadə olunur. Beləliklə, hər bir vəzifə çərçivəsində pillələr yaxud qreydlər (qreydinq – ingilis dilində grading) – motivasiya sisteminin qurulması məqsədi ilə müəyyən əsaslar üzrə vəzifələrin (“çəkinin” müəyyən edilməsi, təsnifatı) qruplaşdırılması yaradılır. Müəyyən göstəricilər əldə edildikdə qreyd artır, son qreyd əldə edildikdən sonra isə işçi səviyyə üzrə növbəti vəzifəyə keçirilir.

Bu sistemin effektiv və problemsiz işləməsi, qreydlərin rəhbərin subyektiv mövqeyindən asılı olmadan mənimsənilməsindən asılı olmayaraq, əməkdaş həmişə öz əmək qabiliyyətini və ona nail olmaq istədiyi məqsədi ölçə bilər.

Motivasiyanın maddi hissəsi

Satış sahəsinin əməkdaşları üçün maddi kompensasiya həmişə iki hissədən ibarət olur: uğurlu istehsal əməliyyatlarından asılı olan  baza və bonus kompensasiyası. Birinci, əməkdaş üçün onun rəhbəri tərəfindən müəyyən edilmiş satış planının yerinə yetirilməsindən asılıdır. İkinci isə müəyyən edilmiş göstəricilərin aşılması hesabına yaradılır. Bəzi hallarda işəgötürənlər yalnız əməkhaqqının baza hissəsini inkar edən komisyon ödəniş sistemini təyin etmək istəyirlər.

Bu sistem, heç olmasa, minimum əməkhaqqının ödənilməsini tələb edən mövcud qanunvericiliyə zidd olmaqla yanaşı, həm də işçini motivasiya etməyə imkan vermir və yüksək kadr axınına gətirib çıxarır. Digər tərəfdən, son vaxtlara qədər satış sahəsində rəsmi əməkhaqqının, əmək kitabçasının və pensiya fonduna ayırmaların olması faktına əlavə motivasiya kimi baxılırdı. Bütün sahələrdə dövlət tənzimləməsinin gücləndirildiyini nəzərə alsaq, bu motivasiya üsulu keçmişdə qalıb. Həm də tükənmənin maraqlı amili də bu sahə üçün xarakterikdir. Qreydi dəyişdirərək və bir az daha çox gəlir əldə edərək, onunla birlikdə əməkdaş işin mahiyyətinin dəyişməsi ilə bağlı əlavə gözləntilər də alır.

Eyni zamanda, adi vəzifələrin saxlanması işçinin əhvalını nikbin əhval-ruhiyyədən bədbinliyə qədər dəyişir, o, marağını, iş qabiliyyətini itirir və çox vaxt iş yerini tərk edir.


IX hissəyə nəzər yetirin


İxrac qeydi ilə satış həyata keçirən şəxslərə hansı tələblər qoyulub?

posted in: Xəbər | 0

hüquqi şəxslərin dövlət reyestrinin aparılması, ƏDV-dən azad edilən kitab və kağızlar, ixrac gömrük rüsumlarının dərəcələri, idxal gömrük rüsumlarının dərəcələri, gömrük rüsumu, Əmək pensiyalarının hesablanması, lisenziyalar və icazələr, E-qaimə ilə bağlı Qərar, qeyri-iş 2022, vergi güzəştləri, kotirovka, Açıq tender, Elektron satınalma, Elektron satınalmalarda iştirak haqqı, peşəkar mühasib sertifikatı, peşəkar mühasib sertifikatının əldə edilməsi, 2022 qeyri-iş günləri, Gömrük ödənişlərinin qaytarılması Qaydaları, Ezamiyyə xərclərinin normaları, Terrorla əlaqədar əlilliyin qiymətləndirilməsi, Mediasiya prosesi, Mediasiya prosesinin həyata keçirilməsi, Vahid büdcə təsnifatıİxrac qeydi ilə satış həyata keçirən şəxsə (istehsalçıya) dair hansı tələblər vardır?

