Yer planetinin qiyməti nə qədərdir?

posted in: Xəbər | 0

Yer planetinin qiyməti nə qədərdir? Xırda hiyləgər manipulyasiya və hesablamalar nəticəsində Yerin təxmini qiymətini müəyyən etmək mümkün olub. Yerin dəyəri 5 kvadrilyon dollar təşkil edir. Bu nə qədərdir? Adi insan üçün vərdiş etmədiyi bir rəqəmdir. Gəlin, həmin rəqəmi bir qədər sadələşdirək.

Kvadrilyon dollar – bu məbləğdə 15 sıfır var və ya 1 000 000 000 000 000 – belə təsvir edək.

Kvadrilyon – bu milyon milyard və ya min trilyon deməkdir.

5 Kvadrilyon – bu bütün dünya ölkələrinin 150 il ərzində birlikdə əldə etdiyi ÜDM-ə bərabərdir.

5 Kvadrilyon – 125 milyard kiloqram və ya 125 milyon ton qızıl deməkdir.

5 Kvadrilyona – təxminən APPLE və ya Microsoft kimi (kapitallaşması 1 trilyon dollardan çox) 5 000 şirkət almaq olar.

Əgər, dünyada olan bütün pulları bölsək, 80 rəqəmi alınar. Bu o deməkdir ki, dünyada planetin dəyərindən 80 dəfə az pul kütləsi var.


İşləməyə icazə verilən yaş hədləri

posted in: Xəbər | 0

işçinin məlumatlandırılması, işəgötürənin öhdəlikləri,Məlum olduğu kimi ölkə Konstitusiyasına və müvafiq qanunvericilik aktlarına əsasən əmək müqaviləsi bağlamağa icazə verilən yaş həddi 15 yaş olaraq müəyyən edilmişdir. Bu yaşda şəxs valideynlərindən (qəyyum) birinin razılığı əsasında əmək fəaliyyətinə cəlb edilə bilər. 15 yaşına çatmayan şəxsin isə əmək fəaliyyətinə cəlb edilməsi qadağan olmaqla yanaşı, bağladıqları müqavilələr də etibarsız hesab edilir. Bəs əmək fəaliyyətinə davam etməyin son yaş hədləri ilə bağlı hansı tələblər mövcuddur? Bu yazımızda mövcud qanunvericilik əsas tutmaqla məlumat verməyə çalışacağıq.

Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65 yaş müəyyən edilir. Şəxsin çalışma müddəti 65 yaşdan sonra hər dəfə 1 il olmaqla, 5 il müddətinə uzadıla bilər. Elm, mədəniyyət, səhiyyə və təhsil sahəsində xüsusi xidməti olanlar üçün bu 5 illik müddət də uzadıla bilər.

Mövcud qanunvericilik əsas tutulmaqla demək mümkündür ki, aşağıdakı iş yerləri üzrə çalışmanın yaş hədləri ilə bağlı tələblər mövcuddur.

  • Seçkilərdə iştirak etmək hüququ olan şəxslər (bu hüquq 18 yaşdan verilir) Prezident və deputat vəzifələrinə seçilə bilir.
  • Konstitusiya Məhkəməsi hakimləri 30 yaşdan 70 yaşadək müddətə, məhkəmə hakimləri isə seçkilərdə iştirak hüququ yaranaraq vəzifəyə təyin olduqları vaxtdan Ali Məhkəmə üzrə 68, digər instansiya üzrə 66 yaşadək müddətə işləyə bilər.
  • Prokurorluq, ədliyyə orqanlarına hüquq təhsilli şəxslər təyin edilir. Qulluğa qəbulun son yaş həddi 30 yaş (daxili işlər orqanları da həmçinin) müəyyən edilir. Xidmətdə olmanın son yaş həddi isə 60 yaşdır və 65 yaşadək uzadıla bilər.
  • Həqiqi hərbi xidmət üzrə son yaş həddi müddətli hərbi xidmət qulluqçuları üçün 37, müddətdən artıq hərbi qulluqçular üçün 45, polkovnik rütbəli zabitlər üçün 53, general rütbəli zabitlər üçün 63 yaş müəyyən edilib. Ordu generalı üçün son yaş həddi müəyyən edilməyib. Bu yaş hədləri üzrə müddətlər yuxarı rəhbərliyin qərarı ilə uzadıla bilər.

Göründüyü kimi özəl sektor üzrə müvafiq vəzifələr üçün xidmət keçmənin xüsusi yaş hədləri ətraflı müəyyən edilmədiyi üçün yalnız bu tələblər dövlət sektoru üçün əsas hesab edilir.


İşsiz və işaxtaran şəxslər üçün hansı təminatlar nəzərdə tutulmuşdur?


