Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlərin nəzərinə!

posted in: Xəbər | 0

PMS imtahanının nəticələri, Peşəkar mühasib sertifikatı, PMS imtahanı I mərhələ, PMS üzrə imtahan, PMS imtahanı, vergi orqanlarına işə qəbul,DİM tərəfindən peşəkar mühasib sertifikatı (PMS) almaq istəyən namizədlər üçün imtahan keçiriləcək.

İmtahan kağız daşıyıcılar vasitəsilə 2 mərhələ üzrə təşkil olunacaq:

1-ci mərhələ (mühasibat uçotu üzrə) 8 may, 2-ci mərhələ (qanunvericilik üzrə) 29 may 2022-ci il tarixində keçiriləcək.

İmtahanın hər 2 mərhələsi üzrə qeydiyyat DİM-in rəsmi internet səhifəsi üzərindən 1-ci mərhələ üzrə 30 mart – 23 aprel, 2-ci mərhələ üzrə 30 mart – 14 may tarixlərində aparılacaq.

Namizədlər 1-ci mərhələ üzrə buradan və 2-ci mərhələ üzrə isə buradan qeydiyyatdan keçə bilərlər.

1-ci mərhələ (mühasibat uçotu) üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda göstərilən sertifakat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

3. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

2-ci mərhələ (qanunvericilik üzrə) imtahanda iştirak etmək istəyən namizədlər isə aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS.

İmtahan ödənişlidir və hər bir mərhələ üzrə iştirak haqqı 50 manat təşkil edir.

İmtahanın hər bir mərhələsinin davametmə müddəti 3 saatdır.


Praktiki “Mühasibat kargüzarlığı” kursları


Namizədlərin bilik və bacarıqlarının yoxlanılması məqsədilə hər iki mərhələ üzrə imtahanlarda 40 tapşırıqdan ibarət sual kitabçalarından istifadə olunur. İmtahanın hər bir mərhələsi üzrə test tapşırıqları 100 ballıq şkala üzrə qiymətləndirilir. İmtahanın birinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir. İmtahanın ikinci mərhələsi üzrə qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli 5 test tapşırığının hər biri 10 balla qiymətləndirilir.

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Namizədlər proqramlarla bu linkə daxil olaraq tanış ola bilərlər.

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli Qərarının aşağıdakı bəndlərinə əsasən:

2.8. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda keçiriləcək imtahanın birinci mərhələsindən azad edilir:

2.8.1. İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının FR – “Financial Reporting” imtahanını müvəffəqiyyətlə keçməsi barədə sənədə və ya “DipIFR” sertifikatına;

2.8.2. İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA – Chartered Institute of Management Accountants) F2 “Advanced Financial Reporting” sertifikatına;

2.8.3. Sertifikatlaşmış İctimai Mühasib (CPA – Certified Public Accountant) təşkilatınn sertifikatına;

2.8.4. İmtiyazlı Mühasiblər Assosiasiyasının sertifikatına;

2.8.5. Serifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – “Diploma in IFRS”.

2.9. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş namizəd İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CİPFA- Chartered Instıtute Of Publıc Fınance & Accountancy) sertifikatına malik olduğu hallarda imtahanın birinci mərhələsindən azad edilir.

Bu sertifikatlara malik olan namizədlər imtahanın 2-ci mərhələsi üzrə qeydiyyatdan keçməlidirlər. Onlar öz sertifikatlarının  surətini elektron şəkildə qeydiyyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər.

Həmin sertifikatların həqiqiliyi DİM tərəfindən yoxlanılaraq namizədə məlumat veriləcək.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 237 saylı 22 may 2019-cu il tarixli qərarının aşağıdakı bəndinə əsasən namizədlər göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə bilərlər:

2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti.


Praktiki “Bəyannamə və Hesabatların Hazırlanması” Kursu


PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet səhifəsində (link) yerləşdirilmişdir.

Bu ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər mühasibatlıq sahəsində azı beş illik iş stajı haqqında məlumat göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcəkdir.

İmtahandan 5 gün əvvəl namizədlər Mərkəzin saytından “İmtahana buraxılış vərəqəsi”ni və “Namizədin yaddaş kitabçası”nı çap edib götürə bilərlər.

Diqqət: Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyi qərarlardan asılı olaraq imtahan tarixi dəyişə bilər. Namizədlərə tövsiyə edilir ki, DİM-in rəsmi internet saytını müntəzəm olaraq izləsinlər.

Qeyd: PMS üzrə növbəti imtahanın 2022-ci ilin oktyabr – noyabr aylarında keçirilməsi nəzərdə tutulub.

