Eyni ayda ödənilmiş mə­zu­niy­yət və əməkhaqqı üçün ver­gi­lərin hesablanması

posted in: Xəbər | 0

Təcrübədə vergi ödəyiciləri ilə mühasiblər arasında sual yaradan məsələlərdən biri də eyni ayda ödənilmiş məzuniyyət və əməkhaqqıdan vergilərin tutulmasıdır. Mövzunu əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilov konkret misal əsasında şərh edir.

Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək hüququ vardır.

Misal: İşçi 26 iyun – 5 avqust tarixlərində 40 günlük əmək mə­zu­niy­yə­tində olub. Mə­zu­niy­yət haq­qı mə­zu­niy­yə­tə çıx­ma­mış­dan ön­cə və bir­də­fə­lik ödə­nil­di­yi üçün gə­lir ver­gi­si­nə cəlb edil­mə han­sı şə­kil­də ol­ma­lı­dı­r?

Fərz edək ki, iş­çi­nin əməkhaq­qısı 800 ma­nat­dır, 40 gün­lük mə­zu­niy­yət üçün məzuniy­yət haq­qı isə 1.200 ma­nat­dır. İş­çi­yə iyun ayı üz­rə 700 ma­nat əməkhaq­qı, 130 ma­nat mə­zu­niy­yət haq­qı, iyul ayı üz­rə 910 ma­nat mə­zu­niy­yət haq­qı, av­qust ayı üz­rə 160 ma­nat mə­zu­niy­yət haq­qı və 700 ma­nat əməkhaq­qı he­sab­lanıb.

Bu za­man he­sab­lan­mış mə­zu­niy­yət haq­qın­dan ay­rı-ay­rı­lıq­da gə­lir ver­gi­si tutulmalı­dır. Yə­ni iyun ayın­da mə­zu­niy­yə­tə çıx­mış iş­çi­nin ay­lıq gə­li­ri, iyun, iyul, av­qust ay­la­rı üçün ay­rı-ay­rı­lıq­da mü­əy­yən edi­lməli, hər bir ay üçün he­sab­lan­mış gəlir­dən gə­lir ver­gi­si də ay­rı-ay­rı­lıq­da tu­tul­ma­lı­dır.


Sosial şəbəkələrə reklam ödənişləri ilə bağlı vergi öhdəliyi


Da­ha də­qiq de­sək, iş­çi­nin məzuniyyət günləri üçün hesablanmış məzu­niy­yət haq­qı məb­lə­ğin­dən mə­zu­niy­yət gün­lə­ri­nin aid ol­du­ğu təq­vim ay­la­rı­na uy­ğun hə­min ayların əməkhaq­qı məb­lə­ği ilə bir­gə, son haqq-he­sab za­ma­nı isə son ilin is­ti­fa­də edil­mə­miş mə­zu­niy­yə­ti ilə iş­lə­di­yi son ayın əməkhaq­qı məb­lə­ği, əvvəlki il­lə­rin istifa­də edil­mə­miş mə­zu­niy­yət gün­lə­ri üçün hər bir mə­zu­niy­yət ili üz­rə ay­rı-ayrılıq­da ver­gi­yə cəlb edil­mə­li­dir.

İyun ayında işçinin ümumi gəliri 700 manat əməkhaq­qı və 130 ma­nat məzuniy­yət haq­qı olmaqla cə­mi 830 ma­nat; iyul ayın­da 910 ma­nat; av­qust ayın­da mü­va­fiq olaraq 160 manat mə­zu­niy­yət haq­qı, 700 ma­nat əməkhaq­qı ol­maq­la 860 manat olub. Bu hal­da iş­çi­nin ay­lar üz­rə ver­gi­yə cəlb edi­lən gə­li­ri iyun, iyul, av­qust ayla­rı üz­rə mü­va­fiq ola­raq 830, 910, 860 ma­nat ola­caq­dır. Mə­zu­niy­yət haqqı işçinin məzu­niy­yə­tə çıx­ma­sın­dan əv­vəl kö­çü­rül­sə­ də, ay­lar üz­rə ver­gi­yə cəlb ediləcək­dir.

Mənbə: vergiler.az


Sığorta haqqının hissəli ödənişi


Sosial şəbəkələrə reklam ödənişləri ilə bağlı vergi öhdəliyi

posted in: Xəbər | 0

baş mühasib, vakansiya,ƏDV ödəyicisi olan hüquqi şəxslər öz biznes kartlarından “Facebook”, “Google” kimi şirkətlərə reklam üçün ödəniş edirlər. Ödəniş edərkən bank tərəfindən 18 faiz ƏDV avtomatik olaraq tutulur. Hüquqi şəxslərin həmin ödənişləri aylıq ƏDV bəyananaməsində əvəzləşdirməyə hüququ varmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olan şəxs tərəfindən qeyri-rezident şəxsə məxsus sosial şəbəkədə reklamın yerləşdirilməsinə görə aparılan ödənişdən Vergi Məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur və ödəniş aparıldığı rübdən sonrakı ayın 20-dən gec olmayaraq ödəmə mənbəyində tutulan verginin bəyannaməsi vergi orqanına təqdim edilir.