MMC-nin təşkilati-hüquqi formasını dəyişərkən necə qərar verilməlidir?

posted in: Xəbər | 0

Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramı, kameral vergi yoxlaması, qeyri-rezidentdən əldə edilən gəlirlər, Kassa çeki verməyən obyektlər, mənzil satışı vergi, xammal və material sərfi, dvx Yay Təcrübə Proqramı, DVX Kommunikasiya Strategiyası, Fərdi sahibkar, əmlak vergisi, vergi öhdəliyi, Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanı“AA” MMC-nin 2 təsisçisi vardır. Nizamnamə kapitalında payların 85 faizi 1-ci təsisçiyə, 15 faizi isə 2-ci təsisçiyə məxsusdur. Bu MMC-nin təşkilati-hüquqi formasını dəyişməklə Qapalı Səhmdar Cəmiyyətinə (QSC) çevrilməsi üçün hər 2 təsisçinin razılığı mütləqdirmi? 15 faiz pay sahibi təsisçi müəssisənin yenidən təşkilinə müəyyən səbəblərə görə razılıq vermədikdə, 85 faiz paya sahib olan təsisçi səs çoxluğundan istifadə etməklə təkbaşına qərar qəbul edə bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Mülki Məcəllənin 92.1-ci maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət onun iştirakçılarının yekdil qərarı ilə könüllü surətdə yenidən təşkil və ya ləğv edilə bilər.

Qeyd olunanlara əsasən bildiririk ki, “AA” MMC-nin təsisçilərindən biri tərəfindən Cəmiyyətin yenidən təşkil edilməsi haqqında təkbaşına qərar qəbul etməsi yolverilməzdir.


Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” Kursu


Mülki Məcəllənin 55.1-ci maddəsinə əsasən, hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.

Mülki Məcəllənin 55.2-ci maddəsinə əsasən, Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir.

Mülki Məcəllənin 55.3-cü maddəsinə əsasən, məhkəmə hüquqi şəxsin kənar idarəçisini təyin edir və ona hüquqi şəxsi yenidən təşkil etməyi tapşırır. Kənar idarəçinin təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Kənar idarəçi məhkəmədə hüquqi şəxsin adından çıxış edir, bölünmə balansını tərtib edib baxılmaq üçün onu yenidən təşkil nəticəsində yaranan hüquqi şəxslərin nizamnamələri ilə birlikdə məhkəməyə verir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, qanunvericiliyin tələblərinə riayət edilməklə yeni yaranan hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün əsasdır.

Mülki Məcəllənin 93.2-ci maddəsinə əsasən, cəmiyyət iştirakçısının öz payını (onun bir hissəsini) üçüncü şəxslərə özgəninkiləşdirilməsinə yol verilir.


Nəzarət-kassa çeki ilə bağlı hansı hallarda maliyyə sanksiyası tətbiq edilir?


Mülki Məcəllənin 93.3-cü maddəsinə əsasən, cəmiyyətin iştirakçıları iştirakçının payını (onun bir hissəsini) öz paylarının miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququna malikdirlər. Cəmiyyətin iştirakçısı öz payını (onun bir hissəsini) özgəninkiləşdirmək istədikdə həmin payın (onun bir hissəsinin) satın alınmasını ilkin olaraq cəmiyyətin digər iştirakçılarına təklif etməlidir. Əgər cəmiyyətin iştirakçıları xəbərdar edildikləri gündən bir ay ərzində və ya cəmiyyətin nizamnaməsində və ya onun iştirakçılarının razılaşmasında nəzərdə tutulan başqa müddətdə öz üstünlük hüququndan istifadə etməzlərsə, iştirakçının payı üçüncü şəxsə özgəninkiləşdirilə bilər.

Qeyd olunanlara əsasən bildiririk ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada “AA” MMC tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkil edilə, həmçinin təsisçisinin payı (onun bir hissəsi) üçüncü şəxslərə özgəninkiləşdirilə bilər.

Mənbə: vergiler.az


Nəzarət-kassa çeki ilə bağlı hansı hallarda maliyyə sanksiyası tətbiq edilir?

posted in: Xəbər | 0

Nəzarət-kassa çeki maliyyə sanksiyası, idxal malları, mənfəət vergisi bəyannaməsi, Gəlirdən çıxılmayan xərclər, ƏDV ödəyicisi, Sadələşdirilmiş vergi ödəyicisi, Vergi bəyannamələri, Vergi bəyannamələrinin təqdim olunması, vergi öhdəliyi, Təsisçi, vergi öhdəliyi, kağız formada olan alış aktları, Malların alış aktı, Nağdsız hesablaşmalar, Vergi qanunvericiliyinin pozulması, Malların alış dəyərini hesablamaq, Malların alış dəyəri, yeni Vergi Məcəlləsi, Elektron qaimə düzəliş, güzəştli vergi tutulan ölkə, ofşor ölkə, ofşor zona, maliyyə hesabatının təqdimi, Cari vergi ödəyiciləri, vergi ödəyiciləri üçün güzəştlər,Nəzarət-kassa aparatlarının tətbiqi ilə bağlı qanun pozuntuları vergi ödəyicisi üçün maliyyə sanksiyası ilə nəticələnir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq olunur.