Mənbə: dim.gov.az


Əlavə iş yerində çalışacaq işçilər üçün əsas məhdudiyyətlər hansılardır?

posted in: Xəbər | 0

əsas vəsaitlər, əsas vəsait, "daxildə emal" xüsusi gömrük proseduru,İşçinin əlavə iş yeri və ya qazancı (tənzimləmə, məhdudiyyət və imkanlar)

Məlum olduğu kimi mövcud qanunvericilik normaları dövlət qulluğu (həmçinin xüsusi dövlət qulluğu) sayılan iş yerləri istisna olmaqla, hər kəsin əsas və əlavə iş yerinin olmasına, o cümlədən iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmağa icazə verir. Dövlət qulluğu üzrə isə elmi, pedaqoji və ya yaradıcılıq fəaliyyəti ilə məşğul olaraq əlavə qazanc əldə etmək mümkündür.

Əlavə iş yeri olduğu zaman işçinin əmək kitabçasında bu barədə (çalışdığı yerin əsas və ya əlavə iş yeri olması) mütləq qeyd olmalıdır. Əlavə iş yeri barədə qeyd işçinin əmək müqaviləsinin şərtləri ilə də qadağan olunmamalıdır ki, bu işin yerinə yetirilməsi mümkün olsun. Onu da qeyd edək ki, iş vaxtında tələb edilsə də, iş vaxtından sonra əlavə iş yerində işləməyə görə işəgötürənin razılığı tələb edilmir.


Praktiki “Mühasibat kargüzarlığı” kursları


Əlavə iş yerində çalışacaq işçilər üçün əsas məhdudiyyətlərə aşağıdakıları da göstərmək mümkündür:

  • Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir. Göründüyü kimi bu şərt üzrə əsas tələb eyni əmək şəraitinin olmasıdır.
  • Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda, yol verilə bilər. Bu şərtə görə isə qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan artıq olmamalıdır.
Əlavə iş yeri ilə bağlı bir mühüm məqam da ondan ibarətdir ki, əmək mübahisəsinin həllinə işçinin iş vaxtı ərzində baxılarkən həm əsas, həm də əlavə iş yerində onun orta əməkhaqqının saxlanılmasıdır.

İşçinin vergi öhdəliklərinə gəldikdə, qeyd etmək mümkündür ki, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azad olduğu halda bu şərt əlavə iş yerinə şamil edilmir.


ƏDV əvəzləşdirilməsi nə vaxt həyata keçirilməlidir?


ƏDV əvəzləşdirilməsi nə vaxt həyata keçirilməlidir?

posted in: Xəbər | 0

Kənd təsərrüfatı məhsulları, ƏDV-nin hesablanması,Əvəzləşdirməyə əsas verən halın cari ayda yox, növbəti aylarda nəzərə alınması ilə bağlı vergi ödəyicilərində müəyyən suallar yaranır. Mövzuya iqtisadçı Anar Bayramov aydınlıq gətirir.

Tutaq ki, vergi ödəyicisi 2022-ci ilin fevral ayında aldığı 2.000 manatlıq malın dəyərini bank hesabına, 360 manatlıq ƏDV məbləğini isə ƏDV depozit hesabına ödəyib. Amma həmin elektron qaimə-faktura üzrə əvəzləşdirməni fevral ayının hesabatında nəzərə almayıb. Vergi ödəyicisi həmin əvəzləşdirməni mart ayında nəzərə alarsa, vergi qanunvericiliyinin tələblərini pozmuş olurmu?

Vergi Məcəlləsinin 166-cı maddəsi ƏDV tutulan əməliyyatların aparıldığı vaxtı müəyyən edir. Məcəllənin 174.1-ci maddəsində qeyd edilir ki, bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur.


Əmək hüququnun pozuntuları zamanı şərti cərimənin tətbiq olunması


Məhz bu səbəbdən vergi ödəyicisi əvəzləşdirməni bu hüququn yarandığı ayda həyata keçirməlidir. Misalımıza uyğun olaraq, vergi ödəyicisi ödəmələri fevral ayındakı elektron qaimə-faktura üzrə həyata keçirdiyi üçün əməliyyatları həmin ayın ƏDV bəyannaməsində qeyd etməlidir. Əgər vergi ödəyicisi həmin əməliyyatı fevral ayının bəyannaməsində nəzərə almayıbsa, o zaman mart ayında fevral ayı üzrə dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim etməlidir.

Bəzi vergi ödəyiciləri hesab edirlər ki, vergi ödəyicisi əvəzləşdirilən ƏDV-ni bəyannamədə qeyd etməməklə dövlət büdcəsinə bəyan ediləcək ƏDV məbləğini azaltmadığından onu istədiyi dövrdə bəyan edə bilər. Amma təcrübədə o da mümkündür ki, vergi ödəyicisi cari ayın əvəzləşdirməsini növbəti aya saxlamaqla bəyan ediləcək vergi məbləğini də süni şəkildə azaltmış olsun.

