Yeni nəsil NKA-ların quraşdırılması bitdikdən sonra yeniliklər olacaq

posted in: Xəbər | 0

“Ölkə üzrə sahibkarlıq subyektlərinin yeni nəsil nəzarət-kassa aparatları (NKA) ilə təchizatı prosesi hələ başa çatmayıb”.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

Onun sözlərinə görə, bu məsələlər daimi təhlil olunur: “Ölkə üzrə bu proses başa çatandan sonra təhlillər aparılacaq. Ola bilsin ki, hansısa yeniliklər olsun. Yəni bütövlükdə onlayn nəzarət-kassa aparatlarının tətbiq olunması çox müsbət hal kimi dəyərləndirilir. Bu çox böyük irəliləyişlərə səbəb olacaq”.

S. Ələkbərov bildirib ki, Azərbaycanda vergi daxilolmaları 1,3 milyard manat artıb: “Bu çox yüksək göstəricidir və bunun əsasında şəffaflaşma durur. Təbii ki, yeni nəsil nəzarət-kassa aparatları, vergi ödəyicilərinin uçota alınması da bunun kökündə dayanır”.

Xatırladaq ki, vergi ödəyicisinin Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş NKA-nın əldə edilməsinə və quraşdırılmasına çəkdiyi xərclərin elektron qaimə-faktura üzrə əvəzləşdirilmiş ƏDV məbləği nəzərə alınmaqla 350 manat həddində vergi öhdəlikləri ilə əvəzləşdirmək hüququ var.

NKA 2019-cu il yanvarın 1-dək quraşdırıldıqda, həmçinin həmin tarixdən sonra quraşdırıldılsa da, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş meyarlara cavab vermədikdə, eyni zamanda, həmin meyarlara cavab verməsinə baxmayaraq, əvvəllər istifadədə olan NKA-nı əvəzləmədikdə, onun quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradır. Sahibkarlıq subyektlərində rəqəmsal nəzarət sisteminin qurulmasına imkan verən bu avadanlıq hesablaşmalar haqqında məlumatı vergi orqanlarına real vaxt rejimində çatdırmaq imkanına malikdir. Sahibkarlar üçün də rahat və əlverişli nəzarət mexanizmi yaradan yeni nəsil NKA-ların 2022-ci ilin sonunadək bütün ölkədə tətbiqi nəzərdə tutulub.

Mənbə: report.az


Bax: ƏDV geri al sistemi üzrə faizlərin dəyişdirilməsi müzakirə edilir


ƏDV geri al sistemi üzrə faizlərin dəyişdirilməsi müzakirə edilir

posted in: Xəbər | 0

“Əlavə dəyər vergisini (ƏDV) geri al sistemi üzrə faizlərin dəyişdirilməsi məsələsi müzakirə edilir”.

Bunu açıqlamsında Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, aksizli malların satışı zamanı ƏDV-ni geri alınmamasına aydınlıq gətirərkən Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib.

“Ümumilikdə bu məsələlər müzakirə olunur və təkmilləşdirmələr yenə də aparılacaq”, – S. Ələkbərov bildirib.

Onun sözlərinə görə, hər bir addım real həyatdan irəli gəlinərək atılır: “Bəzi məhsullar var, onların ƏDV-sinin geriyə qaytarılması o qədər də önəmli deyil. Yəni əhalinin sosial təbəqəsinə, ümumi təbəqəyə bunun aidiyyəti yoxdur. Amma biri indi “Bentley” markalı avtomobil gətirirsə, sabah təyyarə alıb gətirəcəksə, onun ƏDV-sinin qaytarılması sual doğurur. Ona görə də bunlar təbii suallardı və təkimlləşmələr yəqin ki gedəcək. Amma daha çox təkmilləşmə ondan ibarətdir ki, əhalimiz, xüsusilə nisbətən daha aşağı əməkhaqqı alan insanlar bundan daha çox yararlansınlar. Yəni varlılar deyil, bu sistemdən orta və kasıb təbəqə istifadə etsin”.

