“Hesabat” onlayn mühasibatlıq sistemində hesaba giriş “Asan”laşdı

posted in: Xəbər | 0

Mikro və kiçik sahibkarlıq subyektləri üçün onlayn mühasibat proqramı “Hesabat“da “ASAN Login” ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq mümkün olacaq.

“Hesabat” mühasibat uçotunu bulud texnologiyası əsasında aparmağa imkan verən proqram təminatıdır. Bu o deməkdir ki, siz internetin olduğu istənilən məkanda mühasibat uçotunuzu apara və nəzarət edə bilərsiniz. Mühasibatlıq hər vaxt yanınızda – kompüterinizdə, ovcunuzun içində – mobil telefonunuzdadır. Sistemdən sahibkarlar, şirkətin menecerləri, mühasiblər eyni vaxtda istifadə edə bilər. Vergi üzrə ekspert A. Bayramov “proqram təminatının gəlir və xərclərin uçotunun düzgün və şəffaf aparılmasına yardımçı olacağına” inandığını qeyd edir.

“Hesabat”ın “ASAN Login”lə inteqrasiyası mikro və kiçik sahibkarlıq subyektlərinin onlayn mühasibat sistemində qeydiyyatını asanlaşdırır, istifadəçinin sistemdə eyniləşdirilməsini tezləşdirir. Sistemdə “ASAN Login” vasitəsilə qeydiyyat zamanı istifadəçinin şəxsi kabineti avtomatik yaranır. Bu, qeydiyyat üçün sərf edilən vaxtı minimuma endirir. İstifadəçi profilində lazımı məlumatları daxil edə, uyğun düzəlişləri apara bilir.

Elektron-hökumət portalına (e-gov), müxtəlif dövlət qurumlarının informasiya sistemlərinə girişin “ASAN Login”lə təmin edildiyini nəzərə alsaq, uçot məlumatlarının təhlükəsizliyinə dövlət tərəfindən müəyyən edilmiş standartlar çərçivəsində təminat verildiyini deyə bilərik.

İki sistemin inteqrasiyası “Asan imza”nın tətbiq edilməsi, hesabatların elektron imzalanması və göndərilməsi, elektron sənəd dövriyyəsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması prosesinin tezləşdirilməsinə də təsir edəcək.

Sadaladıqlarımıza bir daha əmin olmaq, onlayn mühasibatlığın imkanarından daha geniş yararlanmaq üçün elə indi “HESABAT”da qeydiyyatdan keçin, mühasibatlığınızı müasir tələblərə uyğun qurun.


Təsisçinin xeyrinə edilən köçürmələrin vergiyə cəlb olunması

posted in: Xəbər | 0

vergi öhdəliyi, kağız formada olan alış aktları, Malların alış aktı, Nağdsız hesablaşmalar, Vergi qanunvericiliyinin pozulması, Malların alış dəyərini hesablamaq, Malların alış dəyəri, yeni Vergi Məcəlləsi, Elektron qaimə düzəliş, güzəştli vergi tutulan ölkə, ofşor ölkə, ofşor zona, maliyyə hesabatının təqdimi, Cari vergi ödəyiciləri, vergi ödəyiciləri üçün güzəştlər,Təcrübədə müəssisənin öz təsisçisinin xeyrinə müəyyən köçürmələr, ödənişlər etməsi hallarına rast gəlirik. Belə hallarda hansı vergi öhdəliyi yaranır? İqtisadçı İlqar Əsədov məsələyə aydınlıq gətirir.

Müəssisə təsisçinin xeyrinə köçürmə edərkən mühasib bilməlidir ki, fəaliyyət zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir. Bu zaman qanunvericiliyə uyğun olaraq ödəmə mənbəyində 10 faiz vergi tutulur.

Vergi Məcəlləsinin 122.2-ci maddəsinə görə, dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən dividendə görə vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur və həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur.


Sosial-məişət müavinətindən icbari ödənişlər hansı formada tutulur?


Misal: Hüquqi şəxs 3.600 manat məbləğində dividendin faktiki sahibi olmuş və vergi qanunvericiliyinə əsasən 360 manat vergi tutulmuşdur. Hüquqi şəxs daha sonra həmin gəliri yenidən dividend şəklində fiziki şəxsə vermişdir. Bu hüquqi şəxsin dividend nəzərə alınmadan, ümumi gəliri 31.200 manat, gəlirdən çıxılan xərcləri isə 14.800 manat olarsa, dividend nəzərə alınmaqla, dövlət büdcəsinə ödəniləcək mənfəət vergisinin məbləği nə qədər olur?

Dividendin faktiki sahibi olan hüquqi şəxslərdən vergi tutulmuşdursa, dividendi alan hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur. Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur.

