Franklin piramidası və məqsədlər ağacı (II hissə)

posted in: Xəbər | 0
birbank biznes

Franklin piramidası və məqsədlər ağacı (II hissə)

I hissəyə nəzər yetirin

Franklin piramidasını necə tərtib etməli?

I addım. Qlobal həyat dəyərlərinizi müəyyənləşdirin

Bu addımda, piramidanın ilk pilləsi, təməli qurulur. Bu ən vacib, ən məsuliyyətli addımdır. Həyatdan nə istədiyinizi özünüzə etiraf edin. Öz qarşınızda maksimum səmimi olun. Unutmayın ki, sabit və “düzgün” dəyərlər olmur – özündən ötrü vacib olanı hər kəsin özü müəyyən edir. Birinci addıma maksimum vaxt ayırın. Düşünün, araşdırın, əsaslandırın.

Həyati dəyərlərin nümunələri:
  • Sərvət
  • Şöhrət
  • Hakimiyyət
  • Xeyirxahlıq, mərhəmət, həssaslıq
  • Yaradıcılıq (ixtiraçılıq fəaliyyəti)

Dəyərləri nə qədər dəqiq və doğru müəyyənləşdirsəniz, piramida bir o qədər möhkəm və həqiqi olacaqdır. Buna görə bütün hədəflərinizə çatma ehtimalı daha yüksəkdir.

II addım. Həyatınızın qlobal məqsədini formalaşdırın.

Qocalıqda özünüzlə fəxr etmək üçün həyatınızda əldə etmək istədiyiniz əsas nəticə barədə düşünün. Yaxşı olardı ki, bu bir neçə deyil, yalnız bir hədəf olsun.

Qlobal həyat məqsədlərinin  nümunələri:

  • onlayn təhsil sahəsində illik 100 milyon manat dövriyyəsi ilə beynəlxalq biznes imperiyasın qurmaq;
  • uşaq xəstəliklərinə qarşı mübarizə üçün xeyriyyə fondu açmaq və 100 000 uşağa kömək etmək;
  • ölkənin prezidenti olmaq və həyat səviyyəsini iki dəfə yüksəltmək.

Diqqət edin, hədəf konkret, əldə oluna bilən, ölçülə bilən, zaman hüdudunda və aktual olmalıdır.

III addım. Məqsədlərə çatmaq üçün baş plan tərtib edin.

Baş planı bir neçə iri alt məqsədlərə bölün.

IV addım. Bundan əvvəlki addımdan olan hər bir məqsəd üçün uzunmüddətli fəaliyyət planı tərtib edin.

Plan bir neçə illlik dövrü əhatə etməlidir. Plan bir neçə aydan bir ilədək bir müddətdə əldə edilməsi lazım olan böyük tapşırıqları ehtiva edir.

V addım. Əvvəlki addımdakı hər bir iri tapşırıq üçün orta müddətli fəaliyyət planı hazırlayın.

Ortamüddətli plana daha kiçik tapşırıqları yerləşdirin. Müddət: bir həftədən bir aya kimi.

VI addım. Hər ortamüddətli planın tapşırıqlarını mikro tapşırıqlara bölün və müəyyən günlərə ayırın.

Bu addımda detallaşdırılmış gündəlik planlar tərtib olunur.

Ortamüddətli plandan bir konkret tapşırıq götürülür (bir həftədən bir aya qədər müddətdə) və bir gündən çox olmayan müddətli mikro-tapşırıqlara bölünür. Sonra həmin mikro-tapşırıqlar konkret günlər üzrə bölüşdürülür.

Gündəlik planlar müntəzəm olaraq tərtib edilir, ən yaxşısı bazar ertəsi günləridir.


Print Friendly, PDF & Email