Kadrların seçiminin müasir kriteriyaları və metodları (IV hissə)

posted in: Xəbər | 0

Kadrların seçiminin müasir kriteriyaları və metodları (IV hissə)

III hissəyə nəzər yetirin

Fərdi tələblər

Bu kadr seçimi meyarına geniş çeşidli sorğular daxil ola bilər. Vakansiyalarda ən çox rast gəlinən tələblər cins, yaş, ailə vəziyyəti, fiziki xarakteristikalar, qeydiyyat yeri olacaqdır. Məhz, bu tələblər kadrların səmərəli seçimi mövzusunda müasir nəşrlərdə ən böyük tənqidə səbəb olur.

Şübhəsiz ki, elə vəzifələr vardır ki, əməkdaşların işə cəlb edilməsi üçün bu cür meyarlar özünü doğruldur. Belə ki, fitnes-məşqçi vəzifəsinə namizədlərin seçilməsində namizədin fiziki xüsusiyyətləri onun işinin məhsuldarlığı ilə birbaşa bağlıdır.

Mühafizəçi vəzifəsinə iki namizəd arasında seçim edilərkən, aydındır ki, fiziki cəhətdən daha hazırlıqlı namizədlərə üstünlük veriləcək. Lakin əksər hallarda fərdi tələblər ayrı-seçkilik xarakteri daşıyır və yalnız ictimai stereotiplərin əks olunmasıdır.

Məsələn, toy aksesuarları salonunda qadın namizədin işə qəbulu daha məqsədəuyğun olardı. Silah mağazasına gəlincə, orada güclü cinsdən olan satıcı köməkçisi daha faydalı ola bilərdi. Bunun əksini kimsə söyləyə bilərmi? Niyə katib-referentlə əlaqəli iş elanlarının 99%-də qadın cinsindən olan namizədlər tələb olunur.

Vakant vəzifəyə seçim zamanı ən çox rast gəlinən ayrı-seçkilik, iddiaçının yaşı ilə əlaqəlidir. Bir çox işəgötürənlər hesab edirlər ki, yaşı 40-dan aşağı olan namizədlər kifayət qədər gəncdirlər, buna görə də onlar karyera pillələrində yüksəlmək üçün daha həvəslidirlər və daha çox işləmək arzusundadırlar.

Bəli, perspektivli şirkətlərdə yeniliklər düşünə bilən ağıllara həmişə tələbat olacaqdır. Digər təşkilatlara isə əksinə, işə daha çox 30-50 yaş arası olan əmədaşları qəbul etmək sərf edir. Onların ən çox vurğu etdiyi şey budur ki, adam artıq iş təcrübəsinə malikdir və ona nəyi isə öyrətməyə gərək yoxdur. Digər tərəfdən belələri iş yerini dəyişdirməyə də az meyilli olurlar.

Namizədin ailə vəziyyəti də stereotiplərlə əlaqələndirilir və bir qayda olaraq, namizədlər arasında daha çox qadınlara zərbə vurur. Hesab edilir ki, daimi ezamiyyət və planlaşdırılmamış görüşlər tələb edən iş, hər hansı bir evli və ya bir neçə uşaq anası olan qadından daha çox subay namizədə uyğun gələcək.

Bəzən gənc evli qadınlar vəzifəyə yalnız ona görə təyin olunmurlar ki, işəgötürən həmin gənc qadının çox tezliklə analıq məzuniyyətinə çıxacağından və yenidən onu əvəz etmək üçün kimi isə axtarmaq riskində qalacağından ehtiyat edir.

Bu cür məntiq sonda işəgötürənin öz əleyhinə çevrilir, çünki stereotip düşüncədən sonra formal meyarlar arxasında insanın fərdi istedadını ayırd etmək mümkün deyil. Bu isə o deməkdir ki, yaxşı bir mütəxəssisi işə götürmək şansı əldən verilir.

Bundan başqa, xatırlatmaq lazımdır ki, namizədlərin şəxsi əlamətlər üzrə seçiminin istənilən forması ayrı-seçkilik və məhkəmə çəkişmələri ilə bağlı ittihamlarla nəticələnə bilər.


V hissəyə nəzər yetirin


 

İtaliya haqqında maraqlı faktlar (II hissə)

posted in: Xəbər | 0

İtaliya haqqında maraqlı faktlar (II hissə)

I hissəyə nəzər yetirin

Dünyada ən böyük xristian kilsəsi Romadakı Müqəddəs Pyotr bazilik kilsəsidir. Onun inşası 120 il ərzində – 1506-cı ildən 1626-cı ilə kimi davam edib.

Pitzanın kim tərəfindən və nə vaxt hazırlandığı günümüzə qədər məlum deyil. Lakin o da məlum faktdır ki, artıq 1830-cu ildə Neapolda İtaliya ərazisində ilk pizza restoranı açılmışdı.

Minlərlə ənənəvi İtalyan desertləri mövcuddur, lakin dünya şöhrətini onlardan yalnız “Tiramisu” qazanıb. O da maraqlıdır ki, bu desert yalnız 1970-ci illərdə hazırlanıb. Bu desertin müəllifliyi ilə bağlı bir çox mübahisələr mövcuddur. Lakin əminliklə demək olar ki, tiramisu çox qısa müddət ərzində bütün dünyada populyarlıq qazanıb.