Bu halda, hüquqi şəxsin dövlət büdcəsinə ödəniləcək mənfəət vergisinin məbləği belə hesablanır:

31.200 – 14.800 = 16.400 manat

16.400 x 20% = 3.280 manat.

Mənbə: vergiler.az


Ezamiyyə xərcindən məcburi dövlət sosial sığorta haqqı tutulurmu?


Sosial-məişət müavinətindən icbari ödənişlər hansı formada tutulur?

posted in: Xəbər | 0

İşçi növbəti əmək məzuniyyətinə çıxarkən ona sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Əmək Məcəlləsinin 141-ci maddəsinin 1-ci bəndində göstərilmiş müvafiq sosial-məişət müavinətinin ödənilməsi nəzərdə tutulub. Sosial-məişət müavinətindən icbari ödənişlər (vergi, məcburi dövlət sosial-sığorta haqqları, icbari tibbi sığorta, işsizliyə görə ayırmalar, həmkarlar ittifaqı üzrə ödənişlər) hansı formada tutulur?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Əmək Məcəlləsinin 141-ci maddəsinə əsasən əmək müqaviləsində və ya kollektiv müqavilədə, həmçinin kollektiv müqavilə olmayan müəssisədə, habelə büdcədən maliyyələşdirilən idarələrin, təşkilatların saxlanması xərclərinin smetasında işçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması müəyyən məbləğdə sosial-məişət müavinətinin ödənilməsi, müəssisənin vəsaiti hesabına istirahət-sağlamlıq müəssisələrinə göndərilməsi, eləcə də işçinin ailə-məişət şəraitinin yaxşılaşdırılması üçün digər tədbirlərin görülməsinə maddi yardımın verilməsi nəzərdə tutulmuşdursa, məzuniyyət pulunun ödənilməsi ilə yanaşı, müəyyən edilmiş müavinətlər, yardımlar da ödənilir.


Ezamiyyə xərcindən məcburi dövlət sosial sığorta haqqı tutulurmu?


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 4 iyul 2002-ci il tarixli 8-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi Qaydaları”nın müddəalarına əsasən, qeyd olunan müavinət, yardım və digər ödənclər həm əmək məzuniyyətində olan işçilərə, həm də sosial, yaradıcılıq və təhsil məzuniyyətlərində olan işçilərə verilə bilər. Əmək məzuniyyətinə çıxan işçilərə müavinət, yardım və digər ödənclərini verilməsi işçinin məzuniyyətə çıxması barədə əmrlə rəsmiləşdirilir və məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı ilə bərabər məzuniyyətin başlanmasına ən geci üç gün qalmış ödənilir. Məzuniyyət vaxtı üçün və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda orta əməkhaqqının hesablanması zamanı qeyd olunan müavinət, yardım və digər ödənclər nəzərə alınmır və əmsallaşdırılmır.

Qeyd olunanlara əsasən:

Əmək Məcəlləsinin 141-ci maddəsinin tələbləri nəzərə alınmaqla verilən sosial-məişət müavinətinin vergi və məcburi dövlət sosial sığorta haqlarından azad edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından işçiyə ödənilən həmin müavinətlərdən ümumi qaydada gəlir vergisi və məcburi dövlət sosial sığorta haqları hesablanır. İşçilərə məzuniyyət vaxtı əlavə sosial-məişət şəraitinin yaradılması məqsədilə verilən müavinətlər əməkhaqqının tərkibinə daxil olmadığından icbari tibbi sığorta üzrə sığorta və işsizlikdən sığorta haqlarına cəlb olunmur.

Mənbə: vergiler.az


İşsizlikdən sığorta: nələri bilmək vacibdir?


Ən perspektivli iki valyutanın adı açıqlanıb

posted in: Xəbər | 0

Bu gün üçün ən yaxşı inkişaf perspektivinə malik iki valyuta vardır – bunlar ABŞ dolları və İsveçrə frankıdır. “Praytaym” xəbər verir ki, bu fikri Rusiya Xalqlar Dostluğu Universitetinin dünya iqtisadiyyatı və biznes institutunun dosenti Vladimir Qriqoryev deyib.

İqtisadçı ABŞ dollarını universal ödəniş vasitəsi adlandırıb. O, həmçinin əlavə edib ki, ABŞ iqtisadiyyatı dünyanın ən böyük iqtisadiyyatıdır. Vladimir Qriqoryevin sözlərinə görə, avro dolların potensialından məhrumdur, çünki bir neçə ölkənin valyutasıdır.

“Sosial-iqtisadi stabilliyi və dünya maliyyəsində İsveçrənin unikal rolu sayəsində İsveçrə frankı ənənəvi olaraq öz güclü mövqelərini mühafizə edib saxlayacaq və bu valyutanın dollar və avroya münasibətdə möhkəmlənməsi üçün bütün şansları vardır”, – Qriqoryev qeyd edib.


1 731 732 733 734 735 736 737 2. 703