Eyni zamanda, qeyri-rezidentə edilən ödənişlərə Vergi Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilir və növbəti ayın 20-dən gec olmayaraq “Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi” təqdim edilir.


Sığorta haqqının hissəli ödənişi


Göründüyü kimi, vergi orqanında uçotda olan vergi ödəyiciləri elektron ticarət qaydasında alınmış xidmətlərə görə qeyri-rezidentə etdikləri ödəmələrə müstəqil qaydada 18 faiz dərəcə ilə ƏDV hesablamalı və bəyannamə təqdim etməklə hesablanmış ƏDV-ni büdcəyə ödəməlidirlər. ƏDV qeydiyyatında olan şəxsin qeyri-rezidentə görə büdcəyə ödədiyi ƏDV-ni Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq əvəzləşdirmək hüququ vardır.

Vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında xidmətlər alınarkən isə 18 faiz dərəcə ilə ƏDV ödəməni həyata keçirən banklar tərəfindən fiziki şəxsin hesabından tutularaq büdcəyə ödənilir.

Mənbə: vergiler.az


Təsisçinin xeyrinə edilən köçürmələrin vergiyə cəlb olunması


Personalın motivasiya nəzəriyyəsi və təcrübəsi (III hissə)

posted in: Xəbər | 0

Personalın motivasiya nəzəriyyəsi və təcrübəsi (III hissə)

II hissəyə nəzər yetirin

Motivasiyanın prossesual nəzəriyyələri, məzmun nəzəriyyələri kimi, 1950-ci illərdə ABŞ-da yaranıb. Prosessual nəzəriyyələrin müəllifləri etiraf edirlər ki, motivasiya sistemlərində işçilərin ehtiyaclarını nəzərə almaq lazımdır. Bununla birlikdə, əməyi stimullaşdırmaq üçün təməl şərt, daxili münasibət və gözləntilərdən istifadə etməklə subyektin davranışına təsir etmək qabiliyyəti hesab olunur. Bununla yanaşı, motivasiyanın prosessual nəzəriyyələrinin diqqət mərkəzində, ümumiyyətlə, qavrayış və gözləntilər deyil, yalnız konkret vəziyyətlə bağlı olan, subyektin bu konkret hallarla bağlı seçdiyi davranışın növünü müəyyən edən amillərdir. Vacibdir ki, subyekt, şəxs, konkret bir vəziyyətdə düzgün davranış haqqında qərar verərkən, xarici şərtlərdən deyil, bu və ya digər bir davranış tərzinin uyğunluğunu özünün qiymətləndirməsindən çıxış etsin.

Məsələn, Viktor Vrumun konsepsiyasında motivasiya effekti işçinin ehtiyacları əsasında deyil, onun düşüncələri və qarşıya qoyulmuş vəzifələrin və təklif olunan həvəsləndirici nəticənin nisbəti, onun reallığının qiymətləndirilməsi və onun şəxsiyyətin real niyyətləri ilə tutuşdurulması nəticəsində baş verir. İşçinin əməyə daxili həvəslərinin reallaşması nəticəsində əldə edilən belə fikir prosesi çərçivəsində dörd əsas məqam ayrılır:

  • edilən səylərdən asılı olaraq konkret bir əmək effektivliyinin əldə edilməsini gözləmək;
  • işin yerinə yetirilməsinin effektivliyindən asılı olan nəticənin gözlənilməsi;
  • işin keyfiyyətinin, nəticələrin əldə edilməsinin elan edilmiş mükafat almaq üçün yeganə vasitəyə çevrildiyini başa düşmək;
  • mükafatın həqiqi dəyərinin təyin edilməsi: əgər şəxs səylərini əhəmiyyətsiz və ya yersiz hesab edərsə, motivasiya səviyyəsi kəskin şəkildə aşağı düşür.

Bundan əlavə, müəllif valentlik (idarəetmənin effektivliyi) anlayışından istifadə edir. Valentlik işçinin təqdimatında mükafatlandırmanın dəyərinin gözləntilərə nə dərəcədə uyğun olduğunu müəyyən edir və bundan asılı olaraq işçinin məmnunluq və ya narazılıq dərəcəsi formalaşır. Beləliklə, nəzəri olaraq, üç element qrupunun qarşılıqlı əlaqələri formalaşır:

  • əmək məsrəfləri – nəticələr;
  • nəticələr – mükafatlar;
  • valentlik.