Mənbə: vergiler.az


Əmlakı olanın vergi öhdəlikləri


Dövlət Vergi Xidmətində Yay Təcrübə Proqramı keçiriləcək

posted in: Xəbər | 0

DVX Kommunikasiya Strategiyası, Fərdi sahibkar, əmlak vergisi, vergi öhdəliyi, Torpaq vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Bəyannamə, www.e-taxes.gov.az, Elektron xidmətin istifadəsi, Dövlət Vergi Xidməti, DVX forum, vergi məcəlləsi, təsərrüfat subyekti, Vergi uçotu, Vergi bəyannamələri, Vergi bəyannamələrinin yeni formaları, vergiyə cəlb, Xarici nəzarət, DVX onlayn görüş, maddi yardım, Birdəfəlik müavinət, Vergi borcunun ödənilməsinə möhlət, ikiqat vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması, Vergi ödəyiciləri, gəlirlərin uçotu, xərclərin uçotu, pərakəndə satış, avtomobil satışı üzrə ödənişlər, nağdsız ödənişlər, Onlayn növbədən istifadə,vergitutma, Vergi Məcəlləsinə dəyişikliklər 2022, Xərc normaları, VÖEN-in bərpası, ƏDV məqsədləri üçün qeydiyyat, vergi güzəşti, icarəçi sahibkarlar üçün vergi dəstəyi, vergi güzəşti, vergi ödəyicisi, vergi ödəyicisinin vəzifələri, Mənfəət vergisi bəyannaməsi, sənədsiz evlərin satılması, Vergi hesabatı, hesabatların qəbul edilməməsi, əmlak vergisinin ödənilməsi, Kənd təsərrüfatı məhsulları güzəştlər, Vergi Məcəlləsi dəyişikliklər 2021, Dövlət Vergi Xidmətinin büdcə yükü, DVX büdcə yükü, Əmlakın siyahıya alınması, vergi uçotundan çıxarılma, VÖEN-in ləğv edilməsi, Tibbi xidmətlər ədv-dən azad, Sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tələbələrin bilik, bacarıq və şəxsi inkişafına dəstək vermək məqsədilə 2022-ci ilin yayında ali təhsil müəssisələrinin tələbələri üçün ödənişsiz Yay Təcrübə Proqramı təşkil edir.

Təcrübə proqramı çərçivəsində tələbələr nəzəri biliklərini praktikada tətbiq etmək, dövlət vergi orqanlarının işi ilə tanış olmaq, təlim və seminarlarda iştirak etməklə biliklərini artırmaq və sertifikat əldə etmək imkanı qazanacaqlar. Layihə tələbələrə karyera yollarında istiqamətlənməyə yardımçı olmaq, onların vergi sahəsində nəzəri və praktiki biliklərinin artırılmasına kömək etmək və potensialı olan gənclərin gələcəkdə Dövlət Vergi Xidmətində işə cəlb edilməsi məqsədini daşıyır. Layihənin əhatə edəcəyi ali təhsil müəssisələrinin sırasına, Bakı şəhəri ilə yanaşı, regionlarda yerləşən təhsil ocaqları da daxil edilib ki, bu da rayonlarda təhsil alan tələbələrin peşəkar kadr kimi formalaşdırılması baxımından xüsusi önəm daşıyır.

Yay Təcrübə Proqramı iki hissədən ibarət olmaqla 1 iyul 2022-ci il tarixdən 2 sentyabr 2022-ci il tarixədək davam edəcək. Təcrübə proqramı ərzində ilkin olaraq tələbələr üçün Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində yay düşərgəsi təşkil ediləcək. Tələbələr 10 gün müddətində büdcə sistemi, vergilərin hesablanması və ödənilməsinin əsasları, vergi ödəyicilərinə göstərilən xidmətlər, dövlət vergi orqanlarına işə qəbul və xidmətkeçmə qaydaları və s. mövzularda təlim və seminarlarda iştirak edəcəklər. Tələbələrin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə Şamaxı rayonunda yerləşən turistik məkanlara səfər, intellektual oyun və yarışlar təşkil ediləcək, həmçinin Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin idman-sağlamlıq kompleksindən istifadə üçün şərait yaradılacaq.

Yay düşərgəsinin davamında tələbələr Dövlət Vergi Xidmətinin Bakıda və regionlarda yerləşən struktur bölmələrində 6 həftəlik təcrübə keçəcəklər. Sonda Proqramı uğurla bitirən tələbələrə sertifikatlar veriləcək.

Proqramda iştirak etmək üçün sənəd qəbulu /" target="_blank" rel="noopener"> elektron poçt ünvanı vasitəsilə 28.03-30.04.2022-ci il tarixlərdə həyata keçiriləcək.

Dövlət Vergi Xidməti tərəfindən müvafiq ali təhsil müəssisələrində Karyera Günləri təşkil ediləcək, tələbələr layihə barədə daha ətraflı məlumatlandırılacaqlar.

Yay Təcrübə Proqramı barədə elanla aşağıdakı linkə keçid etməklə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/post/1828

Mənbə: vergiler.az


Praktiki “Mühasibat kargüzarlığı” kursları


1 705 706 707 708 709 710 711 2. 686