Suala cavab olaraq Dövlət Vergi Xidmətindən bildirilib ki, həmin şəxslərə aşağıdakı tələblər irəli sürülüb:

  • İxrac qeydi ilə satılan malların istehsalçı tərəfindən bilavasitə Azərbaycan Respublikasının ərazisində istehsal olunan qeyri-neft məhsulu olması;
  • İxrac qeydi ilə satılmış malların büdcə qarşısında yaranacaq öhdəliklərin yerinə yetirilə bilməsinin təminatı kimi çıxış edəcək təminatı (bank qarantiyasını və ya depoziti) ixracatçıdan əldə etməsi.
  • İxrac qeydi ilə alınan malların ixracını həyata keçirən şəxsə (ixracatçıya) dair tələblər
  • Ən azı 1(bir) il müddətində idxal-ixrac əməliyyatlarını həyata keçirməsi;
  • İxrac qeydi ilə alınmış malların büdcə qarşısında yaranacaq öhdəliklərin yerinə yetirilə bilməsinin təminatı kimi çıxış edən, istehsalçı tərəfindən əvvəlcədən müəyyən olunmuş təminat (bank qarantiyası və ya depozit) məbləğinin ixracatçı tərəfindən ödənilməsi.

Bu tələblər “Malların ixrac qeydi ilə satışı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsaslanır.

Mənbə: vergiler.az


Fiziki şəxsin fəaliyyət qabiliyyəti


Fiziki şəxsin fəaliyyət qabiliyyəti

posted in: Xəbər | 0

Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Bu o deməkdir ki, şəxsin fəaliyyət qabiliyyəti onun öz hərəkətləri ilə hüquq və vəzifələr daşımağını ifadə edir.

Şəxsin fəaliyyət qabiliyyəti şəxsin sağlamlıq vəziyyəti və yaşı kimi amillər nəzərə alınmaqla müəyyən edilir. Belə ki, şəxsin:

  • 7 yaşınadək fəaliyyət qabiliyyəti yoxdur.
  • 7-18 yaşınadək məhdud
  • 18 yaşından sonra tam fəaliyyət qabiliyyəti yaranır.
  • 16 yaşı tamam olmuş şəxs əmək müqaviləsi üzrə işləyirsə, sahibkarlıq fəaliyyəti ilə məşğul olarsa (valideynlərin razılığı ilə) tam fəaliyyət qabiliyyətli sayıla bilər.
  • 18 yaşına çatmamış fiziki şəxs istisna hallarda nikaha girdiyi vaxtdan tam həcmdə fəaliyyət qabiliyyəti əldə edir. Nikah etibarsız sayıldıqda bu qabiliyyət itir.
  • Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan sayılır və onların üzərində qəyyumluq təyin edilir.

Fəaliyyət qabiliyyətinə müvafiq olaraq əqdlərin bağlanması ilə bağlı da bir sıra tələblər mövcuddur:

  • 14 yaşı tamam olmamış şəxsin əvəzinə əqdləri onların adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar bağlaya bilərlər. Şəxs özü bağladığı əqd isə sonradan həmin şəxslər tərəfindən bəyənildikdə etibarlıdır.
  • 7 yaşından 14 yaşınadək olan şəxslər xırda məişət əqdləri, əvəzsiz olaraq fayda götürməyə yönəldilmiş əqdlər, qanuni nümayəndənin müəyyən məqsəd üçün və ya sərbəst istifadə üçün verdiyi vəsait barəsində sərəncam nəzərdə tutan əqdləri bağlaya bilər.
  • Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxsin adından əqdləri qəyyum bağlayır.
  • 14 yaşından 18 yaşınadək olan şəxslər müstəqil surətdə öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam verilməsi üzrə, o cümlədən xırda məişət əqdlərini bağlaya, elm, ədəbiyyat və ya incəsənət əsərinin, ixtiranın və ya qanunla qorunan digər əqli fəaliyyət nəticəsinin müəllifi hüquqlarını həyata keçirə bilər.
  • 16 yaşı tamam olmuş şəxslərin kooperativ üzvü olmaq ixtiyarı vardır.