1 yanvar 2021-ci ildən etibarən Vergi Məcəlləsinin 58.7-ci maddəsinə nəzarət-kassa aparatı ilə bağlı “o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən” sözləri əlavə edilib. Dəyişiklik edilənə qədər maliyyə sanksiyaları nəzarət-kassa aparatı qəbzinin verilməməsi və ya nəzarət-kassa aparatının tələblərə uyğun olmaması ilə bağlı idi. Nəzarət-kassa aparatının qəbzindəki məlumatların düzgün olmaması ilə bağlı isə hər hansı maliyyə sanksiyası nəzərdə tutulmurdu. Vergi Məcəlləsinə əlavə edilən dəyişiklikdə qeyd edilir ki, nağd hesablaşmalar zamanı Vergi Məcəlləsinin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq ediləcək.


Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” Kursu


Maddənin tələblərini misallarla izah etmədən öncə, Vergi Məcəlləsinin 50.8-ci maddəsində qeyd edilən tələbləri nəzərdən keçirək. Həmin maddəyə əsasən, nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır:

  • vergi ödəyicisinin adı;
  • VÖEN-i;
  • çekin vurulmasının tarixi və saatı;
  • təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;
  • malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği);
  • gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
  • nəzarət-kassa aparatının markası və zavod nömrəsi;
  • nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti);
  • malın sürətli məlumat kodu (Quick Response Code);
  • ödənilmiş məbləğ;
  •  müştəriyə qaytarılan məbləğ (malın dəyərindən artıq ödənilən hissə üzrə);
  • nisyə satış zamanı ödəniləcək məbləğ (qalıq borc);
  • ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr);
  • çekin növü (satış, geri qaytarma və ya ləğvetmə);
  • nəzarət mexanizmi qurğusunun qeydiyyat nömrəsi;
  • geri qaytarma çekində satış çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar.

Misal 1: Tikinti avandanlıqlarının pərakəndə satışını həyata keçirən ƏDV ödəyicisi elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə nağd hesablaşmalar aparır. Amma nəzarət-kassa aparatı çekinin üzərində ƏDV-nin məbləği qeyd edilməyib. Vergi orqanı vergi nəzarəti tədbirləri zamanı pozuntunu aşkar etdikdə, vergi ödəyicisi tərəfindən təqvim ili ərzində belə hallara birinci dəfə yol verildiyi halda 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.


Müştərək investisiya qoyuluşu zamanı vergi öhdəliyi


Misal 2: Geyim mallarının pərakəndə satışını həyata keçirən vergi ödəyicisinin kassa çekində malın adı qeyd olunmayıb. Vergi Məcəlləsinin 58.8-ci maddəsi üzrə pozuntu təqvim ili ərzində ikinci dəfə baş verdiyi üçün, vergi orqanı tərəfindən 3.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Misal 3: Operativ vergi nəzarəti tədbirləri zamanı məlum olur ki, ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi nağd hesablaşmalar zamanı kassa çekini təqdim etməyib, bundan əlavə, nəzarət-kassa aparatı çekində ödənişin forması və üsulu haqqında məlumat qeyd edilməyib. Hər iki hal Vergi Məcəlləsinin 58.7-ci maddəsi ilə tənzimləndiyi üçün vergi orqanı tərəfindən vergi ödəyicisinin bir təqvim ili ərzində yol verdiyi pozuntunun sayına müvafiq məbləğdə maliyyə sanksiyası tətbiq ediləcək.

Qeyd edək ki, 1 yanvar 2022-ci ilədək də vergi orqanı tərəfindən nəzarət-kassa aparatınının çekində Vergi Məcəlləsinin 50.8-ci maddəsində göstərilən məlumatların əks olunmasının yoxlanması ilə bağlı vergi nəzarəti tədbirləri həyata keçirirdi. Vergi orqanı tərəfindən həmin əsaslarla tətbiq edilən maliyyə sanksiyaları ilə bağlı vergi ödəyicilərinin yuxarı vergi orqanı və məhkəməyə şikayətləri olurdu. Vergi ödəyiciləri hesab edirdilər ki, Vergi Məcəlləsinin 50.8-ci maddəsində göstərilən məlumatların nəzarət-kassa çekində qeyd olunmaması həmin avandanlığın texniki tələblərə cavab verməməsi kimi qiymətləndirilməməlidir. Bu səbəbdən də Vergi Məcəlləsinin 58.7-ci maddəsinə düzəliş edilməsi məqsədəuyğun sayılıb.

Mənbə: vergiler.az


Keçmiş tarixlə ƏDV qeydiyyatına alınmış vergi ödəyicisinin hansı öhdəlikləri yaranır?


1 690 691 692 693 694 695 696 2. 691