“PAŞA Bank”da Sahibkar həftəsi!

posted in: Xəbər | 0
birbank biznes

PAŞA Bank,Azərbaycanın aparıcı korporativ bankı “PAŞA Bank” 25 Aprel – Sahibkarlar Günü münasibətilə biznes sahibləri üçün endirim həftəsi elan edib.

25-30 aprel tarixlərində onlayn biznes kreditlərində birdəfəlik komissiyaya 25% endirim təklif olunur. Eyni zamanda müddət ərzində “PAŞA Biznes” mobil tətbiqində yaradılan və imzalanan 25 000 AZN-dək bir ölkədaxili ödənişə komissiya tətbiq olunmur.

Qeyd edək ki, onlayn biznes krediti ilə biznesinizi genişləndirmək və ya cari biznes xərclərini qarşılamaq mümkündür. 250 000 AZN-dək biznes kreditini banka gəlmədən və girov tələb olunmadan əldə edə bilərsiniz.

Onlayn kredit məhsulları haqda daha ətraflı məlumat və müraciət üçün keçid:  https://pshb.az/38cJ9GU

PAŞA Biznes tətbiqini yükləmək üçün keçid: https://pshb.az/392KzUT


Print Friendly, PDF & Email