Fiziki şəxsin fəaliyyət qabiliyyətindən tamamilə və ya qismən imtina etməsi və hüquq qabiliyyətinin və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına yönəldilmiş digər əqdlər əhəmiyyətsizdir.

Spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan fiziki şəxsin fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıla bilər. Belə şəxsin üzərində himayəçilik təyin edilir. Onun xırda məişət əqdləri bağlamaq ixtiyarı vardır. Fiziki şəxsin fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına səbəb olan əsaslar aradan qalxdıqda məhkəmə onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasını ləğv edir.


Fiziki və hüquqi şəxslərin mülki hüquq qabiliyyəti


Kapital Bank sahibkarlar üçün tədbir təşkil etdi

posted in: Xəbər | 0

Kapital Bank hər zaman sahibkarların daha rahat və fasiləsiz xidmət almaları üçün müxtəlif innovativ və onlayn yeniliklər təqdim edir. Bir neçə yeni xidməti təqdim etmək üçün Kapital Bank 22 iyun 2022-ci il tarixində sahibkarları, tərəfdaşları JW Marriott Absheron Baku Hotelə topladı. “Məsafə saxlamırıq!” şüarı ilə keçirilən tədbiri keçirməkdə məqsəd yeni onlayn xidmətləri real olaraq nümayiş etdirmək, həmçinin sahibkarları maraqlandıran sualları cavablandırmaq idi.

Tədbiri açılış nitqi ilə Kapital Bank-ın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə açdı. O, çıxışı zamanı Kapital Bank-ın sahibkarlarla əməkdaşlığının inkişafı, görülən işlər, gələcək planlar və bəzi statistik məlumatlar barədə məlumat verdi. Sonra isə Kapital Bank-ın əməkdaşları tərəfindən təqdimatlar keçirildi.

Kapital Bank-ın KOS və Korporativ bankçılıq sahəsinin kreditləşmə məhsulları üzrə məhsul sahibi Bəhruz Camalov üz tanıma funksiyası ilə müqavilələrin məsafədən imzalanması imkanı, KOS və Korporativ bankçılıq sahəsinin ödənişlər və köçürmələr üzrə məhsul sahibi Rüfət Səbziyev Müştəri Bank Mobile tətbiqinin biznes adamlarının gündəlik iş həyatının bir hissəsi olması, KOS və Korporativ bankçılıq sahəsinin POS məhsulları üzrə məhsul sahibi Günel Talıbova rəqəmsal ödənişlərdə yenilik olan Mobile POS məhsulu barədə, KOS və Korporativ bankçılıq sahəsinin açıq bankçılıq və B2B inteqrasiyalar üzrə məhsul sahibi Cavidan Alıcanov isə açıq API portalının sahibkarların işinin asanlaşdırılması imkanı haqqında ətraflı məlumat verdi.

Rəsmi hissə bitdikdən sonra foyedə hazırlanan xüsusi stenddə bir neçə yeni onlayn xidmətlərin, həmçinin Mobil POS-un real həyatda nə cür işləməsi qonaqlara nümayiş olundu və suallar cavablandırıldı.

Qeyd edək ki, Kapital Bank mütəmadi olaraq müştərilərə göstərilən xidmətləri və təqdim edilən məhsulların şərtlərini sadələşdirərək məsafədən həyata keçirilməsi üçün müxtəlif yeniliklər təqdim edir. Bununla da müştərilər vaxta qənaət etməklə prosesləri daha sürətli yerinə yetirə bilirlər.


1 662 663 664 665 666 667 668 2. 686