Avropa İntibahı XIV əsrdə Şimali İtaliyada başlayıb.

Bolonya universiteti Avropanın ən qədim universitetidir. Onun əsası hələ 1088-ci ildə qoyulub. Maraqlıdır ki, İtaliyada yaşı 500 ildən çox olan 13 universitet vardır.

Avropada ilk bank XII yüzillikdə Genuyada ortaya çıxıb.

Bottiçelli, Mikelancelo, Leonardo da Vinçi, Donatello, Fra Anceliko, Tintoretto, Karavadco, Bernini, Tisian və Rafael kimi məşhur rəssamlar italyandırlar.

Violonçel, skripka və fortepianonu italyanlar icad ediblər.

Vivaldi, Korelli, Monteverdi, Albinoni – bunlar barokko dövrünün dahi bəstəkarlarıdır.

Mexaniki saat, barometr, termometr, optik şüşə və telefon – bütün bunlar italyan ixtiralarıdır.

Romalılar pişikləri o qədər çox sevirlər ki, onları şəhərin Bio-mədəni sərvəti adlandırırlar. Yeni qanun qüvvəyə mindikdən sonra pişiyi öldürməyə görə 10000 avro cərimə ödəməli və 3 ilə qədər həbs cəzası almalı olacaqsınız. Maraqlıdır ki, bütün Romada 300 mindən çox pişik vardır.


Yaxşı mühasib yaxud maliyyəçinizin olması üçün nə etməli?


İtaliyanın “kölgə iqtisadiyyatı” dünyanın ən böyük kölgə iqtisadiyyatı hesab olunur.

İtalyanlar dünyanın ən bahalı və prestijli avtomobillərini istehsal edirlər. Onlardan ən məşhurları Ferrari, Lamborghini, Maseratti, Bugatti və De Tomaso markalarıdır.

1861-ci ilə kimi İtaliya kiçik dövlətlərə parçalanmışdı.

İtaliyanın əhalisi 60 milyon təşkil edir. Hər kv km-ə 200 nəfər düşür.

Ölkənin ərazisi 309 547 kv metrdir.

İtaliya ərazisinin təxminən 75 faizini dağlıq ərazilər tutur.

İtalyanlar amerikalılardan üç dəfə qənaətcildirlər.

İtaliya elektrik enerjisinin 75 faizini idxal edir.

Roma şəhərinin əsası e.ə. 753-cü ildə qoyulub.

İtaliya əhalisinin 95%-dən çoxu Roma katolik kilsəsinin tərəfdarlarıdır, lakin kilsəni müntəzəm olaraq möminlərin 35%-i ziyarət edir.

İtaliya silahlanmağa 20 milyard dollardan artıq xərcləyir.


Maliyyə Nazirliyi büdcə təşkilatlarına müraciət edib

posted in: Xəbər | 0

məcburi audit subyektləri, yeni proqram təminatı, Maliyyə Nazirliyi, qeyri-hökumət təşkilatları,“Mühasibat uçotu haqqında” qanuna əsasən, dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri, orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar mühasiblər olmalıdırlar.

Bu barədə Maliyyə Nazirliyinin büdcə təşkilatlarına müraciətində bildirilir.

Qurum bəyan edib ki, Nazirlər Kabinetinin 25 oktyabr 2018-ci il tarixli qərarına əsasən, mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri bu ilin sonuna qədər, yerli xərclərdən maliyyələşdirilən büdcə təşkilatlarının baş mühasibləri isə gələn ilin sonuna qədər peşəkar mühasib sertifikatı əldə etməlidirlər. Nazirlər Kabinetinin 22 may 2019-cu il qərarına əsasən, sertifikatının verilməsi üçün imtahanları Dövlət İmtahan Mərkəzi keçirir.

İnzibati Xətalar Məcəlləsinə əsasən, peşəkar mühasib olmayan şəxslərin baş mühasib vəzifəsinə təyin edilməsinə, habelə bu vəzifənin icrasının həvalə edilməsinə görə vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb ediləcək.

Mənbə: report.az


Vəkil firmasında əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb olunur?

posted in: Xəbər | 0

icbari ödənişlər, Sosial-məişət müavinəti,Vergi orqanında uçotda olmayan vəkillər tərəfindən yaradılmış vəkil firmasında göstərilən fəaliyyətlə bağlı əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, vəkil qurumlarının tərkibində fəaliyyət göstərən vəkillər tərəfindən göstərilən vəkillik fəaliyyəti ilə bağlı vəkillərə ödənişi həyata keçirən vəkil qurumu ödəmə mənbəyində vergini tutmağa borcludur.

Buna əsasən, vəkil qurumunun tabeçiliyində çalışan vəkil tərəfindən göstərilən fəaliyyətlə bağlı vəkillərə ödənişi həyata keçirən vəkil qurumu 14 faiz dərəcə ilə ödəmə mənbəyində vergini tutmalı və dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 150.1.17-ci maddəsi

Mənbə: vergiler.az


Xarab olan mallar geri qaytarılarkən ödənilmiş aksizlər azaldılırmı?


1 696 697 698 699 700 701 702 2. 686