Qeyd edək ki, nağdsız ödənişlər üzrə ƏDV məbləğinin 15 %-i, nağd ödənişlər üzrə 10 %-i qaytarılır.

Mənbə: report.az


Kapital Bank-ın “Qayıdış” filmi beynəlxalq mükafata layiq görülüb

posted in: Xəbər | 0

Kapital Bank-ın “Qayıdış” filmiKapital Bank-ın dəstəyi ilə çəkilən “Qayıdış” filmi “İstanbul Marketing Awards – 2021″ tədbirində sosial media kateqoriyası üzrə qızıl mükafata layiq görülüb. Bu film tədbirdə mükafatlandırılan yeganə beynəlxalq layihə olaraq digərlərindən fərqlənib. “Qayıdış” filmi “FCB Artgroup Baku” şirkəti tərəfindən hazırlanıb.

Real əhvalatlar əsasında çəkilən filmdə Birinci Qarabağ müharibəsi zamanı öz doğma yurdlarından köçmək məcburiyyətində qalan azərbaycanlıların sözlə ifadə edilməsi çətin, ancaq yaşayarkən qürur duyulan hisslərindən danışılır. Artıq məcburi köçkün sayılmayan həmvətənlərimiz doğma yurdları ilə bağlı xatirələrini bölüşərkən, hər birinin gözlərində kədər, üzüntü, itki, intizar, sevinc, fərəh, qürur hissini sezmək olur. Hər biri sanki bir sözü deyir: “Biz yurdumuza qayıdırıq!”

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


İqtisadiyyat tarixinin mərhələləri (I hissə)

posted in: Xəbər | 0

İqtisadiyyat tarixinin dövrləşdirilməsinə, yəni, iqtisadi inkişafın mərhələlərə, pillələrə ayrılmasına dair bir çox yanaşmalar mövcuddur.

Sosialistlər XVIII-XIX əsrlərdə cəmiyyət tarixini bir neçə pilləyə ayırmışdılar:

  • vəhşilik;
  • antik;
  • cəmiyyət;
  • feodalizm;
  • kapitalizm;
  • sənayeləşmə.

Fransız filosofu Şarl Furye, bəşər tarixinin üç böyük dövrü və bunların içərisindəki mərhələləri təsbit etmişdi:

  • məhsuldar fəaliyyətdən əvvəlki dövrlər (ibtidai icma və vəhşilik);
  • parçalanmış, aldadıcı, iyrənc istehsal (patriarxat, barbarlıq, sivilizasiya);
  • sosial, doğru, cəlbedici istehsal.

Bunun əsasında marksizmdə mülkiyyətin xarakteri ilə fərqlənən beş istehsal üsulunun ayrılması ilə cəmiyyətin inkişafına formal yanaşma yaranıb və bərqərar olub:

  • ibtidai-icma (burada şəxsi mülkiyyət mövcud deyildi, siniflərin istimarı yox idi və istehlak səviyyəsi də çox aşağı səviyyədə idi);
  • quldarlıq (burada cəmiyyət qullara və qul sahiblərinə bölünürdü ki, bu da mədəniyyət və elmin inkişafı üçün şərait yaradırdı);
  • feodalizm (burada torpaqlar feodalların əlində idi, kəndlilər isə həmin torpaqlardan istifadəyə görə feodallara torpaq rentası ödəyirdilər);
  • kapitalizm (hesab edilirdi ki, burada qeyri-iqtisadi yanaşmanı, iqtisadi məcburetmə əvəz edir);
  • kommunizm (burada xüsusi mülkiyyət ləğv edilir və yüksək inkişaf etmiş məhsuldar qüvvələr “hər kəsə tələbatına görə” prinsipinin inkişafını təmin edirlər).

II hissəyə nəzər yetirin


1 758 759 760 761 762 763 764 2. 686