Ekspeditor şirkətlərinin vergi öhdəlikləri

posted in: Xəbər | 0

“A” şirkəti daxili yükdaşıma fəaliyyəti ilə məşğul olur və “B” şirkətinə məxsus yükləri daşıyır. Balansında avtonəqliyyat vasitələri olmayan “A” şirkəti həmin daşımaları müqavilə əsasında digər şəxslər (fiziki və ya hüquqi şəxslər) vasitəsilə həyata keçirir. Bu zaman “A” şirkətinin və digər şəxslərin (fiziki və ya hüquqi şəxslərin) hansı vergi öhdəliyi yaranır? Həm “A” şirkəti, həm də digər şəxslər fərqlənmə nişanı almalıdırmı?

Dövlət Vergi Xidmətindən suallara cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən, bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və ya həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Həmin şəxslər dövriyyəsindən asılı olmayaraq, bu fəaliyyət üzrə “Fərqlənmə nişanı” alaraq sabit vergi ödəyicisi kimi fəaliyyət göstərirlər.

Eyni zamanda, mülki qanunvericiliyə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Ekspeditorun öz xidmətləri üçün aldığı muzd onun vergitutulan əməliyyatlarına aid edilir.


Ezamiyyə xərcindən məcburi dövlət sosial sığorta haqqı tutulurmu?


Qeyd olunanlara əsasən:

Mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmadan yüklərin daşınmasını daşıyıcılar vasitəsilə həyata keçirən şəxslər vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələrə görə onlara ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.
Eyni zamanda şirkətin vergi tutulan əməliyyatlarının (vasitəçilik xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqları) həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda həmin vergi ödəyicisi növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməklə ƏDV qeydiyyatına alınmalı və əldə etdiyi xidmət haqlarının dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq etməlidir.

Bununla yanaşı, vergi tutulan əməliyyatlarının (vasitəçilik xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqlarının) həcmindən asılı olmayaraq, əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olmasa belə, vergi ödəyicisi öz müraciətinə əsasən könüllü şəkildə ƏDV qeydiyyatına alına bilər.

Belə ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində yükdaşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi yalnız Vergi Məcəlləsinin 156.1-1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verdiyi halda bu fəaliyyət üzrə əldə etdiyi gəlirlərə münasibətdə ƏDV-ni tətbiq edə bilər.


İşsizlikdən sığorta: nələri bilmək vacibdir?


2022-ci il üçün dolların rəqibi açıqlanıb

posted in: Xəbər | 0

“Finam” qəzetinin təhlilçisi Andrey Maslov bəyan edib ki, hazırda dollar əmanətlərin sabitliyini təcəssüm etdirir. Lakin yığımların diversifikasiyası üçün Britaniya funtuna da diqqət yetirmək lazımdır, deyə mütəxəssis “Praym” agentliyinə müsahibəsində bildirib.

Maslov bildirib ki, FED-in mart ayına planlaşdırılan faiz artımı fonunda dollar ənənəvi olaraq investisiya üçün üstünlüyü sayılan öz cəlbediciliyini qoruyub saxlayır. Müdafiə valyutaları arasında o, 2022-ci ildə ingilis funtunu dollara layiqli rəqib adlandırıb.

“Etibarlılıq baxımından alternativləri, yəni, qoruyucu valyutalar deyilənləri nəzərə alsaq, yen, avro və franka etibar etməmək daha yaxşıdır. Çünki bu il müvafiq ölkələrin mərkəzi bankları kifayət qədər “yumşaq” ovqata kökləniblər və çətin ki, onlar dərəcələri qaldırsınlar”, – analitik belə izah edib.

Ekspertin sözlərinə görə, İngiltərə Bankı ardıcıl ikinci dəfə uçot dərəcəsini qaldırıb ki, bu da sonuncu dəfə 2004-cü ildə baş verib. Təhlilçilər inflyasiya səbəbindən tənzimləyicinin bunu davam etdirəcəyini təxmin edirlər. Həyata keçirilən bu tədbirlər funta dollarla rəqabət aparmağa kömək edəcək.


Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi hansıdır?

posted in: Xəbər | 0

2021-ci ilin sonlarında Avropada ən aşağı işsizlik səviyyəsi Çexiyada (orada işaxtaran sakinlərin payı 2,2 faiz təşkil edir) qeydə alınıb. İşsizlik səviyyəsinin ən yüksək olduğu ölkələr sırasında İspaniya (13,4 faiz) və Yunanıstanın (13,2 faiz) adları çəkilir.

Polşa, Almaniya və Maltada kifayət qədər aşağı səviyyədə işsizlik qeyd olunub (3,5 faizdən çox deyil). Ukraynada bu, 9,6 faiz, İtaliyada 9,1 faiz, İsveçdə 8,3 faiz, Fransada 7,5 faiz səviyyəsində olub. Çexiyada işsizliyin səviyyəsi cədvəldə sonuncu yeri tutan İspaniya ilə müqayisədə demək olar ki, altı dəfə aşağıdır.

Rusiya 4,3 faiz göstərici ilə 2021-ci ilin sonu üçün reytinqdə  doqquzuncu yerdə qərarlaşıb, bu göstərici Böyük Britaniya da demək olar ki, eyni səviyyədədir.

Ezamiyyə xərcindən məcburi dövlət sosial sığorta haqqı tutulurmu?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 98.3-cü maddəsi ilə faktiki ezamiyyə xərcləri və 102.1.14.2-ci maddəsi ilə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş ezamiyyə xərclərinin məbləğləri gəlir vergisindən azaddır. Lakin məcburi dövlət sosial sığortası üzrə sığorta haqqı hesablanmayan gəlir yalnız faktiki ezamiyyə xərcləri üçün nəzərdə tutulub (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi istisna olmaqla). Bu halda işçinin norma çərçivəsində ezamiyyə xərcindən məcburi dövlət sosial sığortası tutulurmu?

Dövlət Vergi Xidmətindən bildirilib ki, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin müddəalarına əsasən, faktiki ezamiyyə xərclərinin məbləği məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aiddir.

İşsizlikdən sığorta: nələri bilmək vacibdir?


Qanunvericiliklə müəyyən edilmiş norma daxilində ödənilmiş ezamiyyə xərclərinin məbləği məcburi dövlət sosial sığorta haqqına cəlb olunmur. Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda işçiyə faktiki ezamiyyə xərclərinin əvəzi müvafiq təsdiqedici sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci məcburi dövlət sosial sığorta haqqına cəlb olunmur. Qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergi tutulan gəlirlərinə aid edilməklə gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqqına cəlb olunur.

Əsas: “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsi və Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı.

Mənbə: vergiler.az


Kənd təsərrüfatı məhsullarının satışında ƏDV-nin hesablanması


1 732 733 734 735 736 737 738 2. 703