Nağdsız aparılmalı hesablaşmalar barədə

posted in: Xəbər | 0
birbank biznes

Nağdsız hesablaşmalar,Mövcud qanunvericiliyə görə (Mülki Məcəllənin 972.1-ci maddə) nağdsız hesablaşmalar aparılarkən

  • ödəniş tapşırıqları ilə,
  • akkreditiv üzrə hesablaşmalara,
  • inkasso üzrə, çeklərlə,
  • ödəniş kartları ilə,
  • elektron şəklində hesablaşmalara,
  • habelə qanunla, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulmuş digər formalarda hesablaşmalara yol verilir.

Bu formalardan hər hansı birini seçmək hüququ mülki hüquq subyektləri arasında razılıqla müəyyən edilir. Ölkədə nağdsız hesablaşmalar banklar, müvafiq hesabların açıldığı başqa kredit təşkilatları və poçt rabitəsinin milli operatoru vasitəsilə aparılır. Cəza mexanizmi baxımından hazırda Vergi Məcəlləsi ilə müvafiq sanksiyalar da nəzərdə tutulmuşdur.

Belə ki, müvafiq tələblərin pozulmasına görə vergi ödəyicilərinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala

  • 1-ci dəfə yol verdikdə 10 faizi,
  • ikinci dəfə yol verdikdə 20 faizi,
  • üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi, icbari sığorta haqqı və digər ödənişlərə görə məsuliyyətdən azadolma


Qanunvericiliyə əsasən (Nağdsız hesablaşmalar haqqında Qanun maddələr 3.3 və 3.4) bu ödənişlər yalnız nağdsız olmalıdır.

  • ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər
  • vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi;
  • “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər – sığorta haqları, zərərə görə sığorta ödənişləri bu ödənişlərə aiddir.
  • dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;
  • əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar;
  • stasionar telefon xidmətlərinin və kommunal (su, qaz, işıq və digər) xərclərin ödənilməsi;
  • faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması – iki fiziki şəxs (vergi ödəyicisi olmayan) arasında olan borc pul ödənişini bura aid etmək olmaz.
  • dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi) – tender nəticələri üzrə vəsaitlərin sərfiyyatını aid etmək olar.
  • təhsil haqlarının ödənilməsi – məktəbəqədər və ya ali təhsil dərəcəsi fərq etmədən bütün bu növ ödənişlər nəzərdə tutulur.
  • turagentlərə ödəmələr – xarici və ya daxili turlarla əlaqədar ödənişlər nəzərdə tutulur.
  • ixtisaslaşdırılmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər;
  • pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində dörd min manatdan artıq olan ödənişlər – mağazadan alınan 4001 manat dəyərində olacaq mebelləri aid etmək olar.
  • tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər;
  • “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlarla tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları).

İşləməyə icazə verilən yaş hədləri


Print Friendly, PDF & Email