Viktor Vrumun nəzəriyyəsində əməkdaşın motivasiyası işçinin təqdimatında ehtimal olunan xərclərin istənilən mükafatlandırmaya nə dərəcədə gətirib çıxaracağı ilə bağlı olan gözləntilərdən asılıdır. Bu zaman nəzəriyyədə qərarın subyektivliyi amili nəzərə alınmır. Rəhbərliyin gördüyü tədbirlər də əvvəlcədən obyektiv və ədalətli tədbirlər kimi qiymətləndirilir.


IV hissəyə nəzər yetirin


Dünyanın müxtəlif ölkələrində qeyri-adi vergi və yığımlar


Sığorta haqqının hissəli ödənişi

posted in: Xəbər | 0

Cəmiyyətin qarşılaşdığı risklərin təminat üsullarından biri kimi əsas aparıcı rol oynayan sığorta münasibətləri öz spesifikliyi ilə daim seçilmişdir. Sığorta münasibətlərində hər bir halın əhatəli öyrənilməsi risklərin təminata alınması üçün başlıca vasitə hesab edilir. Bu yazıda sığorta münasibətlərinin başlanmasına təkan verən sığorta haqqının hissəvi ödənişi barədə məlumat verəcəyik.

Məlum olduğu kimi mövcud qanunvericilik normaları (“Nağdsız hesablaşmalar haqqında” Qanun, sahəvi sığorta qanunvericiliyi və digər) sığorta haqqının mütləq şəkildə nağdsız formada ödənilməsini tələb edir. Qeyd edək ki, sığorta haqqı sığorta müqaviləsi bağlanan zaman istehlakçının sığorta şirkətinə (sığortaçı) verdiyi ödənişdir. Bununla yanaşı qeyd edək ki, ödənişlərin mütləq HÖP (hökumət ödəniş portalı) üzərindən edilməsini tələb edən xüsusi sığorta növləri də (icbari avto mülki məsuliyyət sığortası) mövcuddur.

Bu kimi halları nəzərə almaqla yanaşı istehlakçılar sığorta haqqının hissəvi olub-olmamasına da diqqət yetirməlidir. Belə ki, sığorta haqqının hissəvi olması bəzi sığorta növlərində mümkün olmasa da, əsasən könüllü növlərdə mümkündür. Onu da qeyd edək ki, sığorta haqqının hissəli olması zamanı sığorta haqqının ilk hissəsinin ödənişindən sonra sığorta müqaviləsinin qüvvəyə mindiyini və sığorta təminatının başlandığını nəzərə almaq lazımdır (Mülki Məcəllə maddə 903).


Müəssisənin nəqliyyat vasitələrinin satışından əldə etdiyi vəsaitin vergiyə cəlb edilməsi


Əksər icbari sığorta növləri üzrə sığorta haqqının yalnız birdəfəlik olması müəyyən edilmişdir. Hətta onu da qeyd edək ki, icbari avtomobil sahiblərinin mülki məsuliyyət sığortası növü üzrə sığorta haqqı ödənildiyi vaxtdan sığorta müqaviləsi qüvvəyə minir.

Sığorta haqqının hissəli nəzərdə tutulması zaman sığorta müqaviləsində sığorta təminatına diqqət yetirmək lazımdır. Belə ki, sığorta müqaviləsində hissəli sığorta haqqı nəzərdə tutulduqda, həmin müqavilə üzrə növbəti sığorta haqqının ödənilməli hissəsi ödənilmədikdə müqaviləyə xitam verilir, sığorta haqqından sığorta şirkəti işin aparılması xərclərini, müqavilənin qüvvədə olduğu müddət üçün təminat xərclərini tutur və hansısa məbləğ qalarsa, həmin məbləği nağdsız qaydada istehlakçının hesabına köçürür.

Həmçinin qeyd edək ki, sığorta haqqının hissəli ödənişi zamanı növbəti hissə ödənilmədikdə baş verən hadisələr zamanı müəyyən müddət üçün sığorta şirkətinin öhdəliyi qalır. Belə ki, əgər sığorta haqqının növbəti hissəsi 01 martda ödənilməli olduğu halda ödənilməmiş və 14 martda şəxsin hadisəsi baş veribsə, sığorta şirkəti yenə də hadisə üzrə ödəniş vermək öhdəliyi daşıyır. Digər halda isə hadisə 16 martda baş verib və sığorta şirkəti istehlakçıya sığorta haqqının 01 martdan artıq müddətə ödənilməsini razılaşdırmayıbsa, 15 günlük təminat müddətini itirdiyi üçün sığorta şirkəti sığorta hadisəsi üzrə heç bir zərəri ödəmək öhdəliyi daşımayacaq.

Bu kimi halları nəzərə alaraq sığorta müqaviləsində sığorta haqqının hissəli ödənişi məsələsinə xüsusi diqqət yetirilməsi məqsədəuyğundur.

Təsisçinin xeyrinə edilən köçürmələrin vergiyə cəlb olunması


1 710 711 712 713 714 715 716 2. 686